Maddə 29. XEŞ şagirdin akademik nailiyyətinin qiymətləndirilməsi, davamiyyəti və buraxılmış dərs saatları
-
XEŞ şagirdin akademik nailiyyətinin qiymətləndirilməsi hər hansı bir digər şagirdin akademik nailiyyətinin qiymətləndirilməsi prinsipi ilə baş verir. Əgər XEŞ şagird təhsili fərdi tədris planı ilə alırsa, onun tərəfindən fərdi tədris planı ilə müəyyənləşdirilmiş məqsədlərin əldə edilməsi səviyyəsi qiymətləndirilir. Fərdi tədris planının öhdəsindən müvəffəqiyyətlə gələn XEŞ şagird yüksək balla qiymətləndirilir.
-
XEŞ şagird üçün semestr, illik, ümumi illik və pillə üzrə ümumi ballar digər şagirdlər üçün olan prinsiplə, bu planın 20-ci maddəsinə müvafiq olaraq hesablanır.
-
İstisna halında XEŞ şagirdin bir və ya bir neçə fənn üzrə semestr qiymətinin olmamasına yol verilir. İstisna multi-intizam dəstənin rəyi əsasında edilir. İstisna halında şagirdin fənn üzrə semestr balı fənnin illik balını təşkil edir. Əgər XEŞ şagird verilən semestrdə hər hansı bir fəndə qiymətləndirilmirsə, bu onun növbəti sinfə keçməsinə mane olmur.
-
Əgər XEŞ şagirdin səhhəti imkan vermirsə və bunu təsdiq edən sənəd onun şəxsi işində vardırsa, XEŞ şagirdə bu planın 22-ci maddəsinin birinci və ikinci bəndləri ilə nəzərdə tutulmuş tədbirlər aid edilmir.
-
Əgər məktəbin tədris planı ilə illik imtahan müəyyənləşdirilmişdirsə və fərdi tədris planı ilə təhsil alan XEŞ şagirdlərin də imtahan vermələri təyin edilmişdirsə, o zaman məktəb imtahan materialının adaptasiyasını etməlidir, – fərdi tədris planına əsaslanan fərdi imtahan proqramını tərtib etməlidir.
Maddə 30. XEŞ şagirdlər üçün evdə təlim
-
Əgər XEŞ şagirdin uzunmüddətli qospitallaşdırmaya ehtiyacı vardırsa, yaxud da səhhətinin pisləşməsinə görə məktəbə gedə bilmirsə, o zaman məktəb multi-intizam dəstəsinə müraciət edir və dəstənin rəyi əsasında da XEŞ şagirdin təhsil alması evdə təlim metodu ilə təmin edilməlidir. Bu halda şagird məktəbdə qeydə alınır, lakin dərslərdə iştirak etmir; məktəb onun təliminin xüsusi planını tərtib edir, bunun əsasında isə XEŞ şagird evdə təhsil alır.
-
Multi-intizam dəstəsi XEŞ şagirdin evdə təhsil almaqla öhdəsindən gələcəyi fənnlərin siyahısını müəyyənləşdirməli və məktəb və valideynlərlə razılaşdırmalıdır.
-
Evdə təlim metodu ilə nəzərdə tutulmuş fərdi tədris planı maksimal şəkildə Milli Tədris Planına yaxın olmalıdır. Məktəb cədvəl tərtib etməyə borcludur ki, buna əsasən fənn və ya eləcə də xüsusi müəllim XEŞ şagirdin yanına vizitləri həyata keçirəcəklər. Məktəb/FTP qrupu evdə təlim prosesinin monitorinqini həyata keçirməlidirlər.
-
XEŞ şagirdin valideyni evdə təlim prosesinə cəlb olunmalıdır ki, şagirdin gündəlik tapşırıqlarının yerinə yetirilməsinə kömək göstərsin.
-
Əgər məktəbin buna imkanı varsa, o zaman vaxt və maliyyə qənaəti məqsədilə evdə təlim prosesində internetdən və video-konfransdan istifadə etmək faydalıdır. Video-konfransdan istifadə etmək müəllimə vizitlərinin arasında məktəbdən çıxmayaraq XEŞ şagirdin evdə məşğuliyyət prosesinə nəzər yetirmək imkanını verir; XEŞ şagirdə və onun valideyninə, qəyyumuna və ya şagirdin evdə məşğuliyyəti üzrə məsuliyyət daşıyan başqa şəxslərə məsləhət verə bilir.
-
XEŞ şagirdin evdə təhsil aldığı təqdirdə minimal yüklənməsi:
Sinif
|
I-IV
|
V-VI
|
VII-IX
|
X-XII
|
Həftə ərzində minimal (astronomik) saatlar
|
5 s.
|
6 s.
|
8 s.
|
8 s.
|
VI Fəsil. Əsas metodiki istiqamətlər
Maddə 31. Şagirdyönümlülük
-
Bütün şagirdlər özlərinin fərdi, fiziki və psixiki xarakterləri, istedadları, emosiyaları, maraqları, şəxsi təcrübələri, akademik tələbatları və təhsil üslubu ilə unikal və fərqlidirlər ki, bu da təlim-tədris zamanı nəzərə alınmalıdır.
-
Təhsil müsbət və intizamlı mühitdə aparılmalıdır və burada müsbət münasibətlərə və interaksiyaya xüsusi əhəmiyyət verilir, hansında şagird qiymətləndirilir, tanınır və öz təhsilinə və inkişafına məsuliyyət daşıyır.
-
Məktəb biliyin qurulması prosesidir. Şagird məktəbə fəal şəkildə cəlb olunmuşdur və o, şagirdin mövcud biliyinə, təcrübəsinə və baxışlarına əsaslanır.
Maddə 32. Təlim-tədris prosesində hüquq bərabərliyi prinsipinə riayət etmək
-
Siniflərdə akademik nailiyyətə əsasən şagirdlərin bölgüsü yol verilməzdir. Eləcə də ictimai məktəbin məktəbə hazırlıqla seçilən və ya yüksək nailiyyətlərə malik şagirdləri qəbul etməsinə və başqalarını qəbul etməyə rədd cavabı verməsinə yol verilmir. İstisna yalnız bu planın 14-cü maddəsi ilə müəyyənləşdirilmiş məktəblər üçün ola bilər.
-
İnkişafın bərabər imkanlarını vermək üçün məktəb şagirdlərə müxtəlif tədris prosesini təklif etməlidir. Tədris prosesinin rəngarəngliyi çoxnövlü metodun, yanaşmanın, strategiyanın, problemlərin həlli yollarının və ya aktivliklərin növlərindən istifadə olunması deməkdir.
Maddə 33. Dərinləşdirilmiş tədris
Məktəb əsaslı və dinamik bilik vermək üçün dərin tədrisi təmin etməlidir. Bu isə tədris materialının mərhələlərlə və çoxtərəfli təqdim olunması, yeni məsələlərin, anlayışların əsaslı və fərqli kontekstlərdə təhlili, fənnlərarası əlaqələrin aşkara çıxarılması və ümumi aspektlərin işlənib hazırlanması deməkdir.
Maddə 34. Şagirdin motivasiyasının artırılması
Şagirdin motivasiyasının artırılması əhəmiyyətli pedaqoji məsələdir. Tədris prosesində nəzərə alınmalıdır ki, əgər şagird müəllimin əsas vəzifəsinin onun irəliləyişinə kömək göstərmək olduğunu görürsə, o zaman şagirdin motivasiyası artır və ya əksinə, əgər belə hesab edirsə ki, müəllimin əsas vəzifəsi onun nəticəsinin ittihamlı şəkildə qiymətləndirilməsidirsə, o zaman şagirdin motivasiyası azalır. Eləcə də əgər o, tapşırığın məqsədini görürsə və onun zəruliliyinə əmindirsə, o zaman şagirdin motivasiyası artır. Müəllimin konkret tapşırığın hansı məqsəd daşıdığını izah etməsi də vacibdir. Şagirdin məktəbdə davam edən fəaliyyət və məktəbdən kənarda baş verən həyat arasında əlaqəni görə bilməsi zəruridir.
Maddə 35. Nizam-intizam
-
Məktəb şagirdlərin öz vəzifələrini dərk etmək və ictimai asayişi qorumaq qabiliyyət-vərdişlərini inkişaf etdirməlidir. Məktəbdə sakit və işgüzar mühit yaratmaq üçün müəllimin nümunəsi həlledicidir; məktəbin şagirdlərlə münasibətdə intizam tədbirlərini keçirmək üçün istifadə etdiyi inzibati ölçülər elə müəyyən olunmalıdır ki, şagirdlərin ləyaqətinə toxunmasın.
-
Emosional və əxlaq baxımdan problemli şagirdlərin sosial əxlaqın spesifik təlimatlarına ehtiyacları vardır. Bu təlimatlar məktəbin daxili nizam-intizam qaydasında öz əksini tapmalıdır.
Maddə 36. Şagirdlərin cəlb edilməsi
Müasir təhsil prosesi şagirdlər tərəfindən xüsusi aktuallıq tələb edir. Bu, şagirdlər tərəfindən nəinki təkcə təhsil almaq prosesində fəal iştirakı, eləcə də həmyaşıdların layihələrində iştirakı da nəzərdə tutur. Dərsdə qrup halında işləyərkən, layihələrdə iştirak edərkən, tamaşaların planlaşdırılması və həyata keçirilməsi zamanı şagirdlər müxtəlif konsepsiyaların daha yaxşı başa düşülməsində, qabiliyyət-vərdişlərə yiyələnmək və onları inkişaf etdirməkdə və yanaşmaların formalaşmasında bir-birlərinə kömək göstərirlər. Buna müvafiq olaraq şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məktəbin başlıca qayğılarından biridir.
VII Fəsil. İcbari və seçmə fənnlər
Maddə 37. Fənnlərin qruplaşdırılmasının başlıca prinsipləri
-
Milli tədris planı ilə nəzərdə tutulmuş fənnlər səkkiz fənn qrupunda birləşirlər:
-
Dövlət dili;
-
Riyaziyyat;
-
Xarici dillər;
ç) İctimai elmlər;
d) Təbiətşünaslıq elmləri;
e) Texnologiyalar;
ə) Estetik təlim;
f) İdman.
2. Fənn qrupları, fənn səriştələrinə əsasən, həm icbari, həm də seçmə fənnlərni əhatə edirlər.
3. Fənn qrupları qonşu fənnləri bir-birinə birləşdirir.
4. Fənn qruplarına daxil olan fənnlər icbari və ya seçim şəklində ümumi təhsilin hər üç pilləsində tədris olunurlar.
5. İbtidai pillədə fənnlərarası inteqrasiyanın keyfiyyəti nisbətən yüksəkdir, nəinki fənnlərin daha ixtisaslaşdırılmış şəkildə tədris olunduğu baza və ya orta pillələrdə.
Maddə 38. Dövlət dili
-
Dövlət dilinin fənn qrupunda aşağıdakı icbari fənnlər birləşdirilmişdir:
-
Gürcü dili və ədəbiyyatı (I-XII siniflərdə tədris olunur);
-
Abxaz dili və ədəbiyyatı, Abxaziya Muxtar Respublikasında (I-XII siniflərdə tədris olunur);
-
Gürcü ikinci dil kimi, qeyri-gürcü dilli məktəblər/bölmələr üçün (I-XII siniflərdə tədris olunur).
-
Dövlət dilini öyrənmək yeniyetmədə Gürcüstanın dövlət dilində/dillərində əsas ünsiyyət qabiliyyətlərini (yazı, oxu, dinləmə, danışıq) inkişaf etdirməlidir. Bu qrupa daxil olan fənnin/fənnlərin tədris məqsədi şagirdlərdə bədii əsərlərin estetik qavranılması və qiymətləndirilməsi, öz fikrini qısa şəkildə ardıcıllıqla əks etdirmək, oxumaq və müxtəlif məzmunlu mətnlər yaratmaq qabiliyyətini inkişaf etdirmək; ədəbi irsə hörmət hisslərini oyatmaq; şagirdlərin yazılı və şifahi nitq mədəniyyətini inkişaf etdirməkdir.
-
Gürcü ikinci dil kimi, qeyri-gürcüdilli şagirdlər tərəfindən öyrənilir.
Maddə 39. Riyaziyyat
-
Riyaziyyat fənn qrupuna icbari fənn olan riyaziyyat aiddir (I-XII siniflərdə tədris olunur).
-
Riyaziyyatı öyrənməkdə başlıca məqsəd yeniyetmələrdə analitik, məntiqi, ardıcıl və simvolik təfəkkür və tədqiqat qabiliyyət-vərdişlərinin işlənib hazırlanmasıdır. Riyaziyyatın tədrisi şagirdə ona həyati, əməli problemlərin həllində kömək göstərəcək bacarıq-vərdişləri əldə etdirməlidir.
Maddə 40. Xarici dillər
-
Xarici dillər fənn qrupunda aşağıdakı icbari fənnlər birləşdirilmişdirlər:
-
Birinci xarici dil (I-XII siniflərdə tədris olunur);
-
İkinci xarici dil (VII-XII siniflərdə tədris olunur).
-
Xarici dillərin tədrisi şagirddə dövlət dili ilə yanaşı, ən azı iki dildə ünsiyyət qabiliyyətini inkişaf etdirməlidir.
-
Qeyri-gürcüdilli məktəblərin/bölmələrin öz şagirdlərinə, ana dili və dövlət dilindən başqa, bir xarici dil də öyrətmələrinə yol verilir.
-
Xarici dillərin fənn qrupunun başlıca məqsədlərindən biri ondan ibarətdir ki, şagirdlər yazılı və şifahi formada ünsiyyəti xarici dildə/dillərdə qavraya bilsinlər. Bütün digər fənn qruplarında olduğu kimi, əsas diqqət əldə edilmiş biliyin təcrübədə tətbiq olunması qabiliyyətini inkişaf etdirməyə yönəldilməlidir.
-
Xarici dilin fənn standartları dil bilmə səviyyələrinə əsasən tərtib olunmuşdur və istənilən xarici dil üçün ümumidir. Fənn proqramlarının məzmunu yalnız bir neçə dili nəzərdə tutur, lakin məktəbin şagirdlərə bu dillərin əvəzində başqa dili/dilləri təklif etmək hüququ var, bu isə məktəbin tədris planında müəyyən edilməlidir.
-
Birinci xarici dilin tədrisi birinci sinifdən başlanır, ikinci xarici dilin – VII sinifdə (qeyri-gürcüdilli məktəblər/bölmələr üçün müəyyən olunmuş istisnalardan başqa).
-
İngilis dilinin tədrisi birinci sinifdən etibarən icbaridir. İstisna yalnız nazirliklə razılıq əsasında mümkündür. İstisnaya yol verildiyi təqdirdə, məktəbin birinci sinifdən etibarən başqa xarici dili tədris etmək hüququ var, lakin belə halda məktəb şagirdə ikinci xarici dil kimi ingilis dilini təklif etməyə borcludur.
Maddə 41. İctimai elmlər
-
İctimai elmlər fənn qrupunda aşağıdakı icbari fənnlər birləşdirilmişdir:
-
Bizim Gürcüstan (V-VI siniflərdə tədris olunur);
-
Gürcüstan və dünya tarixi (VII-VIII, XI-XII siniflərdə tədris olunur);
-
Gürcüstan tarixi (IX sinifdə tədris olunur);
ç) Tarixə giriş (X sinifdə tədris olunur);
d) Coğrafiya (VII-VIII siniflərdə tədris olunur);
e) Gürcüstan coğrafiyası (IX sinifdə tədris olunur);
ə) Dünya coğrafiyası (X sinifdə tədris olunur);
f) Qlobal problemlər coğrafiyası (XI sinifdə tədris olunur);
g) Mülki təhsil (IX-X siniflərdə tədris olunur);
ğ) Mülki müdafiə və təhlükəsizlik (IV, VIII və XII siniflərdə tədris olunur);
2. İctimai elmlər fənn qrupunun başlıca məqsədi məlumatlı, fəal və məsuliyyət hisslərinə
malik vətəndaşı tərbiyə etməkdən ibarətdir.
-
Şagirdə doğma mühit barədə informasiya versin; dünya tarixi və coğrafi proseslərdə doğma ölkəsinin yerini müəyyənləşdirməkdə ona kömək etsin, onu vətənpərvər və humanist insan kimi formalaşdırsın. Bununla yanaşı, ictimai elmlər fənn qrupuna daxil olan fənnlərin tədrisinin şagirdlər arasında vətəndaş dəyərlərinin aşılanmasında həlledici əhəmiyyəti vardır.
Maddə 42. Təbiətşünaslıq elmləri
-
Təbiətşünaslıq elmləri fənn qrupunda aşağıdakı icbari fənnlər birləşdirilmişdir:
-
Təbiətşünaslıq (I-VI siniflərdə tədris olunur);
-
Təbiətşünaslıq elmlərinin əsasları (VII sinifdə tədris olunur);
-
Biologiya (VIII-XI siniflərdə tədris olunur);
ç) Fizika (VIII-XI siniflərdə tədris olunur);
d) Kimya (VIII-XI siniflərdə tədris olunur);
2. Təbiətşünaslıq fənnlərinin tədrisinin başlıca məqsədi ondan ibarətdir ki, şagird elmin əsaslarını dərk etsin və onları tədqiqat bacarıq-vərdişləri ilə inkişaf etdirsin, bu isə şagirdə aləmi dərk etmək imkanı verir, onu ictimai işlərin müxtəlif sahələrinə cəlb edir, özü ilə, cəmiyyətlə və ətraf mühitlə münasibətdə məsuliyyətini hiss etdirir.
Maddə 43. Texnologiyalar
-
Texnologiyalar fənn qrupuna icbari fənn olan informasiya və kommunikasiya texnologiyaları (İKT) aiddir (I, V-VI siniflərdə tədris olunur); yeni Milli Tədris Planının tətbiqi vaxtı üçün ibtidai pilləni başa çatdırmış (baza və ya orta pillədə oxuyan) şagirdlər məktəbi bitirmək üçün İKT –nin ən azından birinci səviyyəsinin öhdəsindən gəlməlidirlər. Belə halda məktəb baza-orta pillələrin hər hansı bir sinfində İKT-nin tədrisini təmin etməlidir.
-
Texnologiyalar üzrə fənn qrupunun məqsədidir: şagirdlər arasında mətbuat və rəqəmsal mütaliə səviyyəsinin yüksəlməsində, müxtəlif sahələr üçün spesifik texnologiyalara yiyələnməkdə və bu texnologiyalardan istifadə etmək üçün həm müxtəlif fənnlərlə inteqrativ tədris zamanı, eləcə də ayrıca tədris yolu ilə zəruri qabiliyyət-vərdişlərin inkişaf etdirilməsində onlara kömək göstərsin.
Maddə 44. Estetik təlim
-
Estetik təlim fənn qrupunda aşağıdakı icbari fənnlər birləşdirilmişdir:
-
Təsviri və tətbiqi incəsənət (I-IX siniflərdə tədris olunur);
-
Musiqi (I-IX siniflərdə tədris olunur);
-
Gürcü rəqsi (IV sinifdə tədris olunur).
-
Estetik tərbiyə üzrə fənn qrupunun məqsədi şagirdlər arasında incəsənət nümunələrinin dərk edilməsini, qiymətləndirilməsini və qabiliyyətlərin yaradılmasını inkişaf etdirmək; onlara incəsənətin universal dilinin öyrənilməsində və onun vasitəsilə milli və dünya mədəni dəyərlərinin paylaşılmasına kömək göstərməkdir.
Maddə 45. İdman
-
İdman üzrə fənn qrupuna icbari fənn olan idman aiddir (I-XII siniflərdə tədris olunur).
-
İdmanın tədrisində məqsəd şagirdi fiziki fəallıqlara cəlb etməkdən və bu yolla onun fiziki inkişafına kömək göstərməkdən ibarətdir; eləcə də, fənnin tədrisinin başlıca məqsədlərindən biri ondan ibarətdir ki, şagird sağlam həyatın insan həyatında necə mühüm rol oynadığını dərk etsin.
-
XEŞ şagirdlər (xüsusilə də fiziki problemləri olan: əlil arabasından istifadə edən, əqli inkişaf pozuntusuna malik, görmə və eşitmə pozuntularına malik və s.) idman dərslərində və idman yarışlarında onlar üçün tərtib olunmuş fərdi tədris planına müvafiq olaraq iştirak edirlər.
Maddə 46. Seçmə fənnlər
-
Orta pillədə şagirdlərə, onların maraqlarına uyğun olaraq müxtəlif fənnləri seçmək və öyrənmək imkanı verilir.
-
Seçim fənninin tədrisinin başlıca məqsəd şagirdlərin nöqteyi-nəzərini genişləndirməkdən və onların təcrübələrini zənginləşdirməkdən ibarətdir. Şəxsi arzusuna əsasən seçilmiş bir neçə fənnin öyrənilməsi şagirdlərə öz qüvvələrini müxtəlif təhsil sahələrində sınaqdan keçirməyə və meylləri və gələcəkdə seçəcəkləri istiqamət barədə daha dəqiq təsəvvür əldə etməyə imkan verəcəkdir.
-
X-XII siniflərdə şagird seçmə fənnlərni 5 semestr ərzində öyrənməlidir.
-
Seçim fənni birmodullu və ya ikimodullu ola bilər. Mümkündür ki, şagird ikimodullu fənnin yalnız birinci modulunu öyrənsin. Dil bilmə səviyyələrinə əsasən verilən “üçüncü xarici dil” seçim fənni istisna təşkil edir. Bu fənn üçün xarici dilin mövcud fənn proqramından istifadə olunur;
-
Seçim fənninin hər bir modulu ayrı-ayrılıqda qiymətləndirilir;
-
Seçmə fənnlər həftədə iki saatlıq yüklə tədris olunur;
-
XII sinfin ikinci semestrində seçmə fənnlər tədris olunmurlar;
-
Seçmə fənnlər tədris olunarkən sinfin orta pillənin müxtəlif sinif şagirdlərindən komplektləşdirilməsi mümkündür;
-
Mümkün olduğu halda, məktəbin şagirdlərə seçmə fənnlərin maksimal geniş seçimini təklif etməsi arzu olunur.
-
Seçmə fənnlərin nümunəsi.
Fənnin adı
|
Semestrin sayı
|
Modulun sayı
|
Sinif
| -
Amerikaşünaslıq
|
2
|
2
|
X/XI/XII
| -
Coğrafi tədqiqat
|
2
|
1
|
X/XI/XII
| -
İqtisadiyyat və dövlət
|
2
|
1
|
XI/XII
| -
Teatr incəsənəti
|
2
|
1
|
X/XI/XII
| -
Kino incəsənəti
|
2
|
2
|
X/XI/XII
| -
Üçüncü xarici dil
|
2
|
|
X/XI/XII
| -
Sahibkarlığın əsasları
|
2
|
1
|
X/XI/XII
| -
Vətəndaşlıq
|
2
|
1
|
X/XI/XII
| -
Dünya mədəniyyəti
|
2
|
1
|
X/XI/XII
| -
Musiqi-kompüter proqramlarının praktiki kursu
|
2
|
2
|
X/XI/XII
| -
Beynəlxalq humanitar hüquq
|
2
|
1
|
X/XI/XII
| -
Tibbi biologiya və sağlamlıq
|
2
|
2
|
I modul: X/XI/XII
II modul: XI/XII
| -
Təsviri və tətbiqi incəsənət: nəzəri-praktiki kurs
|
2
|
1
|
X/XI/XII
| -
Təsviri və tətbiqi incəsənət: praktiki kurs
|
2
|
1
|
X/XI/XII
| -
Folklor və mifologiya
|
2
|
1
|
X/XI/XII
| -
Kimyəvi texnologiyalar
|
2
|
2
|
XI/XII
| -
Müasir fizikaya giriş
|
2
|
2
|
I modul –XI/XII
II modul -XII
| -
XIX-XX əsrin Qərb ədəbiyyatı
|
2
|
2
|
X/XI/XII
| -
İncəsənət tarixi
|
2
|
1
|
X/XI/XII
|
Maddə 47. “Abituriyent saatı”
İcbari və seçmə fənnlərdən başqa on ikinci sinfin saat cədvəlində belə adlanan “Abituriyent saatları” nəzərdə tutulmuşdur. Bu o fənnlərdir, hansıların əsasında məktəbin buraxılış imtahanı verilir. Qeyd edilən “saat”-ın məqsədi məktəbin buraxılış imtahanı üçün müəyyənləşdirilmiş proqram əsasında şagirdə hər bir konkret fənndə öyrəndiyi materialın təkrarlamasına kömək göstərməkdir.
VIII Fəsil. Birincilik bəsirətli kompetensiyalar
Maddə 48. Milli Tədris Planının birincilik bəsirətli kompetensiyalar
Ümumi təhsilin milli məqsədlərini və ictimai tələbatları nəzərə almaqla Milli tədris planı doqquz birincilik kompetensiyalarını ayırır. Bunlara yiyələnmək isə müasir dünyada özünü dərk etmə və müvafiq yer qazanmaq üçün həlledici rol oynayır. Fənnlərin tədrisi, spesifik kompetensiyaların inkişafı ilə birlikdə şagirdlərdə bu birincilik bəsirətli kompetensiyaların inkişafına kömək göstərməlidir.
-
Bəsirətli kompetensiyalara yiyələnmək üçün tədris prosesində fənnlər arasında əlaqə yaratmaq zəruridir. Müəllim şagirdə kömək əli uzatmalıdır ki, o, hər hansı bir fəndə əldə etdiyi bilik və təcrübəni müxtəlif məzmuna malik kontekstlərə keçirə və bundan istifadə edə bilsin.
-
Bəsirətli birincilik kompetensiyalar bunlardır:
-
Savadlılıq. Ənənəvi anlamda, “savadlılıq” sözü oxumaq, yazmaq, dinləmək və danışmaq məqsədi ilə dildən istifadə qabiliyyətidir. Bugünkü gündə bu anlayışın məzmunu daha geniş sahəni əhatə edir; müasir anlamda, savadlılıq dəyişkən kontekstdə oxumaq, yazmaq, informasiyanı işləyib hazırlamaq, ideyaların və düşüncələrin deyilişi, qərar qəbul edilməsi və insanın bütün həyatı boyu əldə etdiyi biliyinin əsasında problemlərin qaydaya salınması qabiliyyəti deməkdir;
-
Mediasavadlılıq. Kommunikasiya texnologiyalarının inkişafı nəticəsində, müasir dünyada, ənənəvi mətnlərlə birlikdə eyni vaxtda dil, səs və vizual vasitələrdən istifadə edən multi-media mətnləri əhəmiyyətli yer tutmuşdur. Bundan başqa, müasir dünyada media insan həyatının bütün sahələrini əhatə edən ən güclü mədəni silahdır. Buna görə də, şagird mütləq bir tərəfdən bu yeni üslubun və hərtərəfli formanın multi-media mətnlərini dərk etməyi, anlamağı, şərh etməyi, istifadə etməyi və yaratmağı bacarmalı, digər tərəfdən, media kainatda istiqamətlənməyə, düzgün seçim etməyə (informasiyanı “süzgəcdən keçirməyə”) və əldə edilmiş informasiyanı tənqidi qiymətləndirməyə kömək etməlidir. Bu nöqteyi-nəzərdən, media savadlılıq tənqidi təfəkkürün inkişafına təkan verir;
-
Rəqəmsal savadlılıq (kompüter savadlılığının eynidir). Müasir dünyada kommunikasiya və rəqəmsal texnologiyaların inkişafı savadlılıq anlayışını bir daha genişləndirdi. Bu, şəbəkə axtarışlarını, mətnlərin elektron hazırlanmasını və mətnlə məlumat vermək proqramlarından istifadə etmək qabiliyyətini də əhatə edir ki, bunlar da bütövlükdə rəqəmsal savadlılıq adlandırılırlar. İnformasiya və kommunikasiya texnologiyalarından istifadə etmək şagirdlər arasında yaradıcı və innovasiya yanaşmalarının aşılanmasına kömək edir.
ç) Kəmiyyət üzrə savadlılıq. Kəmiyyət üzrə savadlılıq o qabiliyyət-vərdişlərin məcmusudur, hansılara yiyələnmək şagirdə ədədin məzmununu dərk etməsini, kəmiyyətin müxtəlif vasitələrlə əks olunmasını, rəqəmlər arasında istiqamətlərin anlaşılmasını, kəmiyyətlərin müqayisə edilməsini asanlaşdırır. Bu qabiliyyət-vərdişlər nəinki riyaziyyatın, eləcə də başqa fənnlərin öyrənilməsində şagirdlərə lazım gəlir;
d) Elektron savadlılıq. Elektron savadlılıq ətraf mühitə münasibətdə insanın sağlam münasibətinin formalaşdırılmasını nəzərdə tutur, bu isə o deməkdir ki, şagird ətraf mühitdə baş verən proseslərə münasibətdə öz məsuliyyətini dərk etməli, onun mühafizəsində və bərpa olunmasında iştirak etməyi bacarmalıdır;
e) Çoxdilli (plurilinqvistik) kompetensiya. Çoxdilli kompetensiya insanların dilə/dillərə yiyələnmək və bunlardan istifadə etmək üzə daxili qabiliyyətidir. İstənilən fəndə bilik və qabiliyyəti şagird dil aktivlərinin vasitəsi ilə qazanır. Buna müvafiq olaraq, hər bir fənn şagirdin çoxdilli kompetensiyasının inkişafına öz xidmətini daxil edə bilər;
ə) Tematik kompetensiya. Tematik kompetensiya verbal və qeyri -verbal (xəritənin, diaqramların, sxemlərin, şəkillərin, melodiyaların və s.) vasitəsilə göndərilmiş informasiyanın anlaşılması və interpretasiyası, öz düşüncələrini və həyəcanlarını müxtəlif vasitələrlə vermək qabiliyyəti; informasiya işarələrini bir sistemdən başqasına keçirmək (məs.; söz mətnindəki və ya musiqi əsərlərində verilmiş fikrin illüstrasiyasının əks edilməsi, söz mətni və şəklin bir-biri ilə əlaqələndirilməsi, sözlə ötürülmüş informasiyanın diaqram şəklində təqdim olunması və s.) qabiliyyəti deməkdir.
f) Təlimin tədrisi. Təlimin tədrisi tədris prosesinin müstəqil idarə olunması qabiliyyətidir. Müəllim şagirdin diqqətini tədris prosesinə, onun gedişinə yönəltməlidir; şagirddə tədris prosesinin gedişinə ya kömək göstərən, yaxud da ona mane olan amillərin və şəraitlərin dərk olunmasına kömək göstərməlidir. Tədrisin nəticələrini yaxşılaşdıran və tədris strategiyalarından müstəqil istifadə etmək qabiliyyətini yaradan üsullar və yanaşmalar axtarılıb tapılmalıdır.
g) Sosial və vətəndaş kompetensiyası. Sosial və vətəndaş kompetensiyası vətəndaş həyatına inteqrasiya üçün zəruri olan konstruktiv əməkdaşlıq, problemlərin nizama salınması, tənqidi və yaradıcı təfəkkür, qərarların qəbul olunması, tolerantlıq, başqalarının hüquqlarına hörmət bəsləmək, demokratik prinsipləri tanımaq və s. kimi qabiliyyət və dəyərlərin formalaşdırılması deməkdir.
Dostları ilə paylaş: |