MƏDƏNĠYYƏT QURUCULUĞU
(1945-1960-ci illər)
§1. TƏHSĠL
Müharibədən sonra Azərbaycanın xalq maarifi şəbəkəsinin tədris-maddi
bazasını möhkəmləndirmək, məktəbləri pedaqoji kadrlarla təmin etmək, təlim və
tərbiyə sistemini yaxşılaşdırmaq, tədrisin səviyyəsini yüksəltmək üçün əməli
tədbirlər həyata keçirildi.
1946-cı ilin avqustunda Azərbaycan müəllimlərinin III qurultayı yeni
dövrün tələblərinə uyğun xalq maarifinin vəzifələrini konkretləşdirdi.
1
Tədris-tərbiyə müəssisələrinin şəbəkəsi tədriclə genişlənir, şagirdlərin sayı
artırdı. 1946-1970-ci illərdə respublikanın şəhər və kəndlərində dövlət və
kolxozların vəsaiti ilə 444 min yerlik 169 ümumtəhsil məktəbi binası, 74 min
yerlik məktəbəqədər uşaq müəssisəsi tikilib istifadəyə verildi.
1950-1951-ci dərs ilində respublikada 4233, 1970-1971-ci dərs ilində isə
artıq 5115 ümumtəhsil məktəbi vardı. Bu məktəblərdə 40-cı illərin sonlarında 660
min, 60-cı illərin sonlarında isə 1444 minə qədər şagird təhsil alırdı.
2
Gənclərin və yaşlıların istehsalatdan ayrılmadan təhsil alması üçün 1970-
1971-ci dərs ilində 772 ümumtəhsil məktəbi fəaliyyət göstərirdi. Bu məktəblərdə
60-cı illərin axırlarında 88 mindən çox istehsalatçı təhsilini artırırdı.
3
Ümumtəhsil məktəblərində 1970-ci ildə artıq 73,4 min müəllim gənc nəslin
təlim-tərbiyəsi ilə məşğul olurdu.
4
Respublikada məktəbəqədər və məktəbdənkənar
uşaq müəssisələri şəbəkəsi genişlənmişdi. 1970-ci ildə isə artıq 111 min uşağı
əhatə edən 1600 məktəbəqədər uşaq müəssisəsi fəaliyyət göstərirdi.
5
172
məktəbdənkənar uşaq müəssisəsi, pioner və məktəblilər sarayı, gənc texniklər,
təbiət stansiyaları, park və idman məktəbləri vardı.
6
Respublika və Bakı müəllimləri təkmilləşdirmə institutlarında müəllim
kadrları elmi və metodik cəhətdən öz səviyyələrini yüksəldirdilər.
Təlimin məzmununa dəyişikliklər edildi. 1948-ci ildən başlayaraq VIII-X
siniflərdə ana dilinin tədrisinə həftədə bir saat əlavə vaxt ayrıldı. Xarici dillər üzrə
saatların miqdarı artırıldı. Ədəbiyyat üzrə proqramda dəyişikliklər aparıldı; rus
klassik və sovet ədəbiyyatına, SSRİ xalqları ədəbiyyatına, xalq demokratiyası
ölkələrinin ədəbiyyatına, habelə Qərbi Avropa ölkələri ədəbiyyatının böyük
şəxsiyyətlərinə müəyyən yer verildi. Digər fənlərə dair proqram və dərsliklər də
122
əsaslı surətdə yenidən tərtib olundu. 1958-1959-cu dərs ilindən orta məktəblərdə
"Azərbaycan tarixi" (40 saat) "SSRİ tarixi" içərisində tədris olunmağa başlandı.
1960-cı ildən orta məktəblərin tədris planına "İctimaiyyət" fənni əlavə olundu.
Respublikanın milli məktəblərində rus dili və ədəbiyyatının tədrisinə ciddi
fikir verilir, rus dili müəllimlərinin hazırlanması genişləndirildi, II-X siniflərdə rus
dili və ədəbiyyatının tədrisinə tədris planlarında həftədə 5-6 saat ayrıldı.
Müəllimlərə kömək məqsədilə 1947-ci ildən "Rus dili qeyri-rus məktəbində" adlı
aylıq metodiki külliyyat nəşr olunmağa başlandı.
1949-cu ildən ümumi yeddiillik təhsilə keçid başlandı. 50-ci illərdə
Azərbaycan xalq təhsili öz inkişafının yeni mərhələsinə daxil oldu, 1959-cu ildən
icbari səkkizillik təhsil tətbiq olundu, orta məktəblərin şəbəkəsi genişləndi,
şagirdlərin sayı artıb 1954-cü ildə müharibədən əvvəlki səviyyəni ötüb keçdi. Bakı,
Gəncə, Xankəndi və Naxçıvan şəhərlərində orta məktəb həcmində ümumi təhsil
həyata keçirildi. 1966-cı ildən orta təhsil - ümumtəhsil elan olundu. Ümumtəhsil
məktəblərinin yeni forması - "İnternat məktəb"in meydana çıxması məktəb
sisteminin həyatında mühüm hadisə oldu.
Politexnik
təlimə
diqqət artırıldı. Məktəblərin nəzdində tədris
emalatxanaları yaratmağa başladılar. Bu işdə şəhərlərin, xüsusən, Bakı, Sumqayıt
və Gəncə şəhərlərinin sənaye müəssisələri, kənddə isə sovxoz MTS-lər mühüm rol
oynadı. Kənd məktəblərinin və bəzi şəhər məktəblərinin nəzdində tədris-təcrübə
sahələri yaradıldı. Kənd məktəblərində kolxoz və sovxozların yanında şagird
istehsalat briqadaları təşkil olundu. Ümumtəhsil məktəblərində politexnik təlimin
inkişafı məqsədilə tədbirlər həyata keçirildi.
7
1956-1958-ci illərdə Azərbaycanın
70 şəhər məktəbində istehsalat təlimi tətbiq olundu.
8
Bunun sayəsində həmin
illərdə 5 min şagird çilingər, tornaçı və digər kütləvi fəhlə ixtisaslarına yiyələndi.
9
Kənd məktəblərində Stavropol diyarının təcrübəsi üzrə şagird istehsalat
briqadaları yaradılırdı. VIII-X sinif şagirdləri kənd təsərrüfatı istehsalının əsasları
və mexanikləşdirilməsi, müxtəlif kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üsulları
ilə tanış olur, əmək vərdişlərinə yiyələnirdilər.
10
Şagirdlərin əməyə hazırlanmasında və istehsalat üzrə ixtisaslarının
artırılmasında 1958-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin məktəbin
həyatla əlaqəsini möhkəmləndirmək haqqında qəbul etdiyi qanun mühüm rol
oynadı. 1959-cu ilin sentyabrından Azərbaycanda da yeddiillik məktəblər
səkkizillik məktəblərə, onilliklər isə istehsalat təlimli onbirillik orta məktəblərə
çevrildilər. Təlim-tərbiyə işi sahəsində də yenidənqurma başlandı, şagirdlərdə
müstəqil işləmək vərdişlərinin inkişafına daha çox diqqət yetirildi. Lakin maddi
baza zəif olduğundan çox vaxt istehsalat təlimi dərsləri boş keçir, lazımi səmərə
vermirdi. Buna görə də 1966-cı ildən ümumi orta təhsilə keçidlə əlaqədar yuxarı
siniflərin istehsalat təlimi dərsi ləğv edildi. Bununla əlaqədar texniki-peşə
123
məktəblərinin sayı artırıldı. Əgər 1966-cı ildə respublikada 46 (1951-ci ildə 30 idi)
texniki-peşə məktəbi vardısa, 1970-ci ildə onların sayı 78-ə çatmışdı. Bu
məktəblərdə 1970-ci ildə 40 min şagird müxtəlif peşələrə yiyələnmişdi.
11
Şagirdlər arasında müxtəlif tərbiyəvi tədbirlərin həyata keçirilməsində
komsomol təşkilatları müəyyən kömək göstərirdilər. Pioner yaşlı bütün məktəblilər
pioner dəstələrinə cəlb olunmuşdular.
Müharibədən sonrakı illərdə ali təhsil daha da inkişaf etdi -1945-ci ildə
Teatr İnstitutu (1968-ci ildən İncəsənət İnstitutu adlandı),
12
1947-ci ildə V.İ.Lenin
adına APİ-nin xarici dillər fakültəsi bazasında Xarici Dillər İnstitutu,
13
1950-ci ildə
Politexnik İnstitutu yaradıldı.
14
Fəaliyyətini 1941-ci ildə dayandırmış Xalq
Təsərrüfatı İnstitutu 1951-ci ildə bərpa olundu. 1952-ci ildə Rus dili və Ədəbiyyatı
İnstitutu təşkil edildi. İnstitut 1959-cu ildə Xarici Dillər İnstitutuna birləşdirildi.
1945-46-cı tədris ilində respublikada 17 ali təhsil müəssisəsi olduğu halda, 1950-
51-ci dərs ilində onların sayı 20-yə çatdı.
15
1945-46-cı dərs ilində S.M.Kirov adına ADU-nun filologiya fakültəsində
jurnalistika şöbəsi, tarix fakültəsində isə fəlsəfə şöbəsi təşkil edildi.
16
Sonra
şərqşünaslıq fakültəsi yarandı. 1947-1948-ci dərs ilinin əvvəlində filologiya
fakültəsinin nəzdində məntiq və psixologiya şöbəsi açıldı. Universitet
respublikanın ən iri təhsil mərkəzinə çevrildi, orada 1945-ci il iyulun 1-dən 1950-ci
il iyulun 1-dək gündüz şöbələrində təhsil alan tələbələrin sayı 1212 nəfərdən 2565
nəfərə çatdı, yəni iki dəfədən çox artdı.
17
1948-ci il sentyabrın 1-də V.İ.Lenin adına APİ-nin dil və ədəbiyyat
fakültəsinin rus bölməsi bazasında rus dili və ədəbiyyatı fakültəsi yaradıldı. 1950-
ci ildə institutun coğrafiya fakültəsi nəzdində bədən tərbiyəsi və idman şöbəsi
təşkil edildi.
18
Ali məktəblərin tədris-maddi bazası ildən-ilə möhkəmlənir, onların
müharibə illərində hospital və başqa idarələr üçün verilmiş binaları, tələbə ümumi
yataqxanaları azad edilirdi. Tibb, pedaqoji və politexnik institutları üçün yeni
binalar tikilirdi.
Respublikanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 1945-
1946-cı dərs ilindəki 19,6 min nəfərdən 1950-1951-ci dərs ilində 28,6 min nəfərə
çatmışdı.
19
Tələbələrin 68,1%-ni azərbaycanlılar təşkil edirdi.
20
Bundan başqa,
yüzlərlə azərbaycanlı tələbə Sovet İttifaqının başqa şəhərlərində təhsil alırdı. 1950-
ci ildə təkcə Moskva və Leninqradın ali məktəblərində 800-dən artıq azərbaycanlı
oğlan və qız təhsil alırdı.
21
Ali təhsilli mütəxəssislər hazırlamaq işini yaxşılaşdırmaq məqsədilə bəzi ali
məktəblər yenidən təşkil olunurdu. Tələbələr arasında təhsilə qədər bilavasitə
maddi istehsal sahəsində məşğul olanların da sayı artırdı. 1970-1971-ci dərs ilində
ali məktəblərdə istehsalatdan ayrılmadan 53 min tələbə təhsil alırdı. Professor-
124
müəllimlərin sayı 1950-ci ildəki 2000 nəfərdən, 1970-ci ildə 5000 nəfərə çatmışdı.
1970-ci ildə tələbələrin təlim-tərbiyəsi ilə 500-dən çox akademik, professor, 1140-
dan çox dosent məşğul olurdu.
22
1969-cu ildən ali məktəblərin yanında fəhlə, kolxozçu və ordudan tərxis
edilənlər üçün hazırlıq şöbələri təşkil olunmuşdu.
Orta ixtisas təhsilli müəssisələrin də sayı artmışdı. Sənaye, tikinti, nəqliyyat
və kənd təsərrüfatı üçün mütəxəssislər hazırlanmasına xüsusi diqqət yetirilirdi.
1970-1971-ci dərs ilində respublikada 71-ə qədər tələbənin təhsil aldığı 79 orta
ixtisas məktəbi fəaliyyət göstərirdi.
23
Təhsilin inkişafı əhalinin mədəni səviyyəsinin yüksəlməsinə səbəb olmuşdu.
1959-cu ildə yaşı 10-dan yuxarı olan hər 1000
nəfərdən 400-nün, 1970-ci ildə isə
471-nin ali və orta təhsili vardı.
24
Xalq təsərrüfatında ali və orta ixtisas təhsilli
mütəxəssislərin sayı 274 minə çatmışdı.
25
Dostları ilə paylaş: |