Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22



Yüklə 183,53 Kb.
səhifə57/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   53   54   55   56   57   58   59   60   ...   86
İmtahan suallarının cavabları 2


24. Ali hislər
İnsanların davranışı, qruplar arasındakı qarşılıqlı münasibətlər, insan mədəniyyətinin məhsulları, incəsənət əsərləri, cəmiyyətin idarə olunması və birgəyaşayış qayda-qanunları, dərk olunması vacib olan problemlər və s. həmişə insanlarda müəyyən hisslər doğurur. Belə hisslər ali hisslər kimi səciyyələndirilir. Ali hisslərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsin­dən, dünya­gö­rü­şündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır.
Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir: əxlaqi, intellektual, estetik və praksis hisslər.
Ali hisslər – şəxsiyyətin formalaşması prosesində, mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir, məsələn, vətənpərvərlik, inam, dostluq və s.
Sadə (ibtidai) hisslər – isə bütün canlı orqanizmlərin, o cümlədən, insanların üzvi tələbatlarının təmin olunması ilə əlaqədar olaraq baş qaldırır.
Əxlaqi hissləri həm də mənəvi, dünyagörüşü hissləri də adlandırırlar. Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar, kiçik qruplar, kollektivlər, dövlət, idarə və təşkilatlar, ictimai hadisələr, insan münasibətləri, mövcud qanunlar, qaydalar və insanın özü və keçirdiyi hisslər ola bilər. Deməli, əxlaqi hisslər, müəyyən cəmiyyət daxilində qəbul olunmuş əxlaq normaları əsasında sosial gerçəkliyin hadisələrinin qavranılması zamanı insanın keçirdiyi hisslərdir. İnsanın əxlaqi hissləri, müvafiq əxlaq normalarına bəslədiyi subyektiv münasibətlə bağlı olur.
Əxlaqi hisslər sosial mahiyyət kəsb etdiyi üçün əsasən ailə, məktəb və digər sosial institutlarda həyata keçirilən tərbiyə işləri ilə sıx bağlıdır.
İnam, dostluq, yoldaşlıq, xeyirxahlıq, məhəbbət, insanpərvərlik, vətənpərvərlik, borc, həya və məsuliyyət hissi, vətəndaşlıq, humanizm və s. əxlaqi hisslərə misal ola bilər. Bəzən də elə olur ki, insan mövcud olan əxlaq normalarına uyğun olaraq hərəkət etmir. Bu ilk növbədə həmin şəxsin öz mənafeyini hər şeydən üstün tutmasından irəli gəlir. İntellektual (zehni) hisslər – insanın zehni (idrak) fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir. Bu cür hisslər insanı ətraf aləmin sirlərinə, özünün eləcə də başqasının rəftar və davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir. Maraq, inamsəbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yenilik və s. intellektual hisslər hesab olunur.Beləliklə intellektual hisslər insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb hisslərdir. Təlim prosesində elmi axtarışlar zamanı, yaradıcı fəaliyyətdə zehni hisslərin hesabına insan fəaliyyəti daha da səmərəli olur. Zehni hisslərin təsiri nəticəsində insan ətraf aləmin sirlərinə, həll etməli olduğu problemlərin mahiyyətinə daha yaxşı nüfuz edir və onu həll edir Estetik hisslər. İnsanın estetik hisslərinin obyektini ətraf aləmin cisim və hadisələri, təbiət gözəllikləri, insan yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə də şəxsin özünün rəftar və davranışı ola bilər. Füsünkar təbiət mənzərələri, insan gözəlliyi, incəsənət əsərləri, ecazkar musiqi və s. insanda estetik hisslər doğurur. Estetik hisslərə insan ictimai təcrübəni mənimsəməklə yiyələnmişdir. İnsan üçün ən birinci estetik zövq mənbəi elə insanın özüdür.
Psixoterapiyada məhz insanın estetik hisslərinə təsir göstərməklə onun psixi sağlamlığını bərpa etməyə, müalicəyə çalışırlarEstetik hisslər insan psixikasına stenik təsir göstər­məklə orqanizmin funksiyasını aktivləşdirir, bədəni gümrah edir. Yumor, satira, təbəssüm, gülüş, həzz, heyran, həsəd və s. estetik hisslər hesab olunur. İnsan hisslərin köməyi ilə ətrafda baş verən hadisələrə münasibətini bildirir, başqaları ilə qarşılıqlı münasibətini tənzimləyir, həm də özünün psixoloji sağlamlığını təmin etməyə cəhd göstərir. İnsanın estetik hisslərinə əxlaqi, intellektual hissləri, eləcə də dünyagörüşü və yaşadığı sosial mühit də təsir göstərir.

Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin