Şərq xalqları tarixi FTN 1.
Şərq xalqlarının tarixinin proseslərin öyrənilməsinin əhəmyyətini şərh edir.
FTN 2.
Tarixi problemləri öz mülahizələri ilə izah edir, müasir mənbələrin və tarixi ədəbiyyatlardakı
materiallardan tənqidi şəkildə istifadə edir.
FTN 3
Şərq xalqlarının tarixində baş vermiş proseslər və hadisələr arasında səbəb-nəticə əlaqələrini
müəyyənləşdirir.
FTN 4
Tarixi paralellər aparmaq yolu ilə ayrı-ayrı dövlətlərin inkişaf istiqamətlərini, ictimai,
iqtisadi, siyasi prosesləri müqayisə edir.
FTN 5
Şərq və Qərbdə formalaşmış mədəniyyətinin xüsusiyyətlərini təhlil edir.
FTN 6
Şərq xalqlarının və dövlətlərin ərazi məkanında baş verən dəyişiklikləri xəritə əsasında
dəyərləndirir.
Yeni dövr tarixi FTN 1.
Yeni dövr Avropa tarixinin öyrənilməsinin əhəmiyyətini şərh edir.
FTN 2.
Dünya tarixində baş verən prosesləri və hadisələri Azərbaycan tarixinin eyni dövrləri ilə
müqayisə edir.
FTN 3
Dövrün öyrəniləməsində vacib mənbəşünaslıq və tarixşünaslıq materiallarını araşdıraraq
təhlillər aparır.
FTN 4
Yeni dövr dövlətlərinin yaranmasını, idarəçilik formalarını, siyasi, sosial-iqtisadi
münasibətləri təhlil edir.
FTN 5
Yeni dövrdə ölkələrin və xalqların sosial, siyasi, iqtisadi və mədəni həyatında baş verən
dəyşiklikləri məkan baxımdan qiymətləndirir.
FTN 6
Müasir mənbələrin və qabaqcıl tarixi araşdırmaların tənqidi istifadəsiini həyata keçirməklə
təqdimatlar hazırlayır.
Müasir dünya tarixi FTN 1.
Beynəlxalq münasibətlər sisteminin formalaşmasını nümunələrlə izah edir.
FTN 2.
Avropa və Amerika sosial düşüncəsinin nəzəri irsini, dövlətin cəmiyyətdəki rolu, siyasi
sistemlər, onların inkişaf mərhələləri, fəaliyyət mexanizmləri və siyasi liderlərin fəaliyyətini
faktlara əsasən şərh edir.
FTN 3
Müasir dövrün sosial-iqtisadi və siyasi proseslərinin ümumi cəhətlərini təhlil edir.
FTN 4
Dünya xalqlarının mədəniyyət tarixinin ümumi bir tarixi kontekstdə araşdıraraq təqdim edir.
FTN 5
Müasir dövrdə baş vermiş proseslərdə dövlətlərinin rolunu dəyərləndirir.
FTN 6
Müasir dövrün qlobal problemlərinin həllində mədəniyyətlərəarası və sivilizasiyalrarası
dialoqa dair materiallar əsasında məruzə və referatlar hazırlayır.