TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə30/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   26   27   28   29   30   31   32   33   ...   168
§3. XALQ  HƏRƏKATINI BOĞMAQ  CƏHDLƏRĠ. 

QANLI YANVAR 

 

1990-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulan seçkilərdə "demokratik 

qüvvələrin"  hakimiyyətə  gələcəyi  şübhə  doğurmurdu."

Moskva  demokratik 



qüvvələrin  hakimiyyətə  gəlməsini  suverenlik  haqqında  Azərbaycan  SSR 

Konstitusiya  qanununa  ardıcıl  əməl  olunmasına,  iqtisadi  müstəqilliyin  təmin 

edilməsinə imkanlar açılması kimi qiymətləndirirdi. 

AXC  liderlərinin  1989-cu  ilin  payızından  başlayaraq  düşünülməmiş 

addımlar atması,  türkçülüyə  meyllərini açıq ifadə  etməsi də  imperiya  rəhbərlərini 

çox ciddi narahat edirdi.

119

  Mərkəz  belə  bir  təşkilatın  hakimiyyətə  gəlməsinə  heç 



vəchlə  razılaşa  bilmirdi.  SSRİ  Ali  Soveti  İttifaq  Sovetinin  sədri  Y.Primakov 

Əbülfəz Elçibəyə  verdiyi "Sizin  məqsədiniz  nədir?" sualına  "Demokratik seçkilər 

keçirmək!" cavabı aldıqda demişdi: "Bundan sonra Sovet İttifaqından ayrılmağa bir 

pillə qalır".

120

 

Mərkəz  tərəfindən  xalq  hərəkatına  dini  məzmun  vermək,  onun  meylini 



Türkiyədən, demokratik Qərbdən ayırıb İrana, islam fundamentalizminə bağlamaq 

cəhdləri də olmuşdu.

121

 

Təcrübəsiz  və  hakimiyyətə  can  atan  siyasi  liderləri  "radikallar"a  və 



"liberallar"a  bölüb  xalq  hərəkatını  daxildən  parçalamaq,  seçkiləri  fövqəladə 

vəziyyət,  komendant  saatı  şəraitində  keçirməklə  yenə  "kommunistlərin"  qalib 

gəlməsinə nail olmaq üçün məkrli siyasət aparılırdı. 

Xalqı 


radikallaşdırmaq,  bəzi  güzəştlərlə  onu  zorakı  hərəkətlərə 

şirnikləndirmək  əsas  vasitə  idi.  Ə.Vəzirov  AXC  rəhbərləri  ilə  görüşündə  açıqca 

demişdi;  "Gücünüzü  göstərin,  sizinlə  hesablaşaq".

122 


AXC  İdarə  Heyətində 

hakimiyyət  uğrunda  mübarizə  aparan

 

radikallar  bu  tələyə  düşdülər.  1989-cu  il 



oktyabrın 28-29-da keçirilmiş AXC Məclisinin birinci sessiyasında cəbhə daxilində 

"radikallar"  və  "liberallar"  arasında  ixtilaf  bütün  barışmazlığı  ilə  üzə

 

çıxdı.


123

 

"Radikallar"  AXC  İdarə  Heyətinin  "liberal"  üzvlərini  təslimçilikdə,  xalqa 



xəyanətdə, qətiyyətsizlikdə təqsirləndirirdilər. Onlar

 

AXC-nin yeni rəhbər orqanları 



seçiləcək  fövqəladə  konfransının

 

keçirilməsini  tələb  edirdilər.  Xalq  cəbhəsinin 



bütövlüyünü  qoruyub

 

saxlamaq  üçün  "liberallar"  müəyyən  güzəştlərə  getməyə 



məcbur

 

oldular.  1989-cu  il  dekabrın  9-da  AXC  müşavirəsində  İdarə  Heyəti



 

buraxıldı.

124

  Onun  səlahiyyətlərini  yerinə  yetirən,  əslində  "radikallar"dan  ibarət 




208 

 

Müvəqqəti  Təşkilat  Qrupu  seçildi,  "radikallar"  daha  da



 

fəallaşdı.  Onlar  narazılığı 

artan  xalq  kütləsini  öz  ardınca  apardı.  Bir

 

çox  bölgələrdə  əsl  ikihakimiyyətlilik  - 



kommunistlərin  və  cəbhəçilərin  hakimiyyəti  yaranmışdı.  AXC  təşkilatlarında 

dövlət funksiyalarını yerinə yetirən strukturlar meydana gəlmişdi.

125 

Cəlilabadda  1989-cu  il  dekabrın  8-dən  fasiləsiz  mitinqlər,  tətillər  başlandı. 



İnzibati  orqan  işçiləri  xalqın  tərəfinə  keçdi.  Xalqın  tələbi  ilə  raykomun  57  gün 

əvvəl  təyin  olunmuş  birinci  katibi  istefa  verdi.  Yeni  katib  paytaxtdan  göndərildi. 

Rayonda  hakimiyyətə  gəlmək  istəyənlər  yenidən  adamları  qızışdırdılar.  Vəziyyəti 

nizama salmaq üçün dekabrın 27-də rayona gətirilən milis dəstələri həbslər keçirdi. 

Qəzəblənmiş  əhali  hücum  edib  raykomun,  milisin  binalarını  dağıtdı,  rəhbərləri 

döyüb qovdu. Toqquşmalarda 150-dən çox adam yaralandı. Dekabrın 29-da burada 

"Xalq  hökuməti"  adlandırılan  hökumət  fəaliyyətə  başladı.  Müvəqqəti  Təşkilat 

Komitəsi və Milli Müdafiə Şurası yaradıldı.

126

 

İnsanlar  Cənubi  Azərbaycanda,  İran  İslam  Respublikasında  yaşayan  qan 



qardaşları,  qohumları  ilə  mədəni  və  iqtisadi  əlaqələri,  gediş-gəlişi  bərpa  etmək 

tələbi ilə dəfələrlə rəhbər orqanlara müraciət etmişdi. 

Naxçıvan  MSSR  kimi  aztorpaqlı  respublikada  17  min  kv.m  münbit  torpaq 

sahəsi  sərhədlə  tikanlı  məftillər  arasında  qalmışdı.  Bu  zonadakı  qədim 

qəbiristanlığa  və  ziyarətgaha  getmək  mümkün  deyildi.  Lakin  vəziyyəti  düzgün 

qiymətləndirməyən rəhbər dairələr tədbir görməyə tələsmirdilər. "Sərhəd hərəkatı" 

isə genişlənirdi.

127


 

1989-cu  ilin  dekabrında  Naxçıvan  MSSR-də  sərhəd  boyu  9  minə  qədər 

adam toplanmış, çadırlar qurulmuş, tonqallar qalanmışdı.

128 


Xalq cəbhəsi dekabrın 

23-də  sərhəd  dəstəsinin  komandirinə  ultimatum  göndərib  dekabrın  31-dək 

sərhəddən  adamların  müəyyən  qaydalarla  keçməsinə,  qohum-qardaşları  ilə  əlaqə 

saxlamasına imkan yaratmasını tələb etdi. Lakin razılıq əldə olunmadı.

129

 

İmperiyanın  rəhbərliyi  haqq-ədalətin  bərqərar  edilməsi  uğrunda  səsini 



qaldıran xalqa divan tutmağa hazırlaşırdı. Sərhədlərin pozulması bəhanəsi də onun 

planlaşdırdığı  qanlı  qırğına  bəraət  ola  bilərdi.  Buna  görə  də  sərhədçilərə 

müqavimət göstərməmək əmri verilmişdi.

130


 

Dekabrın  31-də  saat  12-də  Araz  çayı  boyu  137  km  Sovet-İran  sərhədində 

həyəcanlar  başlandı.  Sərhəd  qurğuları  dağıdıldı.

131


  Hər  iki  tərəfdən  sahildə 

toplanmış  adamlar  Arazı  keçib  görüşdülər.  1990-cı  il  yanvarın  7-də  isə  SSRİ-

Türkiyə  Respublikası  sərhəddində  həyəcanlar  baş  verdi.

132


  Yanvarın  18-də 

Biləsuvar və Cəlilabad rayonlarında sərhəd qurğuları dağıdıldı.

133

 

1990-cı il yanvarın 11-də AXC Lənkəran şöbəsinin qərarı ilə gecə raykom, 



daxili işlər şöbəsi, rabitə qovşağı, mətbəə və digər dövlət müəssisələri mühasirəyə 

alındı,  partiya  komitəsinin,  hökumət  orqanlarının  fəaliyyəti  dayandırıldı. 

Müvəqqəti Müdafiə Komitəsi təsis olundu.

134


 


209 

 

Bütün  bunlar  hakimiyyət  böhranının,  Moskva  canişininin  respublikadakı 



hadisələrə  nəzarəti tam itirməsinin təzahürü idi.  Bununla  barışa  bilməyən  mərkəz 

1990-cı  il  yanvarın  əvvəllərindən  Azərbaycanda  müxtəlif  qoşun  hissələri,  cəza 

dəstələri  yerləşdirdi.  SSRİ  müdafiə  naziri  D.Yazov  gizlicə  Gəncəyə  gəlmiş, 

vəziyyətlə  tanış  olmuş  və  respublika  rəhbərliyinin  də  təklifləri  nəzərə  alınmaqla 

"Tayfun" adlı qanlı əməliyyat planı hazırlamışdı.

135


 

Erməni  millətçilərinin  təhrikçilik  hərəkətləri,  Azərbaycanın  sərhəd 

kəndlərinə,  DQMV-də  azərbaycanlılar  yaşayan  kəndlərə  silahlı  basqınlar  isə 

getdikcə artırdı. 

Bu  hadisələrə  müxtəlif  vasitələrlə  şərait  yaradan  Moskva  öz  istəyinə  nail 

olmuşdu.  Siyasiləşmiş  insanların  çoxu  AXC-nin  1990-cı  il  yanvarın  6-7-də 

keçirilmiş  konfransında  yeni  seçilmiş  İdarə  Heyətində  üstünlük  təşkil  edən 

"liberallar"ın  deyil,  "radikallar"ın  ardınca  gedirdi.  Yanvarın  12-də  "radikallar" 

Milli  Müdafiə  Şurası  (MMŞ)  təşkil  etdilər.

136 


Məqsəd  mövcud  özünümüdafiə 

dəstələrini birləşdirmək, yeni hərbi dəstələr yaratmaq və erməni hərbi birləşmələrin 

hücumlarının  qarşısını  almaq  idi.  Respublikanın  rəhbərliyi  də  gəncləri  MMŞ-nin 

köməyi  ilə  milis  dəstələrinə  cəlb  edərək  silahlandırıb  cəbhəyə  göndərməyə, 

müəssisələrdə fəhlə drujinaları təşkil etməyə çağırırdı.

137


 

AXC-ni  dağıtmaq,  "demokratik  hərəkatı"  boğmaq  üçün  müvafiq  vaxt 

yetişmişdi.  Təhrikçilər  fəallaşırdılar.  Yanvarın  13-də  Bakıda  bir  erməninin  iki 

azərbaycanlını  öldürməsinə  cavab  olaraq  erməni  talanları  başlandı.

138

  56  nəfər 



öldürüldü,  112  nəfər  xəsarət  aldı.

139 


Talançı  dəstələrin  azğın  əməllərinə  nə  yerli 

hüquq  mühafizə  orqanları,  nə  də  o  zaman  Bakıda  olan  SSRİ  Daxili  İşlər 

Nazirliyinin  12  minlik  silahlı  qüvvəsi  mane  olurdu.

140


  Onlar  milli  münaqişəyə 

qarışmamaq əmri almışdılar.

141

 

Əhalinin köməyi ilə ermənilərin çoxu evlərdə, məscidlərdə, hərbi hissələrdə 



sığınacaq  tapdı.  Talanların  qarşısı  MMŞ  özünümüdafiə  dəstələrinin  gücü  ilə 

yanvarın  15-də,  demək  olar  ki,  alınmışdı.  MMŞ  dəstələri  şəhərə  nəzarət 

edirdilər.

142


 

1990-cı  il  yanvarın  13,15,16,  17  və  18-də  Azərbaycan  KPMK-nın  büro 

iclaslarında  respublikadakı  vəziyyət  müzakirə  edilmiş,  çıxış  edənlər  -  Ə.Vəzirov, 

A.Mütəllibov,  V.Polyaniçko,  E.Qafarova,  M.Məmmədov,  V.Hüseynov  və 

başqaları, habelə Bakıda olan Y.Primakov və yüksək rütbəli Moskva hərbçiləri güc 

tətbiq  olunması  vacibliyini  bildirmişdilər.  Etiraz  edən  və  ya  başqa  təklif  verən 

olmamışdı.

143


 

1990-cı il yanvarın 15-də Ə.Vəzirov Moskvaya göndərdiyi teleqramda tələb 

edir  ki  "Antisovet,  antipartiya  şüarları  ilə  mitinq  edən  ekstremistlərin  liderləri 

dərhal  məsuliyyətə cəlb edilməlidirlər. Bunun  üçün hüquqi əsaslar  vardır". Ertəsi 

gün  Ə.Vəzirov  yenə  "ağalarına"  teleqram  vurub  bildirir  ki,  müxalifətin  əlində 



210 

 

çoxlu silahın olması Azərbaycanda sosialist quruluşunun məhvinə gətirib çıxaracaq 



və  buna  görə  də  dərhal  güc  tətbiq  olunmalıdır.  Elə  bu  vaxt  Azərbaycan  SSR 

Nazirlər  Sovetinin  Sədri  A.Mütəllibov  Moskvaya  teleqram  vurmuşdu  ki, 

respublikanın  SSRİ  güc  nazirlikləri  hərbi  kontingentini    qeyri-qanuni    silahlı  

birləşmələri  tərksilah  etmək üçün əməliyyat keçirəcəkləri müddətdə yerləşdirmək 

və ərzaqla təmin etmək imkanı vardır.

144


 

Xalqa,  demokratik  qüvvələrə  tutulacaq  divana  hüquqi  don  geyindirmək 

üçün fövqəladə vəziyyət elan olunması vacib idi. Ə.Vəzirov yanvarın 14-də AKP 

MK  bürosunda  müzakirə  etdikdən  sonra  çağırdığı  Azərbaycan  SSR  Ali  Soveti 

Rəyasət  Heyəti  iclasında  "Azərbaycan  SSR-in  DQMV-də  vəziyyətin 

normallaşdırılması  sahəsində  təxirəsalınmaz  vəzifələr  haqqında"  qərar  qəbul 

edilməsinə  nail  oldu.  Qərarda  DQMV  və  zəruri  olarsa,  ona  bitişik  rayonlarda  və 

sərhəd boyunca fövqəladə  vəziyyət elan olunması və mərkəzdən lazımi  köməklik 

göstərilməsi  üçün  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinə  müraciət  olunması  nəzərdə 

tutulurdu.

145

  Azərbaycan  Ali  Soveti  Rəyasət  Heyətinin  müraciətinə  əsasən  SSRİ 



Ali  Soveti  Rəyasət  Heyəti  yanvarın  15-də  "DQMV  və  bəzi  başqa  rayonlarda 

fövqəladə vəziyyət elan olunması haqqında" fərman verdi.

146

 Azərbaycan SSR Ali 



Sovetinə  təklif  edildi  ki,  Bakı  və  Gəncə  şəhərlərində,  eləcə  də  başqa  yaşayış 

məntəqələrində  qadağan  saatları  tətbiq  edilməsi  də  daxil  olmaqla  hər  cür  lazımi 

tədbirlər görsün. 

Respublika 

hökuməti 

iflic  vəziyyətində  idi.  Respublika  Dövlət 

Təhlükəsizlik  Komitəsinin  sədri  Moskvaya  göndərdiyi  şifrəli  teleqramlarda 

bildirirdi  ki,  respublika  xaos  vəziyyətindədir,  qiyam  ərəfəsindədir,  qətiyyətli 

tədbirlər görülməsə, Azərbaycan əldən gedə bilər.

147


 İmperiya buradakı hakimiyyət 

böhranından,  bəzi  ölkələrdə  olduğu  kimi,  Bakıda  da  Sovet  hakimiyyətinin 

devriləcəyindən,  beləliklə,  Azərbaycanı  itirəcəyindən  qorxub  Bakı  ətrafına  əlavə 

qoşun  hissələri, ağır texnika  gətirməyə başladı.

148

  MMŞ-nin  təşəbbüsü  ilə  şəhərin 



girəcəklərində  və  Bakı  qarnizonu  hissələrinin  ətrafında  əhali  yük,  minik 

maşınlarını, avtobus və trolleybusları yan-yana düzüb barrikadalar qurdu, piketlər 

təşkil etdi. Yollarda 26 maneə yaradıldı. Şəhərdəki qoşun hissələrinin, o cümlədən 

Salyan kazarmalarının yolu kəsildi.

149

 

Bakının  hərbi  komandanlığı,  buna  heç  bir  ehtiyac  olmadığı  halda,  xalqa 



tutulacaq  divana  cavab  olaraq  adamların  rusdilli  əhaliyə,  ilk  növbədə  hərbçi 

ailələrinə zərər yetirəcəyindən qorxub onları Azərbaycandan çıxarmağa başladı.

150

 

Rəsmi  Moskvanın  Bakıya  göndərdiyi  emissarları  -  SSRİ  Ali  Soveti 



İttifaqlar Sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenkonun AXC-

nin  "liberal"  və  "radikal"  qanadları  nümayəndələri  ilə  ayrı-ayrılıqda  görüşləri 

müsbət nəticə vermədi.

151


 


211 

 

Yanvarın  17-dən  AKP  MK  binası  qarşısında  izdihamlı  mitinq



 

başlandı, 

ümumi tətil elan olundu. Tələb edildi ki, Moskva Ermənistanın Azərbaycana ərazi 

iddialarına qəti son qoysun, imperiyanın

 

Bakıya və ətrafına yığdığı qoşunlar Dağlıq 



Qarabağa  və  daim  erməni

 

basqınlarına  məruz  qalan  sərhəd  bölgələrinə 



göndərilsin.

152


 

Mitinqçilər xalqa xəyanətdə təqsirkar bildikləri respublika partiya, sovet və 

hökumət  başçıları  üçün  simvolik  dar  ağacları  düzəltmişdilər.  Onlar  AKP  MK 

birinci katibi vəzifəsinə öz namizədlərini irəli sürürdülər. Xalqın Moskvanın təyin 

etdiyi  canişini  istefaya  göndərmək,  yerinə  öz  nümayəndəsini  gətirmək  tələbi  qəti 

rədd  edildi.  A.Girenko  açıqca  bildirdi  ki,  respublika  rəhbərliyini  Sov.İPK  MK 

deyil, kütlənin dəyişməsi yolverilməzdir.

153


 

Mərkəz Naxçıvanda da xalqa divan tutmaq  məqsədi ilə  fövqəladə vəziyyət 

elan  edilməsi  üçün  təzyiqlər  göstərirdi.  Yanvarın  18-də  Şərur  rayonu  Kərki 

kəndinin  işğalı  vəziyyəti  daha  da  gərginləşdirdi.  Xalqın  tələbi  ilə  yanvarın  19-da 

Naxçıvan  MSSR  Ali  Soveti  Muxtar  Respublikanın  SSRİ  tərkibindən  çıxması 

haqqında  qərar  qəbul  etdi.  Məqsəd  Azərbaycanda  baş  verən  hadisələrə,  sovet 

ordusunun qanlı əməllərinə  dünya  ictimaiyyətinin diqqətini cəlb  etmək  idi və  bu, 

müəyyən rol oynaya bildi.

154

 

1990-cı  il  yanvarın  19-da  SSRİ  Ali  Soveti  Rəyasət  Heyəti  yanvarın  20-də 



saat  00-dan  "Bakı  şəhərində  fövqəladə  vəziyyət  tətbiq  edilməsi  haqqında"  fərman 

verdi.


155

  Xalqı  qəfildən  yaxalamaq,  ona  divan  tutmaq,  qırğın  törətmək  üçün 

qoşunlardan istifadə ediləcəyi, aman verilməyəcəyi,  habelə ən başlıcası fövqəladə 

vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Fövqəladə  vəziyyət və komendant 

saatı  vaxtının  elan  edilməsi  qanlı  planları  poza  bilərdi.  Buna  görə  də  AXC  İdarə 

Heyəti komendant saatı tətbiq olunduğu təqdirdə orduya  müqavimət  göstərmədən 

piketləri  götürmək  haqqında  qərar  qəbul  etmişdi.  Lakin  "radikallar"  adamlara 

"silah,  kömək  gələcək"  -  deyə  yalan  vədlər  verir,  barrikadaları  axıradək  tərk 

etməməyə  çağırırdılar.  Piketçilər  imperiyanın  və  respublikanın  səlahiyyətli 

nümayəndələrinin  ordunun  şəhərə  girməyəcəyi  haqqında  dəfələrlə  təkrar  etdikləri 

vədlərə inanmışdılar.

156


 

Xalqa  məlumat  verilməsin  deyə  yanvarın  19-da  saat  19.27-də  Azərbaycan 

Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdı.

157


 

Fövqəladə  vəziyyətin  yanvarın  20-də,  saat  00-dan  başlanmasına  göstəriş 

verildiyinə  baxmayaraq,  qoşun  hissələri  yanvarın  19-da  saat  21-dən  ilk  olaraq 

Türkan-Qala tərəfdən şəhərə yeridildi.

158

 "Bakı əməliyyatı"na SSRİ müdafiə naziri 



D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonu qoşunları, gətirilən hərbi hissələr, 

hərbi  gəmilərdən  desant,  xüsusi  cəza  dəstələri  hücuma  keçdi.  Ağır  hərbi  texnika 

çox  asanlıqla  barrikadaları  dağıtdı.  Əsgərlər  gözyaşardıcı  qazdan  istifadə  edir, 

əliyalın  adamlara  avtomat  silahlardan  güclü  atəş  açırdılar.  Qaçıb  sığınacaqlarda 




212 

 

gizlənənlər tanklar üzərindəki projektorların köməyi ilə axtarılıb tapılır, gülləbaran 



edilirdilər.  Hərbçilər  təsadüfən  yola  çıxanları,  yaşayış  evlərini,  təcili  yardım 

maşınlarını,  şəhər  nəqliyyatını  atəşə  tutur,  yaralıları  öldürür,  meyitləri  yandırır, 

təhqir  edir,  adamları  tankların  tırtılları  altına  salıb  əzabla  öldürür,  eybəcər  hala 

salırdılar.  Şəhərin  küçələri  öldürülmüş,  yaralanmış  adamların,  qocaların, 

qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibb müəssisələrini mühasirəyə 

alaraq  yaralı  mülki  şəxslərin  buraya  gətirilməsinə,  habelə  tibbi  heyətin  yaralılara 

köməyə getməsinə mane olurdular.

159


 

Rəsmi  məlumatlara  görə,  Bakıya  və  başqa  yaşayış  məntəqələrinə  sovet 

ordusunun hücumu vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 

3  tatar  öldürülmüş,  744  nəfər  yaralanmış,  400  nəfər  həbs  edilmiş,  4  nəfər  itkin 

düşmüşdür.

160


 Evlərə, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və 

vətəndaşlara böyük maddi ziyan dəymişdi. 

Fövqəladə vəziyyət haqqında fərman artıq iş işdən keçəndən sonra, yanvarın 

20-də saat 7-də elan olunmuşdu.

161

 

Azərbaycan  xalqı  fövqəladə  vəziyyət  şəraitində  partizan  müharibəsi 



aparmaq  kimi  avantürist  çağırışları  rədd  etdi,  qarşıya  mövcud  reallıqlar  daxilində 

həll edilməsi mümkün olan məsələlər qoymağa, mübarizəni dinc siyasi vasitələrlə 

davam etdirməyə başladı. Azərbaycanda yüksək vəzifə sahibi olanlar xalqa kömək 

etmək, ona arxa durmaq əvəzinə kürsülərini qorumaq naminə qaçıb gizləndilər. Bir 

sıra qabaqcıl ziyalı yanvarın 20-də Elmlər Akademiyasında etiraz mitinqi keçirdi. 

Ziyalıların  səsini  boğmaq,  onları  qorxutmaq  üçün  bu  mitinqin  iştirakçısı  olan  üç 

görkəmli alim, professor Sumqayıta,  mitinqə  gedərkən  yolda  tankın  altına  salınıb 

məhv edildi.

162

 

Gərginliyi  bir  qədər  yatırmaq  üçün  hərbi  hökumət  həmin  gün  radio  ilə 



Azərbaycan  SSR  Ali  Soveti  sədrinin  Bakıda  fövqəladə  vəziyyət  elan  olunmasına 

və şəhərə qoşun yeridilməsinə qarşı etiraz bəyanatının yayılmasına icazə verdi.

163

 

Xalq deputatları şair Bəxtiyar Vahabzadə, yazıçılar Anar və Elçin Ali Sovet 



Sədrindən  fövqəladə  sessiya  çağırılmasını,  hadisəyə  qiymət  verilməsini  tələb 

etdilər. B.Vahabzadə radio ilə xalq deputatlarına müraciət etdi.

164

 Yanvarın 21-də 



deputatların  üçdə  birinin  təşəbbüsü  ilə  Azərbaycan  SSR  Ali  Sovetinin  fövqəladə 

sessiyası  keçirildi.  Moskvanın  hakimiyyət  uğrunda  didişən  kommunist 

rəhbərlərindən kimi birinci katib təyin edəcəyini gözləyən yüksək vəzifə sahibləri 

bu  sessiyanın  işində,  demək  olar  ki,  iştirak  etmədilər,  hətta  onu  "qeyri-qanuni 

yığıncaq" adlandırdılar.

165


 

Sessiya baş vermiş faciəyə siyasi qiymət verməyə çalışdı. Onu törədən ölkə 

və respublika rəhbərlərinə qəti etiraz bildirildi. Bakı şəhərində fövqəladə vəziyyət 

tətbiq  edilməsi  haqqında  fərmanın  fəaliyyətini  dayandırmaq,  ordu  hissələrini 




213 

 

şəhərdən  çıxarmaq  barədə  qərarlar  qəbul  olundu.



166

  Lakin  Moskva  bu  qərarlara 

əhəmiyyət vermədi. 

Xalq  başsız  qalmışdı,  vahimə  içində  idi.  Yanvarın  21-də  Heydər  Əliyev 

Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş, 

6 minədək adamın  iştirak etdiyi izdihamlı  yığıncaqda  çıxış etdi,  bu ağır günlərdə 

yaralı,  heç  yerdən  kömək  almayan  doğma  xalqı  ilə  birgə  olduğunu  bildirdi.  O, 

çıxışında  və  verdiyi  müsahibələrdə  20  Yanvar  faciəsinə  siyasi  qiymət  verdi, 

əliyalın xalqın  qırılmasını  hüquqa,  demokratiyaya, humanizmə zidd, mərkəzin və 

respublika  rəhbərlərinin  günahı  üzündən  yol  verilmiş  kobud  siyasi  səhv  kimi  ifşa 

etdi.  H.Əliyev  çıxışında  qeyd  etdi  ki,  "Dağlıq  Qarabağ  hadisələrinin  ilkin 

mərhələsində  ölkənin  ali  partiya  siyasi  rəhbərliyi  tərəfindən  vaxtında  zəruri 

tədbirlər  görülsə  idi,  gərginlik  indiki  hala  çatmaz,  tərəflər  itkilərə  məruz  qalmaz, 

başlıcası  isə  1990-cı  il  yanvarın  19-dan  20-nə  keçən  gecə  çoxlu  insan  qırğını  ilə 

nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı". Ölkə rəhbərliyini ciddi tənqid 

edən  Heydər  Əliyev  ona  yarınan  respublika  başçılarının  da  yarıtmaz  fəaliyyətini 

ifşa  etdi  və  göstərdi  ki,  Vəzirov  "bu  yüksək  vəzifədə  olduğu  müddətdə... 

Azərbaycanda  vəziyyəti  sabitləşdirmək  üçün  heç  nə  etməmişdir.  Əksinə,  səhv 

addımları,  yaramaz  iş  üslubu,  yanlış  siyasi  manevrləri  ilə  xalqla  öz  arasında 

uçurum yaratmışdır".

167

 Heydər Əliyev qorxmadan imperiya rəhbərlərini "qatillər" 



adlandırırdı.

168


 

Heydər  Əliyevin  Moskvadakı  tarixi  çıxışının  mətni,  bütün  maneələrə 

baxmayaraq,  respublikada  və  dünyada  geniş  yayıldı.  Heydər  Əliyev  Azərbaycan 

xalqına  verdiyi  başsağlığında  onu  bu  ağır  gündə  "ağıllı-kamallı  olmağa, 

həmrəyliyə və birliyə" çağırdı.

169


 Təklənən, heç nəyə əli çatmayan xalqın qəlbində 

ümid  çırağı  yandı.  Xalq  Heydər  Əliyev  kimi  bacarıqlı,  nüfuzlu  bir  şəxsiyyətin 

onunla olduğunu, onu cəsarətlə müdafiə etdiyini gördü, ürəkləndi. 

Azərbaycan, Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22-

də şəhidlər ilə vidalaşdı.

170


 Paytaxt matəm libası geyinmişdi. Respublikada üç gün 

matəm  elan  olunmuşdu.  Azadlıq  meydanında  izdihamlı  matəm  mitinqi  keçirildi. 

Mitinqdə  və  dəfn  mərasimində  milyona  qədər  insan  iştirak  edirdi.

171


  Bu,  azadlıq, 

haqq,  ədalət,  demokratiya  yolunda  müqəddəs  şəhidlərə  ehtiramın,  habelə 

Moskvanın qanlı əməllərinə qarşı etirazın ifadəsi idi. Küçələrdə, AKP MK binası 

divarlarında "Qorbaçov cəlladdır!", "Rədd olsun Sov. İKP!", "İşğalçılar, rədd olub 

gedin!" və b. şüarlar yazılmışdı. Partiya biletlərindən tonqallar qalanmışdı.

172


 

Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edildi. 

Xalqa  qarşı  sovet  ordusunun  qanlı  cinayətləri  isə  hələ  bitmək  bilmirdi. 

Sovet ordusunun tam döyüş hazırlıqlı qoşun hissələrinin Ermənistandan Naxçıvana 

yeridilməsinə  cəhd  göstərildi,  lakin  xalq  bunun  qarşısını  aldı.

173


  Siyasi  çevriliş 


214 

 

edilmiş bölgələrdə ordunun köməyi ilə kommunistlərin hakimiyyəti bərpa olundu. 



Ordu hissələri Lənkərana yeridildi.

174


 

Gizlicə  respublikadan  qaçmış  Ə.Vəzirovun  yerinə  Moskva  yanvarın  24-də 

Ayaz Mütəllibovu Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirdi. 

İmperiya rəhbərləri, onların yerli əlaltıları istədiklərinə nail oldular. Bakıda 

fövqəladə  vəziyyət,  komendant  saatı  tətbiq  edildi.  AXC  MMŞ  dağıdıldı,  bir  çox 

fəal  cəbhəçilər  həbs  olundu,  ölkədən  qaçdı,  qeyri-leqal  işə  keçdi.  AXC-nin 

hakimiyyətə gəlmək cəhdi baş tutmadı. 

İmperiyanın  şovinist  rəhbərliyi  qanlı  əməlləri  ilə  Azərbaycan  xalqının 

iradəsini  qıra  bilmədi,  özünün  dayağı  olan  Kommunist  Partiyasını,  Sovet 

hakimiyyətini  xalqın gözündən daha  da  saldı,  bəzilərində  "yenidənqurma"ya olan 

ümidi  puç  etdi,  təsdiq  etdi  ki,  imperiya  üçün  rcspublikanın  suverenliyi,  xalqların 

ləyaqəti heç nədir. 

1990-cı  ilin  Qanlı  Yanvarı  Azərbaycan  xalqı  üçün  təkcə  böyük  faciə 

deyildir,  ləyaqətini  qorumaq  üçün  mübarizə  aparmağa,  bu  yolda  qurban  verməyə 

hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 

Azərbaycan  xalqının  qabaqcıl  qüvvələri  əgər  Qanlı  Yanvara  qədər 

respublikanın  suverenliyini  SSRİ  daxilində  mövcud  siyasi  və  iqtisadi 

münasibətlərin təkmilləşdirilməsi kimi qeyri-real imkanlarda axtarırdısa, bu hadisə 

sübut  etdi  ki,  suverenliyin  yeganə  yolu  imperiyanın  dağılmasında,  müstəqilliyin 

bərqərarlaşmasındadır.  Heydər  Əliyevin  "Bizim  Ümumittifaqdan  nicatımız 

yoxdur!" sözləri xalqın ümumi rəyinin ifadəsi oldu.

175


 Xalq hərəkatı bu şüar altında 

keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. 

 

 



215 

 

 



VI FƏSİL 

 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin