Beynəlxalq bank bazarı – bankların təsbit edilmiş müddət
ərzində qısamüddətli likvidlik problemlərini uyğunlaşdırmaq üçün
öz aralarında borc alıb verdiyi pul bazarıdır. Faiz dərəcəsini
müəyyənləşdirən birinci dərəcəli bankların faiz dərəcəsi inter-bank
offered rate adlanır. Birbaşa investisiya – gəlir əldə etmək və müəssisənin idarə
edilməsində iştirak etmək məqsədilə kompaniyanın nizamnamə
kapitalına və əsas vəsaitlərə qoyulan investisiyadır.
Faiz dəhlizi – Mərkəzi Bank, 2 aprel 2007-ci il tarixindən
başlayaraq “faiz dərəcəsi dəhlizi” yanaşmasını tətbiq edir. Belə ki,
Mərkəzi Bankın pul bazarında əməliyyatları iki istiqamətdə -
çərçivə alətləri və açıq bazarda əməliyyatlar vasıtəsilə - aparılır.
Çərçivə alətləri. Çərçivə alətləri vəsaitlərin qısamüddətli cəlb
olunması və yerləşdirilməsi alətlərindən ibarət olaraq bankların
qısamüddətli likvidliyinin idarə olunması məqsədilə istifadə olunur.
MB çərçivə alətləri kimi bir günlük repo (vəsaitlərin cəlb olunması
aləti) və bir günlük əks-reponun (vəsaitlərin yerləşdirmə aləti)
istifadəsi nəzərdə tutulur.