TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə43/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   39   40   41   42   43   44   45   46   ...   168
Neft  strategiyası.  Azərbaycan  Respublikası  iqtisadiyyatının  böhrandan 

çıxarılması  və  inkişaf  etdirilməsində  neft  sənayesinin  dirçəldilməsi,  müasir 

texnologiyalar  əsasında  yenidən  qurulması  mühüm  əhəmiyyət  kəsb  edirdi. 

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni dövlət neft strategiyası 

hazırlandı və uğurla həyata keçirilməyə başlandı. Bu, Azərbaycan neft sənayesində 

yeni eranın başlanğıcı idi.

40

 

Neft sənayesinə investisiya və yeni texnologiyalar cəlb etmək, respublikaya 



sərfəli  şərtlərlə  xarici  neft  şirkətləri  ilə  müqavilələr  bağlamaq  üçün  danışıqlar 

aparılması  Azərbaycan  Dövlət  Neft  Şirkətinə  (ADNŞ)  tapşırıldı.  Danışıqlar 

qrupuna  neft  və  beynəlxalq  əlaqələr  üzrə  görkəmli  mütəxəssislər  daxil  edildi.  Bu 

qrupun  fəaliyyətində  İlham  Əliyevin,  Xoşbəxt  Yusifzadənin,  Natiq  Əliyevin  rolu 

xüsusən  səmərəli  oldu,  Azərbaycanın  maraqlarına  tam  cavab  verən  müqavilə 

şərtləri razılaşdırıldı.

41

 



306 

 

Müqavilənin  bağlanmasına  müxtəlif,  əsasən  xarici  qüvvələr  ciddi  mane 



olurdular. Rusiya Federasiyasının təşəbbüsü ilə belə bir tezis irəli sürüldü ki, Xəzər 

dənizi  bütün  Xəzəryanı  ölkələr  üçün  ümumidir  və  onu  milli  sektorlara  bölmək 

olmaz.  Buna  görə  də  Azərbaycan  birtərəfli  qaydada  xarici  şirkətlərlə  neft 

müqavilələri  bağlaya  bilməz.  Diplomatik  notalar,  bəyanatlar  verilirdi.  Xarici 

şirkətlər  belə  fikirdə  idilər  ki,  müqavilə  Xəzər  dənizinin  statusu  həll  ediləndən 

sonra  qüvvəyə  minməlidir.  Lakin  Azərbaycan  hökuməti  tərəfindən  Vaşinqtona 

ezam  edilmiş  ADNŞ-in  birinci  vitse-prezidenti  İlham  Əliyev  ABŞ-da  Energetika 

Nazirliyi  rəhbərləri  ilə  səmərəli  danışıqlar  apardıqdan  sonra  ABŞ  hökumətinin 

dəstəyi sayəsində xarici şirkətlər bu fikirdən əl çəkdilər.

42

 



1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında  ADNŞ  ilə  ABŞ, 

Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın iri 

neft  şirkətləri  daxil  olan  konsersum  (sonralar  bu  konsersuma  Yaponiya  şirkəti  də 

qoşuldu)  arasında  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  "Azəri",  "Çıraq" 

yataqlarının və "Günəşli" yatağının bir hissəsinin birgə işlədilməsi və hasil olunan 

neftin pay şəklində bölüşdürülməsi haqqında 30 illik saziş imzalandı. Bu müqavilə 

dünyada  "Əsrin  müqaviləsi"  adı  ilə  məşhurlaşdı  (2001  -ci  ildən  başlayaraq 

Prezidentin Fərmanı ilə həmin gün respublikada "Neftçi günü" kimi bayram edilir). 

Razılığa  görə,  investisiyanın  80  faizini  konsersum  qoyur,  Azərbaycanın  ümumi 

gəliri çıxarılacaq neftin qiymətinin 80 faizi miqdarında müəyyən olunurdu. Bundan 

əlavə, hasil olunacaq səmt qazı tam Azərbaycanın ixtiyarına verilirdi.

43

 



"Əsrin  müqaviləsi"nin  təkcə  hazırlanması  və  bağlanmasını  deyil,  həm  də 

həyata keçirilməsini olduqca ağır və çətin problemlər müşayiət edirdi. Bu işə mane 

olmaq  üçün  xarici  qüvvələrin  dəstəyi  ilə  ölkədə  dövlət  çevrilişi,  Prezidentə  qarşı 

terror  cəhdləri  törədildi.  Hətta  xarici  şirkətlərə  yalan  informasiyalar  və  müxtəlif 

yollarla  təzyiq  göstərməyə  çalışırdılar.  Lakin  Azərbaycan  Prezidenti  H.Əliyevin 

siyasi  iradəsi,  qətiyyəti  və  müdrikliyi  sayəsində  bu  maneələr  müvəffəqiyyətlə 

aradan  qaldırıldı.  Ölkədə  xarici  sərmayələr  qoyuluşu  üçün  ən  vacib  şərt-siyasi 

sabitlik yaradıldı.

44

 

1995-ci  il  noyabrın  10-da  Xəzərin  yeni  aşkar  olunmuş  "Qarabağ" 



strukturunda  və  ona  bitişik  ərazilərdə  kəşfiyyat  aparılması,  yataqların  işlədilməsi 

və çıxarılan neftin bölüşdürülməsi haqqında Rusiya, İtaliya, ABŞ şirkətləri ilə yeni 

saziş  imzalandı.  Müqavilədən  əldə  olunan  daxili  gəlirin  65-80  faizinin 

Azərbaycana çatacağı razılaşdırıldı.

45

 

1996-cı  il  iyunun  4-də  Xəzərin  "Şahdəniz"  yatağının  birgə  işlədilməsi 



haqqında  ADNŞ  ilə  Böyük  Britaniya,  Norveç,  Türkiyə,  Rusiya,  Fransa  və  İranın 

neft  şirkətləri  konsersumu  müqavilə  imzaladılar.  Bu  müqaviləyə  görə  də  ümumi 

gəlirin 80 faizi Azərbaycana çatacaqdı.

46

 Burada dərinliyi 6,5 min m olan quyular 



qazıldı və nadir qaz-kondensat yatağı kəşf edildi. Qərb ekspertlərinin fikrincə, çox 


307 

 

böyük  qaz  ehtiyatı  olan  bu  yatağın  kəşf  edilməsi  ilə  Azərbaycan  təkcə  neft  deyil, 



həm  də  qaz  "kralına"  çevrildi.

47

  Dövlət  Azərbaycan  qaz  sənayesinin  inkişafı 



strategiyasını  hazırlamağa,  onun  dünya  bazarına  çıxarılması  yollarını 

müəyyənləşdirməyə başladı. 

1996-cı  il  dekabrın  14-də  Xəzərdə  "Dan  ulduzu"  və  "Əşrəfi"  yataqlarının 

birgə işlədilməsi üzrə ABŞ, Səudiyyə Ərəbistanı və Yaponiya, 1997-ci il yanvarın 

13-də  "Lənkəran-dəniz"  və  "Talış-dəniz"  yataqlarının  birgə  istismarı  üzrə  Fransa 

neft şirkətləri ilə ADNŞ arasında sazişlər bağlandı.

48

 

1997-ci  il  avqustun  1-də  Vaşinqtonda  -  "Ağ  Ev"də  ABŞ-ın



 

qabaqcıl  neft 

şirkətləri ilə ADNŞ arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron", 

"Naxçıvan", "Oğuz" və "İnam" neft yataqlarında birgə iş barədə üç yeni müqavilə 

imzalandı.

49

 



1998-ci ilin iyun ayında İtaliya, Yaponiya, Türkiyə, ABŞ, Britaniya-Kanada 

neft şirkətləri konsersumu ilə, həmin ilin iyul ayında isə Böyük Britaniya, ABŞ və 

Rusiya  neft  şirkətləri  ilə  ADNŞ  arasında  yeni  neft  müqavilələri  imzalandı.  1999-

2000-ci  illərdə  daha  bir  neçə  neft  müqaviləsi  bağlandı.

50

  2001-ci  ilin  yanvarında 



Zığ və Hövsan yataqları üzrə Rusiyanın LUKOYL şirkəti ilə müqavilə imzalandı.

51

 



Ümumiyyətlə, 1994-2001-ci illərdə ADNŞ 14 ölkənin 32 neft şirkəti ilə 21 

müqavilə imzaladı. 2001-ci ildə bu şirkətlərə  servis xidməti göstərən 400-ə qədər 

xarici şirkət fəaliyyətdə idi.

52

 Bu müqavilələr çərçivəsində Azərbaycana 60 milyard 



dollar həcmində investisiya qoyulması nəzərdə tutulurdu. Bu müddətdə xarici neft 

şirkətləri müqavilələr üzrə işlərin həyata keçirilməsi üçün 6 milyard dollara qədər 

investisiya qoymuşdu.

53

 



1995-ci ilin aprelində "Əsrin müqaviləsi"ni reallaşdırmaq üçün Azərbaycan 

Beynəlxalq  Əməliyyat  Şirkəti  (ABƏŞ),  1996-cı  ilin  aprelində  isə  "Qarabağ" 

strukturu üzrə müqaviləni həyata keçirmək üçün "Xəzər" Beynəlxalq Neft Şirkəti, 

habelə başqa müqavilələr üzrə əməliyyat şirkətləri təşkil edildi. Bu şirkətlər qazma 

qurğularından  və  infrastrukturdan  birgə  istifadə  etmək  üçün  xüsusi  klub 

yaratdılar.

54

 

ABŞ-ın "EKSON", "AMOKO", "YUNOKAL", "MOBİL" və "PENZOYL", 



Böyük  Britaniyanın  "Britiş  Petrolium",  Yaponiyanın  "İTOÇİ",  "MİTSUPİ", 

Norveçin  "STATOYL",  Səudiyyə  Ərəbistanının  "DELTA",  Rusiyanın 

"LUKOYL",  Fransanın  "ELF  AQİTEN",  "TOTAL",  İtaliyanın  "ACİP"  kimi 

dünyada  ən  qabaqcıl  neft  şirkətləri  Azərbaycanın  neft,  neft-maşınqayırma 

sənayesinə  müasir  texnologiyalar,  idarəetmə  təcrübəsi  gətirdilər.

55

  Respublikanın 



neft donanması, neft sənayesi infrastrukturu yenidən quruldu. "Bakı" elmi-tədqiqat 

gəmisi  modernləşdirilib  dünyada  ən  mükəmməl  geofiziki  tədqiqat  gəmilərindən 

birinə  çevrildi.

56

  "Xəzərdənizneft"  yarımdalğa  qazma  qurğusu  yenidən  quruldu, 



"Dədə  Qorqud"  adı  ilə  ikinci  həyatına  başladı.

57

  "Şelf-5"  qazma  qurğusu  əsaslı 




308 

 

şəkildə  yenidən  quruldu,  müasir  avadanlıqla  təchiz  olunaraq,  dünyada  ən  böyük 



üzən qazma qurğularından birinə çevrildi və 1998-ci ilin sentyabrında "İstiqlal" adı 

ilə  istifadəyə  verildi.

58

  Xəzər  Gəmiqayırma  müştərək  müəssisəsində  1998-ci  ilin 



iyul ayından 2000-ci ilin avqust ayınadək dənizin 7620 m-dək dərin yerlərində neft 

quyuları qazmağa imkan verən "Qurtuluş" adlı ən müasir çoxfunksiyalı özüqalxan 

qazma  qurğusu  yaradıldı.

59

  2002-ci  ilin  yayında  "Azəri",  "Çıraq"  və  "Günəşli" 



yatağında ən yeni texnologiya üzrə Xəzərdə ilk dəfə qazma qurğularının altı üçün 

sualtı  qazma  dayaq  tavası  quraşdırıldı.

60 

Tofiq  İsmayılov  adına  dalğıc, 



"Azərbaycan", İsrafil Hüseynov adına kran gəmiləri təmir edilib yeni avadanlıqla 

təchiz  olundular.

61 

Dənizdə  "Çıraq-1"  platforması  beynəlxalq  standartlara  uyğun, 



Qərb texnologiyası əsasında yenidən quruldu.

62

 Bu platformadan sahilədək 120 m 



dərinlikdə  176  km  neft,  Neft  daşlarına  48  km  qaz  kəmərləri  çəkildi.  Səngəçal 

terminalı tikildi. Zığ zavodu sualtı boruların üzlənməsi üzrə ixtisaslaşdırıldı.

63

 

1994-cü  ildən  başlayaraq  hər  ilin  iyun  ayında  Bakıda  xarici  firma  və 



şirkətlərin iştirak etdiyi ənənəvi Beynəlxalq neft-qaz sərgisi təşkil olunurdu. 4000 

nəfərdən  çox  azərbaycanlı  mütəxəssis  dünyanın  ən  qabaqcıl  neft  şirkətləri 

bazasında yeni texnologiya və iş metodlarına yiyələnmişdi. 2001-ci ildə hasilat və 

servis  şirkətlərində  10  mindən  çox  Azərbaycan  vətəndaşı  işləyirdi.

64

  Bakı 


neftçilərinin  böyük  təcrübəsi  yüksək  qiymətləndirilir  və  ondan  səmərəli  istifadə 

olunurdu.  Neft  şirkətlərinin  beynəlxalq  tenderlərdə  bağladığı  müqavilələrin  20 

faizdən  çoxu  Azərbaycan  müəssisələrinin  və  onların  xarici  tərəf  müqabilləri  ilə 

birgə yaratdıqları müəssisələrin payına düşürdü.

65

 

"Azəri", "Çıraq" və "Günəşli" yataqlarından hasil olunacaq ilkin neftin Qara 



dəniz  limanlarına  Rusiya  və  Gürcüstandan  keçən  "Şimal"  (14000  km)  və  "Qərb" 

(920  km)  neft  kəmərləri  ilə  nəql  ediləcəyi  barədə  müqavilələr  bağlandı.

66

  Bakı-


Novorossiysk  "Şimal"  kəmərinin  Azərbaycan  hissəsi  1996-cı  ilin  sonuna  qədər 

hazır  oldu,  mövcud  kəmərə  26  km  yeni  kəmər  əlavə  edildi.  Kəmər  neftlə 

dolduruldu.  1997-ci  il  oktyabrın  25-də  "Şimal"  kəməri  istifadəyə  verildi.

67

  Bakı-



Supsa "Qərb" kəmərinin tikintisi 1998-ci ilin axırlarında başa çatdırıldı. 1999-cu il 

aprelin 17-də bu kəmər və Supsa terminalı istifadəyə verildi.

68

 

1996-cı  ildə  dənizdə  ABƏŞ-in  qazdığı  ilk  neft  quyusu  güclü  fontan  vurdu 



və yataqların böyük ehtiyatları bir daha təsdiq olundu. 

1997-ci  il  noyabrın  12-də  "Əsrin  müqaviləsi"  üzrə  neftin  hasilatına 

başlanıldı. Bu hadisə Bakıda böyük təntənə ilə qeyd edildi.

69

 



Bu  müqavilə  üzrə  əsas  işlərin  birinci  fazasının  başlanması  üçün  Xəzər 

dənizindən Aralıq dənizinə qədər uzanan, ildə 50 milyon ton neft nəql edə biləcək, 

uzunluğu  1760  km  olacaq  iridiametrli  Bakı-Tibilisi-Ceyhan  əsas  neft  ixrac 

kəmərinin tikintisi haqqında saziş əldə olunması vacib idi.

70

  1998-ci  ilin  mayında 



müqavilə  hazırlanması  üçün  işçi  qrup  yaradılmışdı.  Həmin  il  oktyabrın  29-da 


309 

 

Azərbaycan,  Türkiyə,  Gürcüstan,  Qazaxıstan  və  Özbəkistan  prezidentlərinin  və 



ABŞ  energetika  nazirinin  imzaladıqları  bəyanat  bu  kəmər  üzrə  danışıqlara  təkan 

verdi.


71

 

1999-cu  il  noyabrın  18-də  İstanbulda  "Xam  neftin  Azərbaycan 



Respublikası,  Gürcüstan  Respublikası  və  Türkiyə  Cümhuriyyətinin  əraziləri  ilə 

Bakı-Tbilisi-Ceyhan  əsas  boru  kəməri  vasitəsilə  nəql  edilməsinə  dair"  saziş 

imzalandı.  Bu  zaman  Azərbaycan,  Türkiyə,  Gürcüstan,  Qazaxıstan  və  ABŞ-ın 

dövlət  başçıları  tərəfindən  verilən  "İstanbul  Bəyannaməsi"  layihənin  yüksək 

səviyyədə dəstəkləndiyinə sübut oldu.

72

 



Bu sazişin hazırlanmasına da ciddi maneələr törədilirdi. Şirkətlərin bəziləri 

kənardan  təsirlər  nəticəsində  belə  bir  kəmərə  ehtiyac  olacağına  skeptikcəsinə 

yanaşırdılar.  Qoyulacaq  investisiyalar  haqqında  da  müxtəlif  fikirlər  vardı.  Lakin 

Azərbaycan  Prezidentinin  müdrik  siyasəti  sayəsində  bütün  bu  maneələr  dəf 

edildi.

73

  2002-ci  il  avqustun  1-də  bu  kəmərin  tikilməsi  və  idarə  edilməsi  üçün 



BTCKO  (Bakı-Tbilisi-Ceyhan)  şirkəti  təsis  edildi.

74

  2002-ci  il  sentyabrın  18-də 



kəmərin təməli qoyuldu. Bu münasibətlə  təntənələrdə  iştirak etmək üçün Türkiyə 

Respublikasının  prezidenti  Əhməd  Necdət  Sezər,  Gürcüstan  Respublikasının 

prezidenti Eduard Şevardnadze, ABŞ-ın energetika naziri Spenser Abrham Bakıya 

gəlmişdilər.  3  milyard  dollara  qədər  dəyəri  olan  bu  kəmərin  sahibi  Azərbaycan 

Dövlət Neft Şirkəti (25 faiz), Böyük Britaniyanın BiPi (30,1 faiz), ABŞ-ın Yunokal 

(8,9  faiz),  Konoko-Filips  (2,5  faiz),  Norveçin  Statoyl  (8,72  faiz),  Türkiyənin 

Türkiyə  Petrolları  (6,53  faiz),  Yaponiyanın  İtoçi  (3,4  faiz)  və  İnpeks  (2,5  faiz), 

Səudiyyə Ərəbistanının Delta Hess (2,36 faiz), İtaliyanın Epi (5 faiz) və Fransanın 

Total Elna Elf (5 faiz) şirkətləri idi.

75 


2001-ci  il  avqustun  30-da  "Əsrin  müqaviləsi"  üzrə  əsas  işlərin  birinci, 

mühüm fazasına başlanıldı.

76

 

Həyata keçirilən tədbirlər sayəsində respublikanın neft sənayesi dirçəldi  və 



sürətlə  inkişaf  etməyə  başladı.  2002-ci  ildə  ölkədə  15,3  milyon  ton  neft  hasil 

edildi.


77

 Neft müqaviləsi gəlir gətirməyə başladı. 

Prezidentin  Fərmanı  ilə  1999-cu  ilin  dekabrında  "Azərbaycan  Dövlət  Neft 

Fondu" təsis olundu.

78

 Respublika Prezidentinin 2001-ci il 27 dekabr sərəncamı ilə 



bu  fondun  Müşahidə  Şurası  təşkil  edildi.  Azərbaycan  yeni  neft  strategiyasının 

baniləri  Heydər  Əliyev  və  İlham  Əliyev  bu  fondu  güclü  iqtisadiyyat  yaratmaq 

vasitəsi  kimi  qiymətləndirirdilər.  İlham  Əliyevin  qeyd  etdiyi  kimi,  Dövlət  Neft 

Fondunu yaratmaqda başlıca məqsəd mineral-xammal ehtiyatlarını təkrar istehsala 

yönələn maliyyə ehtiyatlarına çevirməkdir və bu fond nəsildən-nəslə keçməlidir.

79

 



Dövlət  Neft  Fondunda  yığılan  vəsaitlər  investisiya  şəklində  Azərbaycan 

iqtisadiyyatının başqa sektorlarına qoyulmalı, neftlə bağlı olmayan digər sahələrin 

inkişafı,  yeni  iş  yerləri  yaradılması  üçün,  habelə  gələcək  nəsillərin  neft  hasilatı 



310 

 

səviyyəsindən  və  dünya  bazarında  neftin  qiymətinin  dəyişməsindən  asılılığını 



istisna  edən  proqramlar  həyata  keçirilməlidir.

80

  2003-cü  ilin  əvvəllərində  fondda 



730 milyon ABŞ dolları həcmində vəsait var idi.

81

 Ondan respublikanın iqtisadi və 



sosial rifahı naminə səmərəli istifadə etmək üçün xüsusi proqram hazırlanmışdı. 

İqtisadiyyatın  başqa  sahələrinə  də  xarici  sərmayə  qoyuluşu  sürətlə  artırdı. 

Əgər  1996-cı  ildə  respublikaya  gələn  xarici  investisiyanın  33  faizi  qeyri-neft 

sahələrinə yönəldilmişdisə, 2000-ci ildə bu, 50 faizdən çox idi.

82

 

Ümumiyyətlə,  respublika  iqtisadiyyatına  1993-cü  ildə  15  milyon,  1995-ci 



ildə  375  milyon,  1996-2002-ci  illərdə  9  milyard  (qeyri-neft  sektoruna  3  milyard) 

dollar  xarici  investisiya  qoyulmuşdu.

83 

Xarici  sərmayənin  90  faizi  istehsal 



sahələrinin inkişafına yönəldilmişdi.

84

 



Azərbaycan  Respublikası  iqtisadiyyatının  dirçəldilməsinə  və  inkişafına 

Avropa  Birliyi  "Traceca"  proqramı  üzrə  AVROPA-QAFQAZ-ASİYA  nəqliyyat 

kommunikasiyasının  -  "Yeni  İpək  Yolu"nun  işə  düşməsi  də  əhəmiyyətli  təsir 

göstərirdi. 1993-cü ilin may ayında Avropa Birliyinin təşəbbüsü ilə bu istiqamətdə 

nəqliyyat  dəhlizinin açılması  barədə  8 ölkənin, o cümlədən Azərbaycanın iştirakı 

ilə "Brüssel Bəyannaməsi" qəbul olunmuşdu. 1996-cı il mayın 13-də Azərbaycan, 

Gürcüstan,  Türkmənistan  və  Özbəkistan  respublikaları  arasında  tranzit  yük 

daşınmasının  tənzimlənməsi  sahəsində  əməkdaşlıq  və  dəmiryol  nəqliyyatı 

fəaliyyətinin  əlaqələndirilməsi  haqqında  Sarahs  (Türkmənistandadır)  sazişləri 

imzalandı.

85

 1996-cı ilin dekabrında Odessada Azərbaycan, Gürcüstan və Ukrayna 



respublikaları  başçılarının  Avrasiya  nəqliyyat  dəhlizi  yaradılması  haqqında  saziş 

imzalaması da bu işə qüvvətli təkan oldu.

86

 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin