kitabxanaların sayı 1946-cı ildəki 815-dən 1970-ci ildə 2922-yə (o cümlədən
2375-i kənd yerlərində), klub müəssisələrinin sayı isə müvafiq olaraq 1711-dən
ci ilə qədər Azərbaycan mədəni-maarif müəssisələri komitəsi sistemində kütləvi
milyondan çox oxucu istifadə etmişdi.
ə (kənddə 1356-ya) qədər artmışdı.
qabaqcılını birləşdirirdi.
125
min nəfərə çatmışdı.
33
Bakıda Azərbaycan Tarixi Muzeyi, R.Mustafayev adına
Azərbaycan Dövlət İncəsənət Muzeyi fəaliyyət göstərirdi. Muzey daxilində
keçirilən elmi-kütləvi iş, habelə muzeylərin təşkil etdikləri ekskursiyalar, səyyar
sərgilər, müharibə veteranları və əmək qəhrəmanları ilə görüşlər əhali arasında
rəğbətlə qarşılanırdı. Muzeylərə gələnlərin sayı 1970-ci ildə 1,1 mln nəfərə
çatmışdı.
34
Bununla belə, mədəni-maarif idarələrinin fəaliyyəti formalizm və siyasi
rəsmiyyətçilikdən zərər çəkirdi. Xalq kütlələrinin tərbiyəsi üçün bu müəssisələrin
şəbəkəsindən kifayət qədər istifadə olunmurdu.
1959-cu ildə Azərbaycanda ilk xalq universiteti meydana çıxdı. 1961-ci ildə
onların sayı 76 oldu. 1970-ci ildə artıq 237 xalq universiteti fəaliyyət göstərirdi.
35
Əhalinin maariflənməsində, mədəni səviyyəsinin yüksəlməsində, ictimai-
siyasi fəallığının artmasında mətbuat əhəmiyyətli rol oynayırdı.
1946-cı ildə Azərbaycanda 87 qəzet çıxırdı, 1970-ci ildə isə onların sayı
118-ə (o cümlədən 93-ü Azərbaycan dilində) çatmışdı.
36
1946-cı ildən komsomolun
"Azərbaycan gəncləri" və "Molodyoj Azerbaydjana", 1958-ci ildən "Bakı", 1963-
cü ildən "Baku" (rus dilində) qəzetləri nəşr olunur. 1946-cı ildən "Müəllim"
qəzeti, 1953-cü ildən "Ədəbiyyat" qəzeti, "Azərbaycan müəllimi", "Ədəbiyyat və
İncəsənət", "Azərbaycan kənd təsərrüfatı", 1960-cı ildən isə "Sovet kəndi" adı
altında qəzet çıxırdı. Respublikada nəşr olunan jurnalların və başqa dövri nəşrlərin
sayı 1946-cı ildə 21 idisə, 70-ci ildə 116-ya çatdı. Azərbaycan dilində 74 jurnal
nəşr olunurdu.
37
1946-cı ildən "Pioner", 1957-ci ildən "Kirpi", 1958-ci ildən
"Göyərçin", 1961-ci ildən "Elm və Həyat", 1967-ci ildən "Ulduz" jurnalları, 1969-
cu ildən "Qobustan" incəsənət almanaxı nəşr olunmağa başlandı. 1951-ci ildən
"Azərbaycan qadını", 1954-cü ildən "Literaturnı Azerbaydjan" jurnalları
fəaliyyətini yenidən davam etdirdilər. "Vətən uğrunda" jurnalı 1946-cı ildən
"İnqilab və mədəniyyət", 1953-cü ildən isə "Azərbaycan", "Təşviqatçının
dəftərçəsi" jurnalı isə 1966-cı ildən "Təşviqatçı" adı ilə çıxırdı.
Respublikada Azərbaycan Dövlət Nəşriyyatı ("Azərnəşr"), Uşaq-Gənclər
Nəşriyyatı, Azərbaycan SSR Elmlər Akademiyasının Nəşriyyatı və "Azərneft"
Nəşriyyatı fəaliyyət göstərirdi.
Nəşriyyat bazasının genişləndirilməsi və möhkəmləndirilməsi sonrakı
illərdə ictimai-siyasi, elmi-texniki, kənd təsərrüfatı, tibb və bədii ədəbiyyat nəşri
işini gücləndirməyə imkan verdi. 1970-ci ildə ümumi tirajı 11,6 mln nüsxə olan
1300 adda, o cümlədən Azərbaycan dilində ümumi tirajı 8,8 mln. nüsxə olan 839
adda kitab nəşr
olunmuşdu.
38
Bədii əsərlər kütləvi tirajla buraxılırdı. Klassik
Azərbaycan ədəbiyyatı dəfələrlə nəşr olunurdu. Müasir Azərbaycan yazıçılarının
da əsərlərinin nəşri artırdı.
126
Rus ədəbiyyatı klassiklərinin, müasir yazıçılarının və başqa xalqların
yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə edilmiş və kütləvi tirajla nəşr
olunmuşdu. Xarici ölkələrin ən tanınmış yazıçılarının əsərlərinin Azərbaycan
dilində buraxılışı artmışdı.
Mədəni-maarif işi eyni zamanda SSRİ xalqlarına bir-birinin ədəbiyyat və
incəsənəti ilə yaxından tanış olmağa imkanlar açırdı. 1950 1959-cu illərdə
Moskvada Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlükləri böyük
müvəffəqiyyətlə keçirildi. Azərbaycan mədəniyyətinin beynəlxalq əlaqələri də
inkişaf edirdi. 1946-cı ildə "Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni
Əlaqələri Cəmiyyəti" təsis edildi. Bu cəmiyyətin "Azərbaycan" adlı jurnalı çap
olunaraq dünya ölkələrində yayılırdı.
Dostları ilə paylaş: