§2. ĠQTĠSADĠ ĠNKĠġAF
XX əsrin ikinci yarısının 1970-1985-ci illəri Azərbaycan iqtisadiyyatının
keçdiyi əvvəlki inkişaf illəri ilə müqayisədə ən əlamətdar və böyük yüksəliş dövrü
kimi tarixə daxil olub. Həmin ərəfədə Azərbaycanın yeni rəhbəri seçilmiş
H.Ə.Əliyevin fədakar və böyük vətənpərvər yaradıcı fəaliyyəti respublika
həyatının bütün sahələrində olduğu kimi, onun sosial-iqtisadi tərəqqisində də əsl
dönüş mərhələsi yaratdı. H.Əliyev həmin dövrdə iqtisadiyyatın mövcud şəraitdə
mümkün olan ən münasib strateji inkişaf məqsədlərini əzm və cəsarətlə müəyyən
etdi. Onların başlıca mahiyyəti ondan ibarət idi ki, sovet quruluşunun bütün
dövrlərində bir çox respublikalarda, xüsusən Azərbaycanda məhsuldar qüvvələrin
inkişafında hökm sürən bir sıra yanlış prinsiplərin əksinə olaraq, onun yüksəlişi
respublikanın böyük imkanlarının istifadəsinə və zəruri tələblərinin ödənilməsinə
əsaslanmalıdır. Ancaq bu yolla Azərbaycanın milli iqtisadiyyatının geniş təşəkkül
məqsədlərinə daha çox cavab verən hərtərəfli kompleks inkişaf meylinin möhkəm
əsasları yarana bilərdi. Ona görə də, iqtisadiyyatın nəzərdə tutulan boyük miqyaslı
inkişafının sürətlə və tələb olunan səviyyədə genişləndirilməsi məqsədilə, ilk
növbədə, yaranmış istehsal potensialından tam istifadə edilməsi tələb olunurdu.
Lakin respublika iqtisadiyyatını düşdüyü gerilikdən çox qısa vaxtda çıxarmaq üçün
təkcə bu vəzifənin həlli kifayət deyildi. Həm də əvvəllər onun sosial-iqtisadi
inkişafında əldən verilmiş imkanlar nəticəsində məhsuldar qüvvələrin ümumi
səviyyəsində yaranmış boşluqların müəyyən dərəcədə doldurulması üçün zəruri
olan əlavə vəsaitin ittifaq hökumətindən alınması məqsədilə böyük müdrikliklə
düşünülmüş və elmi cəhətdən əsaslandırılmış tələblərin irəli sürülməsi çox vacib
idi. H.Əliyevin təşəbbüsü ilə ittitaq hökuməti Azərbaycanda sənayenin və kənd
təsərrüfatının intensiv ınkişafı üçün beş xüsusi qərar qəbul etdi, xeyli vəsait və
149
maddi-texniki resurslar ayrıldı. Azərbaycanda iqtisadi quruculuq fəaliyyəti 70-ci
illərin ilk ilindən sürətlə başlandı. Sərmayə qoyuluşunun həcmi 1971-1985-ci
illərdə 32 milyard rubl təşkil edirdi ki, bu da sovet dövrünün əvvəlki 50 ilində cəmi
istifadə edilən vəsaitdən 2,1 dəfə çox idi.
33
Başqa sözlə, göstərilən 15 ildə hər il
orta hesabla 2133 milyon rubl vəsait istifadə olunurdu ki, bu da əvvəlki 50 ilin orta
illik göstəricilərindən 7 dəfə (288 milyon) çox idi.
Respublikada 70-ci illərdən başlayaraq məhsuldar qüvvələrin inkişafı, onun
imkanlarından daha səmərəli istifadə edilməsi və müasir inkişaf meyllərinin
vəzifələrinə uyğun möhtəşəm quruculuq proqramı iqtisadiyyatın strukturunda
zəruri təkmilləşmənin əsasını qoydu.
Azərbaycanda sənayenin maşınqayırma, kimya, neft-kimya, tikinti
materialları, yeyinti sənayesi və b. sahələrin inkişaf imkanları çox olduğundan
1971-1985-ci illərdə mənimsənilən sərmayə qoyuluşunun 45%-dən çoxu bu
sahələrin artımı üçün istifadə edildi. Məhz buna görə sənaye daha sürətlə inkişaf
edirdi. Onun quruluşunda ciddi dəyişikliklər baş verdi. Belə ki, sənayedə
maşınqayırma kompleksinin xüsusi çəkisi 1960-cı ildəki 5,1 faizdən 1985-ci ildə
16,4 faizə, kimya, neft-kimya və meşə sənaye kompleksinki müvafiq qaydada 4,1-
dən 8,7 faizə, tikinti materialları istehsalı 2,7-dən 3,2 faizə, yeyinti sənaye
kompleksinin xüsusi çəkisi 15,3-dən 31,3 faizə qalxdı.
34
Respublikanın güclü elmi-texniki və istehsal potensialına söykənərək
iqtisadiyyatın mühüm istiqamətlərinin inkişafı ardıcıl mərhələlər üzrə həyata
keçirilirdi. Zəngin yerli təbii sərvətlər əsasında əlvan metallurgiyanın yeni istehsal
sahələri yaranırdı. Qara metallurgiyada yüksək keyfiyyətli məhsullar istehsal edən
elektrometallurgiya mənimsənilirdi. Əvvəllər daha çox xammalın ilkin emalı ilə
məhdudlaşan kimya sənayesi üzrə müxtəlif çeşidli və təyinatlı məhsullar istehsalı
səmərəli inkişaf edirdi. Üzümçülük istehsal kompleksi ilə bağlı yeni sənaye
sahələri tərəqqi edirdi. Kənd təsərrüfatı təyinatlı maşınqayırma sənayesində daha
əhəmiyyətli yeni müəssisələrin yaradılması sahəsində ciddi işlər gorülürdü.
Respublika üçün həyati əhəmiyyət kəsb edən maşınqayırmanın önəmli
istiqamətləri əsasında yeni müəssisələr yaradılırdı.
XX əsrin 60-cı illərindən başlayaraq, əsasən Sovet İttifaqının başqa ərazi
hissələrində, xüsusilə Qərbi Sibirdə yeni neft yataqlarından çox böyük həcmdə
daha ucuz xammal çıxarılırdı. Yanacaq sənayesinin inkişafına lazımi qədər vəsait
ayrılmaması nəticəsində respublikada 60-cı illərin ikinci yarısından neft hasilatı
ildən-ilə aşağı düşməyə başladı. Lakin 80-ci illərin ikinci yarısından onun hasilat
səviyyəsi sabitləşdirildi və uzun müddət 13 milyon həcmində saxlanıldı.
35
Bu
illərdə Azərbaycanda təbii qazın çıxarılması sahəsində də uğurlar qazanıldı. Qaz
hasilatı 1970-ci ildəki 5521 milyon kubmetrdən 1980-ci ildə 14 milyard kubmetrə
çatdırıldı.
36
Demək olar ki, 70-80-ci illərdə Azərbaycanın qazlaşdırılması əsasən
150
başa çatdırıldı. Bakıda müasir texnologiyaya əsaslanan neft emalı üzrə yeni
qurğuların yaradılması nəticəsində Azərbaycan qonşu respublikalardan gətirilən
xam neftin də emalını həyata keçirirdi.
Neft hasilatının respublikada sabitləşməsi fürsətindən istifadə edərək,
Azərbaycanda, o cümlədən onun Xəzər sektorunda karbohidrogen xammalın çox
zəngin ehtiyatlara malik olmasına əsaslanaraq, geoloji-kəşfiyyat işlərinin geniş
miqyasda həyata keçirilməsinə başlanıldı. Məhz həmin illərdə Azərbaycanın neft
sənayesinin Xəzər dənizi hesabına böyük gələcəyini nəzərə alaraq, son dərəcə
mühüm bir tədbir həyata keçirildi. Sovet İttifaqının ümumi vəsaitindən alınan 400
milyon dollar hesabına Bakıda dərin dəniz özülləri kimi çox nəhəng bir zavodun
tikilməsinə başlandı. 70-80-ci illərdə, xüsusən H.Ə.Əliyevin rəhbərliyi dövründə
Azərbaycanın təbii sərvətlərindən respublikanın öz mənafeyi üçün daha səmərəli
istifadə edilməsinə diqqət yetirildi. Yerli xammal resurslarından son hazır
məhsullar istehsalı sahəsində, hətta mərkəzdən ciddi maneələr törədilsə də,
respublikada çox qəti addımlar atıldı. Az vaxt içərisində yerli alüminium xammalı
əsasında soyuducular üçün buxarlayıcılar və başqa hazır məhsulların istehsalı təşkil
edildi. Salyan plastik kütlə emalı zavodu inşa edildi. Yerli xammal əsasında
respublikada bütün növ parça məhsullarının, geniş çeşidli trikotaj, tikiş
məmulatlarının və digər çoxlu hazır məhsulun istehsal həcmi artdı. Məsələn, həmin
vaxtlar bütün növ parça məhsulları 43 faiz, o cümlədən ipək parçalar iki dəfə,
trikotaj məmulatları iki dəfədən çox, xalça və xalça məmulatları beş dəfəyə qədər
artdı. Sumqayıtda nəhəng EP-300 qurğusunun yaradılması Azərbaycan kimya
sənayesində müxtəlif məhsullar istehsalının əsasını qoydu.
70-80-ci illərdə yeni müəssisələr sənayenin istehsal quruluşunun
təkmilləşdirilməsində və məhsul istehsalının artırılmasında əhəmiyyətli rol
oynamışdır. Belə ki, həmin illərdə Azərbaycanda 218 yeni sənaye müəssisəsi
istifadəyə verildi ki, bu da Sovet hakimiyyətinin əvvəlki 50 ilində istifadəyə verilən
yeni sənaye müəssisələrinin 70 faizə qədərini təşkil edirdi.
37
Mingəçevirdə tikilən
və Cənubi Qafqazda ən iri elektrik stansiyası - Yeni Azərbaycan Dövlət rayon
Elektrik stansiyası, Şəmkir SES-i, Bakı məişət kondisionerləri zavodu, Sumqayıt
kompressorlar zavodu, Salyan plastik kütlə emalı zavodu, Mingəçevir yol
maşınları zavodu və rezin-texnika məmulatları zavodu, Əli Bayramlı məişət
cihazları, habelə sənaye, avtomatika və telemexanika zavodları, Ağdam
dəzgahqayırma və metiz-furnitur zavodları, Neftçala yeni yod-brom zavodu, Bakı
və Xankəndində iri ayaqqabı fabrikləri, Gəncə xalça, qənnadı və çini-saxsı qablar
fabriki, Bakı şampan zavodu, Naxçıvan alt trikotaj fabriki, Yevlax yunun ilkin
emalı fabriki, Göyçay pambıqəyirici fabriki, onlarla yüngül yeyinti və başqa
sənaye müəssisələri istifadəyə verilmişdi.
151
Bu müəssisələrin respublikanın müxtəlif bölgələrində yaradılması ilk
növbədə, Azərbaycan üçün həmişə çox ciddi probleminin - sənayenin regionlarda
qeyri-bərabər
yerləşdirilməsinin həllində mühüm rol oynadı. Tarixən
Azərbaycanda sənayenin birtərəfli inkişafı ilə əlaqədar onun müəssisələri əsasən
Abşeron (Bakı-Sumqayıt) regionunda yerləşdirildiyindən, respublikanın digər
ərazilərində iqtisadiyyatın bu aparıcı sahəsinin ümumi inkişaf səviyyəsi həmişə
xeyli aşağı olmuşdur. 1970-1985-ci illərdə yaradılan yeni sənaye müəssisələrinin
158-i və ya 72 faizi Bakı-Sumqayıt iqtisadi rayonunun hüdudlarından kənarda,
respublikanın başqa ərazi sahələrində istifadəyə verildi. Nəticədə Bakı-Sumqayıt
iqtisadi rayonunun respublika sənaye məhsulu istehsalında xüsusi çəkisi 1970-ci
ildəki 70 faizdən 1985-ci ildə 50 faizə endi, qalan rayonların payı isə 41 faizə
qalxdı.
38
Respublika ərazisində məhsuldar qüvvələrin, xüsusən sənayenin daha
səmərəli yerləşdirilməsi və təkmilləşdirilməsi rayonların simasını kökündən
dəyişdirdi, əhalinin sosial-mədəni həyatı, mədəni şüuru, mənəviyyatı ciddi
dəyişikliklərə səbəb oldu, yerli əmək ehtiyatlarından daha tam istifadə edilməsində
əhəmiyyətli rol oynadı. Belə ki, 1970-1985-ci ildə sənaye sahəsinə 143 min nəfər
əlavə işçi cəlb edilmişdi ki, bu da 1940-cı ildə respublikanın bütün sənayesində
çalışanlardan da bir qədər çox idi.
Ağır və yüngül sənayenin mühüm sahələri geniş inkişaf etmişdi. 1985-ci
ildə 1970-ci ilə nisbətən istehlak malları istehsalının artımı 305,8 faiz, istehsal
vasitələri istehsalı üzrə isə 276,1 faiz oldu. Aparıcı sənaye sahələrinin xüsusi çəkisi
artdı, istehsal olunmuş bütün məhsulların 28 faizi mütərəqqi sənaye sahələrinin
payına düşürdü.
Sov.İKP MK-nın 1976-cı ildə qəbul etdiyi "1976-1980-ci illərdə respublika
sənayesinin ayrı-ayrı sahələrinin inkişafı üzrə Azərbaycan KP MK təkliflərinin
müzakirəsinin nəticələri haqqında" qərarı, H.Ə.Əliyevin qeyd etdiyi kimi, elmi-
texniki tərəqqi əsasında respublikanın sosial-iqtisadi inkişafının prinsipcə yeni
mərhələsinin başlanğıcı oldu: 15 iri kompleks işə düşdü.
41
Elmi-texniki yüksəliş mexanikləşdirilmiş axın və avtomatik xətlərinin,
kompleks-mexanikləşdirilmiş
və
avtomatlaşdırılmış
sahələrin,
sexlərin
istehsalatlarının artmasına şərait yaratdı. Müəssisələrin yeni maşınlarla, texnika ilə
təminatı xeyli yaxşılaşdı. 1971-1985-ci illərdə Azərbaycan iqtisadiyyatının
inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərindən geniş istifadə edilməsi onun
səmərəsini xeyli yüksəltmişdi. Respublika sənayesinin özündə 581 adda maşın,
avadanlıq, aparat və cihaz yaradılmışdı. 1985-ci ildə sənayedə 2519
mexanikləşdirilmiş axın xətti, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks
mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış istehsal sahəsi uğurla işləyirdi.
Sənayedə ilk növbədə elm tutumlu və elmi-texniki tərəqqiyə xüsusi üstünlük
152
verilirdi. Azərbaycan sənayesi bu illərdə ən yüksək keyfiyyət nəticələrinə nail
olmuşdu. Elmi-texniki nailiyyətlərin geniş tətbiqi nəticəsində ən yüksək keyfiyyətli
məhsulların xüsusi çəkisi həmin dövrdə 1,3 faizdən 17,2 faizə qalxmışdı.
Müəssisələrin texniki cəhətdən yenidən qurulması, elektrotexnika, radiotexnika,
dəzgah istehsalı üçün güclü müəssisələr tikmək proqramının həyata keçirilməsi
nəticəsində təcrübə-eksperiment zavodu istismara verildi, neft maşınqayırma,
elektrotexnika və başqa müəssisələrin çoxu yenidən quruldu. 15 ildə
maşınqayırmada istehsalın həcmi 5,3 dəfə artdı, yüzlərlə yeni maşın, aqreqat,
avadanlıq, alət mənimsənildi.
42
Azərbaycan ölkənin ən iri elektrotexnika sənayesi mərkəzlərindən biri oldu.
Respublika elektrotexnika sənayesinin flaqmanı Sovet İttifaqının ən böyük
zavodlarından biri - Bakı məişət kondisionerləri zavodu idi. Bu zavod 1975-ci ildə
H.Ə.Əliyevin təşəbbüsü ilə tikildi. Bu zavodun tikilməyə başlanmasının birinci
günündən onunla bağlı bütün məsələlər şəxsən H.Ə.Əliyevin daimi diqqəti və
inadlı əməyi sayəsində həll olunurdu. Zavod ildə 400 min kondisioner istehsal
etmək gücünə malik idi. 70-ci illərin axırlarında radiomaşınqayırma, elektrik
sobaları istehsal edən zavodlar, alət istehsalı zavodunun ikinci növbəsi və başqa
müəssisələrin tikintisinə başlandı.
Respublikada iri maşınqayırma kompleksi ölkə üçün vacib olan neft-mədən
texnikasının 70 faizdən çoxunu istehsal edirdi.
70-ci illərdə neft sənayesinin inkişafında da yeni dəyişikliklər
baş verdi.
Həmin illərin ikinci yarısında 42 yeni perspektivli sahələr açıldı, 6 km və daha
dərin quyuları istismar imkanları yarandı, neftçilər ilk növbədə dənizin 84 m
dərinliyindən neft çıxaran buruqları yaratdılar, yer səthindən 15 km dərinlikdə
nadir quyu qazdılar. Geoloji kəşfiyyatın effektivliyi xeyli yüksəldi, 22 neft və qaz
yatağı kəşf olundu.
43
60-cı illərə nisbətən neftin sənaye ehtiyatları 3 dəfə, qazıntı
isə 2 dəfə artdı. Bulla - dəniz, Muradxanlı, Kəmaləddin, 28 Aprel adına yeni neft
yataqları neft və qaz verməyə başladı. Neft mədənlərinin yarıdan çoxu
avtomatlaşdırıldı.
44
Üzən buruqlardan "Azərbaycan", "Xəzər", "Oktyabrın 60 illiyi" vasitəsilə
dəniz suyunun 60-70 m qatı altında dərinliyi 6000 m-ə çatan quyular qazılırdı. 70-
ci illərdə dərin dəniz özülləri hazırlayan iri zavodun tikintisinə başlanıldı. Zavod
1986-cı ildə fəaliyyətə başladı.
45
Bu istiqamətdə yeniliyin tətbiqi nəticəsində xeyli
yüksək keyfiyyətli Azərbaycan nefti əldə edildi.
Lakin bir çox müəssisələrdə yeni texnologiya zəif tətbiq edilir, neft
məhsullarının itkisi baş verirdi. Qazıntıda, xüsusən kəşfiyyatda hələ çatışmazlıqlar
var idi. Bunun nəticəsində neft hasilatını artırmaq kimi əsas vəzifə həyata
keçirilmirdi. Bakı şəhərindəki 18 neft-qaz çıxaran və qazıntı ilə məşğul olan
müəssisədən 8-i öz vəzifəsinin öhdəsindən gəlmirdi.
46
153
Neft çıxarılmasının azalması prosesi bütün yanacaq kompleksinin inkişafına
mənfi təsir göstərirdi. Neft emalı sahəsində 1971-ci ildən geniş miqyaslı
yenidənqurma işi həyata keçirildi. 1976-cı ildə YBNZ-də rcspublikada ən iri neft
emalı kompleksi ELOU-AVT qurğusu istismara verildi, texnoloji proseslər
təkmilləşdirildi, neft emalı üsulu yaxşılaşdırıldı, yüksək keyfiyyətli benzin istehsalı
bir yarım dəfəyə qədər, yüksək keyfiyyətli sürtkü yağları istehsalı isə 7,5 dəfə
artdı.
47
70-80-ci illərdə kimya və neft-kimya sənayesinə xlor, kaustik soda, kükürd
turşusu, sulfanol istehsal edən iri müəssisələr əlavə olundu, sintetik yuyucu
vasitələr, superfosfat istehsalı üzrə iri müəssisələr işə düşdü. Mineral gübrə, plastik
kütlə, sintetik kauçuk və sulfanol, kükürd turşusu, məişət kimyası malları istehsalı
çoxaldı.
Respublikada energetika sənayesi sürətlə inkişaf edirdi. Araz üzərində İran
İslam Respublikası ilə müştərək su-elektrik stansiyası, Sumqayıt elektrik
stansiyasının ikinci növbəsi, "Qırmızı ulduz" elektrik stansiyasında iki iri boru
generatoru işə düşmüşdü. Şamxor enerji kompleksinin və Azərbaycan Dövlət
rayon elektrik stansiyasının tikintisinə başlanılmışdı. Əgər 1970-ci ildə Elektrik
Stansiyalarının gücü 2741 min kilovat idisə, 1985-ci ildə bu, 4649 min kilovata
bərabər olmuşdu, elektrik enerjisi istehsalı 12.027 milyon kilovat-saatdan 20.702
kilovat-saata çatmışdı.
48
Metallurgiya sənayesinin inkişafında müəyyən irəliləyişlər baş vermişdi.
Polad istehsalı 1970-ci ildə 441,4 min tondan 1980-ci ildə 575,0 tona çatmışdı.
49
Azərbaycan boru-prokat zavodunda II mexanikləşdirilmiş və avtomatlaşdırılmış
xətlər istismara verilmiş, "252-2" boru-prokat dəzgahı yenidən qurulmuş, boru
istehsalı 2,1 dəfə artmışdı.
50
Zavodun məhsullarından SSRİ-dən başqa 17 xarici
ölkənin neft rayonlarında geniş istifadə olunurdu.
70-80-ci illərdə respublikada əlvan metallurgiya sənayesinin coğrafi
sərhədləri genişləndi. 80-ci ildə bu istehsal sahəsi üzrə Bakıda, Naxçıvanda və
Gəncədə müəssisələr yaradıldı.
Yüngül sənaye məhsulları 1985-ci ildə əvvəlki illərə nisbətən artdı, pambıq
lifi istehsalı 251,1 min ton, xam ipək sapı 456 ton, yun iplik 8,2 min ton, alt trikotaj
paltarı 27,9 milyon ədəd, üst trikotaj paltarı 12,9 milyon ədəd, xalça-palaz və xalça
məmulatı 4045 min kv.m-ə bərabər oldu.
Azərbaycanın ənənəvi sənayesi - yeyinti sənayesi ən sürətlə inkişaf edən
sahələr sırasında idi. Yeyinti məhsulları istehsalının həcminə görə Azərbaycan
yüksək rekorda malik idi. Məsələn, 1985-ci ildə respublikada 76,8 min ton ət, 29,1
min ton kolbasa məmulatları, 219,6 min ton üzlü süd məhsulları, 54,8 min ton bitki
yağı, 619,9 milyon şərti banka müxtəlif konservlər, 94,9 min ton qənnadı
məmulatları, 164,1 milyon yarımlitrlik şüşə mineral sular, 117,9 min ton duz, 18,6
154
min ton təbii çay və s. yeyinti sənaye məhsulları hasil edilmişdi.
51
Bütövlükdə,
yeyinti sənayesi istehsal olunan məhsulun ümumi həcminə görə Azərbaycan
sənaye sahələri üzrə birinci yerdə dururdu.
Azərbaycan Respublikası qiymətli neft məhsulları, neft avadanlığı, polad
boru, əlvan metal, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət
kondisionerləri, avtomobil təkərləri, pambıq lifi, şərab materialları, konservlər
istehsalında Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Respublikanın 350
növ yüksək keyfiyyətli məmulatı dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Lakin bütün İttifaqda olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın mövcud
idarəetmə üsulları onun inkişafını ləngidirdi. Köhnə təsərrüfat mexanizminin
həvəsləndirici fəaliyyəti daha da zəifləmişdi. Artıq köhnə üsullarla iqtisadiyyatı
inkişaf etdirməyin mürnkün olmaması əlamətləri getdikcə özünü daha çox büruzə
verirdi.
Azərbaycan sənayesini 80-ci illərdə inkişaf etdirmək üçün kapital qoyuluşu
24,535 milyon manat təşkil edirdi.
52
Lakin əsas fondların artımı yalnız 22,223
milyon manat oldu,
53
yəni kapital qoyuluşu planı yerinə yetirilmədi. Tikintinin
möhkəm istehsal bazasını yaratmaq məsələləri bəzən ləng həll olunurdu. Tikinti
təşkilatlarının işinə qüvvələrin və vəsaitin sayca çox, həm də ikinci dərəcəli
obyektlər arasında parçalanması mane olurdu.
Azərbaycan iqtisadiyyatının 70-80-ci illərin birinci yarısında böyük
yüksəlişi, təbii ki, ancaq onu təşkil edən bütün sahələrinin həmahəng inkişafı
zəminində başa çatdırılması respublikanın rəhbərliyinə H.Ə.Əliyevin şəxsi
təşəbbüsü, düşüncəsi, inadlı fəaliyyəti sayəsində mümkün oldu.
Azərbaycanın vahid xalq təsərrüfatı kompleksinin çox mühüm sahələrindən
biri olan nəqliyyatın da yeni tələblərə cavab verən səviyyədə inkişafı xüsusilə
zəruri idi. Bu cəhətdən, ilk növbədə, strateji əhəmiyyətə malik, habelə
respublikanın zəngin xammal ehtiyatlarından səmərəli istifadə edilməsi və onun
iqtisadiyyatının arasıkəsilmədən tarazlı inkişafı üçün zəruri olan istiqamətlərdə
yeni nəqliyyat şəbəkələri yaradılmasının uğurla həyata keçirilməsi çox əhəmiyyətli
oldu. Azərbaycan ərazisinin şimal-qərb hissəsini Bakı-Tbilisi dəmir yolu xətti ilə
birləşdirən Yevlax-Balakən (uzunluğu-162 km) dəmir yolu tikilib istifadəyə
verildi. Bu yolun inşası Azərbaycan ərazisinin böyük bir hissəsini respublikanın
ümumi dəmiryol şəbəkəsilə birləşdirməklə, çoxlu xalq təsərrüfatı yüklərinin
səmərəli daşınmasına əlverişli şərait yaratdı. Ağdam-Xankəndi, Ağstafa-İcevan və
s. dəmir yol xətləri də istifadəyə verildi. 70-ci və 80-ci illərin birinci yarısında
dəmir yol xətlərinin uzunluğu 257 km artdı ki, bu da əvvəlki 50 illik sovet
hakimiyyəti məkanında istifadəyə verilən dəmiryol xətlərinin ümumi uzunluğunun
25 faizə qədərini təşkil edirdi. İstismarda olan dəmir yol xətlərinin uzunluğu 1970-
155
ci ildəki 1811-dən 1985-ci ildə 2067 km-ə, o cümlədən elektrikləşmiş xətlərin
uzunluğu 269-dan 1141 km-ə çatdı. Biləcəri deposu istifadəyə verildi.
Avtomobil yollarının inkişafında da əhəmiyyətli irəliləyişlər baş vermişdi.
Bərk örtüklü avtomobil yollarının ümumi uzunluğu 1970-ci ildəki 13,4 min km-
dən 1985-ci ildə 22,4 min km-ə çatdı.
54
Nəqliyyatın başqa vasitələrinin inkişafında
da əhəmiyyətli nailiyyətlər əldə edildi. Nəticədə ümumi istifadədə olunan
nəqliyyatın bütün növlərində yük dövriyyəsi həcmi 1970-ci ildəki 42439 milyon
ton-kilometrdən 1985-ci ildə 61579 milyon ton-kilometrə çatdı.
70-80-ci illərdə nəqliyyatın başqa sahələrində də dəyişikliklər baş vermişdi.
1970-ci ildə Bakı metrosunun "Ulduz" stansiyası istifadəyə verildi. 1972-ci il
noyabrın 6-da metropolitenin Bakının mərkəzini "8-ci kilometr" yaşayış massivi ilə
birləşdirən yeni xətti işə düşdü. 1976-cı ildə "Nizami", 1979-cu ildə "Bakmil"
(Depo) stansiyaları açıldı. 1985-ci il dekabrın 31-də Bakı metropoliteninin ikinci
növbəsi - "Elmlər Akademiyası", "İnşaatçılar", "XI Qızıl Ordu" (indiki - "20
Yanvar") və "Memar Əcəmi" stansiyaları istifadəyə verildi. Bakı metro
stansiyalarının sayı 16-ya, yeraltı magistralın uzunluğu 25 km-ə çatdı. 1989-cu ildə
"Xalqlar dostluğu" və "Əhmədli" stansiyaları işə salındı.
55
Azərbaycanın dəniz nəqliyyatı da inkişaf edirdi. Bakı dəniz gəmiçiliyi
neftdaşıyan, quru maldaşıyan, sərnişindaşıyan böyük donanmaya malik idi. Bakı-
Krasnovodsk bərəsi ilə daşınma Qafqazın Orta Asiya, Qazaxıstan və Sibir ilə
nəqliyyat əlaqələrini yaxşılaşdırmışdı. Qara dənizdə olan Xəzər dəniz gəmiçiliyi
gəmiləri İtaliya, Əlcəzair, Birləşmiş Ərəb Respublikası, Polşa, Rumıniya,
Bolqarıstan və b. bir çox ölkələrin limanlarına ardıcıl reyslər edirdilər.
1985-ci ildə Xəzərdə yeni bərə keçidi açıldı. Bu bərə Azərbaycanı
Qazaxıstanla birləşdirdi. Yeni xəttin hazırlanması və açılmasına hazırlıqla əlaqədar
olaraq donanmanın bərələrinin sayı artırıldı. Xəzərə "Sovet Dağıstanı" və "Sovet
Tacikistanı" gəmiləri gətirildi. 80-ci illərin birinci yarısında Xəzər dəniz
gəmiçiliyində donanmanın üçdə biri təzələndi.
Respublika iqtisadiyyatında mülki aviasiya mühüm rol oynayırdı. 70-ci
illərdə Naxçıvanda, Xankəndində, Balakəndə, Zaqatalada YK-40 reaktiv
təyyarələrini qəbul etmək üçün təbii örtüyü olan uçuş-enmə zolaqları yaradıldı.
1974-cü ildə Naxçıvanda hava limanı
tikildi. Füzulidə, Naftalanda yeni
aerovağzallar yaradıldı. 70-ci illərin
birinci yarısında Bakı təyyarə limanı yenidən
quruldu, təyyarə parkı təzələndi,
56
TU-154 magistral təyyarəsini qəbul etmək üçün
uçuş- enmə xətti yaradıldı.
80-ci illərdə Bakıda Hava Rabitəsi Mərkəzi Agentliyinin yeni binası açıldı.
1985-ci ildə Bakı Sovet İttifaqının 80 şəhəri və sənaye
mərkəzləri ilə hava xətti ilə
birləşdirildi, Gəncədə yeni aerovağzal istifadəyə verildi.
156
Şəhərlərarası, şəhərlərətrafı, şəhərlərdaxili sərnişin daşınması xeyli artmışdı.
Şəhərlərarası avtobus xətləri 1970-ci ildə 302-dən 1990-cı ildə 426-ya çatdı.
Avtomobil nəqliyyatı ilə sərnişindaşımaları 1970-1985-ci illərdə 3 dəfə
çoxalmışdı.
57
Nəqliyyatın digər növləri də inkişaf edirdi. 1970-ci ildə taksi maşınlarında
22,9 milyon, 1980-ci ildə 42 milyon, 1985-ci ildə isə 60 milyon sərnişin
daşınmışdı.
58
Sərnişinlərin tramvayla daşınması ənənəsi azalmağa doğru gedirdi.
1960-cı ildə 100,2 milyon nəfər, 1980-ci ildə isə 35,3 milyon nəfər sərnişin
daşınmışdı.
59
Sərnişinlərin daşınmasında trolleybusların rolu artmışdı, 1970-ci ildə
57,5 milyon nəfərdən 1980-ci ildə 80,9 milyon nəfərə çatmışdı.
60
Lakin nəqliyyatın bütün növlərinin işində nöqsanlar da var idi. 80-ci illərin
ortalarında dəmiryol nəqliyyatında yük vaqonlarının hərəkəti xeyli ixtisara
düşmüşdü. Yük və sərnişin qatarlarının hərəkət cədvəlləri yerinə yetirilmir, əsas
yüklərin daşınmasında stansiyaların işində fasilələr baş verirdi.
Xəzər gəmiçiliyinin işində tez-tez işsiz dayanma halları olurdu. Yükdaşıma
və hərəkət vaxtından səmərəli istifadə əmsalı azalırdı.
Avtomobil nəqliyyatı bazasının zəifliyi və avtomobil təmirinin lazımi
səviyyədə təşkil olunmaması avtomobil və aqreqat ehtiyatlarından tam istifadə
etməyə imkan vermirdi. Yükdaşıyan avtomobillərin məhsuldarlığı aşağı düşürdü,
mərkəzləşdirilmiş istismar işi də lazımi səviyyədə deyildi.
Respublikada poçt rabitəsi sürətlə inkişaf edirdi. Müəssisələrin 1970-ci ildə
teleqraf və telefonlarının sayı 1555, 1980-ci ildə 1846, 1985-ci ildə 1869 idi.
61
Müəssisələrin, idarələrin və əhalinin telefon rabitəsi üzrə tələblərini təmin etmək
sahəsində böyük işlər görülürdü. 1976-cı ildə Bakının telefon rabitəsinin 90 min
telefon nömrəsini özündə birləşdirən 36 telefon stansiyası vardı. Mənzil telefon
aparatının sayı 1970-ci ildə 30,8 min, 1980-ci ildə 230,9 min idi.
Azərbaycanda 1970-1985-ci illərdə həyata keçirilən böyük miqyaslı
quruculuq işlərinin uğurlu nəticələrində bütövlükdə tikinti komplekslərinin
tələblərə uyğun səviyyədə inkişafının müstəsna əhəmiyyəti olmuşdu. Təkcə bu
sahədə işin həcmi əvvəlki 15 ilə nisbətən 2,6 dəfə çox idi. 1981-1985-ci illərdə
istifadəyə verilən əsas fondların həcmi 15 ili əhatə edən 1956-1970-ci illərə
nisbətən 20 faiz çox olmuşdu. Dövlət işəmuzd və quraşdırma təşkilatlarının
miqdarı 1970-ci ildəki 322-dən 1985-ci ildə 569-a, dövlət tikinti quraşdırma
trestlərinin sayı isə 42-dən 71-ə çatdırıldı.
62
1970-1980-ci illərdə respublikada kənd təsərrüfatının maddi bazasının
genişləndirilməsinə əsaslanan təsərrüfatçılıq üsullarından daha səmərəli istifadə
edilməsi ilə yanaşı, torpaq fondunun intensiv yollarla mənimsənilməsi sistemi də
gücləndirilmişdi. Ümumiyyətlə, o illərdə kənd təsərrüfatının intensivləşdirilmə
əsasında inkişafı müəyyənləşdirildi. Azərbaycan şəraitində müstəsna əhəmiyyətə
157
malik aqrotexniki xidmətin səviyyəsinin yüksəldilməsi üçün (kimyalaşdırma,
meliorasiya üzrə region proqramları, dövlət proqramları çərçivəsində investisiya
siyasəti) xeyli kolxozun sovxoza çevrilməsi hesabına mühüm nəticələr əldə edildi.
Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar nisbətən məhdud
miqdardadır. Buna görə də kənd təsərrüfatında məhsuldar qüvvələrin mümkün
ehtiyatlarından tam və hərtərəfli istifadə edilməsi vacib idi. Lakin bu vacib
məsələdə bütün əvvəlki dövrlərdə onun düzgün həllində elə bir əsaslı dönüş əldə
edilməmişdi. Bunun üçün, ilk növbədə respublikada kənd təsərrüfatının ayrı-ayrı
sahələrini onların hər birinə daha çox münasib olan əlverişli torpaq-iqlim şəraitində
yüksək səviyyədə inkişaf etdirmək yolu ilə əkinçilik və heyvandarlığın müxtəlif
təbii-iqtisadi zonalar üzrə səmərəli ixtisaslaşması və təmərküzləşməsi tələb
olunurdu. Məhz 70-80-ci illərdə Azərbaycan kənd təsərrüfatında qazanılan
uğurların təməlində, birinci növbədə onun inkişafının bu başlıca şərtinin
tələblərinin düzgün qiymətləndirilib istifadə edilməsində mühüm addımlar atıldı.
Bundan başqa, kənd təsərrüfatının böyük nailiyyətlərində Azərbaycan
şəraitində müstəsna əhəmiyyət kəsb edən suvarılan torpaq sahələrinin
artırılmasının da böyük rolu oldu. Respublikada mühüm əhəmiyyətə malik çoxlu
su təsərrüfatı qurğusu yaradıldı və kanallar çəkildi. 70-80-ci illərdə bir çox
hidrotexniki komplekslər və dəryaçalar, o cümlədən Tərtərçay və Yuxarı
Xanbulançay su təsərrüfatı kompleksləri, Araz, Şamxor, Arpaçay, Nurs, Sirab,
Bənənyar, Aşağı Köndələnçay dəryaçaları, Baş Mil, Lənkəran kanalları, Yuxarı
Şirvan kanalının Ağsu qolu və başqa obyektlər istifadəyə verilmişdi. Bu tədbirlər
nəticəsində suvarılan əkin sahələri təqribən 30 faizə qədər artdı.
63
1970-1985-ci illərdə respublikada kənd təsərrüfatı təyinatlı torpaqlar
həcmcə az dəyişmişdi. Kənd təsərrüfatına yararlı torpaqların sahəsi 4032 min
hektardan 4327 min hektara (artım 285 m.h.) qalxmışdı. Onlardan şum yerləri 1320
min hektardan 1454,3 min hektara (artım 134,3 m.h.), biçənək sahələri 112 mindən
124 min hektara, otlaqlar və örüşlər isə 1089 min hektardan 2245 min hektara
qədər artmışdı.
Yeni texnika və texnologiyanın, səmərəli əkinçilik sistemlərinin tətbiqi,
növbəli əkinçilik sisteminin geniş mənimsənilməsi, kənd təsərrüfatına yararlı
torpaqların, xüsusilə də əkin yerlərinin istifadəsi vəziyyətə əhəmiyyətli təsir
göstərdi. Əkin sahələrinin məhsuldarlığını artırmaq məqsədilə mədən gübrələrinin,
bitkiləri xəstəlikdən və ziyanvericilərdən qoruyan kimyəvi vasitələrin tətbiqi
genişlənməyə başlayır.
Geniş şoran torpaqların, quru iqlimi və az suyu olan Azərbaycan üçün
meliorasiya tədbirlərinin çox mühüm iqtisadi və sosial əhəmiyyəti vardır. Bu
baxımdan respublikada müəyyən işlər görülmüşdü. 1975-1985-ci illərdə 192 min
hektardan çox yeni suvarılan, 381 min hektardan çox sahə meliorasiya cəhətdən
158
yaxşılaşdırılmış, 493 min hektara qədər əsaslı surətdə hamarlanmış torpaq
istifadəyə verilmiş, 989 min hektar otlağa su çıxarılmışdı.
64
Əsaslı vəsait qoyuluşunun artması əməyin fondlarla silahlanma səviyyəsini
nisbətən yüksəltmişdi və 1985-ci ildə burada 7 milyard 394 milyon manatlıq kənd
təsərrüfatının əsas istehsal fondları vardı. Lakin kənd təsərrüfatında əməyin
fondlarla silahlanma səviyyəsi hələ SSRİ üzrə orta göstəricidən çox aşağı idi və bu
gerilik ildən-ilə artırdı. Belə ki, Azərbaycan SSR-də kolxoz və sovxoz,
təsərrüfatlararası kənd təsərrüfatı müəssisələrində əməyin əsas fondlarının təchizat
səviyyəsi ölkə üzrə orta göstəricidən 1970-ci ildə 1,6 dəfə, 80-ci ildə 2,3 dəfə,
1986-cı ildə isə artıq 2,6 dəfə aşağı olmuşdu. SSRİ-də kənd təsərrüfatı üçün
maşınlar, digər texniki istehsalın artması kolxoz və sovxoz istehsalının texniki
vasitələrlə daha yaxşı təchiz edilməsinə şərait yaratmışdı. 1985-ci ildə Azərbaycan
SSR kənd təsərrüfatı müəssisələrində 38,4 min traktor, 4,5 min taxılyığan
kombayn, 7,2 min pambıqyığan maşın və s. kənd təsərrüfatı texnikası var idi.
65
Texniki vasitələrin getdikcə təkmilləşməsi, gücünün, məhsuldarlığının
artması, idarə olunmasının daha mürəkkəb, intellektual xarakter kəsb etməsi, kənd
təsərrüfatı əməyində mütərəqqi dəyişikliklər əhəmiyyətli təsir edən amillərdən biri
idi. Respublika kənd təsərrüfatının texniki bazası hər beş ildən bir tamamilə
təzələnirdi.
Elmi-texniki tərəqqi gücləndikcə, təsərrüfatlar nisbətən daha mükəmməl
texnika və mexanizmlərlə təchiz olunduqca, istehsalın və əməyin enerji ilə
silahlanma səviyyəsi artırdı. Lakin kənd təsərrüfatında əməyin enerji ilə silahlanma
səviyyəsinin artmasına görə respublika ölkə üzrə orta göstəricilərdən hələ geri
qalırdı.
Kənd təsərrüfatının məhsuldar qüvvələrinin inkişafı kənd əməkçilərinin
peşə ustalığının artmasını tələb edirdi. Azərbaycanda kənd texniki-peşə
məktəblərinin sayı ildən-ilə artırdı. Bu məktəblərdə oxuyanların sayı 1970-ci ildə
8,3-dən 1989-cu ildə 48,6 min nəfərə çatmışdı. Bütövlükdə 1961-1990-cı illərdə
respublikanın kənd təsərrüfatı üçün 444 min kütləvi peşə kadrları hazırlanmışdı.
Kənd təsərrüfatında mülkiyyət münasibətlərində dəyişiklik baş vermişdi.
Kənd təsərrüfatında dövlət mülkiyyətinin rolu getdikcə artırdı. Sovxozların sayı
1985-ci ildə 808-ə çatmışdı. Kolxozların sayı isə 1970-ci ildəki 992-dən 1985-ci
ildə 608-ə enmişdi. Sovxozların 1970-ci ildəki əkin sahələri 328,6 min hektardan
1985-ci ildə 516 min hektara qədər genişlənmiş, kənd təsərrüfatı məhsullarının
ümumi istehsalında bu bölmənin xüsusi çəkisi xeyli artmışdı.
66
Kolxozların sovxozlara çevrilməsi bir sıra mənfi sosial hallar da doğurdu.
Kənd əhalisinin şəhərə axını gücləndi, məşğulluq problemləri yarandı.
Kənd
təsərrüfatının ixtisaslaşdırılması sahəsində
elmi cəhətdən
əsaslandırılmış tədbirlər həyata keçirildi.
159
70-ci illərdə Azərbaycanda kənd təsərrüfatında əmək bölgüsünün
dərinləşməsi prosesi sürətləndi. Pambıq istehsalı Muğan-Salyan, Mil-Qarabağ və
Şirvan zonalarında təmərküzləşmişdi. 60-cı illərin əvvəllərində respublikada 32
rayonda pambıq istehsal edilirdisə,
80-ci illərdə belə rayonların sayı 18 idi.
67
Bərdə,
Ağcabədi, Sabirabad və Jdanov (indiki Beyləqan) rayonları pambığın iri
istehsalçılarına çevrilmişdi. Əgər 1969-cu ildə pambıq əkini sahələri 197,6 min
hektar idisə, 1985-ci ildə 295,5 min hektara çatmışdı.
Başqa sahələrdə də dərin ixtisaslaşma gedirdi. Tərəvəzin 92 faizdən çoxu
Lənkəran-Astara və Quba-Xaçmaz, meyvə və giləmeyvənin 80 faizdən çoxu Quba-
Xaçmaz və Şəki-Zaqatala, tütünün 90 faizindən çoxu Şəki-Zaqatala və Naxçıvan
zonalarında istehsal olunurdu. Çay yarpağının 98 faizdən çoxu Lənkəran-Astara
zonasında becərilirdi. Taxılçılıq əsasən Mərkəzi Aran zonasında, Şəki, İsmayıllı
rayonlarında təmərküzləşmişdi. Demək olar ki, bütün təbii-iqtisadi zonalarda
üzümçülük üzrə ixtisaslaşdırılmış təsərrüfatlar təşkil olunmuşdu.
1970-ci illərin sonundan başlayaraq respublikada üzümçülük sürətlə inkişaf
etdirildi, onun sahələrinin 75 faizini texniki üzüm sortları təşkil edirdi.
68
İxtisaslaşmadakı qüsurlara, yerli şəraitin düzgün qiymətləndirilməməsinə,
respublikanın iqtisadi potensialından səmərəli istifadə olunmasına laqeyd
münasibət mövcud idi. Kənd təsərrüfatının idarə edilməsinin daha mütərəqqi forma
və metodları axtarılırdı. Kənd təsərrüfatının artan kadr və istehsal potensialına,
təsərrüfatlararası kooperasiya və aqrosənaye inteqrasiyasının çatdığı səviyyəyə
müvafiq olaraq aqrar sahənin idarə edilməsinin sahə strukturlarının ləğv edilməsi
zərurətini qarşıya qoydu. Kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması,
emalı və göndərilməsi zamanı yol verilmiş böyük itkilər və aqrar-sənaye
kompleksindəki mövcud ziddiyyətlər investisiya siyasətinə yenidən baxılmasını və
bu kompleksin vahid idarəetmə orqanlarının yaradılmasını tələb edirdi. Mərkəzi
hakimiyyət
orqanlarının qərarlarına əsasən 1982-ci ildən rayon aqrar-sənaye
birlikləri yaradılmağa başlandı. Aqrosənaye kompleksi tədricən təşkilatca
formalaşdı, 1985-ci ilin sonlarında isə bu, başa çatdırıldı. 80-ci illərin birinci
yarısında kəndli əməyinin məhsuldarlığına
kollektiv podratın səmərəli təsir
göstərəcəyinə ümid bəslənilirdi. Kolxoz və sovxozlarda 1983-cü ildə 948, 1988-ci
ildə isə 32 mindən çox manqa və briqada podrat üsulu ilə işləyirdi.
69
Kollektiv
podratın düzgün təşkili əməyin maddi və sosial-iqtisadi şəraitinə əhəmiyyətli təsir
edirdi.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə ən
mühüm iqtisadi nəticələrdən birini kənd təsərrüfatının dinamik inkişaf etməsi,
ölkənin və respublikanın bütün iqtisadiyyatında onun rolunun artması təşkil edir.
Bu dövrdə istehsalın elmi əsaslarla intensivləşdirilməsi və təkmilləşdirilməsi kənd
təsərrüfatında nailiyyətlərin artmasında mühüm rol oynadı. Kənd təsərrüfatında
160
dərin islahatlar səviyyəsində həyata keçirilən zəruri yeniləşmə onun inkişafının heç
zaman görünməmiş tərəqqisini təmin etdi. Respublikada kənd təsərrüfatının ümumi
məhsulunun həcmi 1981 -1985-ci illərdə orta hesabla 1966-1970-ci illərin orta
səviyyəsinə nisbətən 2,6 dəfə çoxaldı.
70
Əkinçiliyin bütün sahələrində məhsul
istehsalının həcmi yüksək dərəcədə artmışdı. Məsələn, 1966-70-ci illərə nisbətən
1981-85-ci illərdə orta illik məhsul istehsalı taxıl üzrə 710,5 min tondan 1239,5
min tona, müvafiq qaydada pambıq 327,7-dən 861,4 min tona, tütün 21,2-dən 56,9
min tona, kartof 122,5-dən 189,8 min tona, tərəvəz 364,5-dən 890,4 min tona,
meyvə və giləmeyvələr 82,8-dən 317,5 min tona, üzüm 232-dən 1829, 2 min tona,
çay 9,2-dən 29,2 min tona çatmışdı.
71
Taxıl istehsalının intensivləşdirilməsi kənd təsərrüfatının inkişafının ən
mühüm problemlərindən biri olaraq qalırdı. 1970-ci ildə respublikada dənli bitkilər
622 min hektardan çox sahəni tuturdu, bütün əkin sahəsinin 52 faizi onların payına
düşürdü, həm də bu bitkilərin yarısı suvarılmayan torpaqlarda idi.
72
Lakin buna
baxmayaraq, xeyli vaxt idi ki, respublikada bu sahə də başlı-başına buraxılmışdı.
Buna səbəb, ilk növbədə, dənli bitkilərin əkilib-becərilməsinə diqqətin zəifləməsi
idi. 70-80-ci illərdə taxılçılıq mədəniyyətinin yüksəldilməsinə, dənli bitkilərin sort
tərkibinin
dəyişdirilməsinə,
onların
əkin
və
biçin
texnologiyasının
yaxşılaşdırılmasına diqqət artdı, yalnız yüksək məhsuldar buğda sortları əkilməyə
başlandı, nəticədə 1985-ci ildə əkin sahələri 1970-ci ildəkinə nisbətən 128 min
hektar azalsa da, taxıl yığımı bu dövrdə təqribən 1,8 dəfə artdı.
73
1970-ci ildən etibarən Azərbaycanda pambıqçılığın mühüm yüksəliş dövrü,
böyük kapital qoyuluşu hesabına sahə üzrə güclü və müasir istehsal-emal potensialı
yaradılmağa başlandı. Nəticədə 1985-ci ildə pambıq istehsalının həcmi 787,8 min
tona, məhsuldarlıq
isə 26,7 sentnerə çatdırıldı.
74
Ümumi illik istehsal gücü 1200
min ton olan müasir emal sənayesi kompleksi yaradıldı. Azərbaycanda
üzümçülüyün təbii-iqtisadi zonalar üzrə dərin ixtisaslaşdırılması, üzümçülük
sahələrinin genişləndirilməsi prosesi getdikcə güclənmiş və nəticədə kənd
təsərrüfatı istehsalının strukturlarında bu sahənin xüsusi çəkisi artmışdı. Üzüm
plantasiyaları 1970-ci ildəki 121,6 min hektardan 1985-ci ildə 268 min hektara
qalxaraq, 2,2 dəfə artdı. Tovuz rayonunda M.B.Qasımov, Frunze, Engels adına
sovxoz-zavodlar, Cəlilabad rayonundakı R.Axundov, Şamaxı rayonundakı
V.İ.Lenin adına sovxoz-zavodlar üzümçülük üzrə ixtisaslaşdırılmış rentabelli
təsərrüfatlar idi. Cəlilabad, Şamxor, Xanlar, Naxçıvan MSSR kimi iri üzümçülük
rayonları meydana gəlmişdi. Respublikada hazırlanan şərablar, konyaklar İtaliya,
Fransa, Yuqoslaviya sərgilərində qızıl və gümüş medallara layiq görülmüşdü.
75
1970-1980-ci illərdə yeni maddi-texniki bazaya və sənaye xarakterli
texnologiyalara əsaslanaraq, kənd təsərrüfatının tərəvəzçilik, çayçılıq, tütünçülük,
meyvəçilik, quşçuluq və digər sahələri dinamik inkişaf etmişdir.
161
Kolxoz və sovxozlar, müxtəlif təsərrüfatlararası birliklər kənd təsərrüfatı
sistemində əsas forma olmaq etibarilə məhsul istehsalında həlledici rol oynasa da,
əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi zərurəti yardımçı
təsərrüfatların rol və əhəmiyyətinin artmasını tələb edirdi. 1985-ci ildə
Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulunun 25,5 faizi onların
payına düşürdü. 70-80-ci illərdə şəxsi təsərrüfatların istifadəsində olan torpaq
sahələri artmaqla yanaşı, mal-qaranın, xüsusilə qoyun və keçilərin sayı xeyli
çoxalmışdır. Hər ilin əvvəlinə olan məlumata görə, respublikamızda kolxozçuların,
fəhlə və qulluqçuların şəxsi yardımçı təsərrüfatlarında qaramalın sayı 1970-ci
ildəki 893,3 min başdan 1985-cı ildə 1040,9 min başa, qoyun və keçilərin sayı isə
1807,3 min başdan 2284,9 min başa, donuzların sayı 22,3 min başdan 24,1 min
başa çatmışdı.
76
Bu illərdə inkişafı üçün lazımi şərait olmasa da, şəxsi yardımçı
təsərrüfatlarda ət və süd istehsalı xeyli artmışdı. Meyvə, üzüm, tütün, tərəvəz,
kartof, bostan məhsullarının da xeyli hissəsi şəxsi yardımçı təsərrüfatlar hesabına
əldə olunurdu.
İqtisadi potensialı ilbəil möhkəmlənən respublikada yeni-yeni inkişaf
imkanları üzə çıxırdı. Onların gerçəkləşdirilməsi üçün H.Əliyev düşünülmüş və
əsaslandırılmış maliyyə və başqa resurs təminatı almaq barədə vəzifələr irəli
sürürdü. Bu, ilk növbədə, Azərbaycanın o zaman ölkədə çox yüksəklərə qalxan
nüfuzu və SSRİ məkanında tutduğu mövqeyi ilə bağlı idi. Həmin dövrdə
Azərbaycanda ölkənin bütün neft-mədən avadanlığının üçdə iki hissəsi, məişət
kondisionerlərinin hamısı, sintetik kauçuk və bir sıra digər kimya məhsullarının
xeyli hissəsi istehsal olunurdu. Respublika 70-ci illərin axırında ildə orta hesabla 2
milyon tona qədər üzüm istehsal edərək İttifaqda birinci yerdə, 700-800 min ton
pambıq toplayaraq dördüncü yerdə, 6 min tona qədər barama istehsal edərək ikinci
yerdə dururdu.
Bütün bu həqiqətləri çox dərinliyi ilə təhlil edən və onları Azərbaycanın
ümumi yüksək tərəqqisi mənafeyi ilə uzlaşdıran Heydər Əliyev daim respublikanın
yeni-yeni iqtisadi inkişaf imkanlarını araşdırırdı. Bu cəhətdən onun təşəbbüsü və
rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi inkişafında çox böyük imkanlara
malik mühüm bir istiqamət kimi müalicə və istirahət-turizm sahəsinin əsaslı
dərəcədə genişləndirilməsi barədə təklifinin Siyasi Büro tərəfindən qəbul
edilməsinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Azərbaycanın imkan və səylərini
bu istiqamətin inkişafına yönəltməklə Heydər Əliyev respublikanı ən məşhur
müalicə və istirahət-turizm mərkəzlərindən birinə çevirmək arzusunda idi.
Respublika iqtisadiyyatının hərtərəfli kompleksli inkişafı çox mühüm
problemlərin həllində, xüsusən əhalinin maddi rifahının yüksəldilməsində
əhəmiyyətli rol oynadı. İlk növbədə respublikada əmək ehtiyatlarından səmərəli
istifadə edilməsində böyük dəyişiklik baş verdi. İstehsalın geniş miqyasda inkişafı,
162
onun bütün regionlarda güclü potensialının yaradılması xalq təsərrüfatında
çalışanların sayını 1970-ci ildəki 1273 mindən 1985-ci ildə 2361 min nəfərə
qaldırmağa imkan verdi.
77
Bundan başqa, ictimai fondlardan ayrılan və güzəştlərlə
birlikdə fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 1985-ci ildə 1970-ci ilə
nisbətən 1,5 dəfədən çox artaraq 158-dən 234 rubla qədər qalxmışdı. Həmin
dövrdə əhalinin həyat səviyyəsinin bütün başqa sahələrində də eyni dərəcədə
yaxşılaşma baş verdi. Həmin dövrdə tikilib istifadəyə verilmiş 21,6 mln
kvadratmetr mənzil sahəsinin əhaliyə verilməsi də onun rifah halını
yaxşılaşdırılmasının çox əlamətdar göstəricilərindən biridir.
78
Beləliklə, XX əsrin 70-ci və 80-ci illərinin birinci yarısı Azərbaycan
iqtisadiyyatının xüsusi tarixi mərhələsini, onun bütün sahələrinin ona qədərki
inkişafının ən yüksək zirvəsini təşkil edir. Əsas sosial-iqtisadi göstəricilərə görə
geridə qalan Azərbaycan az vaxt içərisində, inkişafın başlıca keyfiyyət ölçülərinə
görə, müttəfiq respublikalar içərisində nəinki ön sıralara, hətta çoxlarına görə
birinci yerə çıxdı. Bu illərin misli görünməmiş inkişafı nəticəsində heç zaman
Azərbaycan iqtisadiyyatı o mərhələdə olduğu qədər öz təbii sərvətinin
ehtiyatlarından və çoxlu başqa istehsal imkanlarından belə dolğun istifadə etmək
şəraitinə malik olmamışdı. Respublika xalq təsərrüfatının istehsal yönümünün
çoxcəhətliyi, quruluşun təkmilliyi və daha çox mükəmməlliyi baxımından özünün
keçdiyi tarixi mərhələlərinin heç birində bu qədər yüksək səviyyəyə qalxmamışdı.
Məhz iqtisadiyyatının daha çox hərtərəfli kompleks inkişafı nəticəsində
Azərbaycanın ictimai əmək bölgüsündə istər idxal, istərsə də ixrac edilən
məhsulların həcminə görə rolu xeyli genişləndi. 80-ci illərin sonunda
Azərbaycandan ixrac edilən məhsullar onun istehsalının ümumi həcminin 27,1
faizini, idxal olunan məhsullar isə 21,3 faizini təşkil edirdi.
70-ci illərdə və 80-ci illərin birinci yarısında ilk dəfə olaraq Azərbaycanın
milli iqtisadiyyatının belə miqyaslı təşəkkülünün ardıcıl inkişaf xətti həyata
keçirilirdi. Bu cəhətdən göstərilən dövrdə Azərbaycanın sosial-iqtisadi həyatında
baş vermiş böyük yüksəlişin əvəzsiz tarixi əhəmiyyəti ilk növbədə onunla
qiymətləndirilməlidir ki, bu köklü dönüş respublikanın gələcək müstəqilliyinin
rəhni oldu.
Beləliklə, 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq
səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və
sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi
rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu
və on birinci beşilliklər Azərbaycanın yeni tarixində mühüm yerləri tutur.
79
Akademik C.B.Quliyev yazır: "1969-cu ilin yayından Heydər Əliyevin
Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikaya rəhbərlik etməsi ilə
Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında dönüş başlandı. Heydər
163
Əliyev demək olar ki, 22 il Azərbaycan SSR-ə rəhbərlik etdi, bu müddət ərzində o,
Azərbaycanın milli dirçəlişi üçün XX əsrdə hamıdan daha çox xidmət göstərdi. Bu
illərdə H.Əliyev suveren Azərbaycan Respublikasının əsasını qoydu".
80
Lakin 80-ci illərin ikinci yarısından Azərbaycanın iqtisadiyyatında ciddi
geriləmə prosesi başlandı. Artıq 1985-ci ildən sonra SSRİ-nin süquta doğru
əlamətləri iqtisadi qüdrətinin ildən-ilə zəifləməsində özünü büruzə verməyə
başlamışdı. Ölkənin ictimai-siyasi rejimində baş verən gərgin və təlatümlü
hadisələr onu sarsıdaraq, iqtisadiyyatın tənəzzülünü sürətləndirirdi. Bu hadisələr
bir müttəfiq respublika kimi, Azərbaycan həyatının da bütün sahələrinə, o
cümlədən iqtisadi inkişafına öz mənfi təsirini göstərirdi. Bu hadisələrin nəticələri
hər cəhətdən Azərbaycanda xüsusən ağır və dağıdıcı oldu. Azərbaycanın ictimai-
siyasi həyatının, təsərrüfat sisteminin ahəngi 1987-ci ildə erməni millətçilərinin
"Dağlıq Qarabağ" ətrafında başladıqları fitnəkarlıqla pozuldu. Sovet İttifaqının
səlahiyyətli orqanlarında yüksək vəzifələr tutan erməni millətçiləri Azərbaycan
iqtisadiyyatına böyük zərbələr endirmək üçün öz xəyanətkar fəaliyyətlərini
genişləndirdilər.
SSRİ-nin əsas üzümçülük respublikası olan Azərbaycanda üzümçülük-
şərabçılıq kompleksinin inkişafının böyük vüsət alması ilə respublika
iqtisadiyyatının və əhalisinin maddi rifahının ildən-ilə xeyli yüksəlməsini heç cür
qəbul edə bilməyən Azərbaycana düşmən qüvvələr 1985-ci ildə alkoqolizmə qarşı
mübarizə pərdəsi altında üzümçülüyün ləğvinə çalışdılar. Bu fitnəkar siyasətin
həyata keçirilməsində Azərbaycanın təzə rəhbərliyi xüsusi ciddi-cəhd göstərdi -
1985-ci ilə nisbətən 1990-cı ildə üzüm bağlarının sahəsi 107 min hektar azaldı
(demək olar ki, ümumi sahəsinin 40 faizi məhv edildi). Halbuki respublikada bu
qədər üzüm sahələrinin artırılması üçün milyardlarla manat vəsait və 15 il vaxt sərf
edilmişdi. Respublikaya 4 milyard manatdan çox ziyan dəymişdi.
81
H.Əliyevin
ölkə rəhbərliyindən getməsi ilə fürsətdən istifadə edərək SSRİ Dövlət Plan
Komitəsində, bir sıra başqa nazirliklərdə və partiya-dövlət orqanlarında kök salmış
erməni millətçiləri Azərbaycan iqtisadiyyatının gələcək yüksəlişi üçün müstəsna
əhəmiyyət kəsb edən, artıq tikintisi qurtarmaq üzrə olan mühüm sənaye
müəssisələrinin maliyyələşdirilməsini azaltdılar. 1988-ci ilin axırlarında Gəncə
avtomobil zavodu, akustik sistemlər, iri maşınqayırma və başqa mühüm
müəsisələrin fəaliyyəti dayandırıldı. Yeni respublika rəhbərliyi bu təxribatların
qarşısını almaq iqtidarında deyildi.
Bundan başqa, Azərbaycan həyatının taleyüklü mərhələsində onun idarə
olunmasında zəiflik, xüsusən də respublika başçılarının Dağlıq Qarabağ ətrafında
başlamış qəsbkar erməni separatizminin
və fitnəkarlığının saxta mahiyyətinin
bütün dünyada ifşa olunması sahəsində fəaliyyətsizliyi, öz doğma torpaqlarının
bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqın qəti əzmkarlığını lazımi məcraya
164
yönəltmək və istiqamətləndirmək bacarığının olmaması, mərkəzin şovinist
rəhbərlərinin Azərbaycana qarşı düşmənçilik mövqeyi tutmasını milli mənafe
nöqteyi-nəzərindən ifşa etmək qabiliyyətinin olmaması və nəhayət "Qorbaçov-
erməni" elitasının Bakıda törətdiyi Qanlı Yanvar faciəsinə rəvac verməsi - bütün
bunların ölkədə yaratdığı qeyri-sabit ictimai-siyasi mühit öz növbəsində
iqtisadiyyatın əsaslarının dağılması prosesini getdikcə sürətləndirdi.
Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən əsaslı vəsait ildən-ilə
məhdudlaşdırılırdı. Əsas fondların istifadəyə verilməsi 1990-cı ildə 1985-ci ilə
nisbətən 55 faizi aşağı düşdü.
82
Sovet beşilliklərində (İkinci dünya müharibəsini
nəzərə almadan) həmişə iqtisadiyyatın dinamik artımına nail olan Azərbaycan
təkcə on ikinci beşilliyin (1986-90-cı illər) əsas iqtisadi göstəricilərinin yekunlarına
görə artıma nail ola bilmədi. Belə ki, respublikada sənaye məhsulunun ümumi
həcmi 1990-cı ildə 1985-ci ilin səviyyəsinin 99,1 faizini, həmin beşillikdə kənd
təsərrüfatı məhsullarının orta illik həcmi isə əvvəlki beşilliyin səviyyəsinin ancaq
96,2 faizini təşkil etmişdı. Azərbaycan altmışıncı illərdə olduğu kimi, bir sıra əsas
sosial-iqtisadi göstəricilər üzrə yenə də müttəfiq respublikalar içərisində axırıncı
yerlərdə dururdu.
80-ci illərdə Zaqafqaziyanın enerji sisteminə ümumi gücü 2 milyon kilovata
qədər olan Şamxor elektrik stansiyası və Azərbaycan Dövlət rayon elektrik
stansiyaları qoşuldu. Respublikanın enerji gücü 54 faiz artdı. Lakin elektrik
avadanlığının, elektrik xətlərinin texniki vəziyyəti qənaətbəxş deyildi. İstilik-enerji
ehtiyatlarından səmərəli istifadə olunmurdu. Bu illərdə dərin dəniz özülləri, ağır
elektrik qaynağı avadanlığı, bir sıra cihaz istehsalı zavodları işə düşsə də, neft,
maşınqayırma, radiotexnika və elektrotexnikanın inkişafı üçün bəzi proqramlar
həyata keçirilsə də, onlarda istehsalın həcmi artmırdı. Neft hasilatı və qazma işləri
planı kəsirlə yerinə yetirilirdi.
Kimya sənayesi müəssisələrinin çoxu öz imkanlarından aşağı səviyyədə
işləyirdi. Məhsul istehsalı və satışı planları yerinə yetirilmirdi, istehsalın artım
sürəti plandan iki dəfə aşağı idi. Neft sənayesi üçün boru istehsalı planı yerinə
yetirilmirdi. Dəmir filizi və polad borular istehsalı həcmi azalmışdı. Yanacaq-
energetika
kompleksində
neft istehsalının azalması davam edirdi, təbii qazın çıxarılması sürətlə aşağı
düşürdü. Neft hasilatı 1985-ci ildəki 13,5 milyon tondan beşilliyin axırında 13,1
milyon tona, təbii qaz çıxarılması da 14,3 milyard kubmetrdən 11,1 milyard
kubmetrə
enmişdi.
84
Polad
istehsalı
1985-ci ildəki 853 min tondan 1990-cı ildə 703 min tona, müvafiq qaydada dəmir
filizi 709-dan 531 min tona, polad borular 582-dən 493 min tona, sement 1253-dən
990 min tona, bütün növ toxuculuq məhsulları 189-dan 151 milyon kvadratmetrə,
ayaqqabı 23-dən 15 milyon cütə, kondisionerlər 429-dan 309 min ədədə enmişdi və
165
i.a. Mühüm kənd təsərrüfatı məhsulları istehsalında da ciddi geriləmə baş verdi.
Pambığın respublikada yığımı ildən-ilə azalaraq, 788-dən 543 min tona, tütün 66-
dan 48 min tona, kartof 220-dən 185 min tona, üzüm 1790-dan 1196 min tona
qədər
azalmışdı.
85
İribuynuzlu
mal-qaranın miqdarı, hər inəkdən süd sağımı, qoyun-keçilərin sayı azalmışdı.
86
Sənaye potensialının ayrı-ayrı regionlarda artırılmasında durğunluq yarandı.
Başqa respublikalardan fərqli olaraq, Azərbaycanda xalq təsərrüfatında çalışan
fəhlə və qulluqçuların, xüsusən də fəhlələrin sayı nəinki artmadı, əksinə, azaldı.
87
80-ci illərin sonlarında yüngül sənaye mallarının inkişafında müəyyən
irəliləyişlər baş verdi. 80-ci illə müqayisədə yun ipliyi, corab, geyim malları,
ayaqqabı, xalça və xalça məmulatları istehsalı bir qədər artdı. Lakin pambıq lifi,
xam ipək sapı istehsalı xeyli azaldı.
Dağlıq Qarabağ münaqişəsi iqtisadiyyatda böhranı daha da dərinləşdirdi.
Tətillər, mitinqlər, öz doğma yurdlarından ermənilər tərəfindən zorla çıxarılan
qaçqınların böyük axını əmək problemini kəskinləşdirdi.
İstehsal olunmuş yeyinti məhsulları üzrə ayrı-ayrı növlərin çıxdaş olunması
xeyli artdı. 1987-ci ilə nisbətən ət və duz, kolbasa məmulatı və başqa məhsulların
çıxdaş olmasının xüsusi çəkisi 2 3 dəfədən 8,3 dəfəyə qədər, balıq konservləri 5,4
dəfə, meyvə-tərəvəz konservləri 2,1 dəfə artmışdı.
İqtisadi göstəricilər 90-cı ildə daha aşağı idi. Bu, 89-90-cı illərin siyasi
hadisələri ilə bağlı idi. Bakıda baş vermiş 90-cı ilin yanvar hadisələri ilə yaranmış
siyasi böhran sənayenin, xalq təsərrüfatının bütün sahələrində əmək ahənginə təsir
etdi, hakimiyyəti iflicə, dərin iqtisadi sarsıntılara gətirdi. Maşınqayırma kompleksi,
metallurgiya, kimya, neft-kimya sənayesi, yüngül və yerli sənayenin bir çox
müəssisəsi məhsul istehsalını azaltdı.
Siyasi sabitliyin olmaması tikinti kompleksinin işinə ciddi təsir göstərdi.
İstehsal obyektlərin tikintisi pozuldu.
80-ci illərin ikinci yarısında Azərbaycan sənayesi ziddiyyətli, çox çətin və
ağır bir dövr keçirirdi.
Digər tərəfdən isə metodları yararsız olan yenidənqurma, millətlərarası
toqquşmalar, Azərbaycanda rəhbərliyin zəifliyi iqtisadi inkişafa mane olurdu.
Azərbaycan sənayesində, xüsusən, yüngül sənaye müəssisələrində "kölgə"
iqtisadiyyatı kimi neqativ hadisə getdikcə gücləndi. Sovet cəmiyyətinin, sosialist
istehsal üsulunun böhranı ilə Azərbaycanın 70-80-ci illərdə yaratdığı güclü iqtisadi
potensialının tədricən itirilməsi təhlükəsi yarandı. Bu dövrün axırlarında Sovet
İttifaqının dağılmasının artıq heç kimdə şübhə yeri qoymayan gerçək şəraitində
fürsətdən istifadə edən bir sıra partiya-sovet məmurları və istehsal rəhbərləri
tərəfindən çox hallarda mövcud müəssisələrin əmlakının dağıdılması, rüşvətxorluq
və korrupsiya əməllərinin getdikcə daha açıq şəkildə yer alması da iqtisadiyyatın
166
geriləməsi prosesini gücləndirirdi. Müstəqilliyin bərqərarlaşması ərəfəsində ölkədə
hakimiyyətsizlik və hərc-mərclik hökm sürməyə başlamışdı.
Dostları ilə paylaş: |