100
§2 ƏHALĠNĠN SOSĠAL STRUKTURU,
RĠFAHl VƏ MƏĠġƏTĠ.
Müharibədən sonrakı ilk illərdə Azərbaycan SSR-də əhali sayının artımı
ləng gedirdi. 1950-ci ildə respublikada 2859 min nəfər yaşayırdı, bu da 1940-cı
ildəkindən 415 min nəfər az idi.
173
Azərbaycan əhalisindən yüz minlərlə döyüşçü,
müharibədən sonrakı ilk ağır illərin iqtisadi, sosial və mənəvi çətinlikləri üzündən
çoxlu insan dünyasını dəyişmişdi.
50-ci illərdə Azərbaycanda əhalinin sayı artdı, 1960-cı ildə 3816 min, 1970-
ci ildə isə artıq 5117 min nəfərə çatdı.
174
Əhalinin tərkibindəki sosial dəyişikliklərin mühüm meyillərindən biri şəhər
əhalisinin sürətlə artımı olmuşdu. 1950-ci ildə əhalinin 44, 1970-ci ildə isə artıq 50
faizi şəhərlərdə məskunlaşmışdı.
175
Buna səbəb şəhərlərin sürətlə inkişaf etməsi,
habelə kolxozçulara pasport verilməsi idi. Məsələn, 1951-ci ildə respublikada 37
şəhər və 82 qəsəbə vardısa, 1970-ci ildə onların sayı müvafiq surətdə 57 və 119-a
çatmışdı.
176
Əhalinin sosial strukturunda dəyişikliklərin mühüm amili cəmiyyətdə fəhlə
sinfinin kəmiyyət və keyfiyyətcə artması idi. Əhalinin siyahıyaalınması
nəticələrinə görə, 1959-cu ildə respublikada fəhlələr (işləməyən ailə üzvləri ilə
birlikdə) əhalinin 36,9 faizini və ya 20 il öncə olduğundan, 10,6 faizdən çox
hissəsini təşkil edirdi.
177
Əhalinin sosial strukturunda kolxozçuların (işləməyən ailə üzvləri ilə
birlikdə) payı 1939-cu ildəki 54,2 faizə qarşı 1959-cu ildə 42,4, 1970-ci ildə isə
16,7 faiz təşkil edirdi.
178
İstehsalın həcminin texniki səviyyəsinin artması, elm, təhsil və
mədəniyyətin yüksəlməsi qulluqçuların nominal sayının davamlı olaraq artmasına
səbəb olmuşdur. 1970-ci ildə respublikada işləməyən ailə üzvləri ilə birlikdə 1830
min nəfərə qədər və ya 1939-cu ildəkindən 1,8 dəfə, 1959-cu ildəkindən 1,4 dəfə
çox qulluqçu vardı. Lakin bu təbəqənin əhalinin sosial strukturunda payı az -1939-
1959-cu illərdə cəmi 6 faiz artmış, 1959-1970-ci illərdə isə dəyişməmiş
qalmışdı.
179
1959-cu ildə əhalinin 48 faizini kişilər, 52 faizini qadınlar təşkil edirdisə,
1970-ci ildə bu göstəricilər kişilərin xeyrinə 1 faiz dəyişmişdi.
180
Əhalinin milli tərkibində də dəyişikliklər baş vermişdi. 1959- 1970-ci
illərdə azərbaycanlıların sayı 2494,4 mindən 3776,8 minə,
rusların sayı 501,3
mindən 510,1 minə, ermənilərin sayı 442,1 mindən 483,5 minə, ləzgilərin sayı 98,2
mindən 137,3 minə, avarların sayı 17,3 mindən 30,7 minə, yəhudilərin sayı 40,2
mindən 41,2 minə
çatmışdı.
181
101
Müharibə əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdu.
1945-ci ildə 1940-cı illə müqayisədə Azərbaycan SSR-də çörək-bulka məmulatı
istehsalı 48,1 faiz, heyvan yağı istehsalı 18,1 faiz azalmışdı.
182
Ukraynanı,
Moldovanı, Rusiyanın cənubunu əhatə edən 1946-cı ilin dəhşətli quraqlığı ölkənin
kənd təsərrüfatına böyük ziyan vurdu.
Müharibə illərində tətbiq edilən şəhər əhalisinin mühüm ərzaq və sənaye
malları ilə dövlət norma təchizatı 1947-ci ilin axırına qədər saxlanılmışdı.
Ərzaq əldə edilməsi üçün əsas mənbələrdən biri hələ 1944-cü ildə tətbiq
edilmiş dövlət kommersiya ticarəti idi. Burada mallar kartoçkasız, lakin yüksək
qiymətlərlə satılırdı. Kommersiya ticarəti kolxoz bazarında qiymətlərin aşağı
düşməsinə kömək edir, azad ticarətə keçilməsində mühüm rol oynayırdı. 1947-ci il
dekabrın 14-də ərzaq və sənaye mallarına kartoçka sistemi ləğv edildi və onların
vahid dövlət pərakəndə qiymətləri ilə satışına keçildi. Eyni zamanda pul islahatı
keçirildi ki, bu da ölkənin pul sisteminin möhkəmlənməsinə imkan verdi.
İstehsalın ardıcıl olaraq artması əhalinin gəlirlərinin çoxalmasına səbəb
oldu.
1945-ci ildən 1947-ci ilədək fəhlə və qulluqçuların orta aylıq əmək haqqı
32,5 faiz artmış,
183
1950-ci ildə isə müharibədən əvvəlki səviyyəni 80,7 faiz ötüb
keçmişdi.
184
1948-ci ildən başlayaraq ərzaq məhsullarının və sənaye mallarının
pərakəndə satış qiymətləri ardıcıl aşağı salındı. 1950-ci ildə qiymətlər 1947-ci illə
müqayisədə bütövlükdə 43 faiz, o cümlədən ərzaq məhsulları üzrə 47 faiz, sənaye
malları üzrə 35 faiz aşağı düşmüşdü.
185
Sonrakı illərdə də əmək haqqının alıcılıq
qabiliyyəti ərzaq məhsullarının və sənaye mallarının pərakəndə satış qiymətlərinin
aşağı salınması hesabına artmışdı. 1950-ci ildən 1960-cı ilədək ərzaq məhsullarının
qiymətləri 3,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri isə 22 faiz aşağı
düşmüşdü. 1951-1954-cü illərdə qiymətlər dörd dəfə aşağı salındıqdan sonra dövlət
ticarət şəbəkəsində ərzaq məhsullarının qiyməti 1950-ci illə müqayisədə orta
hesabla 30 faiz, sənaye mallarının qiyməti isə 19 faiz aşağı oldu.
186
Kartoçka
sisteminin ləğvi və vahid qiymətlərin qoyulması dövlət və bazar qiymətləri
arasında fərqin tədricən azalmasına kömək edirdi.
Amma nə pul islahatı, nə də qiymətlərin aşağı salınması əhalinin alıcılıq
qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarmadı. 1948-ci ildə
qiymətlərin ümumi səviyyəsi 1940-cı ildəkindən üç dəfə yüksək idi.
187
1956-cı il sentyabrın 8-də hökumət azmaaşlı fəhlə və qulluqçuların əmək
haqqını 1957-ci il yanvarın 1-dən artırmağı qərara aldı.
188
Azmaaşlı zəhmət
adamlarının əmək haqqının artırılması ilə yanaşı, ixtisas səviyyəsindən, iqtisadi
əhəmiyyətindən, mürəkkəbliyindən, əmək tutumundan, iş şəraitindən, coğrafi və
iqlim şəraitindən asılı olaraq, fəhlə və qulluqçuların əmək haqqı tənzimləndi. 1958-
102
ci ildən 1970-ci ilədək fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 1,5 dəfə artıb
109,6 manata çatmışdı.
189
Kənd təsərrüfatı istehsalının artması, heyvandarlıq məhsulları tədarükünün
mütləq normalarının azaldılması, kənd təsərrüfatı məhsullarının tədarük və
satınalma
qiymətlərinin
artırılması
kolxozçuların
maddi
vəziyyətinin
yaxşılaşmasına kömək edirdi. 1949-cu ildə Azərbaycan kolxozçularının pul gəliri
1940-cı ildəkindən 1,5 dəfə çox idi. 1960-cı illərdə kolxozlarda əmək haqqı 2,6
dəfə artıb 80 manata çatmışdı.
190
1957-ci ildə istiqrazlara inzibati-amirlik metodu ilə abunə yazılışının
dayandırılması əhalinin real gəlirinin artmasına kömək etdi.
191
Fəhlə və qulluqçuların fərdi əmək haqlarına, habelə kolxozçu kəndlilərin
gəlirlərinə mühüm əlavə sosial-mədəni tədbirlərə sərf edilən dövlət xərcləri idi.
1960-cı ildə Azərbaycan SSR-in dövlət büdcəsindən sosial-mədəni tədbirlərə
xərclər 1940-cı ildəkindən 4,4 dəfə çox idi.
192
60-cı illərdə ictimai istehlak fondlarından ödəmə və güzəştlər 2,6 dəfə artıb,
1970-ci ildə 972,9 mln manata çatmışdı.
193
Əhalinin maddi təminatında təqaüdlərin əhəmiyyəti böyük idi. 1970-ci ildə
Azərbaycanda 643 min təqaüdçü var idi. SSRİ Ali Soveti 1956-cı il iyulun 14-də
dövlət təqaüdçüləri haqqında Qanun qəbul etdi. Qanuna əsasən qocalığa görə
təqaüdlərin həcmi iki dəfədən çox, əlilliyə görə təqribən 50 faiz artırılırdı. Ailə
başçısını itirmiş
ailələrin müavinətlərinə 60 faiz əlavələr edilirdi.
İctimai
istehlak
fondlarından
uşaqların
məktəbəqədər
tərbiyə
müəssisələrində təminatına, uşaqların yay pioner düşərgələrində
istirahətinin
təşkilinə, çoxuşaqlı və tək analara yardım göstərilməsinə xeyli vəsait ayrılırdı.
Əmək qabiliyyətini müvəqqəti itirən bütün fəhlə və qulluqçular sosial sığorta
hesabına müavinət alırdılar. 1957-ci il fevralın 1-dən əmək stajından asılı
olmayaraq bu müavinətlər əmək haqqından 100 faiz həcmində verilirdi.
194
Əhalinin əmanət kassalarına pul qoyuluşları çoxalmışdı. 1970-ci ildə 779
min əmanətçi əmanət kassalarında 524 milyon manat pul saxlayırdı.
195
Sənaye və kənd təsərrüfatı istehsalının, eləcə də əhalinin real gəlirinin
artmasına müvafiq olaraq Azərbaycan SSR-də dövlət və kooperativ ticarətində
pərakəndə mal dövriyyəsinin ümumi həcmi əvvəlki səviyyəni ötüb keçmişdi.
196
Ticarət müəssisələrinin sayı 15607-ə çatmışdı.
Əhaliyə ərzaq mallarının satışı durmadan artırdı. 1950-ci ildə adambaşına
ərzaq satışı 1940-cı il səviyyəsini 2 dəfə ötüb keçmişdi. 50-60-cı illərdə bu
göstərici 1,9 dəfə artmışdı.
197
Ərzaqla təchizatın yaxşılaşmasına ictimai iaşə müəssisələri kömək edirdi.
1970-ci ildə respublikada 6209 ictimai iaşə müəssisəsi var idi.
198
Lakin ictimai iaşə
103
şəbəkəsi hələ kifayət qədər inkişaf etməmişdi. İctimai iaşənin bir çox
müəssisələrində xidmət mədəniyyəti aşağı səviyyədə idi.
Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində onların şəxsi və
kollektiv çoxsahəli yardımçı təsərrüfatları, eləcə də kolxoz ticarəti mühüm rol
oynayırdı. 50-60-cı illərdə kolxoz bazarlarında mal satışı 2,5 dəfə çoxalmışdı.
199
Fəhlə və qulluqçuların, habelə onların ailələrinin ərzaq məhsulları ilə
təchizatının xeyli yaxşılaşmasına baxmayaraq, onlar tərəfindən ət və süd
məhsullarının, yumurta, şəkər, tərəvəz və digər ərzaq növlərinin istehlakı kifayət
qədər olmayıb, elmi cəhətdən əsaslandırılmış normalardan aşağı idi.
Fəhlə və qulluqçuların əmək şəraitinin yaxşılaşdırılmasına böyük qayğı
göstərilirdi. Xalq təsərrüfatı mütəmadi olaraq yeni texnika ilə təchiz edilir,
mexanikləşmənin və elmin nailiyyətlərinin istehsalata tətbiqi, ağır, çox zəhmət
tələb edən işlərin avtomatlaşdırılmasından qismən istifadə işçilərin əmək şəraitinin
yaxşılaşdırılmasına səbəb olmuşdu. SSRİ Ali Sovetinin 1956-cı il 26 mart tarixli
Fərmanı ilə ana qadın əlavə 112 günlük (56 gün doğumdan qabaq və 56 gün
doğumdan sonra) pulu ödənilən məzuniyyət alırdı.
200
Yeniyetmələrin və gənclərin
iş şəraitini və mühafizəsini yaxşılaşdırmaq üçün mühüm tədbirlər görülmüşdü.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1955-ci il 15 avqust tarixli Fərmanı ilə 14-16
yaşlı şagirdlər üçün istehsalatda dörd saatlıq iş günü tətbiq edilmişdi. 1956-cı ildən
16 yaşından 18 yaşına qədər fəhlə və qulluqçular üçün 6 saatlıq iş günü müəyyən
olunmuşdu. Zərərli istehsalatların fəhlələri üçün əlavə məzuniyyət və qısaldılmış iş
günü tətbiq edilirdi.
İstirahət günləri qabağı və bayramqabağı günlər iş günü əmək haqqı tam
saxlanılmaqla 4 saata qədər azaldıldı.
Əhalinin məişətinin yaxşılaşmasında tikinti sənayesinin sürətlə artması
mühüm rol oynadı. Təkcə dövlət və kooperativ təşkilatları tərəfindən 1945-1955-ci
illərdə respublikada 1779 min kvadrat-metr mənzil sahəsi istifadəyə verilmişdi.
201
Mənzil tikintisinin genişləndirilməsi və təkmilləşdirilməsi üçün Sov.İKP
MK-nın və SSRİ Nazirlər Sovetinin 1957-ci il 31 iyul tarixli "SSRİ-də mənzil
tikintisinin inkişafı haqqında" qərarının müstəsna əhəmiyyəti oldu.
202
Azərbaycanda dövlət və kooperativ təşkilatları tərəfindən 1956-1960-cı illərdə
7425 min, 1961-1970-ci illərdə isə 16010 min kvadrat metr mənzil sahəsi
istifadəyə verilmişdi.
203
Tikinti işlərinin geniş vüsət alması ilə əlaqədar bir çox müəssisələrdə
yaşayış evlərinin tikintisində fəhlə və qulluqçuların şəxsi əməyindən istifadə
olunurdu ki, bu da onlara həmin evlərdə mənzil sahəsi almaq hüququ verirdi.
Göstərilən işdə bir sıra sənaye müəssisələrinin və tikinti təşkilatlarının fəhlə və
qulluqçularının evləri öz qüvvələri ilə - "xalq tikintisi üsulu" ilə tikmək təşəbbüsü
mühüm əhəmiyyət kəsb edirdi.
204
104
Tikintinin sürətinin durmadan artmasına baxmayaraq, mənzil problemi
bütün ölkədə olduğu kimi, Azərbaycanda da kəskin olaraq qalırdı. Müharibədən
sonrakı illərdə respublikada şəhər və qəsəbələrin sayı sürətlə artırdı. 1946-1970-ci
illərdə 32 yeni şəhər və 59 qəsəbə salındı.
205
Mingəçevir, Sumqayıt, Əli Bayramlı
şəhəri müasir şəhərsalma mədəniyyətinin gözəl nümunələri idi.
Şəhərlərin, fəhlə qəsəbələrinin və kəndlərin abadlaşması, kommunal-məişət
xidmətinin genişlənməsi də əhalinin həyat şəraitinin yaxşılaşmasına çox kömək
edirdi. 1970-ci ildə respublikada
şəhər ümumi ictimai mənzil fondunun 81 faizi su
kəmərləri, 79 faizi kanalizasiya, 54 faizi mərkəzi isitmə və buxardan istifadə
sistemi, 93 faizi qazla təchiz olunmuşdu.
206
Şəhər nəqliyyatı genişlənməkdə idi. Trolleybus xətlərinin uzunluğu 1945-ci
ildəki 8,1 km-dən 1970-ci ildə 145 km-ə, sərnişin daşınması isə müvafiq olaraq 4,3
mln -dan 57,5 mln nəfərə çatdı.
207
1955-ci ildə Gəncə şəhərində trolleybus xətti
istismara verildi. 1958-ci ildə Sumqayıt şəhərində tramvay xətti işə düşdü.
208
Bakı şəhərinin abadlaşdırılmasına diqqət artırıldı. SSRİ Xalq Komissarları
Sovetinin "Bakı şəhərinin şəhər təsərrüfatına kömək tədbirləri haqqında" 1945-ci il
16 yanvar tarixli və "Bakı şəhərinin şəhər təsərrüfatını yaxşılaşdırmaq sahəsində
tədbirlər haqqında" 1946-cı il 5 yanvar tarixli qərarları respublika paytaxtının
təsərrüfatını yaxşılaşdırmaq üçün geniş imkanlar yaratdı.
209
Bakı şəhərində böyük dəyişikliklər baş verdi. Şəhərin ətrafında yeni
qəsəbələr salındı. 1951-1960-cı illərdə şəhərdə 2022,1 min kvadrat metr mənzil
sahəsi,
210
televiziya mərkəzi, respublika stadionu, Dzerjinski adına (indiki Şəhriyar
adına) klub, bir sıra yay kinoteatrları və s. tikilmişdi.
SSRİ Nazirlər Soveti tərəfindən 1951-ci ildə Bakı su kəmərinin ikinci
növbəsinin tikilməsi barədə,
211
1959-cu ildə isə Bakı və onun rayonlarının qazla
fasiləsiz təchiz edilməsi, bütün yaşayış massivlərinin 1960-cı ilə qədər tam
qazlaşdırılması haqqında qərar qəbul edilmişdi.
212
1957-ci ildə şəhərə su verilməsi
xeyli artdı.
213
Ancaq əhalinin su ilə təchizatı hələ də kifayət deyildi.
1967-ci il noyabrın 6-da Bakı metropoliteninin birinci növbəsinin istismara
verilməsi respublikanın həyatında böyük hadisə oldu.
214
O, SSRİ-də beşinci, Yaxın
Şərqdə birinci metropoliten idi.
Azərbaycan kəndlərinin siması xeyli dəyişdi. Məsələn, Göyçay rayonunun
"Bolqarıstan" kolxozunda geniş asfalt küçələr salınmış, şəhərtipli çoxlu evlər
tikilmişdi. Gecələr küçələr elektriklə işıqlandırılırdı. Kolxozun öz univermağı,
onillik məktəbi və xəstəxanası var idi. 50-ci illərin axırlarında Quba rayonunda
Qudyalçay üzərində yeni körpü salınmışdı. 1958-ci ildə rayon mərkəzində
televiziya yarımstansiyası işə başladı.
İnsanların məişətinə paltaryuyan maşınlar, soyuducular, tozsoranlar, tikiş
maşınları, elektrik çaynikləri, ütüləri geniş daxil olmağa başladı.
105
İnsanlara tibbi xidmət ilbəil yaxşılaşır, əhalinin sağlamlığının mühafizəsinə
sərf edilən vəsait artır, müalicə-profilaktika müəssisələrinin şəbəkəsi genişlənirdi.
1940-1970-ci illərdə Azərbaycanda xəstəxanaların sayı 222-dən 779-a, onlardakı
çarpayıların sayı 12,6 mindən 48,8 minə, ambulator-poliklinika müəssisələrinin,
qadın məsləhətxanalarının sayı 1097-dən 1388-ə qədər artmışdı.
215
Həkimlərin və orta tibb işçilərinin sayı durmadan artırdı. Əgər 1940-cı ildə
Azərbaycanda 3,3 min həkim olmuşdusa, 1970-ci ildə onların sayı 13,1 minə
çatmışdı. Həmin müddət ərzində orta tibb işçilərinin sayı 7,5 min nəfərdən 39,7
min nəfərə qədər artmışdı.
216
Əhalinin sağlamlığının mühafizəsində sanatoriya-kurort müalicə və istirahət
evləri də mühüm rol oynayırdı. Əgər 1946-cı ildə həmkarlar ittifaqlarının 38
istirahət evi və sanatoriyası var idisə,
217
1970-ci ildə onların sayı 99-a çatdı.
218
Əməkçilər Mərdəkanda, Naftalanda, Şuşada, İstisuda, Şəkidə müalicə olunur və
istirahət edirdilər.
Adamların maddi rifahının yaxşılaşması və səhiyyə sahəsindəki nailiyyətlər
əhali arasında ölüm hadisələrinin azalmasına və təbii artımın müntəzəm artmasına
kömək edirdi.
İnsanların
sağlamlığının
möhkəmləndirilməsində,
onların
əmək
qabiliyyətinin saxlanılmasında bədən tərbiyəsi hərəkatı mühüm rol oynayırdı.
İdman qurğuları şəbəkəsi ilbəil artır, onların sayı 1946-cı ildəki 1932-dən 1970-ci
ildə 5455-yə çatmışdı.
219
İdman oyunları, yarışlar və spartakiadalar, bədən tərbiyəsi
hərəkatının əhali arasında geniş yayılması böyük əhəmiyyət kəsb edirdi. İlk dəfə
1949-cu ildə fabrik və zavod kollektivlərinin spartakiadası keçirilmişdi.
220
Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı üçün könüllü idman
cəmiyyətləri - "Neftçi", "Spartak", "Məhsul" minlərlə oğlan və qız arasında
müntəzəm idman işi aparırdılar.
Beləliklə, müharibədən sonrakı illərdə həyata keçirilmiş kompleks tədbirlər
nəticəsində Azərbaycanda əhalinin maddi rifahının yüksəlməsi təmin olunmuş,
zəhmət adamlarının əmək və məişət şəraiti yaxşılaşmışdı.
106
II FƏSİL
Dostları ilə paylaş: |