TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


Ġqtisadiyyatda  struktur  dəyiĢiklikləri



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə45/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   41   42   43   44   45   46   47   48   ...   168
Ġqtisadiyyatda  struktur  dəyiĢiklikləri.  Ölkənin  iqtisadiyyatında  struktur 

dəyişiklikləri getdikcə dərinləşirdi. Onun başlıca istiqamətləri dövlət mülkiyyətinin 

özəlləşdirilməsi,  aqrar  islahatların  həyata  keçirilməsi  və  sahibkarlığın  inkişaf 

etdirilməsi  idi.  1995-ci  il  sentyabrın  29-da  Qanunla  təsdiqlənmiş  "Azərbaycan 

Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət 

Proqramı",  "Sahibkarlıq  fəaliyyəti  haqqında",  "Müəssisələr  haqqında",  "Səhmdar 

cəmiyyətləri  haqqında",  "Auditor  xidməti  haqqında"  qanunlar,  "Dövlət 

müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi haqqında Əsasnamə" və başqa 

mühüm hüquqi aktlar qəbul edilmişdi. Sahibkarlığın inkişafı üçün Milli Fond təsis 

olunmuşdu.  "Antiinhisar  Siyasəti  və  Sahibkarlığa  Kömək  Komitəsi",  yerlərdə 

sahibkarlığı  inkişaf  mərkəzləri,  "Kiçik  və  Orta  Sahibkarlığı  İnkişaf  Agentliyi", 

"Xarici  İnvestisiyalar  Mərkəzi",  "İqtisadi  və  Biznes  İnformasiya  Mərkəzi" 

"Azərbaycan  Respublikası  Auditorlar  Palatası"  yaradılmışdı.  Bu  təşkilatlar 

sahibkarların  investisiya  layihələrini  ekspertiza  edir,  onların  həyata  keçirilməsi 

üçün  maliyyə  yardımı  göstərirdilər. Sahibkarlar üçün  müxtəlif kurs  və  seminarlar 

təşkil olunurdu.

94

 



Vətəndaşların  xarici  banklarda  saxlanılan  pullarının  Azərbaycanda 

investisiya qoyuluşuna cəlb edilməsi üçün 1995-ci ilin iyul ayında qəbul olunmuş 

Qanuna  əsasən  qoyulan  vəsaitin  mənbəyi  haqqında  məcburi  təlimat  alınması 

qadağan  edildi.

95

  Prezident  1996-cı  il  iyunun  17-də  və  1999-cu  il  yanvarın  7-də 



sahibkarların hüquqlarını müdafiə edən, onların fəaliyyətinə yersiz müdaxilənin və 

əsassız yoxlamaların qarşısını alan fərmanlar verdi.

96

 

Prezident 1996-cı ilin avqustunda sahibkarların nümayəndələri ilə görüşdü, 



vəziyyət müzakirə edildi. Onun 2002-ci il aprel ayının 25-də yerli, may ayının 14-

də isə respublikada fəaliyyət göstərən xarici sahibkarlarla görüşü zamanı bu sahədə 

hələ  də  mövcud  olan  nöqsanlar,  maneələr  əhatəli  araşdırıldı  və  az  sonra  dövlət 

məmurları  ilə  xüsusi  müşavirədə  bu  sahədə  müvafiq  tədbirlər  müəyyənləşdirildi. 




312 

 

2002-ci il avqustun 27-də Prezidentin sərəncamı ilə Prezident yanında Sahibkarlar 



Şurası  yaradıldı.  Prezident  Fərmanı  ilə  "Azərbaycan  Respublikası  Sahibkarlığa 

Kömək Milli Fondu haqqında Əsasnamə" təsdiq olundu.

97

 

"Azərbaycan  Respublikasında  kiçik  və  orta  sahibkarlığa  dövlət  köməyi 



Proqramı  (1997-2000-ci  illər)"  hazırlandı  və  qəbul  olundu.  2002-ci  ilin  yayında 

"Azərbaycan  Respublikasında  kiçik  və  orta  sahibkarlığın  inkişafının  Dövlət 

Proqramı  (2002-2005-ci  illər)"  təsdiq  edildi.

98

  Müəssisələrin  dövlət  qeydiyyatı  işi 



sadələşdirildi, zonalar üzrə qeydiyyat mərkəzləri yaradıldı.

99

 



2002-ci ilin sentyabr ayında  Prezidentin Fərmanı ilə lisenziya tələb olunan 

fəaliyyət növlərinin sayı 240-dan 30-a endirildi və lisenziyaların fəaliyyət müddəti 

5  ilə  qaldırıldı.

100


  2002-ci  il  sentyabrın  10-da  Azərbaycan  Prezidentinin 

sahibkarlığın  inkişafı  üçün  əlverişli  iqtisadi  və  hüquqi  şərait  yaratmaq  məqsədilə 

"Azərbaycan  Respublikasında  sahibkarlığın  inkişafına  dövlət  himayəsi  sahəsində 

əlavə  tədbirlər  haqqında"  fərmanı  verildi.

101

  Həmin  il  sentyabrın  28-də 



"Sahibkarlığın  inkişafına  mane  olan  müdaxilələrin  qarşısının  alınması  haqqında" 

Prezident  Fərmanı  imzalandı.  Hüquq-mühafizə  orqanlarının  (məhkəmədən  başqa) 

sahibkarlıq  subyektlərinə  müdaxilələri  qadağan  edildi.  DİN-in  İqtisadiyyatda 

Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv olundu.

102

 

Kiçik  və  orta  sahibkarlığın  inkişafına  kömək  üçün  dövlət  qarşıdakı  üç  ilə 



250 milyard manat vəsait ayırdı.

103


 Bu məqsədlə 2002-ci ilin oktyabr ayında Dünya 

Bankının  Maliyyə  Korporasiyası,  Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı,  Qara 

dəniz  Ticarət  və  İnkişaf  Bankı  və  s.  maliyyə  qurumları  birlikdə  Azərbaycan 

Mikromaliyyə Bankı təşkil etdilər.

104

 

İşgüzar  adamların  fəaliyyətini  tənzimləmək,  onlara  istiqamət,  proqnozlar 



vermək  məqsədilə  Azərbaycanda  və  qabaqcıl  xarici  ölkələrdə  qarşılıqlı  ticarət  və 

sənaye  palataları  və  başqa  təşkilatlar  yaradılmışdı.  "Amerika-Azərbaycan  Ticarət 

Palatası",  "Azərbaycan-İran  Birgə  İqtisadi,  Texniki,  Elmi  və  Humanitar 

Komissiyası",  "Türkiyə-Azərbaycan  Müştərək  İqtisadi  Komissiyası"  təşkil 

olunmuşdu.

105


 

Respublikada  sahibkarlığın  inkişafına  beynəlxalq  iqtisadi  təşkilatlar  da 

köməklik göstərirdilər. BMT-nin İnkişaf Proqramı sənaye komplekslərinin inkişafı, 

yoxsulluğun aradan qaldırılması, qaçqın və köçkünlərin yerləşdirilməsi, işlə təmin 

olunması, həyat səviyyəsinin yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və 

başqa  layihələrin  hazırlanması  və  maliyyələşdirilməsində  iştirak  edirdi.  Avropa 

Birliyi  İqtisadi  Komissiyası  TASİS  Texniki  Yardım  Proqramı  respublika 

iqtisadiyyatında  struktur  dəyişiklikləri,  sahibkarlığın  inkişafı,  xüsusən  kənd 

təsərrüfatında  islahatların  aparılmasına  investisiyalar  cəlb  olunması,  Avropa-

Qafqaz-Asiya  ticarət,  nəqliyyat  əlaqələrinin  inkişafına  kömək  üçün  layihələr 

hazırlanmasında  fəal  iştirak  edirdi.  Bu  proqram  dairəsində  KOSİA-SMEDA 



313 

 

təşkilatı,  habelə  "Türk  Sənaye  İş  Adamları  Birliyi",  "Türk  İş  Birliyi  İnkişaf 



Agentliyi" respublikada sahibkarlığın inkişafına yardım göstərirdilər.

106


 

Almaniya  Texniki  Əməkdaşlıq  Təşkilatı  kənd  təsərrüfatını  özəlləşdirmək 

işləri üçün xüsusi layihə hazırlayıb Azərbaycana hədiyyə etmişdi.

107


 

İngiltərənin  "Kayzer"  firması  ilə  Sumqayıt  Əlvan  Metal  İstehsalatı 

Birliyinin müqaviləsi əsasında alüminium zavodu yenidən işə başladı.

108


 İtaliyanın 

"Porçeti  SPA"  firması  ilə  kontrakta  əsasən  natrium  qələvisi  istehsal  edən  müasir 

qurğular  işə  salındı.  Səudiyyə  Ərəbistanı  firması  ilə  aşağı  təzyiqli  polietilen, 

polivinilxlorid  istehsalı  qurğuları  yaradılması,  "Polimer-120"  qurğusunun, 

Yaponiya  firmaları  ilə  etilen-propilen  zavodunda  "EP-300"  qurğusunun  yenidən 

qurulması  və  s.  üçün  başqa  müqavilələr  bağlandı.  İtaliya  firması  ilə  müqaviləyə 

əsasən,  Qaradağda  yeni  şin  zavodu  tikilməsi  planlaşdırıldı.

109


  Suraxanı 

maşınqayırma  zavodunda  ABŞ-ın  "Haylənd"  firması  ilə  müştərək  müəssisə 

yaradıldı  və  dünya  standartlarına  uyğun  nasoslar  istehsal  edildi.  Bakı 

maşınqayırma  zavodunda  ABŞ-ın  "Red-Tul"  firması  ilə  yaradılmış  müştərək 

müəssisədə  müasir  texnologiyalara  cavab  verən  qazma  baltaları,  Avstriya  firması 

ilə birgə qazma qıfılları istehsal olunurdu. Bakı poladtökmə zavodu Türkiyə şirkəti 

ilə müştərək müəssisə  yaradıb tikinti üçün armatur istehsalına başlamışdı.

110


  Bakı 

tütün  kombinatı  ABŞ-ın  "Raynold  Tobakko"  və  Türkiyənin  "Star"  firmaları  ilə 

birgə müəssisə yaradıb istehsalatı modernləşdirmişdi.

111


 

Xarici  investisiya  ilə  Bakıda  qurulmuş  "Evropean  Tobakko-Baku" 

fabrikində  artıq  2000-ci  ildə  20  növ  siqaret  istehsal  olunurdu.  Respublikanın 

müxtəlif  bölgələrində  xarici  investisiyalar  hesabına  5  nümunəvi  kənd  təsərrüfatı 

müəssisəsi  yaradılmağa  başlanmışdı.  Meliorasiya  qurğularının  bərpası və  yenidən 

qurulması üçün xeyli kredit verilmişdi. Türkiyənin "Polsan" şirkəti Azərbaycanda 

"Saro LTD" firması təşkil edərək Şri-Lankadan çay gətirib burada qablaşdırırdı. Bu 

ölkənin  "İntersun"  şirkətlər  qrupu  Bakı  çayçəkmə  fabriki  ilə  müştərək  "Azərsun" 

müəssisəsi  yaratmışdı.  Fabrik  əsaslı  şəkildə  yenidən  qurulmuş,  müasir 

texnologiyalar əsasında  "Məryəm", "Final" və  s.  markalı çaylar istehsal  edilməyə 

başlanmışdı.

113 


Türkiyənin  "Pet  Holdinq"  şirkəti  dəri  fabriki,  fındıq  və  qoz  emalı 

müəssisəsi təşkil etmişdi. Bu şirkət ADNŞ ilə birgə müəssisə yaradaraq Neftçalada 

iki  köhnə  neft  mədənini  işlətməyə  başlamış,  burada  hasilat  xeyli  artmışdı.  İranın 

"Şibarra",  Türkiyənin  "Star"  və  digər  şirkətləri  respublikada  tikinti  işləri 

aparırdılar. Türkiyənin "BMS" sənaye və ticarət şirkəti Bakı avtomobil zavodu ilə 

birgə müəssisə yaradıb avtobus istehsalına başlamışdı.

114

 

İnvestisiya qoyuluşunun artması, iqtisadi struktur dəyişmələri sahibkarlığın 



inkişafına  münasib  imkanlar  açırdı.  1993-cü  ildə  respublikada  cəmi  300,  1997-ci 

ildə isə artıq 60 min özəl müəssisə vardı. Daxili mal dövriyyəsinin 75 faizə qədəri, 

xarici ticarətin 44 faizi bu müəssisələrin payına düşürdü.

115


 


314 

 

Kiçik  dövlət  müəssisələrinin  özəlləşdirilməsi  1997-ci  ilin  martında  artıq 



başa  çatmışdı.  10174  kiçik  müəssisə  özəl  mülkiyyətə,  əsasən,  əmək  kollektivi 

üzvlərinə  satılmışdı.  İri  və  orta  müəssisələrin  özəlləşdirilməsi  səhmdar 

cəmiyyətləri  yaradılması  yolu  ilə  həyata  keçirilirdi.  Belə  sənaye  müəssisələrinin 

səhmləri 1997-ci il martın 1-dən əhaliyə paylanan ümumi mülkiyyət bölgüsündən 

hər  kəsə  düşən  hissənin  ifadəsi  olan  7  milyon  500  mindən  çox  hər  biri  4  çekdən 

ibarət  paya  dəyişdirildi.  1998-ci  ilin  sonlarında  Prezidentin  Fərmanına  əsasən 

müharibə  və  Çernobıl  əlillərinə,  onların  ailələrinə  əlavə  özəlləşdirmə  payları 

verildi.  Özəlləşən  müəssisələrin  göstəriciləri  hərracdan  azı  iki  həftə  qabaq 

mətbuatda  dərc  olunurdu.  Səhmlərin  15  faizi  əmək  kollektivi  üzvlərinə  güzəştlə 

nağd  pula  satılır,  50  faizi  isə  çeklərə  dəyişdirilirdi.  Dövlət  Əmlak  Komitəsi 

çeklərin  hərracı  üçün  Respublika  Hərrac  Mərkəzi  təşkil  etmişdi.  Çekləri  toplayıb 

səmərəli yerləşdirmək, əldə ediləcək dividentləri bölüşdürmək üçün çek investisiya 

fondları yaradılmışdı.

116


 

2002-ci  ilin  oktyabr  ayınadək  36,2  minə  qədər  kiçik  dövlət  müəssisəsi, 

müəssisə obyekti və avadanlığı, o cümlədən 9,5 mindən çox məişət xidməti, 2797 

ticarət, 773 ictimai iaşə müəssisəsi, 552 yanacaqdoldurma məntəqəsi, 570-ə qədər 

çörək ticarəti və çörəkbişirmə obyekti, 700 sənaye, 120 kənd təsərrüfatı müəssisəsi, 

337 tikinti təşkilatı, 181 yarımçıq tikinti, 14,7 mindən çox nəqliyyat müəssisəsi və 

vasitəsi,  119  aptek,  1,3  mindən  çox  qeyri-yaşayış  obyekti  və  s.  özəlləşdirilmişdi. 

1463  orta  və  iri  dövlət  müəssisəsi  səhmdar  cəmiyyətinə  çevrilmişdi.  100  mindən 

çox vətəndaş səhmdar, 140 mindən çox adam əmlak sahibi idi. 331,3 min mənzil-

özəlləşdirilməsi  nəzərdə  tutulan  mənzillərin  52,8  faizə  qədəri  xüsusi  mülkiyyətə 

verilmişdi.

117


 

2002-ci  ilin  əvvəllərinə  qədər  çeklərin  cəmi  təqribən  10  faizi  dövriyyədən 

çıxmışdı. Qalan çeklər qara bazarda əvvəllər 100 dollara, sonralar isə 4 dollardan 

da  ucuz  (təqribən  20  min  manata)  qiymətə  satılmış,  bir  hissəsi  xarici  qrupların 

əlində  toplanmışdı.

118


  Bunu  nəzərə  alaraq  strateji  özəlləşməyə  başlamazdan  əvvəl 

ölkənin  və  vətəndaşların  maraqlarını  qorumaq  üçün  2000-ci  ilin  martında  çek 

dövriyyəsinin  tənzimlənməsinə  istiqamətləndirilmiş  qaydalar  müəyyən  edildi. 

Mövcud  vəziyyətin  öyrənilməsi  və  nəzərə  alınması  üçün  400-dən  çox  çekə  sahib 

olanların çekləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydə alındı.

119


 

2000-ci  il  avqustun  10-da  özəlləşdirmənin  İkinci  Dövlət  Proqramı  qəbul 

edildi.  Özəlləşdirmənin  daha  səmərəli  formaları  tətbiq  olunmağa  başlandı. 

"Bakelektroqaynaq"  Səhmdar  Cəmiyyəti,  Siyəzən  broyler  fabriki  və  s.  üzrə 

investisiya müsabiqələri təşkil olundu. Strateji müəssisələrin özəlləşdirilməsi üçün 

maliyyə məsləhətçiliyi üzrə tenderlər keçirildi. Bir çox iri müəssisələr, o cümlədən 

"Azərbaycan-alüminium",  "Bakelektrik-şəbəkə",  "Siyəzən-broyler"  və  s. 

özəlləşdirildi.

120

  Prezidentin  2001-ci  il  22  mart  tarixli  Fərmanı  ilə  kimya,  neft-




315 

 

kimya,  maşınqayırma,  yanacaq-energetika  kompleksi  müəssisələri,  ADNŞ-in bəzi 



müəssisələri,  o  cümlədən  neft  bazaları,  qaz  zavodu,  Sumqayıt  aşqarlar  zavodu, 

Azərkabel  zavodu  özəlləşdirilməyə  başlandı.  2001-ci  ilin  payızınadək  artıq 

respublikada dövlət müəssisələri bazasında 1275 səhmdar cəmiyyəti yaradılmışdı. 

Kənd  Təsərrüfatı  Nazirliyi  üzrə  248,  "Azəravtonəqliyyat"  Dövlət  Konsemi  üzrə 

101,  "Xidmət"  Dövlət  Konsemi  üzrə  95,  Ticarət  Nazirliyi  üzrə  86,  "Taxıl 

məhsulları"  Dövlət  Şirkəti  üzrə  62,  "Azəryeyintisənaye"  Dövlət  Şirkəti  üzrə  55, 

"Xalq  üçün  mallar"  Dövlət  Konserni  üzrə  47,  "Azərsənayetikinti"  Dövlət  Şirkəti 

üzrə 29, "Azərquşsənaye" Dövlət Şirkəti üzrə 32, "Sənaye-ticarət" Dövlət Konserni 

üzrə  31,  "Azərkəndtikinti"  Dövlət  Şirkəti  üzrə  22,  Dövlət  Neft  Şirkəti  üzrə  17, 

"Azərbalıq"  Dövlət  Konserni  üzrə  10  müəssisə,  səhiyyə  üzrə  18,  rabitə  üzrə  9, 

metallurgiya  üzrə  10,  mənzil-kommunal  təsərrüfatı  üzrə  4  belə  təşkilat  vardı.

121


 

Beləliklə,  iqtisadi  özünütənzimləmə  sisteminin  yaranmasına  münasib  imkanlar 

açılır, rəqabət yaradılırdı. Məsələn, çörək mağazaları və çörəkbişirmə müəssisələri 

özəlləşdirildikdən sonra çörək qıtlığı, uzun növbələr aradan qalxdı.

122

 

Lakin  hələ  də  iqtisadi  islahatların  reallaşmasına  mane  olan,  narazılıq 



yaratmaq,  haram  pullarla  varlanmaq  istəyən  şəxslər  vardı.  İqtisadiyyatın  inkişafı 

üçün  sərmayə  qoymaq  istəyən  layihə  sahibləri  korrupsiyaya  qurşanmış  məmurlar 

tərəfindən  soyuq,  hörmətsiz  və  "şapka"  təklifi  ilə  qarşılanırdılar.

123


  Bəzi 

müəssisələr  istehsaldan  tutmuş,  əmək  haqqının  ödənilməsinə,  satışa  qədər  bütün 

prosesləri nağd pulla yerinə yetirir, sənədlərdə müəssisəni, istehsalın, xidmətin bir 

hissəsini göstərmirdilər. Kəndlərdə torpaq bölgüsü sahəsində qüsurlara yol verilir, 

narazılıqlar  meydana  çıxırdı.  Prezident  Heydər  Əliyev  ölkəyə  investisiya 

gəlməsinə,  iqtisadiyyatın  inkişafına,  yeni  müəssisə  və  istehsalatlar  yaradılmasına 

öz  şəxsi  maraqlarını güdərək  mane olanları "xalqın daxili  düşməni" adlandırır  və 

onlara  qarşı  qəti  mübarizə  aparılmasını  tələb  edirdi.

124

  Korrupsiyaya  qarşı 



mübarizənin təşkili haqqında xüsusi fərman verilmişdi. 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin