TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


Prezident  Heydər  Əliyevin  təĢəbbüsü  ilə  1998-ci  il  sentyabrın  7-8-də



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə25/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   21   22   23   24   25   26   27   28   ...   168
§4. MƏDƏNĠ VƏ MƏNƏVĠ HƏYAT 

 

Təhsil.  70-ci  illər  Azərbaycanın  ictimai-siyasi,  iqtisadi  mədəni  və  mənəvi 

həyatında mühüm irəliləmələr dövrü olmuşdur. Uşaq müəssisələrinin, məktəblərin 

maddi, texniki-təhsil bazası möhkəmlənmiş, tədrisin səviyyəsi yüksəlmişdi. 

70-80-ci  illərdə  respublikada  101  min  nəfərlik  məktəbəqədər  uşaq 

müəssisəsi tikilib istifadəyə verildi. Daimi məktəbəqədər müəssisələrin sayı 1990-

cı  ildə  2185-ə  çatmışdı.  Onlarda  181  min  və  ya  1970-ci  ildəkindən  1,6  dəfə  çox 

uşaq tərbiyə olunurdu. Bu müəssisələrdə 19,1 min tərbiyəçi və  xidmətçi çalışırdı. 

Tərbiyəçilərin 49,7 faizinin ali, 22 faizinin orta ixtisas təhsili vardı.

127 

Həmin illərdə respublikada 703 min yerlik 1058 ümumtəhsil məktəb binası 



tikilib  istifadəyə  verilmişdi.

128


  1990-1991-ci  dərs  ilində  respublikanın  şəhər  və 

kəndlərində  4356,  o  cümlədən  4268  dövlət  gündüz,  88  axşam  (növbəli) 

ümumtəhsil  məktəbi  fəaliyyət göstərirdi.

129


  Ümumtəhsil  məktəblərində  hər  il  orta 

hesabla 1,4 milyona

 

qədər şagird təhsil alırdı. Bu məktəblərdə müəllimlərin sayı 73 



min  nəfərdən  132  min  nəfərə  çatmışdı.  1990-cı  ildə  ümumtəhsil  məktəblərində 

işləyən  müəllimlərin 80  faizdən çoxu, o cümlədən ibtidai  sinif  müəllimlərinin 52 




172 

 

faizə  qədəri  ali,  3,3  faizi  natamam  ali,  15  faizi  orta-pedaqoji  təhsilli  idi.



130 

 

Məktəblərin 98 faizində fənn kabinələri, emalatxanalar fəaliyyət göstərirdi.



131

 

Müxtəlif fənlər üzrə dərinləşmiş proqramlarla təlim verən kimya-biologiya, 



fizika-riyaziyyat,  fars  dili,  ingilis  dili  və  başqa  təmayüllü  internat  məktəblər 

fəaliyyətdə idi. Azərbaycanda milli hərbi kadrlar yetişdirilməsini və SSRİ ali hərbi 

məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək məqsədilə 1971-ci 

ildə  Heydər  Əliyevin  təşəbbüsü  ilə  C.Naxçıvanski  adına  orta  respublika 

ixtisaslaşdırılmış internat məktəbi (1991-1997-ci illərdə Bakı ibtidai hərbi məktəbi 

adlanıb) təşkil olunmuşdu. 

İşləyən  gəncləri  təhsilə  cəlb  etmək  üçün  gündüz  məktəbləri  yanında 

müstəqil  qiyabi  məktəblər  təşkil  olundu.  Kolxoz  və  sovxozlarda  rayon  qiyabi 

məktəblərinin 1531 tədris-məsləhət məşğələsi açılmışdı. Axşam və qiyabi məktəb 

şagirdləri  üçün  qısaldılmış  iş  həftəsi  müəyyən  olunmuşdu.  İmtahan  vermək  üçün 

XI  sinif  şagirdlərinə  20,  VIII  sinif  şagirdlərinə  8,  başqa  sinif  şagirdlərinə  4  gün 

pulu ödənilən məzuniyyət verilirdi.

132

 

1990-cı  ildə  Azərbaycanda  2185  məktəbdənkənar  uşaq  müəssisələri,  o 



cümlədən  91  pioner  və  məktəblilər  sarayı,  1593  pioner  düşərgəsi,  240-dan  çox 

uşaq  idman  məktəbi,  210  musiqi,  bədii  və  xoreoqrafiya  məktəbi,  8-ə  qədər  uşaq 

parkı, 69 gənc texniklər, 65 gənc turistlər stansiyası, 118 uşaq kitabxanası fəaliyyət 

göstərirdi.

133

 

Peşə  təhsili  sistemi  inkişaf  edirdi.  70-80-ci  illərdə  respublikada  100  yeni 



texniki-peşə  məktəbi  təşkil  edilmişdi.  1990-cı  ildə  176  belə  məktəbdə  83  minə 

qədər və ya 1970-ci ildəkindən 16 min nəfər çox şagird sənaye, tikinti, nəqliyyat, 

kənd  təsərrüfatı,  məişət  xidməti  və  başqa  sahələr  üzrə  100-dən  artıq  peşəyə 

yiyələnirdi.

134

 

Təsərrüfat,  maarif,  mədəniyyət,  səhiyyə  və  başqa  sahələr  üzrə  ixtisaslı 



kadrlar hazırlayan 78 məktəbdə hər il 60-70 min tələbə təhsil alırdı.

135


  Bu  illərdə 

Bakı kitabxanaçılıq texnikumunun, Bakı plan-iqtisad və Gəncə tikinti texnikumları, 

Şuşa pedaqoji məktəbini tədris binaları və yataqxanaları, Mingəçevir və Naxçıvan 

politexnikumlarının,  Şəki  pedaqoji  məktəbinin  yataqxanaları  istifadəyə  verildi. 

Tələbələrin təqaüdü üç dəfə artdı.

136


 

70-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali təhsil 

ocaqları fəaliyyətə başladı. 1971-ci ildə Pedaqoji Dillər İnstitutu bazasında Rus dili 

və Ədəbiyyatı (indi Bakı Slavyan Universiteti) və Pedaqoji Xarici Dillər İnstitutları 

(indi  Azərbaycan  Xarici  Dillər  Universiteti)  təşkil  olundu.  Azərbaycan  Dövlət 

Pedaqoji  İnstitutunun  filialları  əsasında  1972-ci  ildə  Naxçıvan,  1973-cü  ildə 

Xankəndi  (o  vaxt  Stepanakert)  Pedaqoji  İnstitutları,  1976-cı  ildə  İnşaat 

Mühəndisləri İnstitutu, 1981-ci ildə Gəncə Texnologiya İnstitutu təşkil edildi. 80-ci 

illərin sonlarında respublikada 17 ali məktəb vardı.

137


 Ali təhsilin maddi bazasının 


173 

 

möhkəmlənməsinə  diqqət  göstərilirdi.  Neft  və  Kimya,  Xarici  Dillər  İnstitutları, 



Dövlət  Universitetinin  humanitar  fakültələri,  pedaqoji  institutlar  üçün  korpus 

binaları  istifadəyə  verildi.  Politexnik  İnstitutunun  təhsil  binası  genişləndi,  Neft-

Kimya İnstitutunun yataqxanası üçün doqquz mərtəbəli bina istifadəyə verildi. Bir 

çox  ali  məktəbdə  bədən  tərbiyəsi  və  idman  məşğələləri  üçün  təhsil-maddi  baza 

genişləndirildi. Universitetin təhsil-idman kompleksi və futbol meydançası, böyük 

idman salonu və 25 metrlik üzgüçülük hovuzu, boks və ağır atletika salonu, Neft-

Kimya  İnstitutunun  velosiped  stansiyası,  Ç.İldırım  adına  Politexnik  İnstitutunun 

səkkiz salonlu idman korpusu, Bədən Tərbiyəsi İnstitutunun altı idman salonu olan 

yeni binası və s. tikildi.

138


 

80-ci  illərin  axırlarında  respublikanın  ali  məktəblərində  8,5  min  nəfər,  o 

cümlədən  612  professor,  akademik  (onların  581-i  elmlər  doktoru),  3021  dosent 

dərs  deyirdi.

139

  Ali  məktəblərdə  avtomatik  idarəetmə  sistemi,  elektrotexnika, 



biokimya,  rabitə  texnikası  kimi  istehsalın  və  elmi  texniki  tərəqqinin  tələb  etdiyi 

yeni sahələr üzrə mütəxəssislər hazırlanmağa başlanmışdı. 

Respublika  ali  məktəblərinin  flaqmanı  olan  Azərbaycan  Dövlət 

Universitetində (indi Bakı Dövlət Universiteti) 13 min tələbə təhsil alırdı. Onların 

təlim-tərbiyəsinə 1200 professor-müəllim cəlb olunmuşdu.

140


 

Azərbaycan Dövlət Universiteti xüsusən Azərbaycan dilinin, xalqın tarix və 

mədəniyyətinin  qorunub  saxlanılmasında,  inkişaf  etdirilməsində,  gənclərdə  milli 

köklərə  bağlılığın  möhkəmlənməsində,  azadlıq  ideyalarının  yayılmasında  mühüm 

rol oynamışdı. 

Ali məktəblərdə hər il 100 mindən artıq tələbə təhsil alır, 17-18 min gəncə 

ali təhsilli mütəxəssis diplomu verilirdi.

141


 

Azərbaycan  üçün  SSRİ-nin  mərkəzi  ali  məktəblərində  də  kadrlar 

hazırlanırdı.  Əvvəllər  hər  il  cəmi  40-50  nəfər  gənc  SSRİ-nin  qabaqcıl  ali 

məktəblərinə  qəbul  edilirdi.  Heydər  Əliyevin  rəhbərliyi  illərində  bu  iş  daha  da 

genişləndi.  70-80-ci  illərdə  SSRİ-nin  50-dən  çox  şəhərində  135  mülki,  105  hərbi 

ali məktəbdə respublika üçün 17 mindən çox mütəxəssis kadr hazırlanmışdı.

142

 

Məktəblərdə  tədrisin  məzmununda  müəyyən  dəyişikliklər  baş  verdi.  Orta 



məktəblərdə 1975/76-cı tədris ilindən dövlət və hüququn əsasları tədris olunmağa 

başlanmışdı.  1974-cü  ildə  "Azərbaycan  tarixi"nin  tədrisi  60  saata  qaldırıldı.  Ali 

məktəblərdə  kommunizm  məsələləri,  partiya  tarixi,  marksist  fəlsəfə  və  siyasi 

iqtisadın  tədrisinə  mərkəzi  hakimiyyət  tərəfindən  diqqət  artırıldı.  Məktəblərdə 

sovet  cəmiyyəti antaqonist ziddiyyətsiz, qüsurlardan  xali bir ictimai quruluş  kimi 

təqdim  və  təqdir  edilirdi.  "Azərbaycan  tarixi"nə  barmaqarası  baxılır,  bu  fənn 

saxtalaşdırılmış  dərsliklər  və  proqramlar  üzrə  tədris  olunurdu.  Əvvəllər  olduğu 

kimi, yenə də "SSRİ tarixi" adı altında əsasən Rusiyanın tarixi təqdim edilirdi. 




174 

 

Sovet  cəmiyyətində  iqtisadi  inkişaf  sürətinin  durmadan  zəifləməsi  ilə 



əlaqədar  ideoloji  təzyiq  xeyli  güclənsə  də,  siyasi  biliklərlə  real  həyat  arasında 

uyğunsuzluğun  dərk  olunması  şagird  və  tələbələrdə,  ümumiyyətlə  bütün  xalqda 

ictimai elmlərə, onların təbliğ etdiyi quruluşa inamsızlıq yaratmışdı. 

Məktəblərdə,  xüsusən  ali  və  orta  ixtisas  məktəblərində  biliklərin 

qiymətləndirilməsində,  qəbul  imtahanlarında  qeyri-obyektivlik  adi  hala 

çevrilmişdi. Tapşırıqla, rüşvətlə qiymət almaq halları geniş yayılmışdı. Buna görə 

də  istedadlı,  qabiliyyətli  şəxslər  ali  məktəblərə,  elmi  müəssisələrə  çox  vaxt 

çətinliklə yol tapırdılar.

143

 Lakin bununla yanaşı, əhalinin təhsil səviyyəsi artmaqda 



idi.  80-ci  illərin  sonlarında  yaşı  15-dən  yuxarı  olan  əhalinin  hər  1000  nəfərindən 

129-u ali, 146-sı orta ixtisas, 425-i ümumi orta, 190-nı natamam orta təhsilli idi.

144

 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin