illərin ikinci yarısında xüsusən intensivləşmişdi. "1995-ci ilin ortalarında
Azərbaycan bütün qeyri-qanuni silahlı qüvvələrdən xilas olmuş, tamamilə
...böyük işlərə başlamaq üçün möhkəm ictimai-siyasi sabitlik və qanunçuluq
şəraitinə gətirilmiş dövlətə çevrilmişdi".
xalqının milli xüsusiyyətlərini nəzərə almaqla, qabaqcıl demokratik ölkələrin
hazırladı. Layihə 1995-ci il oktyabr ayının 15-də ümumxalq müzakirəsi üçün
mətbuatda dərc edildi və cəmiyyətdə böyük maraqla müzakirə olundu. Bəzi
məsələlər, anlayışlar, məsələn, dövlət dilinin adı ilə bağlı geniş diskussiyalar
keçirildi. Komissiyaya vətəndaşlardan və təşkilatlardan 2450 təklif, düzəliş və
əlavələr edildi. Yeni variant - o, əvvəlki kimi 199 deyil, 158 maddədən ibarət idi -
noyabrın 8-də mətbuatda dərc edildi. "Azərbaycan Respublikasının Konstitusiyası"
referendumla qəbul olundu. Referendumda 4 milyona yaxın seçici korpusunun 86
faizi iştirak etdi. Onların 94,8 faizi Konstitusiya layihəsini bəyəndiyini bildirdi.
286
Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi, qanuni əsasları
qoyuldu. Konstitusiya bəyan etdi: Azərbaycan xalqının və dövlətinin ən mühüm
məqsədləri Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat
vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin
ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq,
ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq bütün dünya xalqları ilə dostluq,
sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət
göstərməkdir.
152
Azərbaycan Respublikası Konstitusiyası maddələrinin üçdə bir hissəsi (158
maddədən 48-i) insan hüquqlarına və onların təminatlarına həsr edilmişdi.
153
Hakimiyyət bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya təsbit etdi
ki, icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur, qanunverici
hakimiyyəti Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini
isə müstəqil məhkəmələr həyata keçirirlər. Azərbaycan Respublikası Prezidenti
təsisatının ikili hüquqi təbiəti vardır, Ali icra hakimiyyətinin ona mənsub olması ilə
yanaşı, o, birinci növbədə, Azərbaycan dövlətinin başçısıdır, Azərbaycan xalqını
bütövlükdə təmsil edir və xalqın vahidliyinin rəmzidir.
154
Konstitusiyada məhkəmələrin müstəqilliyini təmin edən əsas prinsiplər
müəyyən edilmişdi: Hakimlər müstəqildir, onlar yalnız Konstitusiyaya və
qanunlara tabedirlər, səlahiyyətləri müddətində dəyişməzdirlər.
155
Azərbaycan Respublikası Konstitusiyası Naxçıvan MR-ə Azərbaycanın
tərkibində Muxtar Dövlət statusu verdi. Naxçıvanın coğrafi xüsusiyyətləri,
Azərbaycan Respublikasının əsas hissəsi ilə onun ümumi sərhədinin olmaması bu
bölgə üçün muxtar idarəetmə sisteminin təsis olunmasını tələb edirdi. Naxçıvan
Muxtar Respublikasında dövlət idarəetməsi parlament hakimiyyəti üsulu ilə həyata
keçirilir. Ali Məclisin - parlamentin sədri Muxtar Respublikanın ali vəzifəli
şəxsidir. İcra Hakimiyyəti Ali Məclis tərəfindən formalaşdırılır və onun qarşısında
məsuliyyət daşıyır. Naxçıvan MR-in Ali Məclisi, məhkəmələri qanunla və
Prezident fərmanları ilə onların səlahiyyətinə aid edilmiş məsələlərin həllində
müstəqildirlər. 1998-ci il aprelin 28-də Naxçıvan MR-in Azərbaycan Respublikası
Konstitusiyası əsasında hazırlanmış yeni Konstitusiyası Muxtar Respublikanın Ali
Məclisində qəbul edildi və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən təsdiq olundu.
Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik dövlət və
iqtisadiyyat, vətəndaş cəmiyyəti quruculuğuna hüquqi əsas yaratdı.
Avropa Şurası Parlament Assambleyasının siyasi məsələlər üzrə 2000-ci il 3
may iclasında qeyd olunduğu kimi, Azərbaycanın Avropa standartlarına çatması
üçün ölkənin rəhbərliyi "son dərəcə böyük səylər göstərir. Bu ölkədə rəhbərliyin və
287
xalqın azad, çiçəklənən cəmiyyət qurmaq əzmi heyranlıq doğurur. 70 illik sərt
rejimdən sonra Azərbaycan keçmişin irsindən əl çəkə bilmişdir və suveren, hüquqi
dövlət qurur".
157
Konstitusiyanı daha da demokratikləşdirmək üçün Prezident Heydər
Əliyevin təşəbbüsü ilə 2002-ci il avqust ayının 24-də referendum vasitəsilə ona 39
mühüm dəyişiklik edildi.
1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikası parlamentinə
mojaritar (100 deputat) və proporsional (25 deputat) sistemlə ilk seçkilər keçirildi.
125 deputat yerinə 600, o cümlədən birmandatlı dairələrdə 100 deputat yerinə 400
namizəd qeydə alındı.
158
Cəmiyyətdə daha çox sosial dəstəyi olan səkkiz siyasi
Dostları ilə paylaş: