İnteraktiv təlim metodu – hər hansı bir şəxslə dialoqda, söhbət rejimində,
qarşılıqlı təsirdə olmaq deməkdir. Başqa sözlə, aktiv metodlardan fərqli olaraq, interaktiv
t
əlim dinləyicilərin təkcə təlimçilərlə deyil, həmçinin bir-biriləri ilə qarşılıqlı təsirini
n
əzərdə tutur. İnteraktiv modeldən istifadə praktikii vəziyyətlərin modelləşdirilməsini,
rolların oynanılmasını, problemin birgə həllini nəzərdə tutur. Dinləyici təsir obyektindən
qarşılıqlı təsir subyektinə çevrilir, o təhsil prosesində özünün fərdi istiqaməti üzrə fəal
h
ərəkət edir.
3.4.
Mühazirə və praktiki məşğələ zamanı tətbiq edilən aktiv və interaktiv təlim
metodlarına konkret halların təhlili (“case study”), kiçik qruplarda (komandada) iş, beyin
h
əmləsi, akvarium, debat, diskussiya, sual-cavab, tənqidi düşüncənin inkişafı, rollar və
işgüzar oyunlar, problemin öyrənilməsi, qərarlar ağacı, mövzuların qabaqcadan sərbəst
öyrənilməsi, təcrübə əsasında öyrənmə və digərləri aid edilir. Qısamüddətli təlimlərin
keçirilməsi üçün tətbiq edilən aktiv və interaktiv təlim metodlarına aiddir: açıq fəza,
beyn
əlxalq kafe və b.
|