TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


-60-cı illərin iqtisadi inkiĢaf problemləri



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə9/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   5   6   7   8   9   10   11   12   ...   168
§4. MÜHARĠBƏNĠN SON, HƏLLEDĠCĠ DÖVRÜNDƏ 

 

1944-cü  ilin  iyununda  Avropada  ikinci  cəbhənin  açılmasına  baxmayaraq, 



Vermaxtın  əsas  qüvvələri  alman-sovet  cəbhəsində  yerləşmişdi.  Almanlar 

Moskvada  qalmaq  üçün  öz  qruplaşmalarının  birinci  cinahını  möhkəmləndirməyə 

çalışırdılar.  Son  dərəcə  gərgin  gedən  bu  döyüşlərdə  Azərbaycan  diviziyaları  da 

iştirak edirdi. 

1944-cü  il  oktyabrın  20-də  sovet  və  yuqoslav  qoşunlarının  birgə  gücü  ilə 

almanların 20 minlik Belqrad qruplaşması məhv edildi və Yuqoslaviyanın paytaxtı 

azad olundu. 

Həmin il noyabrın sonunda Yuqoslaviya Xalq Azadlıq Ordusunun hissələri 

ilə  birgə  qədim  Krakov  şəhəri  yaxınlığında  çox  ağır  hərbi  əməliyyatlar  başlandı. 

223-cü  diviziyanın  1041-ci  alayının  komandiri  mayor  Baxış  Mehdiyev  1037-ci 

alayın  iki  batalyonu  ilə  birlikdə  şəhəri  alman  faşistlərindən  təmizlədilər.  Düşmən 

döyüş  meydanında  1000-ə  qədər  əsgər  və  zabit  itirdi.  223-cü  Azərbaycan 

diviziyasının döyüşçüləri Belqradın sakinlərinin alqışları altında qələbə bayrağı ilə 

qürurla addımladılar. 223-cü diviziyaya "Belqrad" fəxri adı verildi. Bu münasibətlə 

marşal İosip Broz Tito diviziyanın komandirinə təbrik məktubu göndərmişdi.

154


 

1944-cü  il  avqustun  25-də  223-cü  diviziya  3-cü  Ukrayna  cəbhəsi 

komandanının  əmri  ilə  Sarata-Qalebna  rayonunda  mühasirəyə  alınmış  düşmən 

qruplaşmasını  parçalamaq  məqsədilə  döyüşə  başladı.  Alman  faşist  diviziyaları 




64 

 

güclü hücumlarla mühasirədən çıxmağa çalışdığı zaman mayor Baxış Mehdiyevin 



1041-ci  alayı  özü  düşmənin  mühasirəsinə  düşdü,  lakin  iki  günlük  mühasirə 

şəraitində B.Mehdiyevin alayı igidlik göstərərək 1500 alman faşistini məhv etmiş, 

1000 nəfəri isə əsir götürmüşdü. 

223-cü  diviziyanın  adı  iki  dəfə  Ali  Baş  Komandanın  əmrində  çəkilmiş  və 

almanların  Dnepr  çayı  sahilindəki  müdafiəsini  yardığına,  Benzeranı  hücumla 

aldığına görə ona iki dəfə təşəkkürnamə göndərilmişdi.

155

 

1945-ci il yanvarın 12-də sovet ordusunun Visla-Oder əməliyyatı başlandı. 



Bu  əməliyyatın  aparılmasında  məqsəd  alman-faşist  qruplaşmalarını  dağıtmaq, 

Polşanın azad edilməsini başa çatdırmaq, Berlinə həlledici zərbə endirilməsi üçün 

münasib şərait yaradılmasını təmin etmək idi. Bu əməliyyatda 416-cı Taqanroq və 

223-cü Belqrad diviziyaları fəal iştirak etdilər. 

Visla sahillərində gedən  döyüşlərdə  leytenant Bəhyəddin Mirzəyev şöhrət 

qazandı.  Yanvarın  14-dən  15-ə  keçən  gecə  onun  rotası  Vislanı  keçib  sağ  sahildə 

möhkəmləndi.  Cəsur  döyüşçülər  tutduqları  mövqeyi  əldən  vermədilər.  Əməliyyat 

B.Mirzəyevin göstərdiyi şəxsi qəhrəmanlıq və döyüş ustalığı sayəsində qələbə ilə 

başa çatdı.

156


 

1945-ci  ilin  yanvarında  düşmənin  Visladakı  müdafiə  istehkamlarının 

keçilməsində  416-cı  diviziyanın  batalyonu  yüksək  döyüş  məharəti  nümayiş 

etdirmişdi.  Batalyon  düşməni  birinci  və  ikinci  müdafiə  xətlərindən  çıxararaq, 

diviziyanın hərəkətinə imkan yaratdı. 

Varşavanın  cənubunda  düşmən  müdafiəsinin  yarılması  və  Visla-Oder 

arasındakı döyüşlərdə yüksək hərbi nailiyyətlərinə görə 416-cı diviziyanın 1368-ci 

alayı Qırmızı Bayraq, 1054-cü artilleriya alayı III dərəcəli Suvorov, 444-cü topçu 

divizionu III dərəcəli Boqdan Xmelnitski, 348-ci sanitar batalyonu Qırmızı Ulduz 

ordenləri ilə təltif olunmuşdu. 1945-ci  il  yanvarın 19-da  416-cı  diviziya  Visladan  

Polşanın içərilərinə doğru 180 km irəlilədi,

157


  fevralın  1-də  isə  Oder  çayının  qərb 

sahilinə  çıxdı.  Almanlarla  bir  həftə  ağır  döyüşlər  nəticəsində  kapitan  Mirzəyevin 

batareyası tutduğu mövqelərini saxlaya bildi. Bəhyəddin Mirzəyev igidliyinə görə 

SSRİ  Ali  Soveti  Rəyasət  heyətinin  Fərmanı  ilə  Sovet  İttifaqı  Qəhrəmanı  adına 

layiq görüldü. Bu, 416-cı və 295-ci diviziyaların birgə zərbələri altında düşmənin 

Berlinə  gedən  yol  üzərində  yerləşən  və  müdafiə  xətti  rolunu  oynayan  Küstrin 

şəhər-qalanın  alınması  üçün  böyük  strateji  əhəmiyyət  kəsb  edirdi.  Yolayrıcında 

yerləşən  binada  mövqe  tutmuş  düşmən

 

pulemyotçusu  sovet  döyüşçülərinin 



irəliləməsinə  imkan  vermirdi.  Gənc  zabit  Məmmədnəbi  İsmayılov  sürünərək 

binaya  yaxınlaşdı,  pulemyot  nöqtəsini  məhv  etdi  və  hücum  üçün  yol  açıldı.

158

 

Fevralın 19-da 1373-cü atıcı alay Küstrinin şimalında düşmənin altı əks-hücumunu 



dəf  etmiş,  13  tankı,  650  əsgər  və  zabiti  məhv  etmişdi.  1945-ci  il  martın  12-də 

Birinci  Belorus  cəbhəsi  qoşunları  tərəfindən  azad  olunmuş  Küstrinin  alınması 




65 

 

şərəfinə  Moskvada  224  topdan  20  yaylım  atəşi  açıldı.  Ali  Baş  Komandanın 



əmrində  416-cı  diviziyanın  döyüşçülərinin  qəhrəmanlığı  xüsusi  qeyd  olunurdu. 

Diviziyanın  1054-cü  topçu  alayı  Qırmızı  Bayraq,  1374-cü  atıcı  alayı  Boqdan 

Xmelnitski, 1368-ci atıcı alayı III dərəcəli Suvorov, 444-cü top divizionu və 345-ci 

sanitar batalyonu Aleksandr Nevski ordenlərinə layiq görüldü. 1945-ci ilin yanvar-

mart  aylarındakı  döyüşlər  ərzində  416-cı  diviziyanın  1388  döyüşçüsü  orden  və 

medallarla təltif olunmuşdu.

159

 

Budapeşt  rayonu  istiqamətində  hərəkət  edən  223-cü  diviziya  Yuqoslaviya-



Macarıstan sərhədini keçərək, 4-cü qvardiya ordusunun tərkibində Budapeşt şəhəri 

uğrunda döyüşlərə başladı. Diviziyanın döyüşçüləri iki ay yarım ərzində Budapeşt 

yaxınlığında  almanların  50-dən  çox  ağır  hücumunu  dəf  etmişdi.  75-ci  atıcı 

Belqrad-Budapeşt korpusunun tərkibində iştirak edən 223-cü diviziya aprelin 13-də 

Avstriyanın  paytaxtı  Vyananı  azad  etdi.  Vyana  istiqamətində  hazırlanan  hücum 

əməliyyatlarından bir  ay əvvəl 223-cü diviziya  Avstriyanın 44  yaşayış  məntəqəsi 

və 4 şəhərini alman işğalçılarından azad etmişdi. Bu döyüşlərdə diviziya düşmənin 

4500  əsgər  və  zabitini  məhv  etmiş,  çoxlu  texnika  və  döyüş  sursatını  qənimət 

götürmüşdü.  Ali  Baş  Komandanlığın  əmri  ilə  diviziyaya  təşəkkür  elan  edilmişdi. 

Vyana  yaxınlığında  uğurlu  əməliyyatlara  görə  223-cü  diviziya  SSRİ  Ali  Soveti 

Rəyasət heyətinin Fərmanı ilə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdu. 223-cü 

diviziya Mərkəzi və Cənubi Avropanın altı ölkəsinin - Rumıniyanın, Bolqarıstanın, 

Yuqoslaviyanın,  Avstriyanın,  Çexoslovakiyanın  azad  olunmasında  fəal  iştirak 

etmişdi.  Ümumiyyətlə,  müharibə  illərində  diviziya  10  min  kv.km  ərazini,  400 

yaşayış məntəqəsini, o cümlədən 19 şəhəri düşməndən təmizləmişdi.

160


 

Alman  faşistləri  ilə  döyüşlərdə  223-cü  diviziyanın  döyüşçüləri  45  mindən 

çox  alman  faşistini  məhv  etmiş  və  43800  nəfər  əsgər  və  zabiti  əsir  almışdılar. 

Diviziyanın döyüşçüləri düşmənin 28 təyyarəsini, 113 tank və döyüş maşınını, 549 

səhra  topunu,  311  minaatan  qurğusunu,  1152  pulemyotunu,  25  mindən  çox 

avtomaşınını məhv etmişdi.

161

 Yüksək döyüş məharətinə və igidliyə görə 20 nəfər 



azərbaycanlı  döyüşçüyə,  o  cümlədən  A.Vəzirov,  M.Vəliyev,  A.Quliyev,

 

M.Abdullayev, B.Mirzəyev, M.Cəbiyev,  X.Məmmədova Sovet İttifaqı Qəhrəmanı 



adı verilmişdi.

162


 

1945-ci  ilin  yanvarında  sovet  ordusunun  Polşaya  hücumu  zamanı  Ziya 

Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü 

uğrunda  qeyri-bərabər  döyüşdə  göstərdiyi  igidliyə  görə  təltif  edildilər.  Ziya 

Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi.

163


 

Sovet  qoşunları  1945-ci  ilin  aprelində  Berlinin  alınması  və  faşistlərin  son 

iqamətgahının  darmadağın  edilməsi  əməliyyatına  başladı.  Aprelin  17-də  416-cı 

diviziyanın  iki  piyada  batalyonu  295-ci  diviziyanın  hissələri  ilə  birlikdə  Nou-

Hardenberqi  faşistlərdən  azad  etdi.  Aprelin  20-də  diviziya  Klossordorfu,  21-də 



66 

 

Ştrausberqi  tutaraq



 

Berlinə  yaxınlaşdı,  aprelin  26-da  şəhərin  cənub-şərqindən 

Sileziya  vağzalı və Reyxstaq istiqamətində hücuma keçdi. 73-cü atıcı alay amansız 

döyüşlərdə faşistlərin müqavimətini qıraraq, mayın 1-də gündüz saat 3-də Kayzer 

sarayını  tutdu  və  üzərinə  Qırmızı  bayraq  sancdı.  Berlindəki  küçə  döyüşlərində 

göstərdikləri  qəhrəmanlığa  görə  baş  leytenant  Vaqif  Osmanov,  Q.İsmayılov, 

azərbaycanlı  qızlar  R.Əhmədova,  S.Bayramova,  N.Yəhyayeva,  T.Tahirova, 

S.Ağayeva, S.Xəlilova, L.Nəzirova yüksək mükafatlara layiq görüldülər. Mayın 2-

də  səhər 416-cı  diviziyanın bir qrup döyüşçüsü  leytenant A.Məcidovun başçılığı 

altında Brandenburq qapıları üzərində qələbə bayrağı qaldırdı.

164

 

Azərbaycan  xalqının  fəxri  olan  Qırmızı  Bayraqlı,  II  dərəcəli  Suvorov 



ordenli Taqanroq diviziyası Böyük Vətən müharibəsi dövründə Qafqazdan Berlinə 

qədər şanlı döyüş  yolu  keçmiş, 23 minə  qədər hitlerçini  məhv etmiş, 5474 nəfəri 

əsir  almış,  düşmənin  21  tankını,  195  topunu,  habelə  minlərlə  silah  və  sursatını 

sıradan çıxarmışdı. Diviziyanın 8 döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq 

görülmüş, 11 döyüşçü Lenin ordeni ilə təltif edilmiş, ümumiyyətlə, 14369 əsgər və 

zabiti SSRİ orden və medallarına layiq görülmüşdü.

165

 

Berlin uğrunda döyüşdə azərbaycanlılar qızıl ordunun digər birləşmələrində 



də  fəal  iştirak  edirdilər.  Sovet  İttifaqı  Qəhrəmanı  Əvəz  Verdiyevin  komandanlıq 

etdiyi rota Potsdam vağzalı yaxınlığında faşistləri müdafiə istehkamlarından vurub 

çıxarmışdı. 

Aprelin  26-da  Berlin  uğrunda  iki  saatlıq  döyüşdə  8  tank  və  204  hitlerçi 

məhv  edərək,  düşmən  hücumunu  pozmuşdu.  Başından  ağır  yaralanmış  komandir 

Yusif  Sadıxov  son  nəfəsinədək  döyüş  meydanını  tərk  etmədi.  O,  Berlin  uğrunda 

döyüşlərdə  xüsusilə  fərqləndiyinə  görə  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq 

görülmüşdü.

166

 

Hitlerçiləri  Berlində  sıx  halqaya  alan  I  Belorus  və  I  Ukrayna  cəbhələrinin 



qoşunları  alman  faşizminin  darmadağın  edilməsini  başa  çatdırdı.  Aprelin  30-da 

sovet  qoşunları  hitlerçilərin  son  müqavimətini  qırıb  Reyxstaqı  ələ  keçirdi  və 

üzərinə Qələbə bayrağı sancdı. 

1945-ci il mayın 8-də faşist Almaniyası Berlində qeyd-şərtsiz təslim aktına 

qol  çəkdi.  1945-ci  il  mayın  9-u  tarixə  sovet  xalqının  Qələbə  bayramı  kimi  daxil 

oldu. 


1945-ci  il  iyunun  24-də  Moskvada,  Qızıl  meydanda  Azərbaycan 

döyüşçüləri  nümayəndələrinin  də  iştirak  etdiyi  sovet  ordusunun  Qələbə  paradı 

keçirildi. 

Sovet  İttifaqı  1945-ci  il  avqustun  9-da  Yaponiyaya  müharibə  elan  etdi. 

Avqustun  10-da  Sovet  Hərbi  Qüvvələri  Mancuriya  və  Koreyada  yerləşən  yapon 

qoşunlarına  qarşı  döyüşlərə  başladı.  24  gün  davam  edən  döyüşlərdə  Azərbaycan 

xalqının  nümayəndələri  də  vuruşurdu.  223-cü  Azərbaycan  diviziyası  Uzaq  Şərqə 



67 

 

göndərilmişdi.



167

  Ayrı-ayrı  hərbi  hissələrin  tərkibində  də  azərbaycanlılar 

döyüşürdülər.  Göstərdikləri  əsgəri  rəşadətə  görə  Qara  Sarıyev,  Aslan  Aslanov, 

Hacı Hacıyev, Niyaz Hüseynov, Hacı Rzayev, Ələkbər Səfərov və başqaları SSRİ 

Ali Sovetinin 1945-ci il sentyabrın 30-da təsis etdiyi "Yaponiya üzərində qələbəyə 

görə" medalı ilə təltif olunmuşdular. Minomyotçu Q.Sarıyev 1945-ci il avqustun 8-

də  6-cı  Qvardiya  tank  ordusunun  tərkibində  Monqolustanın  Qobu  səhrasından 

keçərək  Xinqan  aşırımının  alınmasında,  Mancuriyada  Lyubey,  Xaylar,  Çan-Çun, 

Xarbin və digər şəhərlərin Kvantun ordusundan təmizlənməsində iştirak etmiş, Ali 

Baş Komandanın imzası ilə 1945-ci il 23 avqust tarixli əmrlə Fəxri Fərmanla təltif 

olunmuşdur.

168


 

Sovet  qoşunları  Kvantun  ordusunu  darmadağın  etdi,  beləliklə,  SSRİ 

Yaponiya  üzərində  qələbədə  mühüm  rol  oynadı.  1945-ci  il  scntyabrın  2-də 

Yaponiya  hökuməti  ABŞ-ın  "Missuri"  xətt  gəmisində  təslim  aktına  qol  çəkdi. 

Bununla da İkinci Dünya müharibəsi başa çatdı. 

Müharibədə Sovet İttifaqı xalqları 27 milyon nəfərdən artıq şəhid vermişdi. 

Azərbaycan  SSR-dən  cəbhəyə  getmiş  700000  nəfərə  qədər  döyüşçüdən  300000 

nəfəri həlak olmuşdu.

169

 

Böyük  Vətən  müharibəsi  cəbhələrində  H.Aslanov,  S.Qəniyev,  M.Əbilov, 



H.Hüseynov,  A.Abdullayev,  Y.Abduldayev,  A.Abasov,  Q.Zeynalov,  Heybətov, 

T.Əliyarbəyov, A.Vəzirov, A.Qazızadə, B.Mehdiyev, D.Nəcəfov, N.Kərimov kimi 

bacarıqlı sərkərdə və komandirlər qələbəyə böyük töhfələr vermişdilər. 

Hərbi  rəşadətə  görə  Azərbaycandan  olan  120  nəfərdən  çox  döyüşçü  Sovet 

İttifaqı  Qəhrəmanı  adına  layiq  görülmüşdü.  30  nəfər  azərbaycanlı  döyüşçü 

"Şöhrət"  ordeninin  hər  üç  dərəcəsi  ilə,  170  mindən  artıq  əsgər  və  zabit  ölkənin 

müxtəlif orden və medalları ilə təltif olunmuşdu.

170


 

SSRİ  müharibədən  qalib  çıxdı.  Bunun  başlıca  səbəbi  ölkənin,  xalqın 

gücünün  qələbəyə  uğurla  səfərbər  olunması  idi.  Ölkənin  rəhbərliyi  inzibati 

idarəçilik  metodlarını  daha  da  möhkəmləndirib,  iqtisadiyyatı  qısa  bir  zamanda 

hərbin  tələbləri  əsasında  yenidən  qura  bildi.  Xalqların  iqtisadi,  hərbi  və  mənəvi 

qüvvələri  birləşdirildi.    Azərbaycan  xalqı  İkinci  Dünya  müharibəsində  SSRİ-nin 

qalib  çıxmasına  öz  layiqli  töhfəsini  vermiş,  adı  XX  əsrdə  qəsbkarlığa  və  mürtəce 

qüvvələrə qarşı mütərəqqi qüvvələrin tarixi salnaməsinə qızıl hərflərlə əbədi həkk 

olunmuşdur. 

Böyük  Vətən  müharibəsi  İkinci  Dünya  müharibəsinin  həlledici,  mühüm 

tərkib hissəsi idi. Sovet İttifaqı xalqları, o cümlədən Azərbaycan xalqı, əsasən, bu 

müharibənin ağır yükünü öz çiyinlərində daşımış və faşizm üzərində tarixi qələbə 

qazanılmasında mühüm  rol oynamışdır. 

 

 




68 

 

 



III FƏSİL 

 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin