12) Təhlükəsizliyi hansı meyarlara görə fərqləndirirlər?
Təhlükəsizlik anlayışı. Cəmiyyət müxtəlif növ təhlükələrə reaksiya verməklə, müvafiq təşkilati strukturlar yaradır, mühafizənin texniki sistemlərini tətbiq edir, təhlükəli hallara və hadisələrə qarşı müqavimət göstərmək üçün müxtəlif tədbirlər həyata keçirir və beləliklə, fövqəladə hallarda təhlükəsizlik sistemini formalaşdırır. Fövqəladə hallarda təhlükəsizlik dedikdə, fövqəladə hallarda əhalinin, iqtisadiyyatın və ətraf təbii mühitin obyektlərinin mühafizə edilməsi mümkünlüyü vəziyyəti başa düşülür. Təhlükəsizliyi növlərə (sənaye, radiasion, kimyəvi, seysmik, yanğın, bioloji, ekoloji), obyektlərə (əhali, iqtisadiyyatın obyekti, ətraf təbii mühit) və fövqəladə halların əsas mənbələrinə görə fərqləndirirlər.
13) Fövqəladə halların mənbələri aşkar edildikdə ən böyük diqqət nəyə yönəldilməlidir?
Fövqəladə halların mənbələri aşkar edildikdə ən böyük diqqət
1.potensial təhlükə obyektlərinə,
2.onların texniki vəziyyətinin qiymətləndirilməsinə
3. və onların yaxınlığında yaşayan insanlar üçün təhlükələrin qiymətlndirilməsinə,
4.həmçinin mümkün əlverişsiz və təhlükəli təbii hadisələrin və proseslərin zonalarında yerləşən obyektlərə yönəldilir.
Bundan sonra, müvafiq fövqəladə halın riskini xarakterizə edən təbii fəlakətlərin, qəzaların, təbiət və texnogen fəlakətlərin və onlardan dəyin mümkün ziyanların yaranma ehtimalının qiymətləndirilməsi aparılır.