Tələbənin müstəqil işi bölümündə müəllim müstəqil iş üçün tapşırıqların siyahısını təqdim etməlidir.
Tələbənin müstəqil işi bölümündə müəllim müstəqil iş üçün tapşırıqların siyahısını təqdim etməlidir.
Bu zaman müstəqil işin kim tərəfindən (müəllim və ya tələbə) planlaşdırılması, hansı məqsədləri daşıması, harada reallaşması (auditoriyada, kitabxanada, laboratoriyada, kompyuter sinifində və s.) və hansı formada təqdim olunması (referat, hesabat, layihə, inşa və s.) barədə məlumatlar verilməlidir.
Fənnin xarakteristikası
Nəzarətin növləri: cari, aralıq, yekun
Nəzarətin növləri: cari, aralıq, yekun
Bu bölümdə müəllim tələbələrin biliyinə nəzarət və onun qiymətləndirilməsi formaları və məqsədləri barədə məlumatları verməlidir.
Cari nəzarətin məqsədi – tələbələrin nəzəri biliklərinin, müəyyən məsələlərin həllində onlardan istifadə etmək səviyyəsinin yoxlanılmasından ibarətdir. Cari nəzarət şifahi və yazılı formada aparılır. Bu bölümdə cari nəzarətin müəllim tərəfindən hansı formada aparılması öz əksini tapmalıdır.
Aralıq və yekun nəzarət imtahan formasında həyata keçirilir. Bütün imtahanlar bir qayda olaraq yazılı formada aparılır (burada müəllim imtahanın aparılma qaydasını izah etməlidir).