§3. ELM
Müharibədən sonrakı illərdə Azərbaycanda elm böyük uğurla inkişaf edirdi.
Elmi idarələrin sayı 1945-1970-ci illərdə 66-dan 142-yə çatmışdı. Elmlər
Akademiyası özünün elmi fəaliyyətini nəzərəçarpacaq dərəcədə inkişaf etdirir,
ayrı-ayrı problemlərin işlənilməsini dərinləşdirir, istehsalatla yaradıcı əlaqəsini
möhkəmləndirir, elmi kadrlar hazırlanmasını genişləndirirdi.
Elmi-tədqiqat
işləri respublikanın ali təhsil müəssisələrində və
iqtisadiyyatın mühüm sahələrində inkişaf edirdi. Respublikada elmi kadrların sayı
sürətlə artırdı: 1947-ci ildəki 3282 nəfərdən 1970-ci ildə 17082 nəfərə çatmışdı.
Həmin illərdə elmlər doktorlarının sayı 113 nəfərdən 652 nəfərə, elmlər
namizədlərinin sayı isə 669 nəfərdən 5346 nəfərə qədər artmışdı.
39
Azərbaycan
Elmlər Akademiyasının nüfuzu ildən-ilə yüksəlirdi. Onun ümumi ştatı 1945-ci ildə
977, 1955-ci ildə isə 1650 nəfərdən çox olmuşdu. 1970-ci ildə burada 3318 nəfər
elmi işçi çalışırdı.
40
Fizika elmində mühüm nailiyyətlər əldə edilmişdi. Neftin, neft
məhsullarının və neft yataqları sularının fiziki xassələrini tədqiq etmək sahəsində
səmərəli tədqiqatlar aparılırdı. 1946-cı ildə Fizika İnstitutunda rentgenostruktur
təhlili laboratoriyası yaradıldı. Bu laboratoriyanın elmi işlərinin nəticələrinin selen
cihazları hazırlayan zavodlar üçün mühüm əhəmiyyəti var idi.
41
Radiofizika sahəsindəki tədqiqatlar əsasən cisimlərin dielektrik xassələrinin
öyrənilməsini əhatə edirdi. Termodinamika və molekulyar fizika üzrə tədqiqatlar
aparılırdı. Spektral təhlil yolu ilə filizlərdə olan maddələrin miqdarı öyrənilirdi.
42
1950-ci ildən respublikada fizika elminin inkişafında yeni mərhələ başlandı
- yarımkeçiricilərin kompleks tədqiqatları, mayelərin optik, radiospektrik və başqa
127
üsullarla öyrənilməsi, nəzəri fizikanın, metallar fizikası məsələlərinin tədqiqi
genişləndi.
43
Akademik Z.İ.Xəlilovun rəhbərliyi və fəal iştirakı ilə neft qatlarında
quyuların ən əlverişli şəkildə yerləşdirilməsinin riyazi öyrənilməsinin böyük
əhəmiyyəti var idi. Mingəçevir su qovşağı inşaatçılarının müraciətinə cavab olaraq
Azərbaycan Dövlət Universitetinin riyaziyyatçıları Mingəçevir Su-Elektrik
Stansiyasının su altındakı borularının təzyiqini müəyyənləşdirmək üçün tədqiqatlar
aparırdılar.
Azərbaycan fizikləri yarımkeçiricilərin düzləndirici və digər elektrik
xassələrini, habelə mayelərin, başlıca olaraq neftin və neft məhsullarının
mikrostrukturunu, fiziki, termodinamik və optik xassələrini öyrənmək sahəsində
maraqlı işlər görürdülər.
Respublikanın fizik və riyaziyyatçıları tərəfindən kvant fizikasını və
kosmoqoniyanı öyrənmək sahəsində vacib işlər aparılırdı. Beləliklə, Azərbaycanda
qədim Şamaxıda Sovet İttifaqı üzrə ən böyük astrofizika rəsədxanalarından birinin
bünövrəsi qoyuldu.
Riyaziyyat üzrə tədqiqat işləri Azərbaycan SSR Elmlər Akademiyasının
Riyaziyyat və Mexanika İnstitutunda və Hesablama Mərkəzində, habelə ali
məktəblərin 20-dən artıq riyaziyyat kafedrasında aparılırdı.
Respublika riyaziyyatçıları öz tədqiqatlarını funksional təhlil problemi,
inteqral tənliklər nəzəriyyəsi sahəsində aparırdılar. Onlar həmçinin tətbiqi
xarakterli məsələləri araşdırırdılar. 1954-cü ildə qazın və qazlı neftin süzülməsinin
riyazi məsələləri tədqiq olunurdu. A.X.Mirzəcanzadə tərəfindən tətbiqi əhəmiyyəti
olan sahələrdə zəif və isti plastik mayelərin hərəkəti haqqında mürəkkəb riyazi
məsələlər həll edilmişdi.
44
Energetika sahəsində respublika alimləri tərəfindən Azərbaycanın
hidroenergetika ehtiyatlarını öyrənmək və aşkar etmək, onlardan düzgün istifadə
olunmasının şərtlərini hazırlamaq üçün böyük iş
aparılırdı. Respublika
Akademiyasının Energetika İnstitutu SSRi Elmlər Akademiyasının Avtomatika və
Telemexanika İnstitutu ilə
birlikdə neft hasilatını və qazma proseslərini
avtomatlaşdırmaq sahəsində mühüm işlər görürdü. Lakin fizika-riyaziyyat
elmlərinin vacib nəticələri istehsalatda ləng tətbiq olunurdu.
Respublikanın
təkindəki faydalı qazıntıların geoloji quruluşunun
öyrənilməsi uğurla davam edirdi. Yeni neft yataqları, yeni filiz və qeyri-filiz
faydalı qazıntı yataqları, mineral su mənbələri kəşf edilmişdi.
Azərbaycan alimləri seysmologiya məsələlərinə böyük diqqət yetirirdilər.
1949-cu ildə Şamaxıda, Gəncədə, Naxçıvanda və Lənkəranda seysmik stansiyalar
yaradıldı.
45
128
1945-ci ildə böyük elmi-tədqiqat mərkəzi - Elmlər Akademiyasının
Coğrafiya İnstitutu yaradıldı. Azərbaycanın təbii sərvətlərinin dərindən
öyrənilməsində uğurlu fəaliyyətə başlandı.
Azərbaycan geoloqları diqqəti neft geologiyasının, mədən və qeyri-mədən
faydalı qazıntılarının, stratiqrafiyanın, petroqrafiyanın və tektonikanın daha çox
aktual məsələləri üzərində cəmləşdirdilər. Geoloqların səmərəli işlərinin nəticələri
öz əksini yeddicildlik "Azərbaycan geologiyası" toplusunda tapdı (1954-1960-cı
illər). İqlimşünaslıq, hidrologiya, geomorfologiya və coğrafi biliklərin digər xüsusi
sahələri inkişaf etdi. "Azərbaycan Sovet Sosialist Respublikasının Atlası"
hazırlandı.
1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının Neft Ekspedisiyası təşkil
edildi. Onun gördüyü işin mühüm xalq təsərrüfatı əhəmiyyəti var idi. Azərbaycan
neftçilərinin neft çıxarmaq texnologiyasını təkmilləşdirməsi nəinki Azərbaycanda,
digər müttəfiq respublikalarda da neft sənayesinin inkişafına təsir göstərdi. Dəniz
sahələrində neft yataqlarının istismarı məsələlərinə mühüm diqqət yetirilirdi.
Alimlər tərəfindən respublikanın enerji ehtiyatları aşkara çıxarılır, onlardan
düzgün istifadə olunması şərtləri müəyyənləşdirilir, mövcud enerji sistemlərinin
səmərələşdirilməsi üsulları işlənilib hazırlanır, neft sənayesi energetikasının
mühüm məsələləri öyrənilirdi.
Neftin
kimyəvi tərkibinin öyrənilməsinə dair işlər Azərbaycan
kimyaçılarının diqqət mərkəzində dururdu. R.H.İsmayılov, V.S.Qutırya,
V.S.Əliyev, Ə.C.Ləmbəranski və başqalarının rəhbərliyi altında katalizatorun
"qaynar" təbəqəsində katalitik krekinq prosesi işlənib hazırlandı.
46
Azərbaycanda
ilk dəfə olaraq reaktiv mühərriklər üçün yanacaq istehsalı və yüksək keyfiyyətli
dizel yanacaqlarının alınması texnologiyası mənimsənildi.
Respublikada kimya elminin inkişafında Y.H.Məmmədəliyevin çox böyük
rolu olmuşdur. Onun aviasiya benzinlərinin yüksəkoktanlı komponentlərini
hazırlamağın yeni üsullarını öyrənmək təklifi elmə dəyərli töhfə idi.
Azərbaycan kimyaçı alimlərin tədqiqat obyektlərindən biri Zəylik
yataqlarının aluniti idi. Qeyri-üzvi kimyaçılar respublikanın mineral xammalını
öyrənmək üçün bir sıra qiymətli işlər görmüşdülər.
Kimya elmləri sahəsində tədqiqatlar neftin və neft məhsullarının emalının
yeni texnoloji proseslərinin, neft qalıqlarının dərinləşdirilmiş emalının öyrənilməsi
və
işlənilməsinə,
mineral-xammal
ehtiyatlarından
istifadə
olunmasına
yönəldilmişdi.
Nəbatatçıların səyləri respublikanın florasını öyrənməyə və xalq
təsərrüfatında ondan istifadə etməyin genişləndirilməsinə, kənd təsərrüfatı
bitkilərinin məhsuldarlığını artırmağın həllinə köməklə əlaqədar bitkilərin
fiziologiyası və mühafizəsi məsələlərinin tədqiqinə yönəldilmişdi. Torpaqların
129
eroziyası hadisələrini aşkar etmək və ona qarşı mübarizə tədbirləri hazırlamaq
məqsədilə 1950-ci ildə Torpaq-Eroziya Stansiyası yaradıldı.
Respublikanın zooloqları Azərbaycanın faunasını öyrənmək, onun yenidən
bərpası və təsərrüfat məqsədilə heyvan ehtiyatlarından istifadə olunması üçün
tədqiqatlar aparırdılar. "Azərbaycan florası" toplusu hazırlandı və nəşr edildi
(1950-1961).
Respublikanın torpaq örtüyünün öyrənilməsinə, gübrələrin səmərəli
tətbiqinin elmi əsaslarının hazırlanmasına, şoran torpaqların meliorasiyasına çox
fikir verilirdi. Torpaqşünasların Kür-Araz düzənliyinin və Lənkəran zonasının
şoran və bataqlıq torpaqlarının istifadəyə verilməsi və meliorasiyası sahəsindəki
işləri, eləcə də Azərbaycanın dağlıq rayonları torpaqlarının eroziyası ilə mübarizə
üzrə tədqiqatları böyük elmi dəyərə malik idi. 1958-ci ildə Türyançay, 1965-ci ildə
Göy göl, 1968-ci ildə Pirqulu, 1969-cu ildə Hirkan və Şirvan qoruqları yaradıldı.
Dənli bitkilərin yeni növlərini almaq
və mövcud növlərini dəyişdirmək prosesinin
öyrənilməsi sahəsində
səmərəli işlər aparılırdı. Azərbaycanda seleksiyaçılar
tərəfindən yüksək məhsuldar buğda növləri yetişdirilmişdi.
Alimlər kənd təsərrüfatı heyvanlarının məhsuldarlığını artırmağın bioloji
əsaslarını hazırlamaq sahəsində mühüm işlər görürdülər. F.A.Məlikovun rəhbərliyi
altında mütəxəssis alimlər tərəfindən yarımzərif yunlu qoyun cinsi - Azərbaycan
dağ merinosu yetişdirmək işi başa çatdırıldı.
Zoologiya
sahəsində
alimlərin tədqiqatlarının əsas istiqamətləri
respublikanın faunasını öyrənmək idi. Elmlər Akademiyasının Zoologiya İnstitutu
balıqçılıq təsərrüfatı sahəsində qiymətli tədqiqatlar aparırdı. Zooloqların
tədqiqatlarında kənd təsərrüfatı heyvanlarının məhsuldarlığını artırmağın bioloji
əsasları məsələləri mühüm yer tuturdu.
Zooloq alimlərin böyük əməyi sayəsində dördcildlik "Azərbaycan faunası"
toplusunun birinci cildi çap olundu (1966).
Tibb sahəsində də nailiyyətlər əldə edildi. Ürək-damar xəstəliklərinin
səbəbləri, profilaktikası və müalicəsi məsələləri tədqiq olunurdu.
Fəhlələrin, kolxozçuların və şagirdlərin əmək və təhsilinin sanitar-gigiyena
şəraitini yaxşılaşdırmaq sahəsində aparılan elmi tədqiqatlar peşə xəstəliklərinin
profilaktikasına böyük fayda verdi.
Traxoma, brusellyoz, bağırsaq xəstəlikləri ilə mübarizə məsələləri
müvəffəqiyyətlə öyrənilirdi.
Lakin təbiət elmlərinin və texniki elmlərin inkişafında ciddi nöqsan və
çatışmazlıqlar da vardı. Geofizika rüşeym halında idi. Müasir fizika və texnikanın
daha çox perspektivli problemləri heç işlənilmirdi. Qeyri-üzvi, xüsusən də üzvi
kimyanın bir sıra istiqamətləri ləng tədqiq olunurdu.
130
İctimai və humanitar elmlər sahəsində müharibədən sonrakı illərdə irəliyə
doğru ciddi addımlar atılmışdı. Azərbaycan ərazisinin arxeoloji öyrənilməsi
genişlənirdi. Qədim və erkən orta əsrlər tarixinin bir çox öyrənilməmiş
məsələlərini işıqlandıran maraqlı arxeoloji materiallar əldə edilmişdi. Bu işdə
1946-cı ildə S.M.Qazıyevin başçılığı altında Azərbaycan SSR Elmlər
Akademiyasının Mingəçevir arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqatlar
mühüm əhəmiyyətə malik idi. Ekspedisiya tərəfindən 14 mədəni qat tədqiq
edilmişdi.
Abşeron yarımadasının qərbində, Qobustan rayonunda böyük elmi qiymətə
malik çoxlu qayaüstü təsvir aşkar olunmuşdu. 1947-ci ildən İsak Cəfərzadənin
rəhbərlik etdiyi arxeoloji ekspedisiya dünya əhəmiyyətli bu abidənin tədqiqinə
başlamışdı. Qayaların və daşların bir çoxunun səthində insan və heyvanların kontur
şəklində təsvirləri saxlanmışdır.
47
Bu təsvirlər Daş dövrünün sonundan orta əsrlərə
qədərki tarixi əhatə edir. Örənqala, Qəbələ, Köhnə Gəncə, habelə Bakıdakı
Şirvanşahlar sarayında, Qarabağda, Şirvanda aparılan qazıntılar nəticəsində dəyərli
məlumat və materiallar əldə olunmuşdu.
Respublika tarixçiləri Azərbaycanın qədim tarixinin, xüsusən Midiya və
Qafqaz Albaniyası tarixinin öyrənilməsi məqsədilə vacib tədqiqatlar aparırdılar.
Azərbaycan tarixinə dair yeni, qiymətli mənbələr nəşr olundu. Azərbaycan
tarixinin öyrənilməsində 1949-cu ildə "Azərbaycan tarixinin oçerkləri"nin nəşri
irəliyə doğru mühüm addım idi. Lakin bu kitabda Azərbaycanın qədim, orta əsrlər
və yeni tarixinin bir sıra probleminin işlənilməsinin elmi səviyyəsi hələ yüksək
deyildi, bir sıra müddəalar mübahisəli, bəziləri isə yanlış idi. Ən qədim, ilk orta və
XIX-XX əsrlərdə inqilablar və vətəndaş müharibəsi problemləri dərin və əsaslı
tədqiqini gözləyirdi.
Respublika tarixçilərinin çoxillik tədqiqatlarının nəticəsi olaraq 1958-1963-
cü illərdə üçcildlik "Azərbaycan tarixi" nəşr olundu. "Azərbaycanda Sovet
hakimiyyəti uğrunda fəal mübarizlər", (1958), "Azərbaycan Kommunist
Partiyasının tarixi" (I hissə), "Azərbaycan Kommunist Partiyası tarixinin
oçerkləri" (1964) kitabları çap edildi. Lakin ideoloji təzyiqlə əlaqədar bəzi
problemlər hakim konsepsiya mövqeyindən şərh olunurdu.
Azərbaycan fəlsəfəsi və ictimai fikir tarixini öyrənmək sahəsində də
müəyyən işlər görülmüşdü. Heydər Hüseynovun "XIX əsrdə Azərbaycanda ictimai
və fəlsəfi fikir tarixindən" (1949) monoqrafiyası ciddi maraq doğurmuşdu.
Respublika filosofları tərəqqipərvər Azərbaycan mütəfəkkirlərinin - Nizami
Gəncəvinin, Xaqani Şirvaninin, M.F.Axundovun, H.Zərdabinin və başqalarının
ictimai-siyasi və fəlsəfi görüşlərinin elmi tədqiqi ilə məşğul olurdular.
A.O.Makovelskinin "Qədim yunan atomçuları" əsəri üzərində iş başa çatmışdı.
1966-cı ildə "Azərbaycanda fəlsəfi fikir tarixinin oçerkləri" nəşr olundu.
131
Hüquqşünas alimlər dövlət, mülki və cinayət hüququna, məhkəmə
quruluşuna, hüquq tarixinə dair əsərlər üzərində işləyirdilər.
50-ci illərin
əvvəllərində Azərbaycan dilində cinayət hüququ məsələlərinə dair ilk əsərlər nəşr
olundu.
Azərbaycanın iqtisadçı alimlərinin tədqiqatları sənayenin və kənd
təsərrüfatının iqtisadiyyatı ilə bağlı məsələlərin, habelə iqtisadi fikir tarixinin
öyrənilməsinə yönəldilmişdi. İqtisadçılar neft sənayesinin iqtisadiyyatını,
Azərbaycanın xalq təsərrüfatının və iqtisadi fikir tarixini öyrənirdilər. Lakin iqtisad
elmi və hüquqşünaslıq müasir inkişaf tələblərindən çox geri qalırdı.
Memar alimlər və sənətşünaslar memarlıq abidələrini, dekorativ-tətbiqi
sənət, musiqi və teatr mədəniyyəti ustalarının fəaliyyətini öyrənmək sahəsində
qiymətli tədqiqatlar aparmış, "Azərbaycan Dram Teatrı" (1962), "Azərbaycan
memarlığının tarixi" (1963), "Azərbaycan xalçası" I cild (1961) və s. əsərlər nəşr
etdirmişlər.
Azərbaycan dilçiləri iki hissədən ibarət "Azərbaycan dilinin qrammatikası"
(1959-1960), bircildlik "Azərbaycan dilinin dialektoloji lüğəti" (1964),
"Orfoqrafiya lüğəti" (1960), "İzahlı dilçilik lüğəti" (1969) nəşr etdirmişdilər.
Akademik M.A.Şirəliyevin "Bakı dialekti" əsəri çapdan çıxmışdı. Azərbaycan
dilçilərinin Azərbaycan dilinin tarixi, leksikologiyası və dialektologiyası sahəsində
əsərləri mühüm əhəmiyyət kəsb edirdi.
Ədəbiyyatşünaslar tərəfindən müasir sovet ədəbiyyatı və Azərbaycan
klassiklərinin ədəbi irsi geniş tədqiq olunurdu. Xalq şairi, akademik S.Vurğun
1954-cü ilin dekabrında Moskvada sovet yazıçılarının II Ümumittifaq qurultayında
sovet poeziyasının yaradıcılıq problemlərini dərin elmi-nəzəri əsaslarla yüksək
səviyyədə işıqlandırmaq şərəfinə nail olmuşdu. H.Araslının "XVII-XVIII əsr
Azərbaycan
ədəbiyyatı
tarixi",
M.Quluzadənin
"Nizami
Gəncəvi",
Ə.Mirəhmədovun
"M.F.Axundov",
K.Məmmədovun
"Əbdürrəhimbəy
Haqverdiyev", K.Talıbzadənin "Abbas Səhhət", M.Arifin "Cəfər Cabbarlının
yaradıcılıq yolu", Q.Qasımzadənin "Azərbaycan ədəbiyyatında xalqlar dostluğu",
Ş.Qurbanovun "Puşkin və Azərbaycan poeziyası", M.Əlioğlunun "Cəlil
Məmmədquluzadənin dramaturgiyası" kimi monoqrafiyaları nəşr olundu. 1957-
1960-cı illərdə üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi", 1963-cü ildə "Azərbaycan
sovet ədəbiyyatı tarixi oçerkləri", 1967-ci ildə "Azərbaycan sovet ədəbiyyatı
tarixi" kimi fundamental əsərlər çap edildi. "Kitabi-Dədə Qorqud" (1950),
"Koroğlu" dastanları (1949), beşcildlik "Azərbaycan nağılları" (1960-1964),
beşcildlik "Azərbaycan dastanları" (1965-1977) nəşr olundu. Böyük Azərbaycan
şair və nasirlərinin əsərləri oxuculara çatdırıldı. Nizaminin və Azərbaycan
ədəbiyyatının digər klassiklərinin yaradıcılığı haqqında monoqrafik əsərlər yazıldı.
132
Respublika Əlyazmaları Fondunun yaradılmasının xüsusi əhəmiyyəti var
idi. Qarşılıqlı ədəbi əlaqələrin öyrənilməsinə böyük diqqət yetirilirdi. Azərbaycan
xalqının və ölkənin başqa xalqlarının ədəbiyyatlarının qarşılıqlı əlaqələri ilə
oxucuları tanış etmək üçün mühüm elmi dəyəri olan bir sıra əsərlər nəşr
olunmuşdu.
Dostları ilə paylaş: |