Mədəni-maarif. Mətbuat. İnsanların biliyinin, mədəni səviyyəsinin
yüksəlməsində təhsil müəssisələri ilə yanaşı, mədəni-maarif müəssisələri, kütləvi-
informasiya vasitələri mühüm rol oynayırdı.
70-80-ci illərdə respublikanın şəhər və kəndlərində 220 min yerlik 1066
mədəniyyət evi və klub müəssisəsi, 50 min yerlik 111 kinoteatr istifadəyə
verilmişdi.
145
Dövlət klub müəssisələrinin sayı 2146-dan 3680-ə, kütləvi
kitabxanaların sayı 2922-dən 4605-ə, kinoqurğuların sayı 2004-dən 2167-ə
çatmışdı.
146
Bakıda 80-ci illərin ortalarında stereofilmlər kinozalı ("Araz"
kinoteatrında) fəaliyyətə başlamışdı.
Kütləvi kitabxanalarda kitab və jurnalların sayı 23 milyon nüsxədən 45,3
milyon nüsxəyə çatmışdı. Hər 1000 nəfər sakinə 6,4 min nüsxə kitab və jurnal
düşürdü.
147
Respublikada 87 yeni muzey - 1972-ci ildə Azərbaycan xalçası və tətbiqi
sənət muzeyi, Sergey Yeseninin xatirə muzeyi, 1975-ci ildə Bakıda
Ü.Hacıbəyovun və S.Vurğunun, 1981-ci ildə Naxçıvanda H.Cavidin, 1982-ci ildə
Bakıda C.Cabbarlının, Bülbülün ev muzeyləri, onlarla yeni tarix-diyarşünaslıq
muzeyləri təşkil olunmuşdu. Azərbaycan tarixi muzeyinin fondları getdikcə
zənginləşir, ekspozisiyası daim təzələnirdi. 70-ci illərdə Zoologiya və Arxeologiya
muzeyləri müvafiq elmi-tədqiqat institutları nəzdində yaradılmışdı. 1990-cı ildə
124 muzey fəaliyyət göstərirdi. Bədii muzeylər, şəkil qalereyaları təşkil edilmişdi.
Bakıda S.Bəhlulzadə adına sərgi salonu, uşaq şəkil qalereyası, ədəbiyyat və
incəsənət xadimlərinin xatirə muzeyləri açılmışdı. Azərbaycanın böyük şairi və
mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, şərhini və təbliğini
yaxşılaşdırmaq məqsədilə Gəncədə "Nizami təsviri sənət qalereyası", "Nizami
dövrü və yaradıcılığı muzeyi" açılmışdı.
Azərbaycan tarixi muzeyində əsas ekspozisiya ilə yanaşı, hər il mühüm
hadisələrə və əlamətdar günlərə həsr edilmiş tematik və səyyar sərgilər təşkil
edilirdi. Belə sərgilər Bakıda və Azərbaycanın ayrı-ayrı rayonlarında nümayiş
175
etdirilirdi. Muzey xarici ölkələrdə təşkil olunan sərgilərdə də iştirak etmişdi. Onun
eksponatları Tokioda, Budapeştdə, Parisdə, Madriddə, Nyu-Yorkda, London və b.
şəhərlərdə keçirilən sərgilərdə nümayiş etdirilmişdi. Azərbaycan Tarixi Muzeyi
YUNESKO-nun nəzdində olan Beynəlxalq Muzey Komitəsinin üzvü seçildi.
Azərbaycanın tətbiqi sənət sərgisi üç ay müddətində Parisdə və Bordoda
göstərilmişdi. Respublikada 6500-dən çox tarix, arxeologiya, memarlıq abidəsi
dövlət tərəfindən qorunurdu.
148
70-80-ci illərdə respublikada səkkiz yeni dövlət teatrı açılmışdı. Onların
sayı 20-yə çatmışdı.
149
Xalq universitetlərini də mədəni-maarif müəssisələri sisteminin mühüm
halqalarından birinə çevirmək cəhdləri göstərilirdi. 80-ci illərin axırlarında
respublikada müxtəlif ixtisaslar üzrə 550 xalq universiteti vardı. Onlara 121 min
nəfərə qədər dinləyici cəlb olunmuşdu.
150
Televiziyanın məişətə geniş daxil olması
ilə əlaqədar mədəni-maarif müəssisələrinə maraq azalırdı. Kinoteatrlara gələn
tamaşaçıların sayı 1970-ci ildəki 56,4 milyon nəfərdən 1990-cı ildə 30,1 milyon
nəfərə enmişdi. Muzeylərə gələnlərin sayı azalmışdı. Teatr tamaşaçılarının sayı 1,5
milyon nəfərdən 1,4 milyon nəfərə qədər azalmışdı.
151
Azərbaycanda kütləvi informasiya vasitələri şəbəkəsi inkişaf etməkdə idi.
1970-ci ildə respublikada 234, 1990-cı ildə isə 259 qəzet, jurnal və məcmuə nəşr
olunurdu.
152
1969-cu ildən "Qobustan" almanaxı, 1970-ci ildən Bakıda "Sovet
Türkologiyası", 1975-ci ildən "Azərbaycan təbiəti" jurnalları çap olunmağa
başladı. Dövri nəşrlərin illik tirajı 49 milyon nüsxədən çox idi.
153
80-ci illərin sonunda ölkədə demokratik hərəkatın, plüralizmin genişlənməsi
onlarla yeni formal və qeyri-formal nəşrlərin meydana gəlməsinə səbəb oldu.
Hadisələri qeyri-ənənəvi tərzdə, müxtəlif qrupların, cərəyanların mövqeyindən şərh
edən, qiymətləndirən "Azərbaycan", "Odlar yurdu", "Azadlıq", "Yeni fikir",
"Vətən səsi", "Respublika", "Ayrılıq", "Səhər", "Ayna", "Dalğa", "Ədalət",
"İlham", "Novruz" və b. qəzetlər, "Gənclik", "Xəzər", "Açıq söz" jurnalları əhali
arasında yayılır və maraqla qarşılanırdı.
Ümumiyyətlə, 1990-cı ilin axırlarında respublikada 75-ə qədər qeyri-formal
qəzet və məcmuə çap olunurdu.
154
Azərbaycan Radiosu və Televiziyası qurumu kamilləşdi. Respublika radiosu
müxtəlif dalğalarda hər gün 1 proqram, "Araz" və "Stereo" proqramları ilə müxtəlif
dillərdə 37 saat veriliş yayırdı. Azərbaycan Beynəlxalq Radiosu təsis edilmişdi.
Azərbaycan kütləvi informasiya vasitələri bəşəri və milli dəyərlər fonunda
sovet həyat tərzini, rəsmi ideologiyanı geniş təbliğ edirdi. Onun milli oyanışa təsiri
güclənməkdə idi. Respublikada hər il 10-12 milyon nüsxə tirajla 1200-1300 adda
kitab nəşr olunurdu.
155
176
Partiyanın sənədləri, "marksizm-leninizm klassikləri"nin əsərləri tərcümə və
böyük tirajla çap edilir, geniş təbliğ olunurdu.
1976-1988-ci illərdə Azərbaycan xalqının tarixində ilk oncildlik
"Azərbaycan Sovet Ensiklopediyası" çapdan çıxdı. Bu, respublikanın ictimai-siyasi
və mədəni həyatında əlamətdar bir hadisə idi, çünki sovet dövründə dörd dəfə
(1934-cü ildə, 1938-ci ildə, 1959-cu ildə və 1965-ci ildə) Azərbaycan
ensiklopediyası nəşr etmək təşəbbüsü olmuş, əfsuslar olsun ki, heç biri baş
tutmamışdı. Beşinci dəfə cəhd Heydər Əliyevin rəhbərliyi sayəsində uğurla
nəticələndi. Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci il oktyabrın 24-də Azərbaycan
KP MK-da "Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasının işində ciddi
nöqsanlar haqqında" qərar qəbul olundu. 1976-cı il fevralın 10-da isə Azərbaycan
KP MK "ASE-nin Baş redaksiyasının və elmi-redaksiya şurasının yeni tərkibi"
haqqında qərar qəbul etdi. Akademik Cəmil Quliyev Baş redaktor təyin olundu.
Heydər Əliyevin bilavasitə iştirakı ilə İçəri şəhərdə ASE-nin yeni binası tikilmiş,
nəqliyyat (müxtəlif markalı üç maşın ayrılmışdı), təsərrüfat, təchizat, maliyyə
məsələləri həll olunmuşdu. ASE-nin tirajı 50 min nəzərdə tutulmuşdu. Lakin bu,
Heydər Əliyevin təşəbbüsü ilə 80 minə qaldırıldı.
70-80-ci illərdə klassik Azərbaycan şair və yazıçılarının əsərləri
külliyyatları, 20 cildlik "Azərbaycan Ədəbiyyatı Kitabxanası", 50 cildlik "Dünya
Uşaq Ədəbiyyatı Kitabxanası", 100 cildlik "Dünya Ədəbiyyatı Kitabxanası",
"Molla Nəsrəddin" 12 cildlik toplusunun birinci cildi çap edilmişdi. Bütün bunlar
xalqın milli oyanışına əhəmiyyətli təsir göstərirdi.
70-80-ci illərdə Nizaminin 840 illiyi (1981), Əcəminin, Nəsiminin 600 illiyi
(1973), Tusinin 780 illiyi (1981), Vaqifin, Aşıq Alının 180 illiyi (1981), Aşıq
Ələsgərin 150 illiyi (1972), Üzeyir Hacıbəyovun 100 illiyi (1984), Müslüm
Maqomayevin 100 illiyi (1984), Zakirin 200 illiyi (1984), Hüseyn Cavidin 100
illiyi (1981), M.F.Axundovun 175 illiyi (1985), M.A.Əliyevin 100 illiyi (1984),
M.S.Ordubadinin 100 illiyi (1972) və başqa ədəbiyyat, incəsənət, elm
xadimlərinin, Azərbaycan teatrının 100 illiyi (1974) yubileyləri təntənə ilə qeyd
olundu. Nəsiminin YUNESKO-nun himayəsi altında (1979-cu ildə) keçirilən 600
illiyi böyük ədəbi-mədəni hadisəyə çevrildi. Nəsimi əsərlərinin elmi-tənqidi mətni
üç cilddə nəşr olundu, yaradıcılığı haqqında monoqrafiyalar, elmi-tədqiqat
nümunələri işıq üzü gördü, bir çox əsərləri müxtəlif dillərə tərcümə edildi. Şairin
Bakıda keçirilən yubiley təntənələrində keçmiş İttifaqın hər yerindən və 25 xarici
ölkədən gəlmiş nümayəndələr iştirak etmişdi.
70-ci illərdə Azərbaycan yazıçılarının və bəstəkarlarının SSRİ-nin böyük
şəhərlərində, xüsusən Moskva və Leninqradda yubiley təntənələrinin keçirilməsi
bir ənənəyə çevrilmişdi. Bu illərdə Azərbaycanda Rusiya Ədəbiyyatı və İncəsənəti
177
(1972), Sovet Ədəbiyyatı (1975), Ukrayna və Özbəkistan (1979), Leninqrad (1987)
Ədəbiyyatı və İncəsənəti günləri təşkil olunmuşdu.
Vaxtaşırı Zaqafqaziya xalqlarının musiqi festivalı keçirilirdi. 1988, 1989 və
1991-ci illərdə Azərbaycanda "Xarı bülbül" Ümumittifaq muğam festivalı təşkil
olunmuşdu.
Ardıcıl olaraq teatr festivalları, baxışlar keçirilirdi.
Rəşid Behbudov, Zeynəb Xanlarova, Elmira Rəhimova, Müslüm
Maqomayev və başqalarının tez-tez xarici ölkələrə qastrolları Azərbaycan
musiqisinin və ifaçılıq sənəti nailiyyətlərinin geniş təbliğinə kömək edirdi.
Bütün nailiyyətlərə baxmayaraq, maarif sistemi kütləvi informasiya
vasitələrinə güclü hakim ideoloji təzyiq olduğundan açıq-aşkar, azad və səmərəli
fəaliyyət göstərə bilmirdi.
60-cı illərdə "geniş kommunizm quruculuğu", 70-ci illərdə "inkişaf etmiş
sosializm cəmiyyəti" haqqında fərziyyələr, uydurmalar da ideoloji təzyiq
"institutunun" əsas ehkamları idi. Adamlarda mövcud sistemin "qələbələrə aparan
üstünlükləri" haqqında yəqinlik yaratmaq üçün irəliləyişlər şişirdilir, qüsurlar
gizlədilirdi. Sovet cəmiyyəti, sosialist sistemi, kommunist partiyasının "rəhbər və
istiqamətverici rolu" haqqında ehkamlar "elmi dünyagörüşü" adı ilə beyinlərə
yeridilirdi.
"İdeoloji cəbhə" anlamadan xalqın bir çox adət-ənənələrini dini əlamətlər
kimi qiymətləndirir, onları sıxışdırırdı. Xurafatla heç bir əlaqəsi olmayan, hətta
islamdan əvvəlki dövrdə xalqın məişətinə daxil olmuş, əməksevərliyi, nəcibliyi,
rəhmliyi tərənnüm edən, müəyyən dərəcədə beynəlmiləl xarakterli Novruz bayramı
rəsmi şəkildə qeyd olunmurdu. Kənd yerlərində "sosialist" adı altında 21 bayram
və mərasim "ənənəyə" çevrilməkdə idi.
Din açıqca sıxışdırıldığından əhalinin çoxu ona gizlincə riayət edirdi. 1970-
ci ildə respublikada cəmi 17 məscid və 70 nəfərə qədər əsasən azsavadlı və yaşlı
din xadimi vardı.
156
Bu, təhsil, mədəni səviyyəsi, bilik dairəsi xeyli artmış
dindarların tələbatını ödəyə bilmirdi. Xüsusi səylərə baxmayaraq, ideoloji aparatın
ateist təbliğatı səmərə vermirdi. Xalq milli ənənələrini qoruyub saxlamağa
çalışırdı. Dini bayram və mərasimlər yarımleqal şəkildə qeyd olunurdu.
Respublikadakı yüzdən çox müqəddəs pir və ocaqdan 25-i, o cümlədən "Mir
Möhsün ağa", "Əliayağı" (Bakı), "Babaratma" (Şəki), "Asəfkəf", "İmamzadə"
(Babək), "Soltan xalac" (Quba) və başqaları əsasən yaşlı və xəstə adamlar
tərəfindən fəal ziyarət olunurdu. Azərbaycanda 40-dan çox qeydə alınmamış
müsəlman, habelə digər dini birliklər vardı. 30-dan çox müsəlman dini birliyi isə
ancaq məhərrəmlik vaxtı 50 gün ərzində fəaliyyət göstərirdi.
157
Dini birlikləri
nəzarət altında saxlamaq üçün Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti
1976-cı il 13 sentyabrda "Azərbaycan SSR-də dini birliklər haqqında Əsasnamə"
178
qəbul etdi. Dini birliklərin bir neçəsi rəsmi məscidə çevrilə bildi, qalanları isə
fəaliyyətini dayandırmalı oldu.
158
80-ci illərin sonlarında respublikada demokratik hərəkat, plüralizmin
artması dünyagörüşün formalaşması prosesində demokratik prinsiplərin bərqərar
olunmasına kömək edirdi. Artıq dindarlara hörmətlə yanaşılırdı. 1988-1990-cı
illərdə 30-dan çox məscid açıldı. 1989-cu ildə Bakıda mədrəsə təşkil olundu.
Naxçıvan MSSR-də 200 məscid binasından 97-si bərpa edilmişdi. Ziyarətgahlar
abadlaşdırılırdı. 1990-cı ildə dindar müsəlmanların Məkkəyə ziyarəti təşkil
edildi.
159
Dini ədəbiyyatın çap olunub yayılmasına şərait yarandı. 1990-cı ilin
noyabr ayında "İslam" qəzetinin nəşrinə başlandı.
Fikirlər plüralizminə, diskussiyalara geniş meydan açıldı. Təhsilin, kütləvi
informasiyanın, mədəni-kütləvi tədbirlərin məzmunu zənginləşdi. Aşkarlıq və
demokratiya ictimai elmlərin, ədəbiyyat və incəsənətin inkişafına əlverişli şərait
yaratdı.
Elm. 70-80-ci illər Azərbaycan elminin inkişafında da mühüm dövr kimi
səciyyələndi. Elmi müəssisələrin (ali məktəblər də daxil olmaqla) sayı 142-dən
151-ə, o cümlədən elmi-tədqiqat institutları və onların filiallarının sayı 73-dən 85-ə
çatmışdı.
160
Elmi tədqiqatla məşğul olan işçilərin sayı 17 min nəfərdən 32,3 min
nəfərədək artmışdı. Onların sırasında elmlər doktorlarının sayı 1,8 dəfə artıb 1186
nəfərə, elmlər namizədlərinin sayı isə 1,7 dəfə artıb 8905 nəfərə çatmışdı.
161
Konstruktor büroları və təcrübə təsərrüfatları olan altı elmi-istehsalat kompleksi
formalaşmışdı. Neft sənayesi, kənd təsərrüfatı, tikinti, səhiyyə və başqa sahələr
üzrə nazirlik və baş idarələr iri elmi-tədqiqat müəssisələrinə malik idi. Elmi-
Tədqiqat Oftalmologiya İnstitutu SSRİ-də sanballı elm ocaqlarından biri kimi
tanınırdı.
1972-ci ildən Azərbaycan Elmlər Akademiyasının Naxçıvanda Elmi
Mərkəzi fəaliyyətə başladı. 1975-ci ildən "Xəzər" Elmi Mərkəzində respublikanın
təbii ehtiyatlarının kosmik tədqiqi aparılırdı. 1978-ci ildə Bakıda Kosmik
Tədqiqatlar Elm-İstehsalat Birliyi fəaliyyətə başladı.
Yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında elmi müəssisə və ali
məktəblərin aspirantura və doktoranturaları əhəmiyyətli rol oynayırdı. 1970-ci ildə
aspiranturalarda 1991 nəfər (o cümlədən 1185 nəfər əyani) aspirant təhsil alırdı.
70-80-ci illərdə aspiranturalara qəbul diqqətin kəmiyyətdən keyfiyyətə
yönəldilməsi, 80-ci illərin ikinci yarısında elmə qayğının və marağın azalması ilə
əlaqədar azaldı. 1990-cı ildə respublikada 1340 nəfər (o cümlədən 597 nəfər əyani)
aspirant vardı.
162
1990-cı ildə 13 elmi müəssisədə və 3 ali məktəbdə doktorantura fəaliyyət
göstərir, onlarda 36 nəfər tədqiqat işləri ilə məşğul olurdu.
163
179
Böyük elmi-texniki potensiala malik olan Azərbaycan Elmlər Akademiyası
təbiət, ictimai və humanitar elmlər sahəsində fundamental araşdırmaların iri
mərkəzinə, respublikada aparılan elmi işlərin əlaqələndiricisinə çevrildi.
Elmlər Akademiyasının altı bölməsində fizika-texnika və riyaziyyat, Yer
haqqında elmlər, biologiya, kimya elmləri, tarix və iqtisadiyyat, fəlsəfə,
dilşünaslıq, ədəbiyyat və incəsənət, sənaye, kənd təsərrüfatı və mədəni
quruculuğun elm qarşısında qoyduğu mürəkkəb və mühüm məsələlər həll
olunurdu.
1970-ci ildə Azərbaycan Elmlər Akademiyasında 30 elmi müəssisə, o
cümlədən 22 elmi-tədqiqat institutu, 3,3 min elmi işçi, o cümlədən 209 elmlər
doktoru, 1311 elmlər namizədi fəaliyyət göstərirdi. Akademiyanın 54 həqiqi, 41
müxbir üzvü vardı.
164
Elmin inkişafı sahəsində ali təhsil müəssisələri mühüm rol oynayırdı.
Onların yüksək elmi potensialı həm fundamental xarakterli, həm də istehsalın
konkret tələblərinin təmin edilməsinə yönəldilmiş təsərrüfathesablı müqavilələr
əsasında əhəmiyyətli dərəcədə tətbiqi xarakterli araşdırmalar aparmağa imkan
verirdi.
SSRİ Ali Attestasiya Komissiyasının Azərbaycanın elmi idarələrində və ali
məktəblərində namizədlik və doktorluq dissertasiyaları müdafiəsini təşkil etmək
üçün onlarla ixtisaslaşdırılmış elmi şuraları fəaliyyət göstərirdi. Hər il orta hesabla
350-400 nəfərdən çox gənc elmi tədqiqat işlərinə cəlb edilirdi.
Azərbaycan alimləri elmin inkişafına,
xalq təsərrüfatının aktual
problemlərinin işlənib hazırlanmasına, elmi araşdırmaların səmərəsinin artmasına
öz töhfəsini verirdilər.
Ayrı-ayrı elmi müəssisələr və ali məktəb kafedraları neft və qaz yataqlarının
araşdırılması, tibbi termoelektrik turşuların hasilatı və yarımkeçirici maqnitlər
problemi sahələrində aparıcı mövqe tutdular.
Bakı "Neft Akademiyası" adlanırdı. Faydalı yataqların aşkar edilməsi və
istismar olunmasının mühüm elmi-texniki problemləri öyrənilmişdi. Azərbaycanda
300-dən çox neft, qaz, faydalı qazıntı, tikinti materialları yataqları, çoxlu mineral
su mənbələri aşkar edilmişdi. Bu sahədə görkəmli alimlər Mirəli Qaşqay, Şəfaət
Mehdiyev, Əliəşrəf Əlizadə, Əzəl Sultanov və başqaları mühüm əməli fəaliyyət
göstərmişdilər. Xəzər dənizinin Azərbaycan sektorunda perspektivli yataqlar
aşkara çıxarılmışdı. Respublikanın bütün geoloji şəkli çıxardılmış, geoloji,
geotektonik, dərinlik yataqları, coğrafi və başqa xarakterli atlaslar tərtib edilmişdi.
"SSRİ geologiyası" çoxcildliyinin 47-ci cildi - "Azərbaycan SSR" (iki kitabda),
"Azərbaycan SSR Atlası" (1979), "Azərbaycan SSRİ-in istilik balansı" (1979) və
b. kitablar nəşr olundu.
180
Azərbaycan alimlərinin bir çox işləri, xüsusən neft sənayesi ilə bağlı
tədqiqatları, neft-kimya, geologiya, riyaziyyat və biologiya sahəsindəki
araşdırmaları respublikanın hüdudlarından kənarda da tanınırdı. Onların elmi
nailiyyətlərinin tətbiqi coğrafiyası genişlənərək keçmiş SSRİ-nin bütün əsas
iqtisadi rayonlarını əhatə edirdi.
Geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanovun rəhbərliyi
altında Qərbi Sibirin neft və qaz yataqları kəşf olunmuşdu. Təkcə Tümen
vilayətində F.Salmanov 20-dən çox neft yatağı kəşf etmişdi. Azərbaycan
geofizikləri Xəzər dənizinin İrana məxsus şelfində qonşu dövlətin xahişinə əsasən
44 perspektivli neftli-qazlı struktur aşkar etmişdilər.
Azərbaycan neft kimyaçıları ölkədə ilk dəfə "qaynar layda" baş verən
prosesləri öyrənmiş, onlara əsaslanan texnologiyalar üzrə işləyən qurğular
hazırlamışdılar.
Azərbaycan astronomlarının elmi işləri bütün dünyada tanınırdı. Beynəlxalq
Astronomiya İttifaqının qərarı ilə görkəmli astronom Nadir İbrahimovun şərəfinə
Mars planeti kraterlərindən birinə "İbrahimov krateri", üç asteroidə "Azərbaycan",
"Nizami Gəncəvi" va "ŞAR" (Şamaxı Astrofizika Rəsədxanası) adı verilmişdi.
Riyaziyyat və mexanika sahəsində tanınmış elmi məktəblər yaradılmışdı.
Fiziklər yeni yarımkeçirici materiallar, çoxtəbəqəli quruluşlar almış, şüalanma
qəbulediciləri, elektrik və optik yaddaşlı aşırıcı qurğuları yaratmışdılar.
Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində SSRİ-də ilk dəfə ətraf mühitə
operativ nəzarət edən peykaltı nəzarət-ölçü sistemləri yaradılmışdı.
Dördcildlik "Azərbaycan faunası"nın II-IV cildləri nəşr olundu (1976-
1978). 1974-cü ildə Bəsitçay, 1978-ci ildə Ağgöl, Qarayazı, 1981-ci ildə İsmayıllı,
1987-ci ildə İlisu qoruqları yaradıldı. Azərbaycanın "Qırmızı kitabı" hazırlandı və
çap edildi.
Görkəmli alimlər Xudu Məmmədovun kristalloqrafiyanın, Zahid Xəlilov,
Əşrəf Hüseynov və Fərəməz Maqsudovun riyaziyyatın, Hacıbəy Sultanovun
astronomiyanın, Tofiq İsmayılovun kosmik cihazqayırmanın, Həsən Abdullayev,
Çingiz Cuvarlının fizikanın, Toğrul Şahtaxtinskinin kimyanın, Ümnisə
Musabəyova, Sona Vəlixanlı, Zərifə Əliyeva və Zəhra Quliyevanın
oftalmologiyanın,
Adilə
Namazovanın
pediatriyanın,
Mirməhəmməd
Cavadzadənin urologiyanın, Cəlil Hüseynovun patoloji anatomiyanın, Hüseyn
Həsənovun neyrofiziologiyanın, Həsən Əliyevin torpaqşünaslığın, Cəlal Əliyevin
bitki fiziologiyası və seleksiyanın, Validə Tutayuqun Qafqaz florasının, Musa
Musayevin, Mirzəağa Nəzərovun zoologiyanın, Vahid Hacıyevin botanikanın,
Urxan Ələkbərovun genetikanın, neftçi alim Midhəd Abasovun, Akif Əlizadənin
geologiyanın
və
Budaq
Budaqovun
Azərbaycan
geomorfologiyasının
öyrənilməsində böyük xidmətləri olmuşdur.
181
Humanitar-ictimai elmlər sahəsində də mühüm nailiyyətlər əldə edilmişdi.
Ziya Bünyadov, Cəmil Quliyev, İqrar Əliyev, Sara Aşurbəyli, Teymur Bünyadov,
Tofiq Köçərli, Qaraş Mədətov, Mahmud İsmayılov və b. Azərbaycan tarixinə,
Məmmədağa Şirəliyev, Zərifə Budaqova, Əziz Əfəndizadə, Ağamusa Axundov,
Əlövsət Abdullayev və Yusif Seyidovun Azərbaycan dilinə, Əziz Şərif, Məmməd
Cəfər, Mir Cəlal, Həmid Araslı, Abbas Zamanov, Məmmədhüseyn Təhmasib,
Mirzə İbrahimov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar
Qarayev, Azadə Rüstəmova və b. Azərbaycan ədəbiyyatına, Aslan Aslanov,
Firudin Köçərli, Fuad Qasımzadənin fəlsəfəyə, Əhməd Mahmudov, Asəf Nadirov,
Ziyad Səmədzadə, Bəhman Axundov, Ağasəlim Ələsgərov, Teymur Vəliyev və b.
iqtisadiyyata dair tədqiqat işləri xalqın mənəvi sərvətinə çevrilmişdi. Azərbaycanda
pedaqogika elminin inkişafında və xalq maarifinin təşkilində görkəmli alim, SSRİ
Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü Mehdi Mehdizadə böyük rol
oynamışdı. O, YUNESKO xətti ilə inkişaf etməkdə olan ölkələrdə təhsilin inkişafı
planının hazırlanmasında fəal iştirak etmişdi.
Bu illərdə nəşr olunmuş üçcildlik "Müasir Azərbaycan dili" (1978-1981),
üçcildlik "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" (80-ci illərdə), üçcildlik
"Rusca-azərbaycanca lüğət" (1970-80-ci illərdə), dördcildlik "Azərbaycan dilinin
izahlı lüğəti" (1964-1987), "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (1975),
"Azərbaycan dilinin etimologiya və onomastikası məsələləri" (1990), "Sovet
Azərbaycanının heykəltəraşlığı" (1973), "Azərbaycan etnoqrafiyası" (I cild, 1988),
"Azərbaycan Dram Teatrı" (1974), ikicildlik "Azərbaycan teatrı salnaməsi"
(1975,1983), üçcildlik "Azərbaycan xalçası" (1961, 1983, 1987), "Sovet
Azərbaycanı musiqi incəsənətinin oçerkləri" (1974, 1976), "Azərbaycan teatrı",
"Azərbaycan dekorativ-tətbiqi sənətləri", "Cənubi Azərbaycan tarixinin oçerkləri"
(1985), "Cənubi Azərbaycan tarixinin məsələləri" (1991) və başqa ümumiləşdirici
əsərlər çap olunmuşdu.
70-ci illərdə respublika ərazisindəki maddi-mədəniyyət abidələri yenidən
qeydə alındı, onların tədqiqinə, mühafizəsinə və səmərəli istifadə olunmasına
diqqət artırıldı.
Lakin elmlərin, xüsusən ictimai elmlərin inkişafına "hakim ideologiya"nın
güclü təzyiqi ciddi mənfi təsir göstərirdi. Xüsusən, Azərbaycan tarixinin,
ədəbiyyatının, incəsənətinin sovet dövrü birtərəfli öyrənilir, mövcud dərin
ziddiyyətlər və onların kökü, ictimai quruluşun, təsərrüfatçılıq sisteminin qüsurları
ilə bağlı səbəblər açıqlanmırdı. Məsələn, 70-ci illərdə müttəfiq respublikaların
elmlər akademiyaları tarix institutlarının əksəriyyəti öz xalqlarının çoxcildlik
tarixini hazırlamağı planlaşdırmışdılar, o cümlədən Azərbaycan EA Rəyasət Heyəti
də "Azərbaycan tarixi"nin (9 cilddə) yazılması
qərarı ilə Baş redaksiya şurası
yaratmışdı, cildlərin redaksiyaları, müəllifləri artıq fəaliyyətə başlamışdılar. Bu
182
təşəbbüs "ideoloji rəhbərliyi" (ələlxüsus, MK-nın katibi M.A.Suslovu) çox narahat
etmişdi. Hətta Sov.İKP Mərkəzi Komitəsində bu məsələ respublika rəhbərlərinin
və tarixçilərinin iştirakı ilə müzakirə olunmuşdu. Müzakirədə hər respublikanın
fərdi "çoxcildlik" tarixinin əvəzinə regionlar (zonalar) üzrə birgə kitabın yazılması
məsləhət görülmüşdü. Bu səbəbdən bir müddət respublikalar üzrə çoxcildlik tarixin
yazılması ləngidildi. Ancaq Azərbaycan KP MK birinci katibi H.Ə.Əliyevin və
Qazaxıstan KP MK birinci katibi D.Ə.Kunayevin Moskvaya məktubları sayəsində
işə yenidən başlanıldı.
Respublikada elmin maddi-texniki bazasının inkişafına lazımi qədər vəsait
ayrılmırdı. Elmə milli gəlirin 0,4 faizindən də az (SSRİ-də 6 faiz idi) vəsait sərf
olunurdu.
165
Alimlərin əməyi kifayət qədər qiymətləndirilmirdi. Tədqiqat aparmaq
üçün müasir avadanlıq, hesablama texnikası, cihazlar çatmırdı. Alimlərə xarici
ədəbiyyatdan, arxivdən istifadə etmək, beynəlxalq aləmə çıxmaq çətin idi.
Lakin bütün bunlara baxmayaraq, 80-ci illərdə elmin inkişafı sahəsindəki
xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının 5 alimi Lenin mükafatı
laureatı adına, 14 alimi isə SSRİ Dövlət mükafatına layiq görülmüşdü. Elmi
nailiyyət və fundamental əsərlərinə görə akademiklər R.H.İsmayılov,
M.A.Topçubaşov, M.F.Nağıyev, M.Ə.Hüseynov, M.Ə.İbrahimov Sosialist Əməyi
Qəhrəmanı fəxri adı, onlarla alim Respublika Dövlət və Komsomol mükafatları
almışdılar.
Dostları ilə paylaş: |