İKT-nİn TƏHSİLƏ tətbİqİndə əsas İstİqamətlər
Təhsil sisteminin informasiyalaşdırılması prosesi əsasən aşağıdakı istiqamətlər üzrə aparılır:
2.1. Təhsil sisteminin informasiya infrastrukturunun yaradılması
Bu infrastruktur öz daxilində idarəetmə, monitorinq, akkreditasiya, attestasiya və biliyin qiymətləndirilməsi, servis, informasiya-texnoloji mərkəzlər üzrə vahid dövlət informasiya sistemlərini birləşdirməlidir;
elektron avadanlıqlara, elektron tədris vəsaitlərinə və kadrlara tələbatın öyrənilməsi üzrə monitorinq sisteminin yaradılması;
vahid məlumat bazasının yaradılması. TİMS-in yaradılıb bütün ölkə məktəblərində istifadəsinin təmin edilməsi;
təhsil müəssisələri arasında elektron sənəd dövriyyəsinin təmin olunması;
təhsildə İKT layihələrinə nəzarət üzrə monitorinq və onun nəticələrinin təhlili sisteminin yaradılması;
rayondaxili, rayonlararası və beynəlxalq informasiya mübadiləsinin təşkili, dünyanın informasiya-məlumat mənbələrinə çıxış imkanlarının yaradılması;
təhsil ocaqlarının idarəetmə və maliyyə fəaliyyətinin avtomatlaşdırılması;
təhsil sahəsində qanunvericilik aktlarının informasiya sisteminin yaradılması;
bütün təhsil prosesi iştirakçıları arasında normal informasiya mübadiləsinə şərait yaradan telekommunikasiya sisteminin qurulması;
məktəblərdə hər bir kompüterin İnternet bağlantısının yaradılması. İnternetdən səmərəli istifadə edilməsinin təşkili;
mövcud olan təhsil-informasiya resursları və sistemlərinin qeydiyyatı, yoxlanması və modifikasiyası. Bu cür resursların reyestrinin yaradılması;
təhsil sahəsi ilə əlaqəli elektron xidmətlərin göstərilməsi;
məsafədən tədris sistemlərinin mərhələli şəkildə yaradılması və istifadəyə verilməsi.
Dostları ilə paylaş: |