11
bütövlükdə onlara bank industriyası haqqında komleks bilik və
informasiya veriləcəkdir.
«Bank işi» fənninin tədrisində əsas məqsəd- Azərbaycanda
bank sisteminin hüquqi bazasının, iqtisadiyyatda bank xidmətlərinin
rolunu, bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin
edilməsi məqsədilə Mərkəzi Bankın rolunu və əhəmiyyətini,
bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi
və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını tələbələrə
öyrətmək və izah etməkdir.
«Bank işi» fənninin tədrisində əsas vəzifələr:
1.
Bank sisteminin fəaliyyətini tənzimlənməsini əks
etdirən normativ- hüquqi sənədlərlərlə yaxından tanış etmək;
2.
Bank fəaliyyəti haqqında komleks nəzəri biliklər
vermək;
3.
Bank xidmət və məhsulları, bank marketinqi və
menedcmenti, bank fəaliyyətində maliyyə nəticələrinin təhlili
qaydalarını praktik olaraq istifadəsini öyrətmək;
4.
Tələbələri müasir bank sisteminin vəziyyəti,inkişafı
və problemləri haqqında məlumatlandırmaq və bank sistemində
istifadə olunan əsas anlayışları izahını verməkdir.
Dostları ilə paylaş: