AZƏRBAYCANIN BEYNƏLXALQ
ƏLAQƏLƏRĠ
(1945-1990-cı illərdə)
1. AZƏRBAYCANIN BEYNƏLXALQ ĠQTĠSADĠ ƏLAQƏLƏRĠ
İkinci dünya müharibəsi başa çatdıqdan sonra SSRİ-nin beynəlxalq aləmdə
siyasi və iqtisadi nüfuzu xeyli yüksəldi. İlk olaraq Şərqi Avropa və Asiyada onun
hərbi və iqtisadi yardımı ilə bir sıra yeni dövlətlər yarandı. Bu dövlətlər siyasi və
iqtisadi inkişaf yollarını SSRİ-nin birbaşa müdaxiləsi və köməyi ilə hakimiyyəti ələ
keçirmiş sovet təmayüllü Kommunist və Xalq Demokratik partiyalarının işləyib
hazırladıqları proqramlar əsasında müəyyən edirdilər. 1945-1961-ci illər ərzində
isə Asiya, Afrika, Avropa və Amerika qitələrində "sosialist" inkişaf yolunu seçmiş
bir sıra dövlətlər yarandı ki, onların da hamısı ilk siyasi, hərbi və iqtisadi yardımı
SSRİ-dən almışdılar. Bu dövlətlər içərisində Şərqi və Cənubi Avropada Polşa,
ADR, Çexoslovakiya, Rumıniya, Bolqarıstan, Albaniya, Yuqoslaviya, Cənubi-
Şərqi Asiyada, Çin, Vyetnam, Laos, Şimali Afrikada Misir, Liviya və Əlcəzair,
Yaxın Şərqdə Suriya və İraq, Amerikada Kuba və başqaları idi. Həmin ölkələrə
SSRİ tərəfindən göstərilən yardımda bütün "müttəfiq" respublikalar, o cümlədən
Azərbaycan SSR də fəal iştirak edirdi. Bu yardım iqtisadi, ideoloji, kadr hazırlığı
və digər sahələri əhatə edirdi. SSRİ dövlətinin apardığı bu siyasət XX əsrin ikinci
yarısında dünyanın hərbi-siyasi və iqtisadi cəhətdən iki sistemə bölünməsi ilə
nəticələnmişdi. "Sosializm düşərgəsi"nə daxil olan ölkələrlə Sovet İttifaqı arasında
olan siyasi iqtisadi və mədəni əlaqələr çox geniş və hərtərəfli idi. Bu isə SSRİ-nin
siyasi və strateji maraqlarından irəli gəlirdi. Lakin XX əsrin II yarısında Sovet
İttifaqının ideoloji və siyasi fərqlərə baxmayaraq dünyanın inkişaf etmiş ölkələri ilə
iqtisadi və mədəni əlaqələri də mövcud idi. Bu əlaqələr dünya xalqlarına Sovet
İttifaqında yaşayan xalqların, ilk növbədə iqtisadiyyatının mədəniyyəti və
incəsənəti ilə yaxından tanış olmağa imkan yaradırdı.
Müharibədən sonrakı illərdə Azərbaycanın beynəlxalq aləmdə diqqətəlayiq
fəaliyyəti olmuşdur. Həmin dövrdə ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və elmi
potensialı dünya dövlətləri arasında gedən əməkdaşlıq sistemində özünəməxsus yer
tutmuş və çoxsahəli beynəlxalq əlaqələr yaratmışdır. Respublikanın beynəlxalq
aləmdə həyata keçirdiyi əməkdaşlığının və əlaqələrinin əsas sahələrindən biri də
onun dünyada gedən iqtisadi proseslərdə öz milli potensialının imkanları daxilində
216
iştirakı və bu istiqamətdə Yer kürəsinin müxtəlif qitələrində yerləşən ölkələr ilə
geniş iqtisadi əlaqələr yaratmasıdır. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri öz
məzmununa, əhatə dairəsinə və istiqamətlərinə görə ikitərəfli və çoxtərəfli
olmuşdur. Bu əlaqələrin özü də müxtəlif dövrlərdə müxtəlif forma və həcmdə
həyata keçirilmişdir. 50-60-cı illərdə Azərbaycandan dünyanın müxtəlif ölkələrinə
çoxçeşidli sənaye məhsulu göndərilirdi. Əgər 1956-cı ildə Azərbaycanın sənaye
məhsulu 14 ölkəyə ixrac olunurdusa,
1
1957-ci ildə respublikadan artıq 20 ölkəyə
məhsul ixrac edilirdi.
2
İxrac olunan sənaye məhsullarının növləri də, həcmi də
artmışdı. Azərbaycandan dünya ölkələrinə 1947-ci ildə 35, 1958-ci ildə 120, 60-cı
illərdə isə 280 adda sənaye məhsulu ixrac edilirdi. İxraca işləyən sənaye
müəssisələrinin sayı 1947-1950-ci illərdə 5-dən 17-yə, 1960-1970-ci illərdə isə 60-
a çatmışdı.
3
İxracda neft və maşınqayırma sənayesi məhsulları əsas yer tuturdu.
Onlar ümumi xarici ixracda 1958-ci ildə 57,4 faiz, 1964-cü ildə isə artıq 62 faiz
təşkil edirdilər.
4
1960-cı ildə Azərbaycandan neft məhsullarının ixracı 1958-ci ilə
nisbətən 270 faiz artmışdı.
5
Azərbaycandan xarici ölkələrə ixrac olunan məhsulların ümumi çəkisində
neft sənayesi üçün avadanlıqlar əsas yer tuturdu. Azərbaycan 1945-1970-ci illərdə
bu sahədə dünyanın 15-dən çox ölkəsi ilə əlaqə saxlayırdı. 1970-1990-cı illərdə bu
əlaqələr daha geniş miqyasda olmuşdur.
6
Həmin illərdə Azərbaycanın xarici iqtisadi əlaqələrinin daha effektli
işləməsi üçün dövlət orqanları yaradılmışdı. Bunların sayəsində Azərbaycanın
beynəlxalq iqtisadi münasibətləri, dünyanın bütün qitələrində yerləşən ölkələrlə
inkişaf etdirilmiş və beynəlxalq təsərrüfat əlaqələrinin bütün forma və
istiqamətlərində özünü göstərmişdir. Respublikanın bu sahədə töhfəsi həm
keyfiyyətcə, həm də kəmiyyətcə artmışdı. Əgər 1970-ci ildə Azərbaycan dünyanın
55 ölkəsinə öz 20 sənaye sahəsinin 70 böyük müəssisələrinin istehsal etdiyi 300
adda məhsulu ixrac edirdisə, 1980-ci ilin axırına olan məlumata görə artıq ölkənin
bütün sənaye sahələrini əhatə edən 115 zavod, müəssisə və fabrikləri xarici
ölkələrə 340 addan yuxarı məhsul ixrac edirdilər. Ümumiyyətlə, 1970-1990-cı
illərdə Azərbaycan 100-dən yuxarı xarici ölkəyə 400 adda məhsul ixrac edirdi.
7
Xarici iqtisadi əlaqələrdə, ələlxüsus, məhsul ixracında, respublikanın əsas sənaye
mərkəzi kimi Bakı əsas rol oynayırdı. Onun 53-dən artıq müəssisəsi dünyanın 65
ölkəsinə öz məhsullarını ixrac edirdilər. Həmin əlaqələrdə Bakı şəhərindən başqa
Gəncə, Mingəçevir, Sumqayıt, Salyan, Zaqatala və başqa şəhərlərin sənaye
müəssisələri də fəal iştirak edirdilər, kimyaçılar şəhəri Sumqayıtın sənaye
müəssisələri dünyanın 60 ölkəsinə müxtəlif növdə sənaye məhsulları göndərirdi.
8
Azərbaycan istehsal etdiyi məhsulları xarici ölkələrə ixrac edərək, öz
növbəsində dünyanın bir çox ölkələrindən respublikada yeni sənaye obyektlərinin
tikilməsi üçün kompleks avadanlıqlar, maşın və aqreqatlar, avtomat sistemləri
217
alırdı. Bu isə respublikada bir sıra yeni sənaye sahələrinin yaranmasında və
inkişafında böyük rol oynadı. 1976-1980-ci illərdə xarici ölkələrdən idxal olunmuş
məhsulların köməyi ilə Azərbaycanda 20-dən yuxarı aqrar-sənaye obyektləri
tikilmiş, yenidən qurulmuş, Sumqayıtda kauçuk və superfosfat zavodlarında yeni
texniki sahələr, "Orqsintez", "Kimyasənaye" və "Azərsu", Bakı kondisionerlər
zavodu, Ələt Ağac Emalı Kombinatı, Gəncə Təcrübə Kombinatı, Dərin Dəniz
Özülləri zavodu tikilmiş, bərpa edilmiş və yenidən inşa edilmişdi.
9
1945-1990-cı
illərdə
Azərbaycanın
xarici
iqtisadi
əlaqələrinin
genişlənməsində onun beynəlxalq sərgilərdə, yarmarkalarda iştirakı mühüm rol
oynayırdı. Respublikada istehsal olunan sənaye məhsulları 1950-ci ildə Milanda
keçirilmiş yarmarkada, 1958-ci ildə Belçikanın Brüssel şəhərində 52 ölkənin
iştirakı ilə keçirilən yarmarka-konfransda təmsil olunmuşdu.
10
1965-ci ildə ilk dəfə
SSRİ respublikalarından yalnız Azərbaycan İranın paytaxtı Tehranda keçirilən
ticarət-sənaye sərgisində iştirak etmişdi. 1966-cı ildə isə respublikamız Suriya
Ərəb Respublikasının paytaxtı Dəməşqdə 13-cü Beynəlxalq yarmarkada (bu
sərgidə respublikanın 40 sənaye müəssisəsinin 300-dən çox məhsulu nümayiş
etdirilmişdi), 1967-ci ildə Kanadanın Monreal şəhərində keçirilən "EKSPO-67"
ümumdünya sərgisində, həmin ildə Buxarestdə keçirilən xalq ticarət-sənaye
sərgisində, 1968-ci ildə Əlcəzairdə 5-ci Beynəlxalq yarmarkada özünün 51 sənaye
müəssisəsinin istehsal etdiyi 360 məhsul növü ilə iştirak etmişdi.
11
1970-1990-cı
illərdə də Azərbaycan SSR-in ilk növbədə beynəlxalq sərgilərdə iştirakı daha da
geniş miqyas almışdır. Həmin illərdə Azərbaycan dünyanın müxtəlif şəhərlərində
keçirilən 100-ə yaxın böyük beynəlxalq iqtisadi yarmarka və sərgilərdə
respublikanın 115 sənaye sahəsinin 100-dən yuxarı müəssisəsində istehsal olunan
15000-ə yaxın məhsul növləri nümayiş etdirmişdi. Respublikanın özündə
keçirilmiş 80-dən artıq yarmarka və sərgilər də əhəmiyyətli olmuşdur.
12
Bakı
demək olar ki, dünyanın yarmarka, sərgi və simpozium mərkəzlərindən birinə
çevrilmişdi. Bakıda keçirilən yarmarka sərgilərdə ayrı-ayrı bölmələrdə 18000-dən
yuxarı məhsul növü nümayiş etdirilmişdi. Bakıda 40-dan çox beynəlxalq iqtisadi,
elmi-texniki simpoziumlar, o cümlədən "Konfleksil" (Fransa), "Simens-AQ"
(Almaniya), "Şell" (Böyük Britaniya), "AQA-İnfrered AB" (İsveçrə) kimi
şirkətlərin iştirakı ilə keçirilmişdir.
13
Bakıda 1989-cu ildə Amerika, Avropa, Asiya
və Afrika iş adamlarının 15 ölkənin iştirakı ilə keçirilən iqtisadi sərgi daha nəticəli
olmuşdur. Sərginin işlədiyi 10 gün müddətində Azərbaycanın 86 müəssisəsi
iqtisadi təşkilatları və kooperativləri xarici ölkələrin 75 firmaları ilə iş əlaqəsi
yarada bilmişdilər.
14
1981-1985-ci illərdə Bakıda 48 xarici firmanın 131 və 1690 Azərbaycan
mütəxəssisinin iştirakı ilə 13 beynəlxalq simpozium və respublikanın 3650
mütəxəssisinin fəal iştirakı ilə 35 simpozium təşkil edilmişdi.
15
1945-1990-cı
218
illərdə keçirilmiş yarmarka və sərgilərdə Azərbaycan 35 dəfə qızıl medala layiq
görülmüşdü. Bundan başqa, Azərbaycanın sərgi bölmələri onlarca yüksək
diplomlar və fəxri fərmanlarla təltif edilmişdi.
16
Azərbaycan Respublikasının ictimai və siyasi quruluşlarından asılı
olmayaraq dünyanın müxtəlif dövlətləri ilə beynəlxalq iqtisadi əlaqələri
yaradılmışdı. Azərbaycanla "sosialist" dövlətləri arasında iqtisadi əlaqələr daha
geniş idi. Əgər, 1966-cı ildə Azərbaycan həmin ölkələrə 180 adda məhsul
göndərmişdisə, 70-80-ci illərdə onların sayı artıq 250-yə çatmışdı. Həmin illərdə
respublikanın 100-dən yuxarı sənaye müəssisəsi sosialist ölkələrinə məhsul ixrac
edirdi.
17
Azərbaycandan bu ölkələrə göndərilən məhsulların arasında kənd
təsərrüfatı məhsulları mühüm yer tuturdu. Təkcə 1980-1985-ci illərdə həmin
ölkələrə 331 min 60 ton pambıq ixrac edilmişdi. Onun ümumi ixracı 1970-ci illə
müqayisədə 1985-ci ildə 22-dən 37 faizə qədər artmışdı. Xarici ölkələrə ixrac
olunan məhsullar içərisində şərab məhsulları mühüm yer tuturdu. 1976-1980-ci
illərdə sosialist ölkələrinə 2,5 mln dollar dəyərində 110 min dekalitr konyak, 32
mln 600 min manatlıq şampan şərabları göndərilmişdi.
18
Öz növbəsində
Azərbaycan da sosialist ölkələrindən həmin illərdə 20-55 adda məhsul almışdı.
19
Azərbaycanın "sosialist" ölkələrindən aldığı məhsullar içərisində kənd
təsərrüfatı texnikası idxalı əsas yerlərdən birini tuturdu. 1971-1979-cu illərdə
Azərbaycan Bolqarıstandan, Çexoslovakiyadan, Rumıniyadan, ADR-dən,
Macarıstandan kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan traktor
kombayn və başqa maşınları almışdı.
20
Keçmiş SSRİ ilə dünya dövlətləri arasında yaranan iqtisadi əlaqələrin
inkişafında Azərbaycanın da özünəməxsus yeri olmuşdur. Məsələn, 70-ci illərdə
Azərbaycan Hindistana 30 adda 20 sənaye müəssisəsinin məhsulunu, Suriyaya -
30, İrana - 30 və 70, Əfqanıstana - 20 və 50, MƏR-ə - 20 və 30, Pakistana - 18 və
25, Şri-Lankaya - 15 adda 20 sənaye müəssisəsinin məhsullarını göndərmişdi.
Afrika ölkələrindən Əlcəzair, Qvineya, MƏR, Keniya, Konqo, Liviya, Mali,
Mərakeş, Somali, Sudan, Tanzaniya, Efiopiya, Anqola və başqa ölkələrə 50 sənaye
müəssisəsinin 35 adda məhsulları göndərilirdi.
21
Qərbi Avropa ölkələrindən Belçika, Avstriya, Finlandiya, AFR, Böyük
Britaniya, Fransa, İtaliya, İspaniya, Norveç, həmçinin Avstraliya, ABŞ, Niderland,
İsveçrə, İsveç, Yaponiya və digər dövlətlərin həmin dövrdə Azərbaycan SSR-lə
əlaqələri olmuşdur. Bu ölkələrə respublikadan 200-ə yaxın məhsul növü ixrac
edilmişdir. Öz növbəsində isə Azərbaycana həmin ölkələrdən 350-yə qədər adda
müxtəlif məhsullar - avadanlıq, maşın, texniki vasitələr alınmışdı. Təkcə 1981-ci
ildə Fransadan "Azneft" üçün 150 ton tutumu olan soyuducu, Dərin Özüllər
zavodunda platformaların tikintisi üçün 48796 min manatlıq, Sumqayıt "Kimya"
Birliyi üçün 26,7 milyon manatlıq avadanlıq idxal edilmişdi.
22
80-ci illərdən isə
219
Azərbaycanda bir sıra Qərb ölkələri ilə birgə istehsal sahələri işə başlamışdı. 1989-
cu ildə xarici ölkə şirkətinin iştirakı ilə istismara verilmiş "Bakı-Milan" istehsal
sahəsinin illik məhsul buraxılışı həmin illərdə elektrik cihazları üzrə 700 min ədəd,
elektrik mühərrikləri üzrə isə 1,5 milyon ədəd olmuşdu. Bu müəssisə "Bakı
kondisioner" Birliyi ilə İtaliyanın "Merlopi-Pricetti" firması arasında 1987-ci ildə
bağlanmış müqavilə əsasında Bakıda fəaliyyətə başladı. 1988-ci ildən isə "Delta"
Azərbaycan-Türkiyə birgə müəssisəsi işə başlamış, "Bakı kondisioner" Birliyi ilə
ABŞ-ın "Dceneral elektrik" şirkəti arasında birbaşa əlaqələr yaranmışdı.
23
Təkcə
1970-1990-cı illərdə ABŞ, Böyük Britaniya, Fransa, Finlandiya, Danimarka,
Avstriya, Argentina, İsveçrə, Türkiyə və digər dövlətlərdən Bakıya 120-dən artıq
nümayəndə heyəti gəlmişdi. Bundan başqa, bu ölkələrin iş adamlarının 100-dən
çox nümayəndə heyəti Bakıda olmuş və burada onlarca iqtisadi sərgi və
simpoziumlar təşkil edilmişdi.
24
Ümumiyyətlə, 1945-1990-cı illərdə Azərbaycan dünyanın müxtəlif
dövlətləri ilə beynəlxalq iqtisadi əlaqələr yaratmış və həmin əlaqələrin ən müxtəlif
formalarından istifadə etmişdir. Eyni zamanda, o bu əlaqələrin vasitəsi ilə özünün
maddi potensialı haqqında geniş məlumatların yayılmasına nail olmuşdur. Bu,
həmçinin Azərbaycanın həmin illərdə inkişaf etmiş iqtisadi potensiala malik
olmasını, onun dünya iqtisadi prosesləri sistemində özünəməxsus yer tutmasını
göstərir.
Dostları ilə paylaş: |