TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


§3. ƏDƏBĠYYAT VƏ ĠNCƏSƏNƏT



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə29/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   25   26   27   28   29   30   31   32   ...   168
 

 

 

 

 


202 

 

§2. MĠLLĠ HƏRƏKATIN BAġLANMASI. ÖLKƏDƏ SĠYASĠ 



VƏZĠYYƏTĠN DƏYĠġMƏSĠ 

 

"Yenidənqurma" 



siyasətinin  ziddiyyətliliyi,  mühafizəkarların  ciddi 

müqaviməti  üzündən  mövcud  siyasi  və  iqtisadi  rəhbərlik  metodlarını 

demokratikləşdirmək  tədbirləri  baş  tutmurdu.  Köhnə  idarəçilik  mexanizminin 

dağılması, yeni mexanizmin isə hələ yaradılmaması ilə əlaqədar İttifaqın düşdüyü 

ümumi  böhran  gündən-günə  dərinləşirdi.  Xalqın  güzəranı  pisləşirdi.  Belə  bir 

şəraitdə  SSRİ-nin  dağılma  prosesinin  qarşısını  almaq  üçün  hakim  dairələr  milli 

münaqişələri,  antitürk,  antiislam  siyasəti  qüvvətləndirirdilər.  Mühüm  geosiyasi 

məkanda  imperiyanın  türk  xalqları  ilə  Türkiyə  arasında  körpü  olduğundan 

Azərbaycan əsas zərbə hədəfi idi. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ 

bölgəsində  azərbaycanlıların  soyqırımını  törətmək,  Azərbaycanı  parçalamaq,  bu 

yolla  bütün  regionda  ağalığı  saxlamaq  siyasəti  həyata  keçirilirdi.  Uzun  illər 

münasib  fürsət  gözləyən  erməni  millətçiləri  yaranmış  vəziyyətdən  məharətlə 

istifadə  edib,  bu  dəfə  də  Azərbaycanın  hesabına  öz  torpaqlarını  genişləndirmək 

məqsədi  ilə  fəaliyyətə  başladılar.  Lakin  Azərbaycan  Respublikasının  Moskvaya 

sədaqətlə  xidmət  edən  rəhbərliyi  yaranmış  yeni  beynəlxalq  şəraitdə  qüvvələri 

düzgün  qiymətləndirib,  xalqı  vahid  ümummilli  platforma  ətrafında  mübarizəyə 

qaldıra  bilmədi.  Onun  bağışlanılmaz  passivliyi  və  laqeydliyi  nəticəsində 

Azərbaycanın  suveren  hüquqları  tapdalandı.  Ərazisində  milli  münaqişə  ocağı 

alovlandırıldı, azərbaycanlılar öz dədə-baba torpaqlarında növbəti dəfə soyqırımına 

məruz  qaldılar.  Hadisələrin  belə  gedişi  Azərbaycanda  milli  hərəkatın  qalxmasına 

güclü təkan verdi. 1988-ci ilin əvvəllərindən ilk kütləvi etiraz çıxışları başlanmışdı. 

Hərəkat  həmin  ilin  sonunadək,  demək  olar  ki,  kortəbii  xarakter  daşıyırdı. 

Cəmiyyətdə  "Demokratiya  və  aşkarlıq"  şüarı  altında  ədalət,  humanizm,  hüquqi 

dövlət,  xüsusən  milli  suveren  hüquqların  qorunması  haqqında  fikirlər  plüralizmi 

yaranmışdı. Yeni ictimai-siyasi təşkilatlar meydana gəlirdi. 1987-ci ilin axırlarında 

Azərbaycan  Dövlət  Universitetində  (indiki  Bakı  Dövlət  Universiteti)  yaradılmış 

"Yurd"  təşkilatı,  1988-cı  ilin  baharından  fəaliyyətə  başlayan  "Çənlibel", 

"Müstəqillər",  "Qala  ,  "Aşıq  Ələsgər",  "Ozan"  cəmiyyətləri,  "Varlıq"  komitəsi, 

"Azərbaycan Xalq Cəbhəsi"nin (AXC) təşəbbüs qrupu, "Bakı gənc alimlər klubu", 

"Bakı  incəsənət  mərkəzi"  və  başqa  təşkilatlar  bu  hərəkata  istiqamət  verməyə 

çalışırdı.

87

 Lakin yeni yaranmış və təbii ki, siyasi təcrübəsi olmayan bu təşkilatları 



birləşdirib  vahid  istiqamətə,  ümummilli  məsələlərin  həllinə  yönəldən  mütəşəkkil 

qüvvə  yox  idi.  Xalq  Azərbaycanı  parçalamaq  cəhdlərinə,  ermənilərin  Dağlıq 

Qarabağın  Ermənistana  verilməsi  tələblərinə  qarşı  münasibətini  əvvəllər  Mərkəzi 

Komitəyə,  ölkə  və  respublika  rəhbərlərinə  etiraz  teleqramları,  məktubları 

göndərməklə, imza toplamaqla bildirirdi.

88 


İlk etiraz mitinqi 1988-ci il fevralın 19-


203 

 

da  Bakıda  keçirildi.  Martın  16-da  Azərbaycan  Elmlər  Akademiyasında  (indiki 



Azərbaycan Milli Elmlər Akademiyası) etiraz mitinqi təşkil olundu. Ermənistanda 

azərbaycanlıların  soyqırımının  kütləvi  hal  almasına  qarşı  mayın  16-da  Dövlət 

Universiteti  qarşısında  "Yurd"  təşkilatının  fəal  iştirakı  ilə  böyük  mitinq  keçirildi. 

Mitinqçilər şəhərin Lenin adına baş meydanına (indiki Azadlıq meydanı) istiqamət 

aldılar. Burada davam edən mitinqdə respublikanın görkəmli ziyalıları çıxış etdilər, 

xalqı  və  rəhbərləri  respublikanın  hüquqlarını  müdafiə  etməyə  çağırdılar. 

Mitinqçilər Moskvadan və Azərbaycan rəhbərliyindən erməni millətçilərinin azğın 

hərəkətlərinə  qanunu  əsas  götürməklə  qəti  cavab  verilməsini  tələb  edirdilər.

89

 

Respublikanın  başqa  şəhərlərində  də  mitinqlər  keçirilirdi.  Ermənipərəst  siyasət 



yeridən,  Moskvada  sözü  keçməyən  respublika  rəhbərləri  xalqın  ciddi  narazılığını 

nümayiş  etdirib  ölkə  başçılarına  təsir  göstərmək  ümidində  idilər.  Buna  görə  də 

mitinqlərin  keçirilməsinə  inzibati  orqanlar  demək  olar  ki,  mane  olmurdu.  Eyni 

zamanda  tanınmış  ziyalıları  mitinq  tribunalarına  cəlb  etməklə  kortəbii  etiraz 

hərəkatının  böyüyüb  mövcud  rejimə,  onun  respublikadakı  canişininə  qarşı 

ümumxalq hərəkatına çevrilməsinə yol verməməyə çalışırdılar. 

Moskva    1988-ci  il  mayın  21-də  Azərbaycandakı  canişinini  dəyişdirib, 

Əbdürrəhman Xəlil oğlu Vəzirovu hakimiyyətə - Azərbaycan Kommunist Partiyası 

Mərkəzi Komitəsinin (AKP  MK) birinci  katibi vəzifəsinə gətirdi.

90

  Əbdürrəhman 



Vəzirov  xalqa,  onun  milli  mənafelərinə  zidd  siyasəti  ilə  Dağlıq  Qarabağ 

məsələsində  erməniləri  öz  xəbis  niyyətlərini  həyata  keçirməyə  daha  da 

həvəsləndirdi.

91  


Moskvanın    Dağlıq  Qarabağdakı    səlahiyyətli    nümayəndəsi    A.Volskinin 

ermənipərəst siyasəti, xüsusən nadir Topxana meşəsində sənaye obyekti tikintisinə 

başlanması  xəbəri bütün  xalqı hiddətləndirdi.  Noyabrın 15-də  Dövlət Universiteti 

qarşısında,  səhəri  gün  Elmlər  Akademiyasının  dəyirmi  salonunda  "Varlıq" 

cəmiyyəti  və  M.Ə.Sabir  adına  bağda  "Yurd"  təşkilatının  təşəbbüsü  ilə  mitinqlər 

keçirildi. 

Xalq  hərəkatının  kortəbii  mərhələsinin  ən  qızğın  dövrü  noyabrın  17-dən 

başlandı.  Həmin  gün  səhər  Universitet,  Akademiya,  Politexnik  və  İqtisad 

institutları  qarşısından  nümayişçi  dəstələr  milisin

 

canlı  maneələrini  aşaraq, 



M.Ə.Sabir  adına  bağa,  oradan  isə  şəhərin  baş  meydanına  gəldilər.  Meydanda 

mitinqçilərin  tələbləri  oxundu.  Ermənistanın  Azərbaycana  qarşı  təcavüzünün 

dayandırılması,  Dağlıq  Qarabağda  antiazərbaycan  siyasəti  yeridən  qurumun  ləğv 

edilməsi,  əks  təqdirdə  Ermənistana  qarşı  iqtisadi  sanksiyalar  tətbiq  edilməsi, 

Azərbaycandan  olan  deputatların  SSRİ  Ali  Soveti  sessiyasında  Ermənistanın 

təcavüzü  ilə  əlaqədar  məsələ  qaldırması  başlıca  tələblərdən  idi.  Bu  tələblər 

Azərbaycan  rəhbərliyini  qane  edirdi,  lakin  hökumət  nümayəndələri  mitinqi 

dayandırmağı tələb etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk 




204 

 

etməyəcəklərini    bildirdilər.    Burada    "Moskvanın    fitnələrinə  son  qoyulsun!", 



"Suverenlik!",  "Azadlıq!"  şüarları  səslənməyə  başlandı.  Bundan  Moskvaya  təzyiq 

edib  respublikalarda  hakimiyyəti  ələ  keçirmək  istəyən  qüvvələr  istifadə  etməyə 

çalışırdılar.  Bakının  bəzi  rayonlarında  vəziyyət  qəsdən  gərginləşdirilir,  xuliqanlıq 

hərəkətləri  törədilirdi.  Naxçıvanda  dövlət  orqanları  binasına  hücum  edilmişdi, 

noyabrın  22-də  Gəncədə  əhali  ilə  ordu  arasında  qanlı  toqquşma  baş  vermiş,  160 

nəfər  yaralanmış,  üç  əsgər  və  bir  uşaq  həlak  olmuşdu.  Noyabrın  24-də  Bakı, 

Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi. 

Küçələrə ağır silahlı qoşun hissələri yeridildi.

93

 

Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə 



qərənfillər  taxır,  əsgərləri  camaatın  tələbləri  ilə  tanış  edir,  qan  tökməməyə 

çağırırdılar.  Nümayişçilər  meydana  Azərbaycan  SSR-in  oraq  çəkicli  bayrağı  ilə 

gəlmişdisə,  bir  neçə  gün  sonra  -  noyabrın  19-da  burada  ilk  dəfə  1918-1920-ci 

illərdə  mövcud  olmuş  Azərbaycan  Xalq  Cümhuriyyətinin  bayrağı  qaldırıldı.  Hər 

gün yüz minlərlə adam tankların, əsgərlərin arasından keçib meydana axışırdı. Çox 

vaxt  mitinqçilərin  sayı  milyon  nəfəri  ötürdü.  Gecələr  meydanda  qalanmış 

tonqalların ətrafında minlərlə adam qalırdı. 

Xalq  artıq  mitinqlə  mümkün  olan  nəticəni  əldə  etmişdi.  Ölkə  rəhbərliyi 

mövcud  problemə  Azərbaycan  xalqının  münasibətini  bilmişdi.  Lakin  erməni 

millətçiliyinə, separatizminə qarşı heç bir tədbir görülmürdü. 

İndi  təşkilatlanmaq,  mübarizəni  demokratik  vasitələrlə  davam  etdirmək 

lazım idi. Cəmiyyətin bunu dərk edən qüvvələri mitinqdən tədricən uzaqlaşırdılar, 

meydanın  mühasirə  həlqəsi  daraldılırdı.  Dekabrın  3-də  hərbi  hakimiyyət 

mitinqçilərdən  meydanı  tərk  etməyi  tələb  etdi.  Dekabrın  4-də  isə  gecə  hərbçilər 

hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər.

95

 



Meydan  dağıldıqdan  sonra  da  bir  neçə  gün  Bakıda  və  başqa  şəhərlərdə 

etiraz tətili və nümayişləri keçirildi. Həmin günlər təkcə Bakıda 14,5 min fəhlə və 

qulluqçu tətil etmişdi.

96

 



Xalq  hərəkatının  birinci  -  kortəbii  mərhələsinin  zirvəsi  olan  Meydan 

göstərdi  ki,  mitinq  və  nümayişlərlə  mövcud  problemi  həll  etmək  olmaz, 

demokratikləşmə  yolu  ilə  getmək,  Moskvanın  təyin  etdiyi  rəhbərlər  əvəzinə 

demokratik  yolla  xalqın  nümayəndələrini  seçmək,  xalq  birliyini  təmin  etmək, 

respublikanın  suveren  hüquqlarının  qorunmasına  nail  olmaq  lazımdır.  Xalqın 

mənafeyini yalnız onun istədiyi, ona etimad etdiyi lider müdafiə edə bilər. 

Kommunist elitası içərisində kəskin, gurultulu çıxışları ilə xalqın etimadını 

qazanmaq  və  hakimiyyətə  gəlmək  istəyənlər  də  vardı.

97 

Xalq  isə  Azərbaycanın 



üzləşdiyi  taleyüklü  problemləri  həll  etməyə  qadir  siyasətçinin  Heydər  Əliyev 

olduğunu  dərk  edərək,  onun  yenidən  respublikaya  rəhbər  təyin  olunmasını 

arzulayırdı. Minlərlə adam mitinq və nümayişlərə, xüsusən münaqişə bölgələrində, 



205 

 

Heydər  Əliyevin  portreti  ilə  çıxırdı.



98

  Təkcə  Yevlax  şəhərində  1988-ci  ildə 

vətənpərvər  gənclərin  təşkil  etdiyi  nümayiş  və  izdihamlı  mitinqdə  20  minədək 

adam  iştirak  etmişdi.  Nümayişçilər  Heydər  Əliyevin  yenidən  hakimiyyətə 

qaytarılmasını  tələb  edirdilər.  Mitinqin  təşkilatçıları  həbs  olunmuş,  izdiham  ordu 

hissələrinin  köməyi  ilə  dağıdılmışdı.

99 

Xalqı  birləşdirib  mübarizəni  vahid 



istiqamətə  yönəltmək  məqsədi  ilə  bir  qrup  nüfuzlu  ziyalının  təşəbbüsü  də  Xudu 

Məmmədovun qəfil ölümü ilə (14 oktyabr 1988-ci il) boğuldu.

100

 

Xalq  Azərbaycan  SSR-in  SSRİ  daxilində  iqtisadi  və  mədəni  suverenliyi 



uğrunda  mübarizə aparmağı,  hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmağı proqram 

məqsədi  elan  edən,  lakin  kifayət  qədər  siyasi  təcrübəsi  olmayan  liderlərin 

rəhbərliyi altında fəaliyyət göstərən AXC ətrafında birləşməyə başladı. 1989-cu il 

martın 13-də

 

AXC təşəbbüs qrupu və  "Varlıq"  komitəsi arasında  siyasi razılaşma 



əsasında  AXC-nin  Müvəqqəti  Təşəbbüs  Mərkəzi  təşkil  edildi.  1989-cu  il  iyulun 

16-da  Bakıda  AXC-nin  təsis  konfransı  keçirildi.  Cəbhənin  Proqram  və 

Nizamnaməsi  qəbul  olundu.  İdarə  heyəti  formalaşdı.  Əbülfəz  Elçibəy  AXC-nin 

sədri seçildi.

101

 

AXC  demokratik  -  mərkəziyyət  prinsipindən  imtina  etmişdi.  Onun 



konfederativ  quruluşu,  yuxarı  təşkilatların  qərarının  üzvlər  üçün  yalnız  məsləhət 

xarakteri daşıması, tədbirlərdə iştirakın tam könüllü olması buna imkan yaradırdı. 

Cəbhə daxilində plüralizm, ən müxtəlif fraksiyaların yaradılması nəzərdə tutulurdu. 

AXC sədri təmsilçi funksiya daşıyırdı, onun hətta səsvermə hüququ yox idi.

102

 

Demokratiya mədəniyyəti hələ formalaşmamış cəmiyyətdə ifrat demokratik 



nizamnamə ilə çox mürəkkəb siyasi şəraitdə taleyi həll olunan xalqa rəhbərlik edə 

biləcək  güclü  təşkilat  yaratmaq  mümkün  olmadı.  Bundan  yuxarı  dairələrdə 

hakimiyyət  uğrunda  mübarizə  aparan  qüvvələr  məharətlə  istifadə  edir,  öz 

adamlarını,  xüsusi  idarə  agentlərini  bu  təşkilata  yeridirdilər.

103

  Hansı  yolla  olur-



olsun  xalqın  etimadını  qazanıb  hakimiyyət  iştahasına  düşənlər  çoxalmışdı.  "Xalq 

arasından  çıxan  bu  insanlar  öz  maraqlarını,  öz  şəxsi  ambisiyalarını,  hakimiyyət 

hərisliyini ümummilli mənafelərdən üstün tuturdular".

104


 

Respublikada üçdə ikisi hələ məskunlaşdırılmamış 230 mindən çox didərgin 

vardı.  İqtisadi  çətinliklər,  cinayətkarlıq  gündən-günə  artırdı.  İyulun  13-dən 

DQMV-də  azərbaycanlılar  yaşayan  kəndlərin,  Naxçıvan  MSSR-in  blokadaya 

alınması,  Ermənistandan  Azərbaycanın  sərhəd  məntəqələrinin  atəşə  tutulması 

vəziyyəti daha da gərginləşdirirdi.

105

 

Radikal  tədbirlərə  üstünlük  verən  xalq  cəbhəsi  liderləri  iyunun  29-da 



Bakıda  ümumşəhər  mitinqi  təşkil  etdilər.

106


  Əvvəl  belə  mitinqlərin  əleyhinə  olan 

AXC İdarə Heyəti mitinq və tətil hərəkatının genişləndiyini görüb onu idarə etməyi 

vacib  bildi.  Sonrakı  mitinqlər  AXC-nin  rəhbərliyi  ilə  təşkil  olunur,  üçrəngli,  ay-

ulduzlu bayraq altında keçirilir, Üzeyir Hacıbəyovun "Koroğlu" operasının birliyə, 




206 

 

qələbəyə  çağıran  uvertürası  ilə  açılır  və  bağlanırdı.  Bu  mitinqlərdə  Azərbaycan 



SSR  Ali  Sovetinin  növbədənkənar  sessiyasını  çağırmaq,  sessiyada  da  AXC  İdarə 

Heyətinin  iştirakı  ilə  DQMV-də  XİK-nin  ləğv  olunması  məsələsinə  baxmaq, 

suverenlik,  iqtisadi  müstəqillik,  vətəndaşlıq  haqqında  qanunlar  qəbul  etmək,  Bakı 

və başqa şəhərlərdə fövqəladə vəziyyəti ləğv etmək, AXC-ni rəsmi tanımaq və b. 

demokratik  tələblər  irəli  sürülürdü.

107


  Ə.Vəzirov  isə  bu  tələbləri  qəbul  etmədi. 

Avqustun  14-də  Bakıda  birgünlük,  21-22-də  Bakı  və  Sumqayıtda  ikigünlük 

xəbərdarlıq tətilləri keçirildi.

108


 

Sentyabrın  2-də  Bakı  ümumşəhər  tətilində  tələblərə  cavab  verilməsə, 

sentyabrın 4-dən birhəftəlik ümummilli tətil başlanacağı elan olundu.

109


 Həmin gün 

respublikanın  əksər  şəhərlərində  mitinqlər  təşkil  edildi.  İki  gün  sonra  ümummilli 

tətil  başlandı.  Bakıda  şəhərin  normal  həyat  fəaliyyətini  təmin  edən  müəssisə  və 

texnoloji  rejim  işi  dayandırmağa  yol  verməyən  neftayırma  qurğularından  başqa 

bütün  müəssisələr,  habelə  dəmiryolçular  tətilə  qoşuldu.  Ayın  5-də  Şimali  Qafqaz 

dəmir yolunda hərəkət tam dayandı.

110

 Tətillər təsərrüfata böyük ziyan vurdu. 



Sentyabrın  6-da  mitinqçilər  öz  tələblərinə  respublika  rəhbərliyinə  "istefa" 

tələbini  də  əlavə  etdilər.  Bundan  sonra  AXC  və  AKP  MK  arasında  danışıqlar 

başlandı. Tələblərin ödənəcəyi barədə razılıq əldə olundu. Sentyabrın 13-də xüsusi 

saziş  protokolu  imzalandı.

111

  Sentyabrın  15-də  Azərbaycan  SSR  Ali  Sovetinin 



növbədənkənar  sessiyası  çağırıldı.  Burada  DQMV-də  XİK-nin  ləğvi,  Azərbaycan 

SSR  Konstitusiyasına  respublikanın  sərhədlərinə  yalnız  ümumxalq  referendumu 

yolu  ilə  dəyişiklik  etməyin  mümkünlüyünü  nəzərdə  tutan  əlavələr  edilməsi, 

suverenlik, vətəndaşlıq və iqtisadi müstəqillik haqqında qanun layihələrinin geniş 

müzakirəyə verilməsi haqqında qərarlar qəbul edildi.

112


 

Suverenlik  haqqında  qanun  layihəsinin  ümumxalq  müzakirəsi  keçirildi. 

Qanuna  respublikada  Azərbaycan  SSR  qanunlarının  ittifaq  qanunlarından 

üstünlüyü və onun SSRİ tərkibindən çıxmaq reqlamenti haqqında mühüm bəndlər 

daxil  edildi.  Ali  Sovetin  sentyabrın  23-də  öz  işini  davam  etdirən  növbədənkənar 

sessiyası "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya qanununu qəbul 

etdi.

113


 

Azərbaycan  SSR  Nazirlər  Soveti  1989-cu  il  oktyabrın  5-də  AXC-ni  rəsmi 

qeydə aldı.

114


 AXC-nin bu vaxta qədər buraxılan bülleteni əvəzinə dekabrın 4-dən 

"Azadlıq" qəzetinin kütləvi tirajla nəşrinə başlandı.

115

 

Azərbaycan Xalq  Cəbhəsi artıq nüfuzlu kütləvi  təşkilata çevrilmişdi. Onun 



sıralarında 300 minə qədər üzv və tərəfdar birləşmişdi.

116 


Lakin  xalq  içərisində  Heydər  Əliyevin  nüfuzu  daha  böyük  idi. 

Avtomobillərin  ön  şüşələrində  onun  şəkillərini  gəzdirirdilər.  Azərbaycan  SSR 

Dövlət Təhlükəsizlik Komitəsi sədrinin Moskvaya göndərdiyi 1990-cı il 3 yanvar 

tarixli  məlumatında  yazılırdı:  "Əvvəlki  kimi...  Heydər  Əliyevin  mövqeləri 




207 

 

güclüdür.  Əhali  indiyədək  Heydər  Əliyevin  adını  ehtiramla  çəkir...  Heydər 



Əliyevin  Azərbaycan  SSR  Ali  Sovetinə  Ordubad  rayonundan  deputatlığa 

namizədliyini  irəli  sürməyi,  əlverişli  şərait  yarandığı  halda  isə  onu  Ali  Sovet 

Rəyasət Heyətinin sədri vəzifəsinə seçməyi planlaşdırırlar".

117 


 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin