Partiyanın 1992-ci il 21 noyabr tarixli bəyanatında qeyd olunurdu ki, bu
partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
ərazi bütövlüyü, sivilizasiyalı demokratik hüquqi dövlət, möhkəm əmin-amanlıq və
ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaqdan, geniş
demokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarətdir.
"Bizim şüarımız müxalifət naminə müxalifət ola bilməz! Bizim prinsipimiz
konstruktivlikdir".
8
Partiyanın sıraları sürətlə artırdı. Lakin o, iqtidara birdən-birə
gələ bilmədi.
9
Heydər Əliyev təkcə YAP-ın deyil, bütün Azərbaycan xalqının lideri idi. O
öz məsləhətləri ilə xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq
üçün iqtidara yol göstərməyə çalışırdı. Uzun müddət bu məsləhətlərə məhəl
264
qoymayıb səriştəsiz siyasəti ilə ölkəni parçalanmaq, vətəndaş müharibəsi həddinə
gətirmiş iqtidar başlanmış təhlükəli proseslərin qarşısını almaqda gücsüzlüyünü
görüb son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Prezident Elçibəyin
dəfələrlə təkidli dəvətlərindən sonra Heydər Əliyev 1993-cü il iyunun 9-da
hökumətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi.
10
Heydər Əliyev genişlənmək təhlükəsi olan vətəndaş müharibəsini
dayandırmaq üçün ağıllı, düşünülmüş siyasi tədbirlər həyata keçirdi. O, iyunun 13-
14-də Gəncə şəhərində hərbi müxalifətlə danışıqlar apardı, mövcud siyasi
böhrandan çıxış yollarını müəyyənləşdirdi.
İyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə sessiyası
Heydər Əliyevi Ali Sovetin sədri seçdi.
12
Bu gün Azərbaycanın müasir dövr
tarixinə "Qurtuluş Günü" kimi daxil oldu. Sonralar - 1997-ci ilin iyununda Milli
Məclis bu günü "Milli Qurtuluş Günü" kimi bayram elan etdi.
13
1992-ci ilin 15
iyunu - Üçüncü Azərbaycan Respublikasının həyatında baş verən bu əlamətdar
hadisə Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu.
Siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş müharibəsi, siyasi pərakəndəlik
həddinə gətirib çıxarmış, iqtisadi və sosial problemləri daha da mürəkkəbləşdirmiş
AXC - Müsavat iqtidarı komandası özü hakimiyyətə dəvət etdiyi Heydər Əliyevə
bu mürəkkəb problemləri aradan qaldırmaqda köməkçi olmaqdansa, müxalifətə
keçdi: bir çoxu qaçıb gizləndi, bəziləri fəaliyyətlərini "dondurdu". Siyasi gərginliyə
tab gətirə bilməyən, şəxsi təhlükəsizliyindən qorxan, baş götürüb qaçmaqla guya
paytaxtda qardaş qırğınının qarşısını almağa çalışan prezident Elçibəy iyunun 17-
dən 18-nə keçən gecə Bakını gizlicə tərk edib Naxçıvan MR-in Ordubad rayonuna
- doğulduğu Kələki kəndinə getdi və ölkəni bu ucqar dağ kəndindən idarə etmək
iddiasında olduğunu bildirdi.
14
Milli Məclis qaçqın prezidentə geri qayıdıb ölkəyə
belə bir mürəkkəb şəraitdə lazımi səviyyədə rəhbərlik etməyi dönə-dönə təklif etsə
də, hər dəfə faktik olaraq rədd cavabı aldı. İyunun 24-də Milli Məclis respublika
prezidentinin səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.
15
Vətəndaş müharibəsini dayandırmaq məqsədilə Heydər Əliyev heç bir
siyasi idarəçilik bacarığı olmayan, xarici dövlətin xüsusi orqanlarının və revanş
almaq istəyən qüvvələrin əlində oyuncağa çevrilmiş, lakin real silahlı gücə malik
S.Hüseynovu öz sayıq nəzarəti altında baş nazir vəzifəsinə təyin etdi. Güc
nazirliklərinə rəhbərlik ona tapşırıldı.
16
Heydər Əliyev iqtidarında yüksək vəzifələr tutsa da, öz məqsədinə nail ola
bilməyəcəyini dərk edən S.Hüseynov qərargahı Gəncədə yerləşən Səhra Cəbhə
İdarəsi yaratdı. Burada R.Qazıyev və iyunun 15-də Lənkəranda hakimiyyəti hərbi
hissələrin köməyi ilə devirmiş, cənub bölgəsinə faktiki rəhbərlik edən
Ə.Hümbətovla birgə dövlət başçısını hakimiyyətdən əl çəkməyə məcbur etmək
planlarını həyata keçirməyə cəhd etdi.
265
1993-cü ilin yayı və payızında hərbi müxalifətin cinayətkar satqınlığı
nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yeni zərbələr endirildi. Ermənistanın
hərbi qüvvələri Azərbaycandakı siyasi böhrandan istifadə edib iyunun
əvvəllərindən başlayaraq güclü hücuma keçdi. Hərbi qiyam vaxtı Ağdam
cəbhəsindən həm AXC-Müsavat iqtidarına, həm də S.Hüseynova tabe xeyli canlı
qüvvə və hərbi texnika çıxarılmışdı.
17
Daxili qoşun hissələri Bakının
"surətçi"lərdən müdafiəsinə çağırılmışdı.
18
Düşmən bundan istifadə edib Ağdamın
Qarqar çayı və Sayıbalı kəndinə qədər ərazisini ələ keçirmişdi. İyunun 25-dən 26-
na keçən gecə milli silahlı qüvvələr Ağdam cəbhəsindən çıxarıldı. Cəbhə yerli
özünümüdafiə taburlarının ümidinə qaldı. İyulun əvvəllərində S.Hüseynova sadiq
709 saylı hərbi hissə
Ağdama daxil oldu.
19
S.Hüseynov Ağdamı düşmənə, özünün
dediyi kimi, "əlborcu verməklə" ölkədə siyasi vəziyyəti daha da gərginləşdirmək,
Heydər Əliyevi hakimiyyətdən kənarlaşdırmaq istəyirdi. Döyüşlərin bütün
ağırlıqlarını çəkmiş özünümüdafiə taburları döyüş mövqelərindən çıxarıldı. Ağdam
şəhəri düşmən tərəfindən intensiv atəşə tutularkən "surətçilər" heç bir cavab tədbiri
görmədilər. Düşmən sürətlə irəlilədi. Malıbəylidə ağır döyüşlər getdi. Asif
Məhərrəmovun başçılıq etdiyi özünümüdafiə taburu iyulun 22-23-də bütün günü
və gecəni düşmənlə əlbəyaxa vuruşdu, lakin heç bir kömək almadığından geri
çəkilməyə məcbur oldu. İyulun 23-də səhər əsasən özünümüdafiə taburlarının gücü
ilə 43 gün düşmənlə qanlı döyüşlər aparmış Ağdam şəhəri işğal olundu.
20
S.Hüseynov Gəncədə bəyanat verib bildirdi ki, o, "xalq və dövlət taleyinin
həll edilməsi məsələsini" öz üzərinə götürür. Ə.Hümbətov bu bəyanatı alqışladı.
21
Cənub bölgələrində separatçılıq edən qüvvələrlə münasibəti sivil qaydada
nizama salmaq istəyən Heydər Əliyev Ə.Hümbətovla görüşməyi qərara aldı. Bu
görüşdə "səlahiyyətim avtomatımdır" -deyən Hümbətov davakar-ultimativ iddialar
irəli sürdü. S.Hüseynova geniş səlahiyyətlər verilməsini, Ali Sovetin sessiyasını
çağırıb A.Mütəllibovu öz vəzifəsinə qaytarmağı tələb etdi və qəti rədd cavabı
aldı.
22
1993-cü il avqustun 7-də respublikanın cənub bölgələrində üzdəniraq "Talış
Muğan Respublikası" (TMR) yaradıldığı elan olundu. "Hökumət" təşkil edildi.
Rusiya, İran və Belarus dövlətlərinə, BMT-yə müraciət edib bu qondarma qurumu
tanımağı xahiş etdilər. Təbii ki, cavab almadılar.
23
Yerlərdə baş verən kortəbii mitinqlərdə əhali Ə.Hümbətovun silahlı quldur
dəstəsinin ləğv olunmasını, qondarma "TMR"-i tanımadığını bəyan edirdi. Heydər
Əliyev xalqın dəstəyinə arxalanaraq məsələni dinc vasitələrlə həll etməyə üstünlük
verdi. Avqustun 13-də o, bu bölgədən olan xalq deputatları, tanınmış ziyalılar və
ağsaqqallarla görüşdü. Onlar "hümbətovçulara" qarşı qəti tədbirlər görülməsini
tələb etdilər. Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət
verdi, onu Azərbaycanın müstəqilliyinə qarşı qüvvələrin siyasi oyunu kimi ifşa
266
etdi. S.Hüseynov avqustun 18-19-da Gəncədə Ə.Hümbətovu dost kimi qəbul edib
möhkəm dayanmağı məsləhət gördüyü vaxt cənub rayonları əhalisinin etiraz
hərəkatı genişlənirdi. Xalqın və dövlət qüvvələrinin birliyi sayəsində avqustun 23-
də separatçılar dövlətin gücü ilə məğlub edildilər. Ə. Hümbətov qaçdı, "TMR" ləğv
olundu.
24
Satqınların və köhnə iqtidara sadiq hərbi hissələrin təxribatı nəticəsində
avqustun 18-də Cəbrayıl, 23-də Füzuli, 31-də Qubadlı rayonları işğal olundu.
Mühasirəyə düşmüş Zəngilan rayonu oktyabrın 29-30-da düşmən əlinə keçdi.
25
Ölkənin müstəqilliyinə qənim kəsilmiş, xaricdən idarə olunan qüvvələrin
hakimiyyəti ələ almaq üçün heç nədən çəkinmədiyini görən xalq Heydər Əliyevin
ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin qərarı ilə 1993-cü il avqustun
29-da prezident Ə.Elçibəyə etimad haqqında referendum keçirildi. Referendumda
iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdi.
26
1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ
əsasla, səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi.
27
Prezident Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ardıcıl və dönməz
olduğunu təsdiqləyən uğurlu daxili və xarici siyasəti düşmənləri ciddi narahat
edirdi. Onlar paytaxtda və respublikanın digər iri yaşayış məntəqələrində siyasi
sabitliyi pozmaq üçün hər vasitəyə əl atırdılar. Bakı metropolitenində yanğın və
partlayışlar törədilir, Prezidentə sui-qəsd təşəbbüsləri, dövlət çevrilişinə cəhdlər
göstərilirdi.
1993-cü il sentyabrın ortalarında S.Hüseynov, Ə.Hümbətov və R.Qazıyev
qüvvələrini birləşdirib Bakıya hücum etmək, Heydər Əliyevi hakimiyyətdən
salmaq planı hazırlamışdılar. Respublikanın qərb rayonlarında qeyri-rəsmi hərbi
qruplar yaradılmışdı. Murovdağ, Goranboy və Gədəbəy bölgələrindən 50-yə qədər,
Lənkərandan 8 zirehli texnika və canlı qüvvə Gəncə ətrafındakı meşələrdə
yerləşdirilmiş və fürsət gözləməkdə idi. S.Hüseynov Gəncədə və Yevlaxda öz
əlaltılarının müşavirəsini keçirmiş, çevrilişə hazırlıq tədbirlərini müzakirə
etmişdi.
28
Baş nazir və onun tərəfdarları ölkədə narazılıq salmaq üçün digər
təxribatlara da əl atır, ərzaq təchizatında süni gərginlik yaradır, inflyasiyanı
dərinləşdirən tədbirlər görürdülər.
Cəmiyyətdə vahimə yaratmaq üçün 1994-cü il sentyabrın 21-dən 22-nə
keçən gecə Təhlükəsizlik Nazirliyi istintaq təcridxanasından dövlətə qarşı
cinayətlərdə ittiham olunan bir neçə cinayətkar qaçırıldı. Sentyabrın 29-da daha bir
neçə cinayət aktı törədildi. Ali Sovet sədrinin müavini A.Cəlilov və Prezident
yanında Xüsusi İdarə rəisi Ş.Rəhimov qətlə yetirildilər.
29
Xüsusi Təyinatlı Polis
Dəstəsinin əvvəllər müəyyən hərbi xidmətləri olsa da, pozucu qüvvələrin təsiri ilə
artıq cinayət yoluna düşmüş 30-a qədər "döyüşçüsü" oktyabrın 2-də Respublika
Prokurorluğu binasına soxuldu.
30
Daxili işlər nazirinin müavini Rövşən Cavadov
267
40 nəfərlik silahlı dəstə ilə nazirliyin binasına hücum edib dəf olunduqdan sonra
prokurorluğun binasına, qardaşının rəhbərlik etdiyi dəstəyə köməyə gəldi.
31
Prezident Heydər Əliyevin apardığı danışıqlar nəticəsində Cavadov
qardaşları öz tərəfdarları ilə prokurorluğun binasını tərk etdilər. Bu, hərbi qiyam
cəhdinin başlanğıcı idi. Oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarlarından
ibarət 300-ə yaxın silahlı adam şəhər İcra Hakimiyyəti binasını və başqa strateji
obyektləri ələ keçirdi. Bu zaman paytaxtda iki hərbi hissənin əsgərləri artilleriya
qurğularını Prezident sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb
əmrə müntəzir dayanmışdılar. Oktyabrın 4-dən 5-ə keçən gecə Prezident H.Əliyev
Azərbaycanın müstəqil dövlətçiliyini müdafiə etmək üçün radio və televiziya ilə
xalqa müraciət etdi.
32
Onun çağırışı ilə, gecə yarısı olmasına baxmayaraq, qısa bir
vaxtda on minlərlə adam Prezident sarayı qarşısına toplaşdı.
33
Qiyamçılar
Prezident sarayına hücuma cəsarət etmədilər. Prezidentin həyata keçirdiyi tədbirlər
qiyamçılara qüvvələrini birləşdirməyə imkan vermədi. Gəncədə qiyam yatırıldı.
Vəziyyətin dəyişdiyini görən Cavadov qardaşları Prezidenti müdafiə etdiklərini
bildirdilər.
34
Xalq oktyabrın 5-də Bakının Azadlıq meydanında təşkil olunmuş izdihamlı
ümumxalq mitinqində qanuni Prezidenti dəstəklədiyini bir daha nümayiş etdirdi.
35
Qiyam və dövlət çevrilişi qəsdində günahkar olan S.Hüseynov
hakimiyyətdən kənarlaşdırıldı, Azərbaycandan Rusiyaya qaçdı. 1996-cı ildə isə
Rusiyada həbs olunub respublikaya gətirildi və məhkum edildi.
30
Düşmənlərin, xarici kəşfiyyat orqanlarının əlində oyuncaq olan hakimiyyət
hərisləri yenə də öz niyyətlərindən əl çəkmirdilər. 1994-cü il dekabrın 4-də
"Azərbaycana xidmət" vəqfi tərkibində "Azərbaycan Strateji Araşdırmalar
Mərkəzi" adlı təşkilat yaradılmışdı.
37
Bu təşkilat ölkədə siyasi müxalifətlə hərbi
müxalifəti birləşdirib dövlət çevrilişi etməyi, qanuni Prezidenti fiziki cəhətdən
məhv edib A.Mütəllibov, Ə.Elçibəy və başqalarının təmsil olunduğu "Dövlət
Şurası" yaratmağı planlaşdırmışdı. Mərkəzin işində "Müsavat" və "Doğru yol"
partiyalarının nümayəndələri də fəallıq göstərirdilər. Bu vaxt AXC və ona yaxın
qüvvələr də xeyli fəallaşmışdılar.
38
Martın 12-dən 13-nə keçən gecə Ağstafa və Qazaxda Xüsusi Təyinatlı Polis
Dəstəsi əməkdaşları (omonçular) qiyam qaldırıb dövlət idarələrini zəbt etdilər.
39
Martın 15-də omonçular Bakıda Nizami rayon polis idarəsinə silahlı basqın etdilər
və dəf olundular. Prezidentin 16 mart tarixli fərmanı ilə Xüsusi Təyinatlı Polis
Dəstəsi ləğv edildi və onun Bakıdakı əməkdaşlarından silahı könüllü təhvil verib,
"8-ci km" qəsəbəsindəki bazalarını tərk etmək tələb olundu.
40
Cavadov qardaşları
Prezidentin münaqişəni dinc yolla həll etmək istəyinə məhəl qoymadılar. Onlar
bazada toplanmış silahlıları dörd hücum qrupuna bölüb, martın 16-dan 17-nə keçən
268
gecə Prezident sarayı, Dövlət Teleradio Şirkəti və Daxili İşlər Nazirliyi binalarını
tutmaq üçün həmlə ilə mühasirəni yarıb şəhərə çıxmağa çalışdılar.
41
İqtidarın fövqəladə tədbirləri, hökumət qüvvələrinin çevik hərbi
əməliyyatları nəticəsində dövlət çevrilişi cəhdi bu dəfə də baş tutmadı.
Sonralar da qanuni hakimiyyəti devirmək, Prezidenti fiziki cəhətdən məhv
etmək və başqa siyasi terror cəhdləri baş verdi və hər dəfə respublikanın hüquq-
mühafizə orqanları tərəfindən qətiyyətlə dəf edildi.
42
Xalq respublikanın dövlət
müstəqilliyinin təminatçısı olan Prezident Heydər Əliyevi dəstəklədi, siyasi
yetkinlik, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirdi.
Dostları ilə paylaş: |