TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ


Elektron poçt (E-mail ünvan)



Yüklə 386,5 Kb.
səhifə22/51
tarix02.01.2022
ölçüsü386,5 Kb.
#40852
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   51
TƏHSİLDƏ ikt

Elektron poçt (E-mail ünvan)
Elektron poçt (E-mail ünvan) internet şəbəkəyə qoşulmuş istifadəçilər arasında məsafədən əlaqələrin yaradılması üçün ən populyar elektron xidmət növüdür. Elektron poçt virtual təhsil iştirakçılarına mətn, qrafik, multimedia tipli audio/video tipli məlumatların çatdırılması üçün mükəmməl mübadilə vasitəsidir. Elektron poçt xidmətindən istifadə edən tədris iştirakçılarının iş yeri əsasən aşağıda göstərilən İKT avadanlığı ilə təmin olunması məqsədəuyğundur:

  • Kompüter dəsti, Modem, Printer, Ckaner, Proyektor və müvafiq proqram təminatı.

Elektron poçt xidmətindən istifadə edən tədris iştirakçısının vaxt baxımından asılılığı olmur. Yəni Elektron poçt istifadəçisi ona göndərilmiş informasiyanın məzmununa istədiyi vaxt baxa bilər. Bundan sonra istifadəçinin informasiyanı yadda saxlamaq, başqa birisinə ötürmək və ya silmək imkanları olacaqdır. Elektron poçt xidmətinin bu xüsussiyyətləri tədris prosesinin asinxron təşkili üçün gözəl imkanlar açır. Elektron poçt

Xidmətindən istifadə zamanı, istifadəçilər arasında məsafə rol oynamır. Materialların ötürülməsinin sürəti və keyfiyyətlə çatdırılması daha çox materialın həcmindən və internet şəbəkənin sürətindən aslı olur. Elektron poçt xidməti internet şəbəkənin dəstəkləndiyi müxtəlif üsullarla – peyk antennaları, kabellər, radio-rele stansiyaları və s. bu tipli yayım vasitələrinin köməyi ilə həyata keçirilə bilər. Elektron poçt xidmətinin didaktik xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər:



  • Bilavasitə kompüterin özündə hazırlanmış və ya fayl şəklində kompüterin yaddaşında saxlanılan informasiyanın mübadilə imkanları;

  • Elektron poçt vasitəsilə qəbul olunmuş informasiyanını kompüterin yaddaşına yazılması, onun üzərində redaktə işlərinin aparılması imkanları və həmən onformasiyanın digər E-ünvanlara göndərilməsi imkanlarının olması;

  • Daxil olan informasiyanın kompüterin monitorunda birbaşa canlandırılması imkanlarının olması;

Elektron poçt xidməti didaktika baxımından virtual tədris qruplarının yaradılmasına və bu qrup üzvləri ilə asinxron informasiya mübadiləsinin aparılması mümkündür.

Elektron poçt vasitəsilə iri həçmli faylları, məlumatlar bazasını, elektron sənədləri ötürmək və qəbul etmək mümkündür. Kompüterdə işləmək üçün bir neçə sadə komandanı bilən hər kəs internetin bu ən populyar xidmətindən istifadə edə bilər. Həm öyrədənlər, həm də öyrənənlər üçün Elektron poçt xidməti dərslərə daha yaxşı hazırlaşmağa, bu məqsədlə digər tədris iştirakçıları ilə müzakirələr aparmağa və qərarlar verməyə, verilmiş qərarların icrasını nəzarətdə saxlamağa, eyni zamanda FTP serverlərdə saxlanılan informasiyanın axtarılıb tapılmasına yaxşı şərait yaradır. Elektron poçt xidmətininin köməyi ilə uzaq məsafədə yerləşən mühazirəçilərin mühazirə mətnlərini əldə etmək, bu mühazirələrdə canlı olaraq iştirak etmək, seminar və məğqələ dərslərinə qatılmaq və s. olar.




Yüklə 386,5 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin