Tədris prosesi kredit sistemi ilə təşkil olunmuş orta ixtisas təhsili müəssisələrində fənlər üzrə sillabusların hazırlanmasına dair tövsiyələr
Giriş
Hər semestrin əvvəlində kredit sistemi tətbiq olunmuş orta ixtisas təhsili müəssisələri öz saytında ixtisasın təhsil və fənn proqramları əsasında müəllimlər tərəfindən tərtib olunmuş fənlər üzrə sillabuslar yerləşdirilməli və tələbələrə ona sərbəst giriş imkanı yaratmalıdırlar.
Sillabuslar tələbələrə fənn və müəllim seçimində köməklik etməli, sadə, asan başa düşülən dildə, lakonik formada tərtib olunmalıdır.
Orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə təqdim olunan bu sənəd sillabusun strukturunu və onun hər bir struktur bölməsinin işlənilməsi üçün metodik tövsiyələri özündə əks etdirir.