4
5. Aktiv v
ə interaktiv metodlarla təlimlərin təşkilinə və
keçirilməsinə tələblər
5.
1. Tədris məşğələlərində aşkarlıq, iştirakçıların qarşılıqlı münasibəti, onların
arqumentlərinin bərabərliyi, birgə biliklərin toplanması, qarşılıqlı qiymətləndirmə və
nəzarət imkanının olması kimi xarakterik xüsusiyyətlər təhsil ünsiyyəti mühitini
yara
tmalıdır.
5.2. Aktiv v
ə interaktiv metodlarla təlimin keçirilməsinin əsas şərtləri
aşağıdakılardır:
- təlimçilərin yüksək peşəkarlıq səviyyəsi;
- əsas və əlavə tədris materiallarının mənimsənilməsində dinləyicilərin fəal iştirakı
v
ə bu prosesdə özünün rolunun dərk etməsi;
- dinləyicilərin hazırlığının yüksək səviyyəsi;
- təlimçi ilə dinləyicilər arasında tədris prosesi zamanı pozitiv münasibətlər;
- təlimçinin demokratikliyi, dinləyicilərin təşəbbüsünün stimullaşdırılması;
- informasiyanın təqdim edilməsinin forma və üsullarının müxtəlifliyi.
5.3
. Tədris prosesində aktiv və interaktiv təlim metodlarından istifadə zamanı
təlimçinin vəzifələri aşağıdakılardır:
-
məşğələlərin hazırlıq mərhələsini təşkil etmək ((materialları öyrənmək, seçmək,
təhlili etmək və nəticəni təqdim etmək (zərurət yarandığı halda dinləyiciləri qruplara
bölmək, tapşırıqları vermək));
-
texniki vasitələrdən istifadə etmək, tədris materiallarını cədvəllər, slaydlar və s.
vasitəsilə təqdim etmək;
-
dinləyicilərin sərbəst axtarışı və təşəbbüsü üçün şərait yaratmaq;
-
qrupdaxili əlaqəni dəstəkləmək, iştirakçılar arasındakı qarşılıqlı əlaqələr zamanı
yaranmış gərginliyi azaltmaq, ayrı-ayrı dinləyicilər arasında yarana biləcək konfliktləri
neytrallaşdırmaq;
-
dinləyicilərdə çətinlik yarandığı halda məsləhətçi funksiyasını yerinə yetirmək;
-
tədris prosesində çətinliklər, qeyri-müəyyən situasiyalar yarandıqda diskussiya
zamanı müdaxilə etmək, münasibət bildirmək;
-
keçirilmiş məşğələlərin hərtərəfli təhlilini aparmaq, onu təhlil etmək və nöqsanları
aradan qaldırmaq.
5.4.
Tədris prosesində aktiv və interaktiv təlim metodlarından istifadə zamanı
dinləyicilərin vəzifələri aşağıdakılardır:
5
- t
əlimçi tərəfindən ifadə edilmiş qayda və şərtlərə riayət etmək;
- t
ədris prosesində fəal iştirak etmək və təşəbbüs göstərmək;
- m
əşğələlərə əsaslı hazırlaşmaq, təlimçi tərəfində verilmiş tapşırıqları yerinə
yetirm
ək;
-
qoyulmuş məsələnin və problemin həlli yollarını və variantlarını sərbəst axtarmaq
(t
əklif olunmuş variantlardan birini seçmək, qərarı əsaslandırmaq);
- h
ər bir fikrə qarşı dözümlülük nümayiş etdirmək, tədris prosesinin hər bir
iştirakçısının məsələyə münasibətinə hörmətlə yanaşmaq;
-
yaradıcı xarakter daşıyan fərdi tapşırıqlardan bacarıqla istifadə etmək;
- ciddi reqlament v
ə informasiyada qeyri-müəyyənlik elementlərinin olduğu bir
şəraitdə qərarların qəbul edilməsinə hazır olmaq.
5.
5. Tədris prosesində aktiv və interaktiv təlim metodlarından istifadə edildikdə
tədris-metodiki təminat aşağıdakı kimi olmalıdır:
-
tətbiq edilən təlim metodundan asılı olaraq auditoriya zəruri mebellə, avadanlıqla
təmin olunmalıdır (işgüzar oyunların, kiçik qruplarla işlərin, treninqlərin, dəyirmi
masanın, laborator və praktik məşğələlərin keçirilməsi məqsədilə);
- aktiv formada
mühazirənin keçirilməsi üçün mühazirə auditoriyası multimediya
avadanlıqlarla təmin olunmalıdır.
Dostları ilə paylaş: