AZƏRBAYCANIN ĠNKĠġAFINDA DÖNÜġ
MƏRHƏLƏSĠ
§1. RESPUBLĠKANIN ĠCTĠMAĠ-SĠYASĠ HƏYATI
Azərbaycan KP Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən
Plenumu Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisə idi.
Plenumda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi
seçildi. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində, fəhlə ailəsində
anadan olmuşdu. Naxçıvanda orta təhsil almış, Pedaqoji Texnikumu bitirmişdi.
1939-1941-ci illərdə o, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində
oxumuşdu. H.Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər
Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarlığı Sovetində şöbə müdiri,
1944-cü ildən Dövlət Təhlükəsizlik orqanlarında işləmişdi. 1957-ci ildə
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi. Ağılı və işgüzarlığı
sayəsində H.Əliyev general-mayor rütbəsinədək yüksəlmişdi. 1956-1965-ci illərdə
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi Əks-Kəşfiyyat İdarəsinin rəisi,
1965-ci ildən bu Komitə sədrinin müavini, 1965-ci ildən isə sədri olmuşdu.
Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli
qoyuldu.
1
Həmin il avqustun 5-də H.Ə.Əliyev Azərbaycan KP MK Plenumunda
çıxış edərək, respublikanın iqtisadiyyatını dərin və hərtərəfli təhlil etdi, təsərrüfata
rəhbərlikdə, mədəni quruculuqda, ideoloji işdə ciddi nöqsanlar olduğunu qeyd etdi
və onları aradan qaldırmaq yollarını göstərdi. Azərbaycan KP MK Avqust
plenumunda dövlət əmək intizamını möhkəmləndirmək, respublikada mənəvi-
psixoloji iqlimi sağlamlaşdırmaq vəzifələri irəli sürüldü. Heydər Əliyevin
rəhbərliyi altında Azərbaycan KP-nin XXVIII (10-12 may 1971-ci il), XXIX (28-
30 yanvar 1976-cı il), XXX (28-30 yanvar 1981-ci il) qurultaylarında, MK-nın
plenumlarında, vaxtaşırı çağırılan müşavirələrdə respublikanın iqtisadi, mənəvi və
sosial-mədəni inkişafının konkret vəzifələri, təşkilati tədbirlər müəyyən edildi.
2
Heydər Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli
möhkəmləndirdi. Rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başladı.
Sovet hakimiyyəti tarixində ilk dəfə sosialist cəmiyyətində vəzifədən sui-istifadə,
korrupsiya kimi mənfi hallar olduğunu və onlara qarşı mübarizənin vacibliyini
cəsarətlə elan etdi və bu hallara qarşı qəti mübarizəyə başladı.
3
Heydər Əliyevin
SSRİ rəhbərliyində böyük nüfuzu vardı. O, 1976-cı ildə Sov.İKP MK Siyasi
Bürosu üzvlüyünə namizəd seçildi və bu vəzifənin verdiyi imkanlardan
144
Azərbaycanın inkişafı naminə məharətlə istifadə etdi.
4
Heydər Əliyev böyük
uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-
mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi. Partiya lideri
olmaqla bərabər, o, həm də SSRİ Ali Sovetinin (8-10-cu çağırış.) deputatı, onun
yuxarı palatası olan İttifaq Sovetinin sədr müavini (9-cu çağ.), habelə Azərbaycan
SSR Ali Sovetinin (7-10-cu çağırış.) deputatı və Rəyasət Heyətinin üzvü kimi
geniş dövlətçilik fəaliyyəti göstərirdi.
5
Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi -
Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanın iqtisadi inkişafı üçün olduqca
böyük əhəmiyyətə malik beş mühüm qərar qəbul etdi.
6
Bu qərarların biri
Azərbaycanın xalq təsərrüfatının inkişafına İttifaq fondundan külli miqdarda vəsait
ayrılmasına əsas oldu. Heydər Əliyevin həyata keçirdiyi siyasət bütün sahələrdə
olduğu kimi, qanunverici orqanlara da ən bacarıqlı və layiqli adamların seçilməsinə
imkan yaratdı. Bu orqanların işi xeyli fəallaşdı, yeni komissiyalar yaradıldı, onların
səmərəli işləməsi üçün qayğı göstərildi.
Azərbaycan parlamenti respublikanın iqtisadi, mədəni inkişafı üçün hüquqi
baza yaradan onlarla qanun qəbul etdi. Heydər Əliyev respublikada qanunçuluğun
hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin
təşəbbüsçüsü oldu.
7
70-ci illərdə və 80-ci illərin əvvəllərində Azərbaycanın mülki,
mülki-prosessual, cinayət-prosessual məcəllələrinə əlavələr və dəyişikliklər edildi.
Azərbaycan SSR-in məhkəmə quruluşu, səhiyyə, dövlət notariatı, xalq təhsili, tarix
və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə edilməsi, Nazirlər
Soveti, xalq deputatları sovetləri haqqında qanunlar, torpaq, əmək haqqında qanun
məcəllələri, inzibati hüquq
pozuntuları haqqında, ailə və nikah haqqında məcəllələr
qəbul edildi.
8
H.Əliyev 1977-ci il SSRİ Konstitusiyasını hazırlayan Konstitusiya
Komissiyasının üzvü və 1978-ci il Azərbaycan SSR-in Konstitusiyasını hazırlayan
Konstitusiya Komissiyasının sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi.
9
Heydər Əliyev Azərbaycanın suveren hüquqlarının pozulmasına qarşı yönələn
bütün cəhdlərin qarşısını vaxtında, qətiyyətlə alırdı. SSRİ-nin 1977-ci ilin
oktyabrında qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri
xüsusən artmışdı və yalnız Heydər Əliyevin SSRİ Konstitusiyasını hazırlayan
Komitənin üzvü kimi SSRİ rəhbərliyi qarşısında qoyduğu qəti tələblər nəticəsində
o vaxt Dağlıq Qarabağın statusu məsələsinə baxılmadı.
10
Heydər Əliyevin
rəhbərliyi altında fəaliyyət göstərən respublika Konstitusiya Komissiyasının
hazırladığı yeni "Azərbaycan SSR Konstitusiyası" 1978-ci il aprelin 21-də qəbul
edildi. Bu Konstitusiya mövcud olan dar imkanlar daxilində xalqın mənəvi
sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün
hüquqi əsasları genişləndirdi.
11
Ölkə rəhbərliyinin etirazına baxmayaraq,
H.Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili respublikada dövlət dili
statusunu saxladı.
145
"Qoy ədalət zəfər çalsın!" - o zaman Heydər Əliyevin söylədiyi və bütün
əməllərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrilmişdi.
12
Seçkili hakimiyyət orqanları respublikanın siyasi, iqtisadi və mədəni
həyatında əhəmiyyətli rol oynayırdı. Azərbaycan SSR Ali Sovetinə Süleyman
Rüstəm (I-XI çağırışlar, VIII-XI çağırışlarda Azərbaycan SSR Ali Sovetinin sədri
olub), Mustafa Topçubaşov (I-X çağırışlar), Fikrət Əmirov (IV-IX çağırışlar),
Mikayıl Abdullayev (V-IX çağırışlar) və b. görkəmli şəxsiyyətlər
13
deputat seçildi.
SSRİ Ali Sovetində Azərbaycanı Mirzə İbrahimov (I-V, VII, VIII, X çağırışlar),
Rəşid Behbudov (VII-IX çağırışlar), Qara Qarayev (V-IX çağırışlar), Həsən
Abdullayev (VII-IX çağırışlar), Şamama Həsənova (IV-XI çağırışlar, 1960-1974-
cü illərdə SSRİ Ali Soveti sədrinin müavini olub), Sərdar İmrəliyev (VI-IX
çağırışlar) və b. qabaqcıl elm, mədəniyyət, incəsənət xadimləri, əmək qabaqcılları
təmsil edirdilər.
14
Yerli Sovetlərə 1969-cu ildə 44,5 min, 1982-ci ildə 50,8 min nəfərə qədər
deputat seçilmişdi. Bu sovetlərdə 9,5 mindən çox daimi komissiya fəaliyyət
göstərirdi. 80-ci illərin əvvəllərində partiya sıralarında 400 minə qədər üzv və
namizəd, komsomol təşkilatlarında milyondan çox gənc, həmkarlar ittifaqlarında
2,6 milyon nəfərə qədər əməkçi birləşmişdi.
15
Heydər Əliyevin mövcud reallıqlar daxilində məharətlə həyata keçirdiyi
çoxcəhətli siyasi-dövlətçilik fəaliyyəti sayəsində partiya, sovet, həmkarlar
ittifaqları, komsomol və b. ictimai təşkilatların diqqəti respublikanın iqtisadi, kadr,
mənəvi potensialının sürətlə artmasına yönəldildi. Bunun nəticəsi idi ki, 70-ci
illərdə Sovet İttifaqında əsas orta iqtisadi göstəricilərin artım sürətinin aşağı
düşdüyü bir vaxtda Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan
artırdı. 14 ildə respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2
(əvvəlki 50 ildəki qədər), xalq istehlakı malları istehsalı 3 dəfə, kənd təsərrüfatında
məcmu məhsul 2,7 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş,
iki milyondan çox adamın mənzil şəraiti yaxşılaşdırılmışdı.
16
Xalqın öz gücünə,
təsərrüfatçılıq qabiliyyətinə, mənəvi potensialına inam qüvvətləndi. 1970-1982-ci
illərdə respublika 12 dəfə müxtəlif Ümumittifaq yarışlarının qalibi oldu, keçici
Qırmızı Bayraqlara layiq görüldü. 1970-ci ildə Oktyabr İnqilabı, 1972-ci ildə
Xalqlar Dostluğu, 1980-ci ildə Lenin ordenləri ilə təltif edildi.
17
Heydər Əliyevin
təşəbbüsü və siyasi iradəsi ilə partiya, həmkarlar və komsomol təşkilatları,
sovetlər, yaradıcılıq ittifaqları xalqın mənəvi dəyərlərinin öyrənilməsinə və
təbliğinə diqqəti artırmışdı. Milli mənəvi sərvətlərin tədqiqi və təbliği, tarixi
araşdırmaların geniş vüsət alması Heydər Əliyev dövrünün həyata keçirilən
tədbirləri idi.
18
Nizaminin, Əcəminin, Nəsiminin, Tusinin, Vaqifin, Aşıq Ələsgərin,
Aşıq Alının,Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Hüseyn Cavidin və
başqa elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, Azərbaycan
146
professional teatrının yüz illiyi təntənə ilə qeyd olunmuşdu. Azərbaycan tarixinə və
Azərbaycan dilinə aid qiymətli araşdırmalara yüksək dövlət mükafatları verilməsi
ziyalıları bu sahələrdə fəaliyyətlərini genişləndirməyə ruhlandırırdı. 1977-ci ildə
Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu, bu sahədə
səmərəli işlər görüldü. Bir zamanlar "pantürkist" kimi damğalanmış Hüseyn
Cavidin cəsədinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən
gətirilib Naxçıvanda
torpağa tapşırıldı.
19
Cənubi Azərbaycanla birlik, həsrət hisslərinin ədəbi ifadəsinə
geniş imkanlar açıldı. 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqının Cənubi
Azərbaycan üzrə katibi seçildi.
20
Heydər Əliyev faşizmə qarşı mübarizədə
Azərbaycan xalqının oynadığı rolun düzgün qiymətləndirilməsinə çalışırdı. O,
Mehdi Hüseynzadənin Avropanın böyük antifaşist hərəkatında qəhrəmanlığının
təbliğinin, haqqında əsərlər, kinofilm çəkilməsinin, ona heykəllər qoyulmasının
təşəbbüsçüsü olmuşdu.
70-ci illərdə onun təşəbbüsü ilə Taqanroqda 416-cı Azərbaycan
diviziyasının böyük qələbəsinə möhtəşəm xatirə ansamblı, Sevastopolda
Sapundağda 77-ci Azərbaycan diviziyasının şərəfinə böyük abidə ucaldılmışdı.
Heydər Əliyev Bakı neftinin İkinci dünya müharibəsində faşizm üzərində qələbədə
oynadığı ümumdünya tarixi əhəmiyyətli rolunun SSRİ rəhbərləri tərəfindən etiraf
edilməsinə nail oldu. 1978-ci ildə Bakı Lenin ordeni ilə təltif edildi.
21
Heydər Əliyevin təşəbbüsü ilə partiya və dövlət orqanlarının, ictimai
təşkilatların, ziyalıların respublikanın milli kadr potensialının möhkəmlənməsinə
diqqəti artdı. Minlərlə azərbaycanlı gənc SSRİ-nin aparıcı təhsil və elm ocaqlarına
göndərildi. Milli hərbi kadrlar hazırlanmasına böyük qayğı göstərildi. 1971-ci ildə
respublika orta hərbi internat məktəbi təşkil edildi. 70-80-ci illərdə SSRİ-nin hərbi
məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit
hazırlandı.
22
Heydər Əliyevin məqsədyönlü siyasi fəaliyyəti nəticəsində Azərbaycanda
milli özünüdərk prosesi xeyli güclənmişdi. Yaradıcı ziyalılar üçün sərbəst düşüncə
və iş şəraiti yaradılmışdı.
23
"Gəncə" sözü yasaq edildiyi vaxt "Yeni Gəncə" rayonu yaradılmışdı.
24
Bakı
rayonlarına "Nizami" və "Nəsimi" adları verildi. Rayonlara Naxçıvanda "Babək",
Yuxarı Qarabağda "Əsgəran" adlarının verilməsi, Naxçıvan MSSR-də Sədərək
qəsəbəsinin salınması bu yerlərin əzəli Azərbaycan torpaqları olduğunu bir daha
təsdiqləyirdi. Heydər Əliyev ilk dəfə "İran Azərbaycanı" kimi məqsədli təhrifi
"Cənubi Azərbaycan" kimi obyektiv terminlə əvəz etdi.
Naxçıvan MSSR və DQMV-nin iqtisadi və mədəni tərəqqisinə diqqət
artırılmışdı. Şuşa şəhərinin inkişafı üçün bir neçə xüsusi qərar qəbul edildi. Şəhərin
tarixi abidələrinin bərpa olunmasına, yeni binaların tikilməsinə başlanıldı. 1980-
1981-ci illərdə Molla Pənah Vaqifin qəbri üzərində böyük məqbərə ucaldıldı.
26
147
Üzeyir Hacıbəyovun, Bülbülün ev - muzeyləri açıldı. Natəvanın heykəli
qoyuldu.
27
Şəhərdə böyük mehmanxana, çoxmərtəbəli yaşayış binaları, inzibati
binalar tikildi. Şuşa Ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Dağlıq
Qarabağda əhalinin təminatı həmişə Azərbaycan SSR üzrə orta göstəricilərdən
yüksək olurdu, 1973-cü ildə Stepanakertdə Azərbaycan Pedaqoji İnstitutunun filialı
əsasında Pedaqoji İnstitut açıldı. 1979-cu ildə Ağdamdan buraya dəmir yolu
çəkildi.
28
Heydər Əliyevin ağıllı və uzaqgörən siyasəti sayəsində partiya, sovet
orqanları, ictimai təşkilatlar öz işini elə qurmuşdu ki, erməni separatçıları açıq
çıxışlardan çəkinirdilər. 1977-ci ildə Dağlıq Qarabağ məsələsi növbəti dəfə
qaldırılsa da, qarşısı qətiyyətlə alınmışdı.
29
Heydər Əliyev erməni millətçilərinin niyyətini yaxşı dərk edir, sərhəd
rayonlarının iqtisadi və sosial-mədəni inkişafına böyük əhəmiyyət verir, qayğı
göstərirdi. 70-ci illərdə mərkəz ermənilərin təhriki ilə Kəlbəcər rayonunun
perspektivsizliyi, buradan əhalinin köçürülməsi, torpaqların isə yaylaq kimi
respublikalar arasında bölüşdürülməsi haqqında məsələ qaldırdı. Buna qarşı
H.Əliyev 1977-ci ildən bu rayonun potensial imkanlarını genişləndirmək tədbirləri
hazırlanmasına və həyata keçirilməsinə nail oldu. İqtisadiyyat xeyli dirçəldi.
Mərkəzin, erməni millətçilərinin niyyətləri alt-üst oldu.
30
Respublikada qadın şuraları, küçə, məhəllə, məktəb valideyn komitələri,
əmək veteranları şuraları, könüllü xalq drujinaları və b. kütləvi özfəaliyyət
təşkilatları səmərəli fəaliyyət göstərirdi.
4 minə qədər yoldaşlıq məhkəməsi, 25 mindən artıq nəzarət qrupu movcud
idi.
31
Respublikanın ictimai-siyasi həyatında dövlət bayramlarının, tarixi günlərin,
rayonlarda məhsul bayramlarının qeyd edilməsi, əldə edilmiş müvəffəqiyyətlərlə
bağlı təltiflərin verilməsi, habelə SSRİ partiya və dövlət başçısı L.İ.Brejnevin
Bakıya gəlməsi (1970,1978 və 1982-ci illərdə), Azərbaycanda müttəfiq
respublikaların mədəniyyət, ədəbiyyat və incəsənət günlərinin, festivalların,
beynəlxalq konfransların və s. keçirilməsi ilə əlaqədar təşkil olunan tədbirlər daha
zəngin, canlı və maraqla həyata keçirilirdi.
Azərbaycanda siyasi həyatın sürətlə inkişafı, partiyanın qanunverici
hakimiyyət orqanının, yerli sovetlərin, ictimai-siyasi təşkilatların, yaradıcılıq
ittifaqlarının işindəki mühüm irəliləmələr Heydər Əliyevin şəxsiyyəti, onun
çoxcəhətli idarəçilik istedadı, siyasi- dövlətçilik fəaliyyəti ilə sıx bağlı idi. Bununla
əlaqədar o, 1982-ci ilin dekabrında Moskvaya yüksək dövlət və partiya vəzifələrinə
dəvət olundu. Sov.İKP MK Siyasi Bürosuna üzv seçildi, SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini təyin edildi.
32
H.Əliyev bu vəzifələrdən də xalqın naminə səmərəli istifadə edirdi.
148
Beləliklə, 70-ci illərdə və 80-ci illərin birinci yarısında Heydər Əliyevin
çoxcəhətli partiya və dövlət idarəçiliyi sayəsində Azərbaycanın ictimai-siyasi
həyatı olduqca zənginləşdi. İnsanların partiya və dövlət orqanlarının, ictimai
təşkilatların işində fəallığı artdı. Partiya və dövlətin, yerli sovetlərin, həmkarlar
ittifaqlarının, komsomolun, ziyalıların, yaradıcılıq təşkilatlarının əsas diqqəti
respublikanın
iqtisadi, sosial-mədəni tərəqqisi, xalqın milli oyanışına
istiqamətləndirilmiş siyasətin reallaşdırılmasına yönəldildi və səmərəli nəticələr
verdi.
Heydər Əliyev kimi fitri istedadlı, uzaqgörən, xalqını sonsuz məhəbbətlə
sevən, mütəfəkkir bir şəxsiyyətin, praqmatik siyasətçinin Azərbaycana rəhbərlik
etməsi respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında sürətli yüksəlişə
səbəb oldu.
Dostları ilə paylaş: |