TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


§1. AZƏRBAYCAN RESPUBLĠKASININ iqtisadi ĠNKĠġAF



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə24/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   20   21   22   23   24   25   26   27   ...   168
§3. ƏHALĠNĠN RĠFAHI VƏ MƏĠġƏTĠ 

 

Respublikanın  iqtisadi  yüksəlişi  xalqın  rifahının  yaxşılaşmasına  şərait 



yaratmışdı. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 70-ci illərdə 1,4 dəfə, 80-

ci  illərdə  1,3 dəfə,  kolxozçuların orta  aylıq əmək haqqı  isə  müvafiq  surətdə  2 və 

1,5  dəfə  artmışdı.

88

  İctimai  istehlak  fondlarından  əhaliyə  verilən  ödənc  və 



güzəştlərin məbləği 1970-1990-cı illərdə üç dəfə çoxalmışdı.

89

 



Qocalara,  əlillərə,  əmək  qabiliyyətini  müvəqqəti  itirənlərə,  əmək  və 

müharibə veteranlarına, başçısını itirmiş uşaqlı ailələrə, tək analara maddi yardım 

artırdı. Qocalığa və əlilliyə görə dövlətdən pensiya alanların sayı 1970-ci ildə 643 

mindən  1989-cu  ildə  987  minə  çatmışdı.  1989-cu  ilin  əvvəlində  114,4  min 

çoxuşaqlı anaya hər ay dövlətdən yardım ayrılırdı.

90

 



SSRİ  Nazirlər  Sovetinin  "Hamiləlik,  doğum  və  xəstə  uşağa  xidmət  üçün 

müavinət  təminatının  yaxşılaşdırılması  haqqında"  (1973-cü  il  26  iyun)  qərarına 

əsasən  qadınlara  hamiləliyə  və  doğuma  görə  iş  stajından  asılı  olmayaraq  əmək 

haqqının 100 faiz ödənilməsinə, "Aztəminatlı uşaqlı ailələrə maddi köməyin daha 

da yaxşılaşdırılması haqqında" 1974-cü il 12 sentyabr tarixli qərarına əsasən 1974-

cü il noyabrın 1-dək ümumi gəliri ailənin hər üzvü hesabından ayda 50 manatdan 

az olan ailələrə  8 yaşa  qədər uşaqların  hər birinə  12  manat  müavinət verilməsinə 

başlandı.  1990-cı  ildən  aztəminatlı  ailələrə  uşaqlar  12  yaşına  çatanadək  belə 

yardım göstərilməyə başlandı.

91

 



Sov.İKP  və  SSRİ  Nazirlər  Sovetinin  "Uşaqlı  ailələrə  dövlət  yardımını 

gücləndirmək  tədbirləri  haqqında"  1981-ci  il  31  mart  tarixli  qərarı  ilə  ümumi  iş 

stajı  bir  ildən  az  olmadan,  habelə  istehsalatdan  ayrılmadan  təhsil  alan  qadınlara 

uşağın  bir  yaşına  çatanadək  ona  xidmət  etmək  üçün  əmək  haqqının  müəyyən 

hissəsi ödənilməklə bir il müddətinə məzuniyyət verilməyə başlanmış, adambaşına 

ayda  60  manatdan  yuxarı  gəlir  düşməyən  ailələr  uşaqların  məktəbəqədər  uşaq 

müəssisələrində və internat məktəblərində saxlanılması üçün haqq verməkdən azad 

edilmişdir.  Həmin  qərara  əsasən  1981-ci  ilin  dekabr  ayından  tək  analara  verilən 

dövlət  müavinətinin  minimum  səviyyəsi  hər  bir  uşağa  ayda  20  manata  qaldırıldı. 

1987-ci ildən xəstə uşağa qulluq edilməsinə görə haqqı ödənilən vaxtın müddəti 14 

günədək uzadılmışdı.

92

 



Milli  münasibətlərin  gərginləşməsi  ilə  əlaqədar  olaraq  yurd-  yuvasından 

didərgin  düşmüş  insanlara  da  yardım  göstərilirdi.  Azərbaycan  SSR  Nazirlər 

Sovetinin  1989-cu  il  4  oktyabr  və  4  aprel  1990-cı  il  tarixli  qərarları  ilə  əvvəlki 

yaşayış  və  iş  yerini  tərk  etməyə  məcbur  olmuş  azərbaycanlılara  birdəfəlik 




167 

 

müavinətlər  verildi.  SSRİ  Nazirlər  Sovetinin  1990-cı  8  avqust  il  qərarı  ilə 



Azərbaycan  SSR-ə  gəlmiş,  daimi  yaşayış  yerlərini  tərk  etməyə  məcbur  edilmiş 

didərginlərə  kömək  proqramı  təsdiq  olundu.  Onlara  kömək  etmək  üçün  1990-cı 

ildə 150 min manat, 1991-ci ildə isə 100 min manat kredit ayrıldı.

93

 



1990-cı  ilin  may  və  oktyabr  aylarından  başlayaraq  müharibə  əlillərinə, 

müharibə  iştirakçılarına,  beynəlmiləlçi  döyüşçülərə,  həlak  olmuş  hərbi 

qulluqçuların ailələrinə əlavə güzəştlər verildi. 

Beləliklə,  70-80-ci  illərdə  əhaliyə  verilən  pensiyaların  həcmi  4,4  dəfə, 

müavinətlərin həcmi isə 3,3 dəfə çoxalmışdı.

94

 



Bununla  belə,  xüsusən  80-ci  illərin  ikinci  yarısında  manatın  alıcılıq 

qabiliyyətinin  37  faiz  aşağı  düşməsi  əhalinin  real  gəlirlərinin  artım  sürətinin 

azalmasına  səbəb  olmuşdu.  Əgər  70-ci  illərdə  real  gəlir  42  faiz  artmışdısa,  80-ci 

illərdə  bu,  16  faizdən  çox  deyildi.

95 

Əhalinin  istehlak  tələbləri  ilə  təklif  arasında 



uyğunsuzluq mövcud idi. Əhalinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatı tam 

ödənilmirdi. 80-ci illərin ikinci yarısından başlayaraq, bu sahədə vəziyyət daha da 

gərginləşmişdi.  Əhalinin  alıcılıq  qabiliyyətinin  artması,  istehlak  malları 

istehsalının,  ticarət  və  ictimai  iaşə  xidmətlərinin  nisbətən  inkişaf  etməsi 

respublikada  mal dövriyyəsinin çoxalmasına  səbəb olmuşdu. Respublikada dövlət 

və kooperativ ticarətində ictimai iaşə daxil olmaqla pərakəndə mal dövriyyəsi 70-ci 

illərdə 1,8 dəfə, 80-ci illərdə isə 1,5 dəfə çoxalmışdı.

96

 Qeyri-ərzaq mallarının satışı 



daha  sürətlə  artmış,  onun  həcmi  pərakəndə  mal  dövriyyəsində  1970-ci  ildəki  48 

faizə qarşı 1990-cı ildə 60 faiz olmuşdu. 

1990-cı  ildə  respublikada  hər  100  ailədən  81-də  radioqəbuledici,  102 

televizor,  83  soyuducu,  51  paltaryuyan  maşın,  34  tozsoran,  60  tikiş  maşını,  10 

minik avtomobili vardı.

98

 



1990-cı ildə respublikada 21 min və ya 1970-ci ildəkindən 5,4 mindən çox 

pərakəndə ticarət müəssisəsi var idi. Ticarət xidməti sistemi nisbətən təkmilləşmiş, 

ixtisaslaşdırılmış  özünəxidmət  mağazalarının  sayı  artmışdı.  Kulinariya  və 

yarımfabrikat  mağazaları,  fabrik-mətbəx  müəssisələri  yaradılmışdı.  1990-cı  ildə 

respublikada 12 min (1970-ci ildəkindən 5,8 min ədəd çox) ictimai iaşə müəssisəsi 

fəaliyyət göstərirdi. 

Lakin əhalinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatı tam ödənilmirdi. 

Ət, balıq, kürü, süd,  meyvə, hətta üzüm, tərəvəz üzrə istehlak səviyyəsi müəyyən 

edilmiş  normalara  qalxmırdı.  80-ci  illərin  əvvəllərində  respublikanın  şəhərlərində 

ət,  yağ,  axırlarında  isə  səkər  talonlarla  verilməyə  başlanmışdı.  Bazar  durmadan 

bahalaşır,  inflyasiya,  qıtlıq  artırdı.

100


  70-80-ci  illərdə  qeyri-ərzaq  mallarının 

qiymətləri  dəfələrlə  qaldırılmışdı.  Qızılın,  digər  qiymətli  metalların  və  daş-qaşın 

qiymətləri  15  dəfə  və  daha  çox  artmışdı.  1990-cı  ilin  yanvarında  bu  malların 

qiyməti yenidən 50 faiz artmışdı.

101

 Həmin ilin sonunda qızılın və xalçanın qiyməti 




168 

 

yenidən  bahalandı.  Tələbatı  olmayan,  dəbdən  düşmüş  malların  qiymətlərinin  tez-



tez aşağı salınması isə əhalinin güzəranına elə bir əsaslı təsir göstərmirdi. Əhalinin 

daha  çox ehtiyacı olan  mallar getdikcə azalır, bəzən də  yoxa  çıxırdı.  Möhtəkirlik 

artırdı.  Mağazalarda  malların  böyük  əksəriyyəti  açıq-aşkar  artıq  qiymətə 

satılırdı.

102

 

70-80-ci  illərdə  respublikanın  şəhər  və  kəndlərində  mənzil  tikintisi  sürətlə 



artmışdı.  Bakıda,  Sumqayıtda,  Gəncədə,  Naxçıvanda,  Mingəçevirdə,  Əli 

Bayramlıda,  Daşkəsəndə  yeni  mikrorayon  və  qəsəbələr  salınmış,  çoxmərtəbəli 

yaşayış  binaları  tikilmiş,  kənd  yaşayış  məntəqələri  yenidən  qurulub  şəhərtipli 

qəsəbəyə  çevrilmişdi.  Həmin  illərdə  respublikada  ümumi  sahəsi  35  mln  kv.m,  o 

cümlədən  kənd  yerlərində  16  mln  kv.m  olan  mənzillər  tikilmişdi.  Üç  milyona 

qədər  adamın  mənzil  şəraiti  yaxşılaşdırılmışdı.

103

  Bakıda  yeni  mikrorayonlar  - 



Əhmədli,  Günəşli,  Yeni  Serebrovski  (indiki  Qaraçuxur),  Badamdar  yaşayış 

massivləri  salınmışdı.  Paytaxtın  abadlaşdırılmasında  və  tikintisində  Azərbaycan 

SSR  Nazirlər  Soveti  Sədrinin  müavini  Ə.C.Ləmbəranskinin  böyük  xidməti 

olmuşdu.  Dənizkənarı  park  yenidən  qurulmuş,  ərazisində  "Bakı  Venetsiyası" 

adlanan  uşaq  şəhərciyi,  şəhərin  mərkəzi  hissəsində  Fəvvarələr  meydanı 

yaradılmışdı. 70-ci illərdə Bakı Dəniz vağzalı, Respublika Sarayı (o zaman  Lenin 

adına  saray),  "Moskva",  "İnturist",  "Abşeron"  mehmanxanaları,  Respublika 

velotreki  tikildi,  Azadlıq  (o  zaman  Lenin  adına)  meydanının  memarlıq  ansamblı 

yaradıldı. 80-ci illərdə "Gülüstan sarayı", yeni zoopark, örtülü idman kompleksləri 

tikildi.  Dövlət  Filarmoniyasının  binası  əsaslı  təmir  olunur.

104

  Bakıda  yaşıllıqların 



sahəsi  10  min  ha-ya,  Gəncədə  2,3  min  hektara,  Sumqayıtda  700  hektara 

çatdırılmışdı.  Respublikanın  kəndləri  abadlaşdırılırdı.  80-ci  illərin  sonlarında 

respublikada 65 şəhər, 122 şəhərtipli qəsəbə vardı.

105


 

Şəhərin  içməli  su  ilə  təchizinin  yaxşılaşmasında  70-ci  illərdə 



 

Kür  su 


kəmərinin  çəkilib  istifadəyə  verilməsi  mühüm  rol  oynadı.  Şəhərə  su  verilməsi 

sutkada 3,5 kub.m çoxaldı.

106

 

Mənzil-kommunal  təsərrüfatının  inkişafında  "1986-1990-cı  illərdə  Bakı 



şəhər  təsərrüfatının  daha  da  inkişaf  etdirilməsi  haqqında"  Sov.İKP  və  SSRİ 

Nazirlər  Sovetinin  1985-ci  il  dekabr  qərarı  müəyyən  rol  oynadı.  1987-ci  ildə 

"Böyük  kanalizasiya"nın  birinci,  1990-cı  ildə  isə  ikinci  növbəsi  istifadəyə 

verilmişdi.

107

 

"Abşeronda  bağçılıq  təsərrüfatını  daha  da  inkişaf  etdirmək  haqqında" 



Azərbaycan  KP  MK-nın  1988-ci  il  25  may  qərarına  əsasən  bağçılıq 

kooperativlərinin  yaradılmasına  icazə  verildi.  Yeni  bağ  sahələri  paylandı.  Bağ 

tikintisi və təmiri ilə məşğul olan kooperativlər yaradıldı.

108


 Bütün bunlarla yanaşı, 

respublikada  sosial  quruculuq  sahəsində  çoxlu  qüsur  vardı.  Mənzil  problemi  hələ 

də kəskin olaraq qalırdı. Mənzil tikintisi üzrə planlar yerinə yetirilmirdi. Tikintinin 



169 

 

keyfiyyəti  aşağı  idi.  Mənzillərin  əsaslı  təmiri  sahəsində  ciddi  nöqsanlar  mövcud 



idi. 80-ci illərin sonunda təkcə Bakıda 75 mindən çox, Gəncədə 11 min ailə mənzil 

növbəsində  dayanmışdı.

109

  Mənzil  qanunvericiliyi,  pasport  rejimi  kobud  şəkildə 



pozulur,  çox  vaxt  boşalmış  mənzillər  qanunsuz  yollarla  ələ  keçirilirdi.

110


 

Respublikanın  65  şəhəri  su  kəməri,  34  şəhəri  kanalizasiya  sistemi  ilə  təchiz 

edilmişdi.  Kənd  yerlərində  kommunal  obyektlər,  hamam,  mərkəzləşdirilmiş  su, 

kanalizasiya  sistemləri  quraşdırılması  işi  ləng  gedirdi.  Şəhərin  3,  kəndlərin  89 

faizində su kəməri yox idi.

111


 

70-ci  illərdə  Əli  Bayramlı-Astara,  Yevlax-Şəki,  Dəvəçi-Xaçmaz,  Yevlax-

Xankəndi-Gorus-Naxçıvan, 80-ci illərdə Naxçıvan-Culfa-Ordubad, Qazıməmməd-

Qazax  qaz  kəmərləri  çəkildi.  1990-cı  ilin  sonunda  respublikanın  65  şəhər  və  89 

qəsəbəsində  yanacaq qazından istifadə  edilirdi.  Lakin  hər beş kənddən biri,  şəhər 

tipli  qəsəbələrin  27  faizi  hələ  də  qazla  təmin  edilməmişdi.

112

  Əhaliyə  məişət 



xidmətlərini yaxşılaşdırmaq sahəsində də müəyyən işlər görülmüşdü. 1970-1990-cı 

illərdə  məişət  xidməti  müəssisələrinin  sayı  6,4-dan  11,5  minə  çatdırılmış, 

xidmətlərin  həcmi  18,3  dəfə  artmışdı.  Xidmətlərin  yeni  formaları  tətbiq 

olunurdu.

113

  Lakin  adambaşına  məişət  xidmətinin  həcmi  İttifaqın  orta 



göstəricilərindən iki dəfə aşağı idi.

114


  Kənd  yerlərində də  məişət  xidməti daha pis 

təşkil  edilmişdi.  207  kolxoz  və  sovxozda  heç  bir  xidmət  obyekti  yox  idi,  onların 

cəmi 165-də əhaliyə səyyar məişət xidmətləri göstərilirdi. Kənd sovetlərinin cəmi 

73 faizində məişət xidməti obyektləri vardı. Xidmətin keyfiyyəti aşağı idi.

115 

70-80-ci  illərdə  respublikanın  şəhər  və  kəndlərində  telefon  şəbəkəsi  xeyli 



inkişaf etmiş, telefon aparatlarının sayı 1990-cı ildə 649 minə çatmışdı, yəni dörd 

dəfə artmışdı.

116

 Şəhərlərarası telefon rabitəsi genişlənirdi.  Lakin hələ minlərlə ailə 



telefon növbəsində dayanmışdı. 

1970-ci  ildə  Moskva-Bakı  rəngli  teleötürücü  xətt,  70-80-ci  illərdə  onlarla 

başqa  radiorele  xətləri  çəkilmişdi.  1989-cu  ildə  Xankəndində  televiziya  studiyası 

istifadəyə  verilmişdi.  1990-cı  ildə  respublikada  150-yə  qədər teleötürücü stansiya 

vardı,  26  peyk-əlaqə  stansiyasından  istifadə  edilirdi.  Respublika  əhalisinin  95 

faizinin respublika televiziyasının verilişlərinə baxmaq imkanı vardı.

117

 

70-80-ci  illərdə  əhalinin  sağlamlığının  qorunması  sahəsində  də  mühüm 



tədbirlər  həyata  keçirilmişdi.  Əhaliyə  ambulatoriya-poliklinika  yardımı  göstərən 

müəssisələr  1075-dən  1826-ya,  qadın  məsləhətxanaları,  uşaq  məsləhətxana  və 

poliklinikalarının sayı 313-dən 1034-ə, həkimlərin sayı 13 min nəfərdən 27,5 min 

nəfərə, orta tibb işçilərinin sayı 25 min nəfərdən 68 min nəfərə çatdırılmışdı. 1990-

cı ildə respublikada 70,9 min çarpayısı olan  731 xəstəxana fəaliyyət göstərirdi.

118


 

Bakı şəhərində yeni tibb texnikası ilə təchiz edilmiş diaqnostika mərkəzi, kardioloji 

mərkəz,  respublika  uşaq  sağlamlıq  kompleksi,  çoxlu  xəstəxana  və  poliklinika, 

ambulatoriyalar 

tikilmişdi. 

Lakin  əhaliyə  səhiyyə  xidməti  sahəsində 




170 

 

müvəffəqiyyətlərlə  yanaşı,  stasionarların  düzgün  yerləşdirilməməsi,  tibb 



avadanlıqlarının,  dərmanların  çatışmaması,  xəstəxana  və  poliklinikalarda  xidmət 

səviyyəsinin aşağı olması, bir çox tibb işçiləri tərəfindən səhiyyə etikasının kobud 

surətdə  pozulması  kimi  qüsurlar  da  çox  idi.  2239  yaşayış  məntəqəsində  ilk  tibbi 

yardım xidməti təşkil edilməmişdi.

119

 

Həmkarlar  ittifaqının  12  min  yerlik  22  sağlamlıq  mərkəzi,  12  turist  bazası 



və  kompleksi  vardı.  70-ci  illərdə  respublikada  turist-ekskursiya  təşkilatları  xeyli 

inkişaf etdi, onlarla turist bazası, kompleksi, mehmanxanası istifadəyə verildi. 

70-80-ci  illərdə  idman  kollektivlərinin  və  idmançıların  sayı  xeyli  artmışdı. 

1990-cı  ildə  respublikada  66  iri  stadion,  1299  idman  zalı,  31  üzgüçülük  hovuzu, 

2500 futbol, 5800-dən çox voleybol, basketbol və tennis meydançası vardı. Bütün 

bölgələrdə  şahmat  idman

 

məktəbləri  fəaliyyət  göstərirdi.  8020  bədən  tərbiyəsi 



kollektivi vardı. 2,3 milyon nəfər idmanla ardıcıl məşğul olurdu. Hər il "Əməyə və 

müdafiəyə hazıram!" kompleksi üzrə 600-700 nəfər idman nişançısı hazırlanırdı.

120

 

80-ci illərin axırlarında respublikada 4,3 min SSRİ idman ustası vardı. Beynəlxalq 



yarışlarda  həndbolçu  R.Şabanova,  şahmatçılar  E.Məhərrəmov,  E.Əliyeva, 

A.Sofiyeva yüksək göstəricilərə nail oldular. 

Sənaye, kənd təsərrüfatı, nəqliyyat və tikinti texnologiyalarına, təhlükəsizlik 

texnologiyalarına  ciddi  əməl  edilməməsi,  təmizləyici  qurğulardan  kifayət  qədər 

səmərəli  istifadə  olunmaması  respublikada  ekoloji  mühitin  gündən-günə 

pozulmasına səbəb olurdu. 

Bakı  və  Sumqayıt  şəhərləri  və  onların  ətrafında  ekoloji  mühit  daha  çox 

çirklənmişdi.  Təkcə  Bakıda  il  ərzində  hər  kv.m-ə  800-900  ton  zərərli  maddələr 

tökülürdü. Çirkabların 54 faizi təmizlənməmiş halda dənizə axıdılırdı. Ermənistan 

və  Gürcüstandan  Azərbaycana  gələn  çaylar  zərərli  maddələrlə  çirkləndirilirdi. 

Hərbi obyektlər ətraf mühitin ekoloji vəziyyətini daha da ağırlaşdırırdı. 

70-80-ci illərdə əhalinin sayı 5 milyon nəfərdən 7,1 milyon nəfərə çatmışdı. 

Hər min nəfərə görə təbii artım 22,5 faizdən 20 faizə, doğulanların sayı 29 faizdən 

26,1 faizə, ölənlərin sayı isə 6,7 faizdən 6,1 faizə enmişdi. Əhalinin ümumi sayında 

şəhər  əhalisinin  miqdarı  50  faizdən  53,8  faizə  qalxmışdı,

121


  90-cı  illərin 

əvvəllərində respublikada yaşı 100 və ondan yuxarı olan adamların sayı 2500-dən 

çox idi. 

Əhalinin  milli  tərkibində  dəyişikliklər  baş  vermişdi.  1989-cu  il 

siyahıyaalınmasına  görə  Azərbaycanda  yaşayan  7  milyondan  çox  əhalinin  6 

milyona  qədərini  azərbaycanlılar,  392,3  min  nəfərini  ruslar,  390,5  min  nəfərini 

ermənilər, 171,4 min nəfərini ləzgilər, 44,1 min nəfərini avarlar, 13,3 min nəfərini 

saxurlar, 30,8 min nəfərini yəhudilər, 21,2 min nəfərini talışlar, 14,2 min nəfərini 

kürdlər, 6 min nəfərini udinlər təşkil edirdi. Ümumiyyətlə, respublikada 82 xalqın 

nümayəndəsi məskunlaşmışdı.

123

 



171 

 

Əhalinin  sosial-sinfi  strukturu  da  yeniləşmişdi.    1970-ci  ildə  əhalinin  50,3 



faizini  fəhlə  və  qulluqçular,  21,9  faizini  isə  kolxozçular  təşkil  edirdisə,  1989-cu 

ildə  bu  göstəricilər  müvafiq  surətdə  86,8  və  12,7  faiz  olmuşdu.

124

  1990-cı  ildə 



respublikada 1387 min və ya 1970-ci ildəkindən 1,6 dəfə çox fəhlə, 334 min və ya 

1,2 dəfə çox kolxozçu, 713 min və ya 1,7 dəfə çox qulluqçu vardı. 2,8 milyon insan 

xalq  təsərrüfatında  məşğul  idi.  Onlardan  77,9  faizi  dövlət,  14,2  faizi  kooperativ, 

7,9 faizi isə özəl sektorda işləyirdi.

125

 Bununla belə əmək qabiliyyətli əhalinin xeyli 



hissəsi işsiz idi. Kənd rayonlarında sənayenin zəif inkişaf etdiyi zonalarda işsizlik 

daha  çox  idi.  80-ci  illərin  sonunda  Ermənistandan  azərbaycanlıların  və 

Özbəkistandan  Məhsəti  türklərinin  qovulub  Azərbaycana  pənah  gətirməsi  ilə 

əlaqədar işsizlərin sayı yarım milyonu ötüb keçmişdi. İşsizlərin 60 faizini gənclər, 

60  faizini  kənd  əhalisi  təşkil  edirdi.

126


  İşsizlik  üzündən  gənclərin  bir  hissəsi 

respublikanı tərk edir, qazanc dalınca gedirdi. Şəxsi yardımçı təsərrüfatlara lazımi 

şərait yaradılmırdı. 

Beləliklə,  70-80-ci  illərdə  respublika  əhalisinin  sosial-siyasi,  milli 

strukturunda,  məişətində,  rifahında  mühüm  dəyişikliklər  baş  vermişdi,  gəlirlər, 

alıcılıq qabiliyyəti, ticarət, ictimai iaşə, tibb, rabitə, məişət xidmətlərinin səviyyəsi 

yüksəlmiş,  yaşayış  məntəqələrinin  su,  qaz,  kanalizasiya  sistemləri  ilə  təchizi 

yaxşılaşmışdı.  Bütün  bunlarla  yanaşı,  əhalinin  istehlak  tələbləri  lazımınca 

ödənilmirdi, xidmətlərin səviyyəsi xüsusən kənd yerlərində hələ aşağı idi. Ekoloji 

mühit çirklənirdi. Əhalinin nominal sayı artsa da, illik artım sürəti azalırdı. 

 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin