TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


MƏDƏNĠYYƏT    §1. MAARĠF



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə49/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   45   46   47   48   49   50   51   52   ...   168
MƏDƏNĠYYƏT 

 

§1. MAARĠF 

 

Təhsil.  Azərbaycan  məktəbi  keçid  dövrünü  yaşayırdı.  İqtisadi,  siyasi  və 

mənəvi həyatdakı ziddiyyətlər onu böyük çətinliklər qarşısında qoymuşdu. Maarifə 

kifayət  qədər  vəsait  ayırmaq  hələ  mümkün  deyildi.  Məktəblərin  maddi  bazası 

zəifləyirdi.  Yüzlərlə  maarif  müəssisəsi,  o  cümlədən  855  məktəbəqədər  uşaq 

müəssisəsi,  693  ümumtəhsil  məktəbi,  85  musiqi  məktəbi,  4  texnikum  və  1  ali 

məktəb  binası  düşmən  əlinə  keçmiş,  qarət  edilmiş,  dağıdılmışdı.

1

  90-cı  illərin 



əvvəllərində  nəzarətsizlik  üzündən  bir  çox  məktəb  binaları,  sinif  otaqları  "zirək" 

işbazların  əlinə  keçmiş  və  başqa  məqsədlər  üçün  istifadə  olunurdu.  Maddi 

vəziyyəti ağır olduğundan minlərlə müəllim maarif sistemini tərk etmişdi.

2

 



Müstəqil  Azərbaycan  Respublikası  öz  maarif  sistemini  yaratmalı,  məktəb 

hakim-amirlik  ideologiyası  təzyiqindən  xilas  olmalı  idi.  Milli  təhsil  konsepsiyası 

həyata  keçirilməyə  başlandı.  1998-ci  il  martın  30-da  Prezident  Heydər  Əliyevin 

sərəncamı  ilə  Təhsil  Sahəsində  İslahatlar  üzrə  Dövlət  Komissiyası  təşkil  olundu. 

Dünya Bankı,  milli və  xarici ekspertlərin köməyi ilə Azərbaycan Respublikasının 

Təhsil İslahatı Proqramı hazırlandı və Prezident tərəfindən 1999-cu il iyunun 15-də 

təsdiq  edildi.

3

  Proqramda  Azərbaycan  milli  təhsil  sisteminin  strategiyası  və 



konsepsiyası müəyyənləşdirildi. Burada təhsilin idarə edilməsində yeni prinsiplərin 

bərqərar olunması, təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması, dünya təhsil 

sisteminə  inteqrasiyası  və  əsaslı  şəkildə  təkmilləşdirilməsi  nəzərdə  tutulurdu. 

Dünya  Bankı  bu  proqramın  həyata  keçirilməsinə  kömək  üçün  35  ilə  5  milyon 

dollar  həcmində  kredit  ayırdı.  Uşaq  və  gənclərin  milli  vətənpərvərlik  ruhunda 

tərbiyə  edilməsinin  vasitə  və  yollarını  müəyyənləşdirən  "2000-2005-ci  illərdə 

Azərbaycan  Respublikasının  Təhsil  Sistemində  Tərbiyə  Proqramı"  hazırlandı  və 

həyata keçirilməyə başlandı.

4

 

Prezident  Heydər  Əliyev  2000-ci  il  iyunun  13-də  "Azərbaycan 



Respublikasında  təhsil  sisteminin  təkmilləşdirilməsi  haqqında"  Fərman  verdi.

5

 



Təlim-tərbiyə  proseslərinin  keyfiyyətcə  yeniləşdirilməsini  gücləndirmək  üçün 

mülkiyyət  formasından  və  tabeçiliyindən  asılı  olmayaraq,  bütün  təhsil 

müəssisələrinə tədris-metodik rəhbərlik, ayrı-ayrı dövlət qurumlarına məxsus təhsil 

müəssisələrinin  (Müdafiə  və  Milli  Təhlükəsizlik  nazirlikləri  müəssisələrindən 

başqa)  tabeçiliyi  Təhsil  Nazirliyinə  verildi.  Azərbaycan  Pedaqoji  Kadrların 

İxtisasının  Artırılması  və  Yenidən  Hazırlanması  Baş  İnstitutunun  bazasında 

Azərbaycan  Müəllimlər  İnstitutu  və  onun  regionlarda  filialları  yaradıldı.  Təhsil 



336 

 

Problemləri üzrə Respublika Elmi-Metodik Mərkəzi ilə Azərbaycan Elmi-Tədqiqat 



Pedaqoji  İnstitutu  bazasında  Təhsil  Problemləri  İnstitutu,  təsərrüfathesablı  Təhsil 

Texnologiyaları Mərkəzi təşkil olundu.

6

 

2000-ci  ildə  respublikada  111  min  uşağı  əhatə  edən  1790  məktəbəqədər 



müəssisə  fəaliyyət  göstərirdi.

7

  2000-ci  ilin  noyabr  ayında  Bakının  Əhmədli 



qəsəbəsində  Beynəlxalq  "Sos  Kinderdof  İnternational"  təşkilatı  tərəfindən 

yaradılmış  12  evdən  ibarət  uşaq  kəndi  istifadəyə  verildi.  Bu,  1999-cu  ildə  təşkil 

olunmuş  "Sos  Uşaq  Kəndləri  Azərbaycan  Assosiasiyası"nın  (prezidenti  Sevil 

Əliyeva)  səmərəli  fəaliyyətinin  nəticəsi  idi.

8

  Respublikada  367  məktəbdənkənar 



müəssisə  vardı.  Onlarda  310  mindən  çox  şagird  müxtəlif  maraq  sahələri  üzrə 

qruplara cəlb olunmuşdu.

9

 

Məktəb  sovet  təhsil  sisteminin  müsbət  ənənələrini  qoruyub  saxlamaqla 



bərabər,  onu  müasir  Avropa  texnologiyası  ilə  zənginləşdirməyə  başladı.  40-dan 

çox  xarici  ölkənin,  o  cümlədən  ABŞ,  Böyük  Britaniya,  Almaniya,  Yaponiya, 

Türkiyə  və  İsrailin  təhsil  sistemi,  təlim  texnologiyaları,  idarəetmə  modelləri 

öyrənildi  və  nəzərə  alınmağa  başlandı.

10

  Bir  çox  xarici  ölkələrlə  birbaşa  təhsil 



əlaqələri, şagird və tələbə mübadiləsi yaradıldı.

11

 



Azərbaycan  Respublikası  ali  təhsil  sahəsində  təhsil  sənədlərinin 

 

və  elmi 



dərəcələrin  tanınması  ilə  bağlı  YUNESKO-nun  1979-cu  il  Paris  Konvensiyasına, 

1983-cü il Banqkok Regional Konvensiyasına, habelə Avropa regionunda ali təhsil 

sahəsində  ixtisasların  tanınması  haqqında  1997-ci  il  Lissabon  Konvensiyasına 

qoşuldu.  Azərbaycan təhsil sistemi YUNESKO, YUNİSEF, YNEVOK, İSESKO, 

Avropa  Təhsil  Fondu,  Avropa  Şurası,  Avropa  İttifaqı  kimi  nüfuzlu  beynəlxalq 

təşkilatların təhsil proqramları ilə məşğul olan qurumlarla Açıq Cəmiyyət İnstitutu 

(SOROS  Fondu)  və  başqa  qeyri-hökumət  təşkilatları  ilə  əməkdaşlıq  edirdi.  Hər  il 

yüzə yaxın təhsil işçisi Soros Fondunun dəstəyi ilə müasir tədris texnologiyaları ilə 

tanış olmaq üçün xarici ölkələrə ezam olunurdu. 1998-ci ildən respublikada fondun 

"Addım-addım",  "İngilis  dili",  "Debat",  "Vətəndaş  təhsili"  (1999-cu  ildən) 

proqramları  fəaliyyət  göstərirdi.  Azərbaycanın  ali  məktəbləri  Avropa  İttifaqının 

maliyyələşdirdiyi TEMPUS/TASİS proqramına cəlb olunmuşdu. 2003-cü ilədək bu 

proqram  çərçivəsində  respublikanın  ali  məktəblərinə  göstərilən  maliyyə-texniki 

yardım 3370000 avro təşkil edirdi.

12

 

Orta  məktəblər  üçün  orijinal  dərsliklər,  yeni  dərs  vəsaitləri,  fənn 



proqramları  hazırlandı.

13

  Alim  və  pedaqoqların  səyi  sayəsində  qısa  müddətdə 



ümumtəhsil məktəbləri üçün yeni "Azərbaycan tarixi", "Ədəbiyyat", "Azərbaycan 

dili", "Coğrafiya" və digər bir çox dərslik çap olundu. Ali məktəblər üçün ilk dəfə 

"Azərbaycan  tarixi"  dərslikləri  hazırlandı.  Təbiət  elmləri  üzrə  bir  sıra  yeni 

dərsliklər  nəşr  edildi.  Dərsliklərin  və  dərs  vəsaitlərinin  formaca  müasir  Avropa 

standartlarına uyğunlaşdırılmasına diqqət yetirildi.

14

 




337 

 

2000-2001-ci  dərs  ilində  respublikada  4548  dövlət  gündüz  ümumtəhsil 



məktəbi fəaliyyət  göstərirdi.  Bu  məktəblərdə  1  milyon 654 min  şagird təhsil alır, 

onların  təlim-tərbiyəsi  ilə  165  min  müəllim  məşğul  olurdu.

15

  Ümumtəhsil 



məktəbləri  sistemində  də  dəyişikliklər  baş  vermişdi.  Liseylər,  gimnaziyalar 

yaradılmışdı.  Xüsusi  istedada  malik  uşaqlar  üçün  təmayülləşdirilmiş  225  məktəb 

(onlardan  7-si  gimnaziya  və  33-ü  lisey)  fəaliyyət  göstərirdi.  Bu  məktəblərdə  84 

min  şagird  təhsil  alırdı.

16

  Bakıda  özəl  Türkiyə  liseyləri,  o  cümlədən  "Atatürk" 



liseyi, "Bakı Türk liseyi", T.Ozal adına Bakı və Sumqayıt Türk liseyləri və bir neçə 

rayonda  onların  filialları  təşkil  olunmuşdu.  2001-ci  ilin  sentyabr  ayında 

Azərbaycanda ilk Bakı özəl ümumtəhsil kompleksi fəaliyyətə başladı.

17

 



Respublikada  18  minə  qədər  uşağın  təhsil  aldığı  38  ümumtipli  internat 

fəaliyyət  göstərirdi.

18 

1998-ci  ildə  C.Naxçıvanski  adına  Respublika  Orta  Hərbi 



İnternat Məktəbinin Naxçıvan filialı təsis edildi. 

2002-ci  il  oktyabrın  4-də  Prezident  Heydər  Əliyev  "Azərbaycan 

Respublikası 

ümumtəhsil 

məktəblərinin 

maddi-texniki 

bazasının 

möhkəmləndirilməsi  haqqında"  Fərman  verdi.  2003-2007-ci  illərdə  məktəb 

tikintisi,  təmiri,  məktəblərin  müasir  tədris  avadanlığı  ilə  təchizi  üçün  konkret 

tədbirlər görülməyə başlandı.

20

 

90-cı  illərin  birinci  yarısında  orta  ixtisas  məktəblərində  tələbələrin  sayı  iki 



dəfə  azalıb  30  min  nəfərə,  texniki  peşə  məktəblərində  şagirdlərin  sayı  iki  dəfə 

azalıb 43 min nəfərə enmişdi. 2000-2001-ci illərdə respublikanın 68 (4-ü özəl) orta 

ixtisas  məktəbində  41,2  minə  qədər  tələbə  təhsil  alırdı.  Onların  təlim-tərbiyəsi  ilə 

8,3  min  nəfərə  qədər  müəllim  məşğul  olurdu.  109  peşə  təhsili  müəssisəsində  (47 

peşə liseyi və 62 peşə məktəbi) 25 min şagird 115 növ peşəyə yiyələnirdi.

22

 



Respublikanın  texnikumlar  şəbəkəsi  yenidən  qurulur,  kolleclər  yaradılırdı. 

2002-ci  ilin  avqustunda  Bakı  Kommersiya,  İnşaat,  Əli  Bayramlı  Sənaye,  Ağdam, 

Gəncə,  Şamaxı,  Lənkəran,  Şuşa  Kənd  Təsərrüfatı  texnikumları  ləğv  edildi.  Bakı 

Dövlət  İqtisadiyyat  və  Humanitar  (Bakı  Plan-Uçot  Texnikumu  bazasında),  Bakı 

Dövlət  Sosial-İqtisad  (Bakı  Plan-İqtisad  Texnikumu  bazasında),  Bakı  Dövlət 

Rabitə və Nəqliyyat (Bakı Rabitə Kolleci və Dəmir Yolu Nəqliyyatı texnikumları 

bazasında)  kollecləri  təşkil  edildi.  Yerlərdə  ləğv  edilmiş  texnikumların  bazasında 

Sumqayıt  Dövlət  Texniki,  Sabirabad,  Ağdam,  Quba,  Şamaxı,  Tovuz  və  Qazax 

Dövlət  Sosial-İqtisad,  Lənkəran,  Ağdaş  Dövlət  Humanitar,  Göyçay,  Bərdə  və 

Zaqatala  Dövlət  İdarəetmə  və  Texnologiya,  Naxçıvan  və  Şəki  Dövlət  Texniki 

kollecləri yaradıldı.

23

 



Maarifin  təşkilində  mühüm  yenilik  1992-ci  ildən  ali  və  orta  ixtisas 

məktəblərinə  qəbulun  test  üsulu  ilə  aparılmasının  tətbiqi  olmuşdu.  Ən  ümdə 

məqsəd qəbul zamanı qeyri-obyektivliyin, mənfi halların qarşısını almaq idi. Qəbul 



338 

 

sistemi getdikcə təkmilləşir, abituriyentlərin biliyini aşkara çıxarmağa imkan verən 



müasir vasitələr tətbiq olunurdu.

24

 



1993-cü  ildən  respublikanın  ali  məktəblərində  (incəsənət,  mədəniyyət,  tibb 

və  idman  ixtisasları  üzrə  məktəblərdən  başqa)  çoxpilləli  ali  təhsil  -  dördillik 

bakalavr  və  ikiillik  magistratura  sistemi  tətbiq  olunmağa  başlandı.  1997-ci  ildə 

magistraturalara ilk qəbul keçirildi.

25

 

Azərbaycan  Xalq  Təsərrüfatını  İdarəetmə  İnstitutu,  Lənkəran  Dövlət 



Universiteti  fəaliyyətə  başlamışdı.  Azərbaycan  Dövlət  Neft-Kimya  İnstitutu, 

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası təhsil 

akademiyalarına çevrilmişdi. 1996-cı ildə Bakı Dənizçilik Məktəbi əsasında Dəniz 

Akademiyası  yaradılmış,  Polis  Məktəbi  Polis  Akademiyası  adlandırılmışdı. 

Bakıdakı  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutu  -  Pedaqoji  Universitet,  Politexnik 

İnstitutu - Texniki Universitet, Tibb İnstitutu - Tibb Universiteti, Bakı Ali Partiya 

Məktəbi - Sosial İdarəetmə və Politologiya İnstitutu kimi yenidən quruldu. 1999-cu 

ildə  Sosial  İdarəetmə  və  Politologiya  İnstitutu  bazasında  Respublika  Prezidenti 

yanında  Dövlət  İdarəçilik  Akademiyası  təşkil  olundu.  1998-ci  ildə  Milli 

Təhlükəsizlik  Nazirliyinin  Akademiyası  təsis  edildi.

26

  Mülki  Təyyarəçilik 



Akademiyası  fəaliyyət  göstərirdi.  2001-ci  ildə  Azərbaycan  Milli  Konservatoriyası 

fəaliyyətə başladı. 

Respublika  Prezidentinin  2000-ci  il  iyunun  13-də  verdiyi  Fərmana  əsasən 

təhsil  sistemində  aparıcı  mövqeyi  və  beynəlxalq  aləmdə  real  nüfuzu  olan  Bakı 

Dövlət  Universitetinə,  Azərbaycan  Dövlət  Neft  Akademiyasına  və  Azərbaycan 

Kənd  Təsərrüfatı  Akademiyasına  özünüidarəetmə  və  maliyyə  müstəqilliyi  statusu 

verildi.

27

  2002-ci  ilin  iyun  ayında  belə  status  Naxçıvan  Dövlət  Universitetinə  də 



verildi.  2002-ci  ildə  Azərbaycan  Dövlət  İqtisad  İnstitutu,  Bakı  Əmtəəşünaslıq 

Kommersiya  İnstitutu,  Azərbaycan  Kooperasiya  İnstitutunun  və  Bakı  Kooperativ 

Texnikumunun  bazasında  Azərbaycan  Dövlət  İqtisad    Universiteti    yaradıldı.  

Azərbaycan    İnşaat  Mühəndisləri  Universiteti  Azərbaycan  Memarlıq  və  İnşaat 

Universiteti adlandırıldı.  Azərbaycan  Sənaye İnstitutu bazasında  Sumqayıt Dövlət 

Universiteti,  Azərbaycan  Dövlət  Pedaqoji  Rus  dili  və  Ədəbiyyatı  İnstitutunun 

profili  genişləndirilərək  Bakı  Slavyan  Universiteti,  Gəncə  Dövlət  Pedaqoji 

Universitetinin  profili  genişləndirilərək  Gəncə  Dövlət  Universiteti,  Azərbaycan 

Dövlət  Dillər  İnstitutunun  profili  genişləndirilərək  Azərbaycan  Dövlət  Dillər 

Universiteti,  Azərbaycan  Texnologiya  İnstitutunun  profili  genişləndirilərək 

Azərbaycan  Texnologiya  Universiteti  adlandırıldı.  Azərbaycan  Rəssamlıq 

Akademiyası  və  onun  nəzdində  İncəsənət  Kolleci  (Azərbaycan Dövlət Rəssamlıq 

Texnikumu  bazasında),  Azərbaycan  Milli  Konservatoriyası  və  onun  nəzdində 

Musiqi Kolleci (Azərbaycan Dövlət Musiqi Texnikumu bazasında) təsis edildi.

28 



339 

 

Ölkənin  hərbi  məktəblərində:  Ali  Hərbi  Məktəb,  Ali  Hərbi  Təyyarəçilik 



Məktəbi  və  Ali  Hərbi  Dənizçilik  Məktəbində  onlarca  ixtisas  üzrə  hərbi 

mütəxəssislər hazırlanırdı.

29

 

Prezident  Heydər  Əliyev  2001-ci  ilin  sentyabr  ayında  əlaçı  ali  məktəb 



tələbələrinə Prezident təqaüdü təsis etdi.

30

 



Respublikada  özəl  ali  məktəblərin  geniş  şəbəkəsi  meydana  gəlmişdi. 

"Qərb", "Biznes", "Asiya", "Xəzər", "Təfəkkür", "Azərbaycan", "Qafqaz", "Odlar 

Yurdu", "Beynəlxalq Münasibətlər", "Ali İctimai-Siyasi Kollec" və başqa özəl ali 

təhsil  müəssisələri  fəaliyyət  göstərirdi.  Ümumiyyətlə,  respublikanın  şəhərlərində, 

hətta qəsəbələrdə 121 özəl ali məktəb təşkil edilmişdi. Lakin bu ali məktəblərdən 

cəmi  18-i  dövlət  lisenziyası  ala  bilmişdi.

31

  Onların  da  bir  çoxu  maddi  bazasının 



zəif, təhsilin səviyyəsi aşağı olduğundan sonralar (2001-ci ildə 5-i, 2002-ci ildə 3-

ü) lisenziyadan məhrum edilmişdi.

32

 

1993-1994-cü  dərs  ilindən  başlayaraq,  respublikanın  dövlət  ali  təhsil 



müəssisələrində bir neçə qrupda ödənişli təhsil forması tətbiq olundu.

33

 



2000-2001-ci  dərs  ilində  respublikada  43  ali  məktəb  fəaliyyət  göstərir, 

onlarda 119,7 mindən çox tələbə təhsil alırdı. 25 dövlət ali təhsil müəssisəsində 91 

mindən  çox  (38,1  mini  öz  hesabına  ödənişli  əsasda),  18  özəl  ali  təhsil 

müəssisəsində 28,7 mindən çox tələbə oxuyurdu. Dövlət ali məktəblərində 22 135 

nəfər professor-müəllim heyəti çalışırdı. Özəl məktəblərdə 5 mindən çox müəllim, 

dosent və professor işləyirdi.

34

 

2002-2003-cü dərs ilində 10-dan artıq xarici ölkənin ali məktəblərində 882 



nəfərdən  çox  azərbaycanlı  tələbə  təhsil  alırdı.  Respublikanın  ali  məktəblərində 

2100 xarici tələbə oxuyurdu.

35

 

Respublikanın  ali  təhsil  ocaqlarında  dünyanın  qabaqcıl  ali  məktəblərinin 



təcrübəsi  diqqətlə  öyrənilir  və  tətbiq  olunurdu.  Azərbaycan  universitetləri  Qara 

Dəniz  Hövzəsi  Ölkələri  Universitetləri  Şəbəkəsinə  qoşulmuşdu.  2002-ci  ilin 

sentyabr  ayında  bu  təşkilatın  II  konqresi  Bakıda  keçirilmiş,  11  ölkənin  70 

nümayəndəsinin  təmsil  olunduğu  bu  forumda  universitet  təhsilinin  mühüm 

problemləri, təcrübəsi təhlil və müzakirə olunmuşdu.

36

 



Təhsil  müəssisələrində  yeni  təsərrüfat  sistemi,  bazar  iqtisadiyyatı  ilə  bağlı 

tətbiqi elmlərin, xarici dillərin, informatikanın tədrisinə, kompüter savadının geniş 

yayılmasına  diqqət  artırılmış,  beynəlxalq  münasibətlər,  beynəlxalq  hüquq, 

politologiya,  menecment,  marketinq  kimi  ixtisaslar  üzrə  kadr  hazırlığına 

başlanmışdı.

37

 



Gənc  nəslin  ümumi  mədəni,  siyasi  səviyyəsinin  yüksəldilməsinə  diqqət 

artırılmışdı. Bu məqsədlə 1997-ci ildən başlayaraq ali və orta ixtisas məktəblərində 

təşkil  olunan  "Heydər  Əliyev  məktəbləri"  xüsusi  əhəmiyyət  kəsb  edirdi.  Bu 

məktəblərdə  gənclərə  ölkədə  müstəqilliyin,  dövlətçiliyin,  tərəqqinin  təmin 




340 

 

olunmasında  Heydər  Əliyev  siyasət  sənətinin  incəlikləri,  xarakterik  cəhətləri 



öyrədilirdi.

38

 



Respublikada  qaçqın  və  məcburi  köçkünlərin  təhsil  alması  üçün  münasib 

imkanlar  yaradılmışdı.  2000-2001-ci  dərs  ilində  onlar  üçün  müxtəlif  regionlarda 

616 ümumtəhsil  məktəbi,  35  məktəbdənkənar tərbiyə  müəssisəsi,  12 texniki peşə 

məktəbi,  5  orta  ixtisas  məktəbi  və  3  orta  ixtisas  məktəbinin  filialı,  1  ali  məktəb, 

234  məktəbəqədər  tərbiyə  müəssisəsi  fəaliyyət  göstərirdi.

39

  BMT-nin  Qaçqınlarla 



İş  üzrə  Ali  Komissarlığı  xətti  ilə  çadır  şəhərciklərində  yüzlərlə  yığma  sinif  otağı 

quraşdırılmış,  minlərlə  məktəbli dərs ləvazimatı ilə təmin  olunmuşdu. YUNİSEF-

in köməyi ilə qaçqın və köçkün uşaqları üçün 14 rayonda 35 Uşaq İnkişaf Mərkəzi 

yaradılmışdı. ADNŞ və başqa müəssisələr qaçqın və köçkün məktəblərinin, onların 

şagirdlərinin təmin olunmasında fəal iştirak edirdi. Bu məktəblərdə 130 min şagird 

və tələbənin təlim-tərbiyəsi ilə 20 minə yaxın təhsil işçisi məşğul idi.

40

 

Təhsil  sahəsində  əhəmiyyətli  irəliləyişlə  yanaşı,  ciddi  çatışmazlıq  və 



nöqsanlar  da  mövcud  idi.  Məktəblərdə,  xüsusən  ali  təhsil  ocaqlarında  qeyri-

obyektivlik halları inkişaf edirdi. Özəl məktəblərdə dərslərin keyfiyyətinə layiqincə 

diqqət yetirilmirdi.

41

 



2001-ci ildə Azərbaycan Respublikasında əhalinin 2 milyon 901 min nəfəri 

ümumi orta, 694 min nəfəri orta ixtisas, 612 min nəfəri tam ali təhsilli idi. Yaşı 15-

dən yuxarı olan hər min nəfərə 908 təhsilli, o cümlədən 108 ali, 122 orta ixtisas, 

511 ümumi orta və 158 natamam orta təhsilli şəxs düşürdü.

42

 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin