9) Təhlükə nə deməkdir?
Təhlükə – bu elə bir vəziyyətdir ki, yarana bilən hadisə və proseslər insanları zədələyə, maddi ziyan verə, ətraf təbii mühitə dağıdıcı təsir göstərə bilər.
İnsanın həyat fəaliyyətini müşayət edən təhlükələri aşağıdakı kimi təsnifləşdirmək olar: yaranma mənbəyinə görə, məkanda paylanmasına görə, reallaşma mümkünlüyünə görə, baş verdiyi yerin qeyri-müəyyənliyinə görə, təsirin davamiyyətinə və müntəzəmliyinə görə
10) İnsan yaşadığı mühitin əsas təhlükələri nə deməkdir?
İnsan yaşadığı mühitin əsas təhlükələri –bu, irimiqyaslı qəza və fəlakətlərə gətirib çıxara bilən təhlükədir. İnsan yaşadığı mühitin əsas təhlükələrinin xarakterinə görə onların realizasiya olunmasının üç sferasını seçmək olar və onların hər birində insanların və təbiətin mühafizəsi probleminin özünəməxsus xüsusiyyəti mövcuddur, bunlar aşağıdakılardır: -texnosfer və ya istehsalat qəzaları və fəlakətləri; -təbii mühit və ya təbii fəlakətlər; -sosial sfera və hərbi münaqişələr.
11) İnsanın həyat fəaliyyətini müşayət edən təhlükələri necə təsnifləşdirmək olar?
Təhlükələrin təsnifatı. İnsanın həyat fəaliyyətini müşayət edən təhlükələri aşağıdakı kimi təsnifləşdirmək olar: yaranma mənbəyinə görə, məkanda paylanmasına görə, reallaşma mümkünlüyünə görə, baş verdiyi yerin qeyri-müəyyənliyinə görə, təsirin davamiyyətinə və müntəzəmliyinə görə
Dostları ilə paylaş: |