TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


§1. "YENĠDƏNQURMA" VƏ AZƏRBAYCAN



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə16/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   12   13   14   15   16   17   18   19   ...   168
SĠYASĠ MÜLAYĠMLƏġMƏ. ĠCTĠMAĠ-SĠYASĠ HƏYATDA 

DEFORMASĠYA VƏ DƏYĠġĠKLĠKLƏR 

 

1953-cü il martın 5-də totalitar sovet sistemini törədən İ.V.Stalin vəfat etdi. 

Stalinin  şəxsiyyətinə  pərəstişin  zərərli,  ağır  nəticələri  aşkarlandı.  Hakimiyyət 

uğrunda  rəhbərlikdə  mübarizə  başlandı  və  həmin  ilin  sentyabr  ayında  ölkənin 

siyasi hakimiyyətində köklü dəyişiklik baş verdi. Hakimiyyətə gələn N.S.Xruşşov, 

Sov.İKP  Mərkəzi  Komitəsinin  katibi  kimi,  nəzarət  etdiyi  partiya  aparatının,  ali 

hərbi  rəhbərlərin  yaxından  köməyi  ilə  hakimiyyəti  əlinə  keçirməyə  cəhd  edən 

siyasi  avantürist  L.P.Beriyanı  və  onun  əlaltılarını  aradan  götürdü,  stalinizm 

tərəfdarları hakimiyyətdən uzaqlaşdırıldı. 

N.S.Xruşşov  1953-cü  ilin  sentyabrında  Sov.İKP  MK-nın  birinci  katibi 

seçildi. 

M.C.Bağırov  Azərbaycan  KP  MK  və  Bakı  Komitəsinin  birgə  plenumunda 

(1953, 12-13 iyul) ziyankarlıqda, qüsurlu rəhbərlik metodlarında, kadrlara səmərəli 

fəaliyyət  üçün  şərait  yaratmamaqda  və  başqa  əməllərdə  təqsirkar  bilinib 

vəzifəsindən kənar edildi.

34 


M.C.Bağırov bir müddət Kuybışev Neft Birliyinin rəis 

müavini  vəzifəsində  işlədi.  Lakin  tezliklə  həbsə  alındı.  Bakıda  SSRİ  Ali 




114 

 

Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən mühakimə edilib (1956, 12-26 aprel), 



xalq  düşməni  kimi  ölüm  cəzasına  -  güllələnməyə  məhkum  olundu.  Məhkəmədə 

M.C.Bağırov  ittihamnamənin  qərəzli  olduğunu  bildirsə  də,  öz  günahlarını  etiraf 

edərək  demişdi:  "Mənim  əsas  səhvim  odur  ki,  Sumbatov,  Borşov,  Qriqoryan, 

Markaryan  və  başqalarına  göz  yummuşam,  onların  iç  üzünü  tanımamışam.  Mən 

onlara inanaraq XDİN orqanlarını onlara etibar etmişəm. Bu işdə xalqım qarşısında 

günahlarım  o  qədər  böyükdür  ki,  məni  güllələmək  azdır,  asmaq  azdır,  məni 

şaqqalamaq, parça-parça etmək lazımdır".

35

 



1954-cü il  fevralın 14-16-da  Azərbaycan  KP-nin XX qurultayı  keçirildi  və 

akademik  İ.D.Mustafayev  MK-nın  birinci  katibi  seçildi.  İmam  Daşdəmir  oğlu 

Mustafayev  (25.02.1910-10.03.1997)  Zaqatala  qəzasının  Qax  kəndində  anadan 

olub.  Görkəmli  bioloq-alim,  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  akademiki 

(1950),  1934-1940-cı  illərdə  AKTİ-də  işləmiş,  1940-cı  ildən  Sov.İKP  üzvü  idi. 

1940-1954-cü  illərdə  Azərbaycan  SSR  Dövlət  nəzarəti  komissarının  birinci 

müavini,  xalq  torpaq  komissarının  birinci  müavini,  Azərbaycan  SSR  kənd 

təsərrüfatı  naziri,  AKP  Gəncə  Vilayət  Komitəsinin  birinci  katibi  və  AKP-nin 

birinci  katibi  (1954-1959-cu  illərdə)  işləmişdi.  Sadıx  Rəhimov  Azərbaycan  SSR 

Nazirlər  Sovetinin  sədri,  yazıçı  Mirzə  İbrahimov  Ali  Sovetin  Rəyasət  Heyətinin 

sədri təyin olundular. 

İ.D.Mustafayev,  M.İbrahimov,  S.Rəhimov  və  həmkarları  yeni  şəraitdə 

respublikanın,  xalqın  vəziyyətini  yaxşılaşdırmağa,  milli,  mənəvi  dəyərlərin, 

mədəniyyətin,  elmin,  təhsilin  inkişaf  etdirilməsinə,  xalq  təsərrüfatının  tərəqqisinə 

nail  olmağa  cəhdlər  göstərdilər.  Sənayenin  sürətlə  inkişafı,  yeni  iş  yerlərinin 

açılması,  kəndli  gənclərin  Bakıya  axını  nəticəsində  paytaxtın  iqtisadi-ictimai 

həyatında  azərbaycanlı  kadrların  rolu  artdı,  sosial-siyasi  sahədə  vəziyyət  yeniliyə 

doğru  dəyişməyə  başladı.  Beynəlmiləl  şəhər  kimi  məşhurlaşmış  Bakı 

azərbaycanlılaşmağa doğru tərəqqi yoluna düşdü. Respublikada kənd təsərrüfatına 

göstərilən diqqət nəticəsində ərzaq məhsulları istehsalı artmağa başladı. 

Azərbaycan  rəhbərliyi  Mərkəzi  hökumət  qarşısında  respublikada  istehsal 

olunan  pambığın  emalı  üçün  yerlərdə  müvafiq  zavodlar  və  fabriklərin  tikilməsi 

məsələsini  qaldırdı.  İ.D.Mustafayev  xatirələrində  yazır:  "Məsələ  onda  idi  ki,  biz 

respublikada istehsal olunan pambığın və eləcə də neftin bir tonuna büdcədən əlavə 

10  rubl  pul  alırdıq  və  həmin  məhsulların  9-10  faizi  Azərbaycana  qalırdı.  Mən 

məsələnin  həlli  üçün  o  zaman  N.Xruşşova  müraciət  etdim  və  o  mənim  təklifimi 

rədd  edərək:  "Nədir,  yoldaş  Mustafayev,  Rusiya  kəndlisi  ac-yoxsul  vəziyyətdə 

yaşadığı  halda,  siz  istəyirsiniz  Azərbaycanda  yağ-bal  içində  üzsünlər?  -  "deyə 

cavab vermişdi".

36

 



İctimai-siyasi  ab-havanın  mülayimləşməsi  şəraitində  respublikada 

Azərbaycan dilinin rəsmi dövlət dili statusunun təmin olunmasına təşəbbüs edildi. 




115 

 

Bu  məsələnin  mətbuatda  açıq  müzakirəsi  keçirildi.  1956-cı  ildə  Azərbaycan  SSR 



Ali  Soveti  1937-ci  ildə  qəbul  edilmiş  Konstitusiyaya  respublikada  dövlət  dilinin 

Azərbaycan dili olması barədə maddə əlavə etdi.

37

 

Rəsmi sənədlərin, kargüzarlıq işlərinin Azərbaycan dilində aparılması üçün 



konkret  tədbirlər  görüldü.  Elmi  işçilərin,  aspirantların  sayı  xeyli  çoxaldı.  1957-

1959-cu  illərdə  "İncəsənət"  almanaxı,  1958-ci  ildən  Azərbaycan  və  rus  dillərində 

"Bakı"  axşam  qəzeti,  uşaqlar  üçün  "Göyərçin"  jurnalı  çap  olunmağa  başlandı. 

1956-cı ildə Bakı telestudiyası işə düşdü. 

Azərbaycan  xalqının  milli  şüurunun,  özünü  dərindən  dərketmə  ruhunun 

oyanması,  ədəbiyyatda  da,  incəsənət  aləmində  də  yaradıcılıq,  əsl  insan  azadlığı 

iqliminin  təşəkkülü  görünürdü.  İctimai  hadisələri  tənqidi  təhlilə  çağıran  cəsarətli 

mövzular  meydana  çıxırdı.  Bəxtiyar  Vahabzadənin  "Gülüstan",  Rəsul  Rzanın 

"Qızılgül olmayaydı" poemaları bu illərin məhsulu idi. 

Stalinin  şəxsiyyətinə  pərəstişin  aradan  götürülməsi  ilə  həqiqətən  sovet 

ölkəsinin ictimai-siyasi həyatında mülayimləşmə başlanmışdı. Ölkədə yeni kütləvi 

tədbirlər,  islahatlar,  partiya  və  cəmiyyətdə  nüfuz  qazanmaq  məqsədi  daşıyan 

dəyişikliklər başladı. Partokratik inzibati-amirlik üsuli-idarəsinin ictimai tərəqqiyə 

əngəl  olan, köhnə  siyasi bürokratiya  sisteminin  ifrat  cəhətlərini,  partiya-təsərrüfat 

fəallarına  qarşı  repressiyanı,  cəmiyyətdəki  vahiməni  aradan  qaldırmağa  cəhdlər 

göstərilməli  idi.  Mövcud  siyasi  sistemin  qüsurları,  əsasən  Stalinin  şəxsiyyətinə 

pərəstişin nəticəsi partiya həyatında "Lenin prinsipləri"nin pozulması kimi qələmə 

verildi.  Sov.İKP  XX  qurultayında  (1956,  fevral)  sosialist  demokratiyasını 

dərinləşdirməklə  sistemi,  kollektiv  rəhbərliyi,  partiyadaxili  demokratiyanı,  xalqla 

əlaqəni genişləndirmək tədbirləri  müəyyən  olundu.  Partiyanın Mərkəzi Komitəsi 

"Şəxsiyyətə  pərəstiş  və  onun  nəticələrini  aradan  qaldırmaq  haqqında"  (1956,  30 

iyun)  qərar  qəbul  etdi.  Stalinizm,  şəxsiyyətə  pərəstiş  tənqid  olundu,  onun 

təzahürləri  göstərildi,  lakin  bu  hadisəni  törədən  səbəblər,  mövcud  rejim  üçün 

əlverişli  olmadığından,  tam  açıqlanmadı.  Faktiki  cəhətdən  partiya  nəzarətindən 

çıxmış  və  siyasi  sistemə  həddindən  çox  təzyiq  gücünə  malik  olan  Daxili  İşlər 

Nazirliyi,  Dövlət  Təhlükəsizlik  və  başqa  güc  orqanları  nəzarət  altına  alındı.  Bu 

orqanlar, habelə partiya aparatı 1953-cü ilin iyun ayında hakimiyyət uğrunda daha 

çevik  hərəkət  edən  Xruşşovun  səyi  ilə  vəzifəpərəstlikdə,  millətçilikdə,  xarici 

kəşfiyyatla  əlaqədə  təqsirləndirilib  həbs  edilmiş  L.P.Beriyanın  əlaltılarından 

təmizləndi.  Azərbaycanda  güc  orqanlarına  rəhbərlik  etmiş  Y.D.Sumbatov-

Topuridze, X.Qriqoryan, T.Borşov, S.Yemelyanov, A.Atakişiyev, K.Markaryan da 

öz qanlı əməllərinə görə 1956-cı ilin aprelində güllələnməyə məhkum olundular. 

Repressiya  illərində  cəzaya  məruz  qalanların  işlərinə  yenidən  baxılması 

üçün  komissiyalar  təşkil  olundu.  Bəraətvermə  prosesi  başlandı.  Bu  proses 

repressiyalarda ən ümdə, stalinizmi təqsirləndirmək, hakim partiyanı, sovet  siyasi 



116 

 

sisteminin  nüfuzunu  qorumaq,



 

ona  xalqın  inamının  itməməsinin  qarşısını  almaq 

məqsədilə  siyasi  kampaniya  kimi  planlaşdırılmışdı.  Buna  baxmayaraq, 

bəraətvermə prosesi əslində humanist bir proses idi. 

SSRİ  Ali  Məhkəməsinin  Hərbi  Kollegiyası,  Azərbaycan  SSRİ  Ali 

Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası cəzaya  məruz qalanların 

əksəriyyətinə  bəraət  verdi.  Minlərlə  azərbaycanlının  üzərindən  "xalq  düşməni" 

damğası  götürüldü.  Onların  ailələrinin,  övladlarının  məruz  qaldığı  təqiblərə  son 

qoyuldu, hüquqları bərpa edildi. 1956-cı ilin ortalarından yüzlərlə dövlət, ədəbiyyat 

və incəsənət xadiminə, o cümlədən S.M.Əfəndiyev, Q.Musabəyov, D.Bünyadzadə, 

R.Axundov,  Hüseyn  Cavid,  Əhməd  Cavad,  Mikayıl  Müşfiq,  Yusif  Vəzir 

Çəmənzəminliyə  və  başqalarına  bəraət  verildi.  Azərbaycan  xalqının  tarixi,  dili, 

folkloru  və  etnoqrafiyası  baxımından  çox  qiymətli  monumental  dastanı  "Kitabi-

Dədə Qorqud" və "həbs olunmuş" yazılı abidələr, əsərlər azad edildi, bəraət almış 

şair və yazıçıların əsərləri yenidən çap olundu. 

Bununla belə, minlərlə siyasi mübarizə, günahsız qurbana, habelə 20-30-cu 

illərdə  apardığı  istiqlal  mübarizəsi  üstə  təqib  olunaraq  xaricə  getməyə  məcbur 

olmuş  mühacirlərə  bəraət  verilmədi.  Tarixi  keçmişimizdən,  türk  xalqları 

birliyindən  bəhs  edən  bir  çox  əsərlər  üzərindən  qadağalar  götürülmədi.  Hüseyn 

Cavidin  "Topal  Teymur",  "Peyğəmbər"  pyesləri  yenə  də  qəsdən  "unuduldu". 

Azərbaycan  tarixinin  obyektiv  şəkildə  öyrənilməsinə  cəhdlər  mərkəz  tərəfindən 

qısqanclıqla  qarşılanırdı.  Hətta  Sov.İKP  MK  yanında  Marksizm-Leninizm  

İnstitutunun    təsdiq    etdiyi    "Azərbaycan    KP    tarixinin  oçerkləri"  əvəzinə 

"Azərbaycan  Kommunist  Partiyası  tarixi"nin  (iki  cilddə)  yazılması  haqqında  bu 

institutun  AKP  MK  yanındakı  filialı  alimlərinin  təşəbbüsünü  Sov.İKP  MK  katibi 

M.A.Suslov  "millətçilik"  təzahürü  kimi  qiymətləndirmişdi,  Bakıya  böyük  bir 

komissiya göndərilmişdi. 

1959-cu  ilin  oktyabrında  AKP  MK  xüsusi  qərarla  "partiya  tarixi 

ədəbiyyatında buraxılan səhvlərin" aradan qaldırılmasını tələb etmişdi. 

Respublikanın  ictimai-siyasi  həyatında  mövcud  siyasi  sistemin  əsas 

prinsiplərinə  -  təkpartiyalılığa,  Kommunist  partiyasının  bütün  siyasi  təşkilatlar, 

dövlət  üzərində  amirliyinə  toxunmadan  ictimai  təşkilatların,  xalq  hakimiyyəti 

orqanlarının fəaliyyətini nisbətən canlandırmaq üçün şərait yaradıldı. Bəzi operativ 

məsələlərdə idarəçilik mərkəzdən yerlərə keçirildi. Yerli sovetlər iriləşdirildi. Kənd 

sovetlərinin  sayı  azaldıldı.  1955-ci  il  seçkilərində  deputatların  sayı  artırılıb,  kənd 

və  qəsəbə  sovetlərində  9-dan  15-ə,  rayon  sovetlərində  25-dən  35-ə  çatdırıldı. 

Deputatların  ümumi  sayı  3  min  nəfər  çoxaldı.  Sovetlərin  daimi  komissiyaları  6 

minə  çatdırıldı.  Onların  işinə  33  min  nəfərdən  çox  deputat    -  fəal  cəlb  edildi.

38

 

Lakin yenə də partiyanın sovetlər üzərində qəyyumluğu saxlandığı, istər ali, istərsə 



də  yerli  sovetlərə  seçkilər  əvvəlki  prinsiplərlə  keçirildiyi,  deputat  korpusunun 


117 

 

əsasən  mövcud  siyasi  sistemə,  liderlərə  arxa  ola  biləcək  müti,  icraçı,  səriştəsiz 



adamlardan  formalaşdığı  üçün  bütün  pillələrdən  olan  hakimiyyət  orqanlarının 

fəaliyyəti əvvəlki kimi formal xarakter daşıyırdı. Elə bu səbəbdən Sov.İKP MK-nın 

"Zəhmətkeş  deputatları  sovetləri  fəaliyyətini  yaxşılaşdırmaq  və  onların  kütlələrlə 

əlaqəsini  möhkəmləndirmək  haqqında"  1957-ci  il  22  yanvar  qərarı

39

  ilə  əlaqədar 



yerli  sovetlərin  təsərrüfat  və  mədəni  quruculuq  məsələlərinin  həllində  iştirakı, 

seçicilərlə əlaqələri fəallaşdı. 

Azərbaycan SSR Ali Sovetinin səlahiyyət dairəsi nisbətən genişləndi. 1956-

cı  ildə  Ali  Sovetin  sənaye,  kənd  təsərrüfatı,  mədəni-maarif,  səhiyyə  və  ictimai 

təminat,  tikinti  və  abadlıq  komissiyaları  yaradıldı.  Məhkəmə  quruculuğu 

məsələləri,  mülki  və  cinayət  məcəllələrinin  qəbulu  respublikaların  öz  ixtiyarına 

verildi.  Rayon,  şəhər,  kənd  və  qəsəbə  zəhmətkeş  deputatları  Sovetləri  haqqında 

yeni əsasnamələr qəbul edildi, onların hüquqları artdı.

40

 

50-ci  illərin  ortalarında  partiya  sıralarında  110  minədək  üzv  birləşmişdi.



41

 

Həmkarlar ittifaqı, komsomol təşkilatları, onların seçkili orqanları yenə partiyanın 



ciddi  nəzarəti  altında  fəaliyyət  göstərirdi.  Həmkarlar  ittifaqlarına  bəzi  yeni 

hüquqlar  verilmişdi.  Onlar  1958-ci  ildən  fəhlə  və  qulluqçuların  əmək  və  məişət 

şəraitini  yaxşılaşdırmaq  tədbirlərində,  təsərrüfat  planlarının  hazırlanması  işində 

iştirak  etmək,  idarə  rəhbərini  dəyişdirmək  məsələsini  qaldırmaq,  əmək 

mübahisələrinin  həllində  qəti  qərar  vermək,  əmək  mühafizəsi  və  sığorta  işlərini, 

1960-cı ildən isə həm də sanatoriya və istirahət evlərini idarə etmək hüququ aldılar. 

Lakin  600  minə  qədər  (1960-cı  il)  fəhlə  və  qulluqçunun  üzv  olduğu  bu  təşkilat 

xalqın  mənafeyinin  həqiqi  müdafiəçisinə  çevrilə  bilmədi.  Sıralarında  333  min 

(1960-cı  il)  oğlan  və  qızı  birləşdirən  komsomol  təşkilatları  da  partiyanın  diktəsi 

altında işləyirdi.

42

 

Respublikada  qadınlar  şurası,  könüllü  xalq  drujinaları,  məhəllə,  valideyn 



komitələri,  yoldaşlıq  məhkəmələri  kimi  ictimai  təşkilatlar  fəaliyyət  göstərirdilər. 

1957-ci il martın 27-də Azərbaycan qadınlarının II qurultayı keçirilmişdi. Qurultay 

ictimai-siyasi və təsərrüfat həyatında qadınların rolunu daha da canlandırmaq üçün 

tədbirlər müəyyən etmişdi.

43

 

50-ci illərin ortalarında siyasi ab-havanın nisbətən yumşalması ilə əlaqədar 



müttəfiq  respublikalarda,  o  cümlədən  Azərbaycan  SSR-də  milli  dirçəliş  meyilləri 

mərkəzdə  kök  salmış  şovinizmi  çox  narahat  etmiş,  onlara  qarşı  ciddi  müqavimət 

göstərilmişdi.  1956-cı  ilin  oktyabr-noyabr  aylarında  Macarıstanda  baş  vermiş 

antisovet  qiyamı  da  buna  təsir  göstərmişdi.  N.S.Xruşşov  hakimiyyətdə 

möhkəmləndikdən,  xüsusən  Sov.İKP  MK-nın  1957-ci  il  İyun  plenumunda  siyasi 

rəqiblərini məğlub edib partiyadan və rəhbər vəzifələrdən uzaqlaşdırdıqdan, orduda 

və  Dövlət  Təhlükəsizlik  Komitəsində  rəhbərliyi  təzələdikdən  sonra  partiya  və 



118 

 

cəmiyyət  üzərində  şəxsi  amirliyini  gücləndirdi.  Xruşşov  "volyuntarizmi"  dövrü 



başlandı. 

Milli  oyanış  əlamətləri  hiss  edilən  respublikaların,  o  cümlədən 

Azərbaycanın rəhbərliyinə qarşı təqiblər başlandı. Mərkəz xalqı qorxutmaq, özünə 

tabe  saxlamaq  üçün  növbəti  dəfə  Dağlıq  Qarabağ  məsələsini  ortaya  atdı. 

Ermənistan SSR və Azərbaycan SSR-in  DQMV erməni əhalisi Dağlıq Qarabağın 

Ermənistana  verilməsini  tələb  etməyə  başladı.  Ermənistanda  antitürk  əhvali-

ruhiyyəsi  yenidən  qızışdırıldı.  Yerevan  Pedaqoji  İnstitutunun  əyani  və  qiyabi 

Azərbaycan  bölmələri  bağlandı.  Yerevan  Azərbaycan  Pedaqoji  Texnikumu 

Azərbaycanın  Xanlar  rayonuna  köçürüldü.  C.Cabbarlı  adına  Dram  Teatrı, 

Azərbaycan  dilində  çıxan  rayon  qəzetləri  və  b.  nəşrlər  bağlandı.  Ermənistanda 

"Qarabağ hərəkatı" xeyli  leqallaşdırıldı. 1958-ci ildə erməni katolikosu II Vazgen 

Bakıya  səfəri  zamanı  respublika  Nazirlər  Sovetinin  Sədrinə  Dağlıq  Qarabağın 

Ermənistana  verilməsini,  Bakıda  erməni  ruhani  seminariyasının  açılmasını,  hər 

səhər  şəhərin  mərkəzində  yerləşən  erməni  kilsəsinin  zəng  vurmasına  icazə 

verilməsini  təklif  etmiş,  lakin  rədd  cavabı  almışdı.  Ermənilərin  Moskvada  güclü 

arxası  olduğunu  bilən,  özlərinin  təkləndiyini  hiss  edən  azərbaycanlılar  həyəcan 

içində  idi.  Lakin  mərkəz  sərhəd  dəyişikliklərinin  mübahisəli  ərazilər  olan  digər 

respublikalarda  arzuedilməz  reaksiyalar  doğuracağından  çəkinərək,  Azərbaycanda 

məkrli siyasətindən çəkindi. 

Azərbaycan  SSR  rəhbərliyi  millətçilik  siyasəti  həyata  keçirməkdə 

təqsirləndirildi.  Sov.İKP  MK  Azərbaycanda  partiya  təşkilatının  işini  yoxlamaq 

üçün  Bakıya  26  nəfərdən  ibarət  komissiya  göndərdi.  Həmin  günlərdə  Moskvada 

keçirilən  Azərbaycan  ədəbiyyatı  və  incəsənəti  ongünlüyünə  respublikanın 

"millətçi" rəhbərləri dəvət edilmədi. 

Sov.İKP MK-nın 1959-cu il iyunun 24-29-da keçirilən plenumu heç bir əsas 

olmadan,  qondarma  ittihamlarla  Azərbaycan  SSR  rəhbərliyini  ciddi  tənqid  etdi. 

Azərbaycan  KP  MK-nın  1959-cu  ilin  iyulunda  keçirilən  XI  plenumunda 

İ.D.Mustafayev  vəzifəsindən  azad  edildi.  V.Y.Axundov  Azərbaycan  KP  MK-nın 

birinci katibi seçildi. Vəli Yusif oğlu Axundov (14.05.1916-1986) Bakıda anadan 

olub. Tibb alimi olaraq Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1969) 

seçilmişdi. O, tibb işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri (1946-

1949),  Azərbaycan  SSR  səhiyyə  nazirinin  müavini  (1949-1952),  AKP-də  şöbə 

müdirinin  müavini  (1953-1954),  Azərbaycan  SSR  səhiyyə  naziri  (1954-1958), 

AKP  MK  katibi  (1958),  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  sədri  (1958-1959) 

işləmişdi. 

Uğursuz  islahatlar,  Sov.İKP  XXII  (1961,  oktyabr)  qurultayında  elan  etdiyi 

yaxın  gələcəkdə  SSRİ-də  kommunizm  qurulacağı  haqqında  utopik  ideyalar 

N.S.Xruşşovu cəmiyyətdə və partiyada hörmətdən salmışdı. Partiya elitasında ona 




119 

 

qarşı  müxalifət  formalaşırdı.  1961-ci  ildə  qəbul  olunmuş  nizamnaməyə  görə, 



partiyanın  seçkili  orqanlarına  bir  nəfərin  dalbadal  iki  dəfədən  çox  seçilməsini 

qadağan  edən  maddə  daxil  edilməsi  də  rəhbər  partiya  vəzifəlilərinin  ona  qarşı 

birləşməsinə  səbəb  olmuşdu.  Hakimiyyəti  əldə  saxlamaq  üçün  Xruşşov  partiyanı 

parçalamaq, 

siyasi  məsələlərin  həllində  təşkilatların  birgə  fəaliyyətini 

məhdudlaşdırmaq,  onların  diqqətini  təsərrüfat  məsələlərinə,  islahatlara  operativ 

rəhbərliyə  yönəltmək istədi. Sov. İKP MK-nın 1962-ci il Noyabr plenumu rəhbər 

partiya  orqanlarının  istehsalat  prinsipi  üzrə  yenidən  təşkil  edilməsini  qərara  aldı. 

Mərkəzi  komitələrdə  iki  büro  -  sənaye,  tikintiyə  və  kənd  təsərrüfatına  rəhbərlik 

üzrə  bürolar  yarandı.  Azərbaycanda  da  AKP  MK-ya  bilavasitə  tabe  olan  sənaye-

istehsal,  kolxoz-sovxoz  istehsalat  idarələri,  şəhər,  dağlıq  rayon  partiya  komitələri 

təşkil olundu. Başqa ictimai təşkilatlar da bu prinsip üzrə yenidən quruldu. Xruşşov 

partiya və dövlət nəzarətini birləşdirməkdə partiyanın nəzarət funksiyasını da xeyli 

zəiflətdi.  Lakin  onun  xüsusən  1958-ci  ildən,  SSRİ  Nazirlər  Sovetinin  sədri 

olduqdan sonra xeyli intensivləşən partiya aparatını zəiflətmək cəhdlərindən narazı 

qalan ali partiya və təsərrüfat rəhbərləri birləşdilər. Sov.İKP MK-nın 1964-cü il 14 

Oktyabr plenumunda N.S.Xruşşov vəzifəsindən kənar edildi. L.İ.Brejnev Sov. İKP 

MK-nın birinci (1966-cı ildən Baş) katibi seçildi. 

60-cı  illərin  ortalarında  partiya,  onunla  birlikdə  sovet,  həmkarlar  ittifaqları 

və komsomol orqanları təşkilatca yenidən ərazi prinsipi üzrə quruldu. Sov.İKP və 

respublika  KP  Mərkəzi  Komitələrində  bürolar  birləşdirildi,  kənd,  rayon  partiya 

komitələri bərpa olundu. İqtisadiyyata partiya rəhbərliyi gücləndirildi. 

Milli  dəyərlərə  diqqət  artdı.  Bu  işdə  1966-1967-ci  illərdə  AKP  MK  katibi 

vəzifəsində  işləmiş  Şıxəli  Qurbanovun  və  onun  həmfikirlərinin  önəmli  xidməti 

olmuşdu.  1966-cı  ildə  İranda  yaşayan  böyük  Azərbaycan  şairi  Seyid  Məhəmməd 

Hüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması Bakıda çap olundu. Mütərəqqi 

fikirli  yaradıcı  gənclər  üçün  1967-ci  ildə  "Ulduz"  jurnalının  nəşrinə  başlandı. 

Novruz  bayramı  "Bahar  bayramı"  adı  ilə  rəsmi  şəkildə  qeyd  edildi.  Ədəbiyyatda 

yeni milli motivlər, tənqidi ruh qüvvətləndi. 

Milli-azadlıq  uğrunda  mübariz  nəsil  yetişməkdə  idi.  60-cı  illərin 

əvvəllərində Azərbaycan Dövlət Universitetinin azadfikirli tələbələrindən bir qrupu 

Əbülfəz  Əliyevin  rəhbərliyi  ilə  gizli  siyasi  mübarizəyə  başlamışdılar.  Onlar  gizli 

özək  təşkil  edərək,  üçlük  qruplar  yaradır  və  tələbə  gəncləri  azadlıq  uğrunda 

mübariz ruhda tərbiyələndirməyə çalışırdılar.

44

 

1962-ci  il  dekabrın  17-də  95  nəfərin  iştirak  etdiyi  gizli  yığıncaqda  "Milli 



Azərbaycan  Qərargahı"  (MAQ)  təşkil  olundu.  Onun  sədri  Oqtay  Rəfili,  sədr 

müavini Xudu Məmmədov seçildi. MAQ-ın rayonlarda şöbələri yaradıldı. Təşkilat 

üzvlərinin  əksəriyyəti  vəzifəli  şəxslər  idi.  Başlıca  məqsəd  rəhbər  vəzifələrdə 

azərbaycanlıların  olmasına,  respublika  büdcəsinə  ayırmaların  Moskvada  deyil, 




120 

 

Bakıda  həll  olunmasına  çalışmaq,  milli  oyanışa  xidmət  etmək  idi.  MAQ-çılar  bir 



neçə mühüm vəzifəyə azərbaycanlı kadrların təyin edilməsinə nail oldular. 

1964-cü  ilin  yazında  Azərbaycanın  Rusiyanın  tərkibinə  "daxil  olması"nın 

150 illiyi "bayram" edildi, bu, geniş ictimai-siyasi kampaniyaya çevrildi. 

Azərbaycan  tarixçilərindən  bu  "bayramın"  keçirilməsinə  zidd  çıxanlar  da 

oldu.  1969-cu  ilin  martında  Azərbaycan  Dövlət  Universitetinin  tarix  fakültəsinin 

elmi  şurasında  çıxış  edən  tarixçi  alimlər  Z.M.Bünyadov,  M.Ə.İsmayılov  və 

Süleyman  Əliyarov  qeyd  etdilər  ki  Azərbaycan  XIX  əsrin  əvvəllərində  Rusiyaya 

birləşməmişdir,  onu  çar  Rusiyası  zəbt  etmişdir.  Bu  çıxışa  görə  onlar  müəyyən 

müddət  təqibə  məruz  qaldılar.  Şair  və  yazıçıların,  alimlərin  çoxu  öz  əsərlərində 

"sətiraltı"  fikirlər  söyləməkdən  uzağa  getmirdilər.  Lakin  bu  da  təsirsiz  qalmırdı. 

Bununla  belə,  Rusiya  və  başqa  müttəfiq  respublikalardakı  kimi,  Azərbaycanda 

dissident  hərəkatı  geniş  inkişaf  etməmişdi.  O  vaxt  Azərbaycan  SSR  Dövlət 

Təhlükəsizliyi Komitəsində rəhbər vəzifələrdə çalışan, 1964-cü ildən bu komitənin 

sədr  müavini,  1967-ci  ildən  isə  sədri  olmuş  Heydər  Əliyevin  Azərbaycanın  milli 

düşüncəli vətənpərvər ziyalılarının müdafiəsində mühüm xidmətləri olmuşdur. 

60-cı  illərin  ortalarında  Ermənistan  SSR-də  növbəti  dəfə  antiazərbaycanlı 

hərəkat  qızışdı.   1965-ci  il aprelin 23-də  uydurma  "erməni genosidi"nin 50 illiyi, 

cəllad  Andronikin  isə  100  illiyi  Ermənistanda  geniş  qeyd  edildi  və  bu  da  burada 

ata-baba  torpaqlarında  yaşayan  azərbaycanlıların  daha  da  sıxışdırılmasına  yeni, 

güclü  təkan  verdi.  DQMV-də  erməni  millətçiliyi  açıq  surətdə  dərin  kök  salırdı. 

Azərbaycanlılar  burada  -  öz  torpaqlarında  sıxışdırılırdı.  Vilayətin  azərbaycanlılar 

yaşayan  məntəqələrinə  kömək  etmək  məqsədilə  1967-ci  ildə  ayrılan  vəsaitin 

Bakıda  DQMV-nin  rayonları  üzrə  konkret  tələblər  üzrə  bölünüb  təsdiq  olunması 

cəhdinə erməni lobbisi ciddi müqavimət göstərdi. Həmin il Stepanakertdə bir neçə 

azərbaycanlı  qətlə  yetirildi.  Mərkəzin  təzyiqi  ilə  Azərbaycan  SSR  Ali  Sovetinin 

Rəyasət  Heyəti  1969  -cu  il  7  may  tarixli  qərarı  ilə  sərhəd  rayonlarında  2  min 

hektardan çox Azərbaycan torpağının Ermənistana verilməsi haqqında hələ 1938-ci 

il  mayın  5-də  qəbul  olunmuş  qərarı  təsdiq  etdi.  Lakin  az  sonra  Azərbaycan 

rəhbərliyinə gəlmiş Heydər Əliyev bu qərarın icrasına yol vermədi.

46 


 

 



121 

 

 



III FƏSİL 

 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin