TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə38/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   34   35   36   37   38   39   40   41   ...   168
§2. ORDU QURUCULUĞU. ATƏġKƏS 

 

Heydər  Əliyevin  yenidən  rəhbərliyə  gəldiyi  vaxtdan  əvvəlki  bütün 

iqtidarlar,  demək  olar  ki,  əsil  mənada  Azərbaycan  ordu  quruculuğu  ilə  məşğul 

olmurdular.  Onların  səriştəsiz  siyasəti  nəticəsində  respublika  ərazisinin  20  faizi 

düşmən  əlinə  keçmişdi.  Ermənilər  "torpağı  viran  qoymaq"  taktikasından  istifadə 

edirdilər.  İşğal  olunmuş  ərazilərdə  evlər,  müəssisələr,  kommunikasiya  vasitələri, 

təbii sərvətlər talan edilir, dağıdılır, yandırılırdı. Müharibədə 20 min azərbaycanlı 

şəhid  olmuş,  100  min  nəfər  yaralanmış,  5  min  nəfər  əlilə

 

çevrilmişdi.  Qaçqın  və 



köçkünlərin sayı milyon nəfəri ötmüşdü.

43

 



Erməni  işğalçıları  tərəfindən  4861  nəfər  azərbaycanlı,  o  cümlədən  314 

qadın,  58  uşaq,  255  qoca  əsir  və  girov  götürülmüşdü.

44 

Erməni  faşistləri  əsir  və 



girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-

insani  rəftar  edir,  qul  kimi  işlədir,  təhqir  edir,  alçaldırdılar.  Yalnız  bir  fakt: 

öldürülmüş əsir Fərhad Atakişiyevin meyiti üzərində ekspertlər 72 işgəncə əlaməti 

aşkar  etmişdilər.  Onun  əlləri,  ayaqları  sındırılmış,  qulaqları  kəsilmiş,  gözləri 

çıxarılmış,  dırnaqları  kökündən  qoparılmış,  burun,  qulaq  dəliklərinə  və  qarnına 

məftil  keçirilmişdi.  Əsirlərə  Azərbaycanın  milli  bayramları  günü  daha  ağır 

işgəncələr verilirdi, erməni qəbri üstə əsir başı kəsmək ənənəyə çevrilmişdi.

45

 



Azərbaycanın  Ermənistan  tərəfindən  işğal  edilmiş  və  separatçı  "Dağlıq 

Qarabağ  Respublikası"nın  nəzarətində  olan  əraziləri  beynəlxalq  terrorizmin  təlim 

düşərgələrinə və müxtəlif növ kimyəvi qırğın silahlarının sınaq meydanına, habelə 

nüvə  tullantılarının  basdırıldığı  zonaya  çevrilmişdi.  Laçın  rayonunun  Zabux 

kəndində  "Kürd  konqresi"  (başçısı  Zeylan  Öcalan),  Xocavəndin  Qırmızı  Bazar 

ərazisində suriyalıların "Xalq Azadlıq Cəbhəsi" (başçısı Zamir əl-Qisse), Zəngilan 

rayonunun  Mincivan  qəsəbəsində  liviyalıların  "Hizbullah"  (başçısı  Ömər  Şəhabi) 

və  livanlıların  "Həmas"  (başçısı  Musa  Qulam  Haq)  kimi  terrorçu  qrupları 

yerləşdirilmişdi.  "ASALA"  erməni  terrorçu  təşkilatının  radikal  qanadı  üçün 

Şuşanın Xəlfəli, Xocavəndin Kiş, Əsgəranın Xankəndi yaşayış məntəqəsində təlim 




269 

 

düşərgələri  təşkil  edilmişdi.  1996-cı  il  mayın  26-da  Azərbaycanın  işğal  olunmuş 



ərazilərinə  əfqan  ərəbləri  -  "əl-Qaidə"çilər  gətirilmişdi.  Burada  nüvə  terrorizmi 

(Ağdaban,  Xanabad,  Həsənriz,  Kropatkin),  bioloji  terrorizm  (İstisu,  Kiş,  Aşağı 

Veysəlli),  kimyəvi  terrorizm  (Vejnəli,  Havıslı)  və  kompüter  terrorizmi  (Şuşa, 

Xankəndi) üzrə qruplar fəaliyyət göstərirdi.

45a

 

Dağlıq  Qarabağ  ərazisində  yerləşdirilmiş  "S-300"  və  "Tayfun"  raketlərini 



Rusiya, Çin  və  Ermənistan alimləri  modernləşdirmişdilər.  Ermənistan nüvə  silahı 

hazırlamağa  çalışırdı.  Ermənilərin  nüvə  texnologiyası  məsələləri  ilə  məşğul  olan 

"Vartanoil", "Razdanmaş", "Jak-Mak Metaliz" və b. şirkətlərinin, "Lizinq" Biznes 

Mərkəzinin  İran,  Rusiya,  Fransa,  İraq,  Pakistan  Səudiyyə  Ərəbistanı  və  b. 

ölkələrdə  filialları  fəaliyyət  göstərirdi.  Dağlıq  Qarabağda  təşkil  edilmiş  nüvə 

tədqiqatı  laboratoriya  və  mərkəzlərində  Suriya,  Səudiyyə  Ərəbistanı,  Pakistan, 

İran,  Ermənistan  alimləri  və  Əfqanıstandan  olan  ərəb  mütəxəssisləri  elmi 

axtarışlarını  davam  etdirirdilər.  Erməni  və  rus  alimlərinin  birgə  sınaq  təcrübələri 

keçirilmişdi.  2000-ci  il  dekabrın  14-də  qəbul  edilmiş  Ermənistanın  nüvə 

proqramının  4-cü  maddəsində  işğal  olunmuş  Azərbaycan  əraziləri  -  Kəlbəcərin 

Başalıbel, Şuşanın Göytala və Laçının Mixidərə, Malxələf, Aşağı Fərəcan yaşayış 

məntəqələri Ermənistanın nüvə zonalarına aid olunmuşdu.

45b

 

İşğal  olunmuş  Azərbaycan  ərazilərindən  işğalçı  ordunun  dərhal,  tamamilə 



və qeyd-şərtsiz çıxarılması tələbi BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel 

822, 29 iyul 853, 14 oktyabr 874 və 11 noyabr 884 saylı qətnamələrində öz əksini 

tapsa  da,  Ermənistan  müxtəlif  bəhanələrlə  onları  yerinə  yetirməkdən  imtina 

edirdi.


46 

Əslində  münaqişə  tərəflərindən  birinə  -  Ermənistana  doğma,  o  birinə  - 

Azərbaycana  yad  münasibət  bəsləndiyindən  bu  qətnamələrin  heç  birində 

Ermənistan təcavüzkar elan olunmurdu. Bunlardan yalnız birində Ermənistanın adı 

çəkilir  və ondan tələb edilirdi ki, Dağlıq Qarabağa təsir göstərsin.

47

  ABŞ,  Rusiya 



və  başqa  dövlətlərin  parlamentlərində  özünə  doğma  münasibət  görən  Ermənistan 

təcavüzkar əməllərini azğınlıqla davam etdirirdi. 

Azərbaycan  Ordusu  bərbad  vəziyyətdə  idi,  parçalanmışdı,  hərbi  hissələr 

ayrı-ayrı  siyasi  qrupların  təsiri  altına  düşmüşdü.  Silah,  sursat,  geyim  və  ərzaqla 

təminat  yarıtmaz  halda  idi.  Korrupsiya  geniş  yayılmışdı.  Xalq  orduya  yadlaşır, 

fərarilik  artırdı.  1991-1992-ci  illərdə  ordunu  30  min  döyüşçü  özbaşına  tərk 

etmişdi.

48

  Müdafiə  Nazirliyinə  tabe  olmayan  müxtəlif  siyasi  ambisiyalı,  döyüş 



qabiliyyəti  aşağı  olan,  nizam-intizamsız  hərbi  hissələri  ləğv  etmək,  güclü  nizami 

ordu  yaratmaq,  bunun  üçün  xalqı  ayağa  qaldırmaq,  birləşdirmək  lazım  idi. 

Prezident  Fərmanı  ilə  1993-cü  il  noyabrın  1-də  Dövlət  Müdafiə  Şurası  yaradıldı. 

Onun həmin gün keçirilən ilk iclasında ordu quruculuğu, müdafiə məsələləri geniş 

müzakirə  olundu,  müvafiq  qərarlar  qəbul  edildi.  Səfərbərliyin  təşkili,  döyüş 

hazırlığının, qoşun hissələri şəxsi heyətinin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə 




270 

 

istiqamətləndirilmiş tədbirlər müəyyən edildi.



49

  Prezident  Heydər  Əliyev  1993-cü 

il  noyabrın  2-də  televiziya  və  radio  vasitəsilə  xalqa  müraciət  etdi,  onu  ölkənin 

qeyrət və azadlığı uğrunda birləşib düşmənə qarşı

 

mübarizəyə qalxmağa çağırdı.



50

 

Prezidentin  çağırışı  xalqı  silkələdi,  hərəkətə  gətirdi,  orduya  könüllü 



yazılanların  sayı  minlərlə  idi.  Könüllülərdən  ibarət  taburlar  yaradılıb  cəbhəyə 

göndərildi.  Əfqanıstanda  xidmət  etmiş  keçmiş  döyüşçülər  Prezidentə  müraciət 

edib,  alay  yaratmaq  təşəbbüsü  irəli  sürdülər.  Bu  təcrübəli  döyüşçülərdən  ibarət 

hərbi hissə yaradıldı.

51

 

1993-cü il noyabrın 23-də Milli Şura "Müdafiə haqqında" Qanun qəbul etdi. 



Qanunda  ordu  quruculuğunda  məsul  vəzifəli  şəxs  və  orqanların  fəaliyyəti 

sistemləşdirildi,  məsuliyyət  sahələri  dəqiqləşdirildi.

52

  Noyabr-dekabr  aylarında 



16,7  min  döyüşçüsü  olan  40  ehtiyat  taburu  təşkil  edildi.  Prezident  şəxsən  cəbhə 

bölgələrində  ordunun,  əsgərlərin  döyüş  hazırlığının  vəziyyəti  ilə  yaxından  tanış 

olub, konkret tədbirlər müəyyənləşdirdi.

53

 



Səhra  Cəbhə  İdarəsi,  33  köhnə  başıpozuq  hərbi  hissə  ləğv  edildi, 

əldəqayırma  "generallar",  siyasi  hoqqabazlar,  xainlər  və  satqınlar  ordudan 

uzaqlaşdırıldı,

54

  36  tabur  təşkil  edildi.



55

  Səmərəli  hərbi  təlim  üçün  proqramlar 

hazırlandı,  ordunun  döyüş  hazırlığının  yüksəldilməsi  işi  dövlət  başçısının  ciddi 

nəzarəti altına alındı. 1994-cü ilin sonunda milli ordunun sıralarında 54 min əsgər 

və  zabit  var  idi.

56

  Silahlı  qüvvələrin  maddi  bazası  xeyli  möhkəmlənmişdi.  Bütün 



bunların nəticəsində Azərbaycan Ordusu düşmənin respublikanın içərilərinə doğru 

hücumunu dayandırdı, hətta əks-hücuma keçib bir sıra əraziləri işğaldan azad etdi. 

1993-cü  il  noyabrın  ortalarında  cəbhələrdə  intensiv  hücuma  başlamış 

ermənilər  Azərbaycan  Ordusunun  güclü  müqavimətinə  rast  gəldilər.  Dekabrın 

ortalarında  Beyləqan  istiqamətində  milli  ordunun  əsgərləri  böyük  rəşadət 

göstərdilər.  Birinci  tabura  hücum  edən  15  düşmən  tankının  7-si  məhv  edildi.

57

 

Azərbaycan  döyüşçüləri  hücuma  keçib  30  km  irəlilədilər.  Minomyotçular 



komandiri  Akif  Xanəliyev  döyüşdə  50-yə  qədər  düşmən  əsgərini  məhv  etdi. 

Xankəndi  tərəfə  kəşfiyyata  getmiş  hərbi  hissə  qəfildən  düşmənlə  üzləşsə  də, 

mərdliklə  vuruşmuş,  ermənilər  xeyli  itki  vermişdilər.  Etibar  İsmayılov  tank 

əleyhinə  qumbara  ilə  özünü  düşmənə  köməyə  gələn  tankın  altına  ataraq  onu 

partlatdı  və  həyatı  bahasına  döyüşçü  yoldaşlarını  ölümdən  xilas  etdi.  Ölümündən 

sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

58

 

1994-cü  il  yanvarın  5-də  Azərbaycan  Ordusu  müvəffəqiyyətli  əməliyyatlar 



nəticəsində  Füzuli  rayonunda  strateji  əhəmiyyətli  Horadiz

 

qəsəbəsini,  22  kəndi 

işğaldan azad etdi, hücumu genişləndirib Cəbrayıl rayonu ərazisinin bir hissəsini, 

Kəlbəcər  rayonunda  Bozlu,  Təkəqaya,  Babaşlar,  Qanlıkənd,  Çənli,  Susuzluq, 

Qasımbinəsi,  Yanşaqbinə,  Yanşaq,  Bağırsaq,  Qamışlı,  Bağırlı  yaşayış 

məntəqələrini azad etdi. 




271 

 

Çiçəkli  dağı  və  başqa  strateji  yüksəklikləri  ələ  keçirdi,  Kəlbəcər-Ağdərə 



yolunun Tunelə qədərki hissəsini nəzarət altına aldı.

59 


1993-cü il dekabr - 1994-cü 

il  yanvar  döyüşlərində  düşmən  4  min  əsgər  və  zabit,  50  zirehli  texnika,  15 

artilleriya  qurğusu  və  s.  itirdi.  Azərbaycan  tərəfinin  itkisi  bundan  1-1,5  dəfə  az 

idi.


60

 

Ordunun  möhkəmlənməsi,  NATO-ya  tərəf  əməli  addımlar  respublikada 



müstəqilliyin dönməzliyinə şərait yaradırdı. Bunun qarşısını nəyin bahasına olursa-

olsun  almaq  istəyən  nüfuzlu  imperiyapərəst  qüvvələr  ermənilərə  köməyi  daha  da 

artırdılar.  Bu  səbəbdən  1994-cü  ilin  fevralında  Kəlbəcərdə  uğurla  həyata 

keçirilməyə başlanan "Murovdağ" əməliyyatı məğlubiyyətlə nəticələndi.

61 

Azərbaycanda  çaşqınlıq,  vahimə  yaratmaq  üçün  Ermənistan  dövləti  terror 



əməllərini  də  fəallaşdırmışdı.  1994-cü  il  fevralın  1-də  Bakı  dəmiryol  vağzalında 

"Kislovodsk-Bakı"  sərnişin  qatarında  törədilmiş  terror  aktı  nəticəsində  3  nəfər 

həlak olmuş, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. 8 gün sonra Xudat 

stansiyasında  yük  vaqonu partladılmış, dövlətə böyük ziyan dəymişdi.  1994-cü il 

aprelin  13-də  "Daqestanskiye  oqni"  stansiyası  yaxınlığında  "Moskva-Bakı" 

sərnişin qatarı partladılmış, nəticədə 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdı.

62

 

Rusiya  1994-cü  ilin  aprelində  regionda  mövqelərini  qoruyub  saxlamaq, 



qoşunlarını atəş xəttində yerləşdirmək, ağlasığmaz siyasi və iqtisadi güzəştlər əldə 

etmək məqsədilə Azərbaycana münasibətdə alçaldıcı bir saziş layihəsi təklif etdi.

63

 

Azərbaycanı  artıq  Ermənistan  tərəfindən  bəyənilmiş  bu  layihə  ilə  razılaşmağa 



məcbur  etmək  üçün  aprelin  10-dan  ermənilər  bütün  cəbhələrdə  güclü  hücuma 

başladılar.  Azərbaycan  Ordusu  düşmənin  hücumunu  müvəffəqiyyətlə  dəf  etdi. 

Goranboy rayonunun Talış  və  Gülüstan  kəndləri uğrunda  döyüşlərdə  Azərbaycan 

əsgərləri  qalib  gəldilər,  düşmən  150  əsgər  və  zabitini  itirib  geri  çəkildi.

64

  Tərtər 



rayonunun  İlxıçılar  və  Göyarx  kəndləri  tərəfdə  gedən  ağır  döyüşlərdə  düşmənin 

200-dən çox canlı qüvvəsi məhv edildi.

65

 Lakin arxalı ermənilər Ağdam rayonunun 



daha 18 kəndini,  Ağdərə bölgəsində bir neçə kəndi işğal edə bildilər. Bərdə üçün 

ciddi  təhlükə  yarandı.  Azərbaycan  Ordusu  buraya  əlavə  qüvvələr  gətirməklə 

düşmən  hücumunun  qarşısını  aldı  və  əks-hücuma  keçib  bir  neçə  yaşayış 

məntəqəsini  azad  etdi.

66

  Beləliklə,  imperiyapərəst  qüvvələrin  təklif  etdiyi  plan  - 



döyüşən  tərəflərin  ayrılmasında  ATƏM-in  iştirakı  olmadan  yalnız  Rusiyanın 

vasitəçiliyini nəzərdə tutan plan baş tutmadı. Bu işdə ABŞ-ın və ATƏM-in Minsk 

qrupunun mühüm rolu oldu.

67

 



Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində qonşu Rusiyanın atəşkəsə 

nail  olmaq  sahəsində  səylərindən  də  imtina  etmədi.  1994-cü  il  mayın  8-də 

münaqişədə iştirak edən tərəflərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı və 

erməni icmalarının, habelə Rusiya Federasiyasının bu niyyətini təsdiq edən Bişkek 

protokolu Azərbaycan Respublikası tərəfindən də imzalandı.

68

 




272 

 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin uğurlu diplomatiyası, 



milli ordunun  yaradılması və  güclənməsi nəticəsində düşmən və onun havadarları 

artıq münaqişəni zorakı vasitələrlə həll etmək cəhdlərinin perspektivsizliyini dərk 

edirdilər. 1994-cü il mayın 12-də cəbhələrdə atəşkəsə nail olundu.

69

 



Gündəlik dövlət qayğısı sayəsində Azərbaycan Ordusu getdikcə inkişaf etdi, 

müasir hərbi texnika  və  bacarıqlı kadrlarla  təchiz  olundu, silahlı qüvvələrin şəxsi 

heyətinin döyüş qabiliyyəti artdı, hərbi hissələrdə nizam-intizam möhkəmləndi. Bu 

işdə Azərbaycanın NATO ilə sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində həyata 

keçirilən tədbirlərin, qardaş Türkiyə Respublikası hərbçilərinin köməyi böyük idi. 

Azərbaycan xalqının orduya yardımını tənzimləmək məqsədilə 2002-ci il avqustun 

17-də  Prezident  Heydər  Əliyevin  Fərmanı  ilə  "Azərbaycan  Respublikası  Silahlı 

Qüvvələrinə Yardım Fondu" təsis edilmişdi.

70 

 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin