Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri


Dünyanın iqtisadi və sosial coğrafiyası (Dünya təsərrüfatının coğrafiyası) (FTN)



Yüklə 409,48 Kb.
Pdf görüntüsü
səhifə14/22
tarix08.06.2023
ölçüsü409,48 Kb.
#126678
növüTəhsil proqramı
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
Tarix v coğrafiya mü llimliyi ixtisası -1

Dünyanın iqtisadi və sosial coğrafiyası (Dünya təsərrüfatının coğrafiyası) (FTN) 
FTN 1 
Müasir dünyanın iqtisadi və sosial problemləri üzrə biliklər sistemini izah edir 
FTN 2 
Təbii, sosial-iqtisadi və geoekoloji proses və hadisələrin təhlili və təsvirinə qlobal, regional və 
lokal yanaşmağın təsvirini verir 
FTN 3 
Təsərrüfat sahələrinin yerləşmə prinsiplərini, istehsal əlaqələrini və əsas xammal 
mənbələrinin coğrafiyasını izah edir 
FTN 4 
Dünya təsərrüfatının formalaşmasını, inkişaf mərhələlərinin və ərazi üzrə yerləşməsinin 
coğrafi aspektlərini təhlil edir 
FTN 5 
Dünya təsərrüfatının formalaşmasında təbii şərait və təbii ehtiyatların yerləşməsini istehsal 
sahələrinin inkişafının xüsusiyyətləri ilə əlaqəsini şərh edir
FTN 6 
Müxtəlif iqtisadi inkişaf modellərinin, təsərrüfatın inkişafı ilə bağlı yaranana problemlərin 
həlli yollarını proqnozlaşdırır. 
Regional iqtisadi coğrafiya (FTN) 
FTN 1 
Region və ölkələrin təsərrüfat cəhətdən ixtisaslaşmasını və onların müqayisəsini şərh edir 
FTN 2 
Müxtəlif coğrafi sistemləri və onlarına rasındakı qarşılıqlı əlaqələri izah edir 
FTN 3 
Ərazilərin təsərrüfat cəhətdən mənimsənilməsindəki qeyri-bərabərlikləri təhlil edir 
FTN 4 
Ölkə və regionların coğrafi xüsusiyyətlərini və onların inkişaf mərhələlərini, gələcək 
perspektivlərini təsvir edir. 
FTN 5 
Dünyanın inkişafı problemlərindən baş açır, region və ölkələr üzrə sosial-iqtisadi inkişaf 
istiqamətlərini proqnozlaşdırır.
FTN 6 
Dünya ölkələrinin müxtəlifliyini, daxili və regional fərqlərini izah edir, onları dünyada baş 
verən sosial-iqtisadi, ekoloji, siyasi proseslərlə əlaqələsini təqdim edir 
Azərbaycanın iqtisadi coğrafiyası (FTN) 
FTN 1 
Azərbaycan Respublikasının iqtisadi coğrafi, geosiyasi mövqeyini, dünyada və regionda 
respublikamızın tutduğu apardığı iqtisadi, sosial siyasətin mahiyyətini şərh edir 
FTN 2 
Azərbaycanın təbii şəraiti və təbii ehtiyatlarının iqtisadi qiymətləndirilməsini, iqtisadiyyatın 
xaraktersitikasını, əsas təsərrüfat sahələrinin səciyyəsini təsvir edir
FTN 3 
Respublikamızın müxtəlif regionlarının iqtisadi inkişafının əsas istiqamətlərini 
müəyyənləşdirir, işğal olunmuş regionların ekoloji, iqtisadi və siyasi problemlərini 
ümumiləşdirir 
FTN 4 
Dünyada və respublikamızda siyasi, iqtisadi və siyasi həyatda baş verən qlobal və regional 
dəyişikliklərin dinamikasını və mahiyyətini təhlil edir 
FTN 5 
Dünyada və Azərbaycan Respublikasının coğrafi məkanında baş verən ən başlıca təbii, 
ekoloji, iqtisadi və sosial, geopolitiki və s. proseslərin xarakterini və dinamikasını 
proqnozlaşdırır. 
FTN 6 
Azərbaycan Respublikasının geopolitik mövqeyi, təbiəti, əhalisi, təsərrüfatı, regional fərqləri, 
xüsusi ilə təbiətdən istifadə edilməsi və onların qarşılıqlı əlaqəsinin xüsusiyyətləri də nəzərə 
alınmaqla onun coğrafiyasının dərindən və hərtərəfli öyrənilməsi ilə əlaqələsini təqdim edir 



Yüklə 409,48 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin