TəHSİLDƏ İKT


İKT-NİN TƏHSİLƏ TƏTBİQİNDƏ ƏSAS İSTİQAMƏTLƏR



Yüklə 225,39 Kb.
səhifə3/51
tarix24.03.2022
ölçüsü225,39 Kb.
#54132
1   2   3   4   5   6   7   8   9   ...   51
Təhsildə İKT

İKT-NİN TƏHSİLƏ TƏTBİQİNDƏ ƏSAS İSTİQAMƏTLƏR

Təhsil sisteminin informasiyalaşdırılması prosesi əsasən aşağıdakı istiqamətlər üzrə aparılır:


2.1. Təhsil sisteminin informasiya infrastrukturunun yaradılması

        Bu infrastruktur öz daxilində idarəetmə, monitorinq, akkreditasiya, attestasiya və biliyin qiymətləndirilməsi, servis, informasiya-texnoloji mərkəzlər üzrə vahid dövlət informasiya sistemlərini birləşdirməlidir;

        elektron avadanlıqlara, elektron tədris vəsaitlərinə və kadrlara tələbatın öyrənilməsi üzrə monitorinq sisteminin yaradılması;

        vahid məlumat bazasının yaradılması. TİMS-in yaradılıb bütün ölkə məktəblərində istifadəsinin təmin edilməsi;

        təhsil müəssisələri arasında elektron sənəd dövriyyəsinin təmin olunması;

        təhsildə İKT layihələrinə nəzarət üzrə monitorinq və onun nəticələrinin təhlili sisteminin yaradılması;

        rayondaxili, rayonlararası və beynəlxalq informasiya mübadiləsinin təşkili, dünyanın informasiya-məlumat mənbələrinə çıxış imkanlarının yaradılması;

        təhsil ocaqlarının idarəetmə və maliyyə fəaliyyətinin avtomatlaşdırılması;

        təhsil sahəsində qanunvericilik aktlarının informasiya sisteminin yaradılması;

        bütün təhsil prosesi iştirakçıları arasında normal informasiya  mübadiləsinə şərait  yaradan telekommunikasiya sisteminin qurulması;

        məktəblərdə hər bir kompüterin İnternet bağlantısının yaradılması. İnternetdən səmərəli istifadə edilməsinin təşkili;

        mövcud olan təhsil-informasiya resursları və sistemlərinin qeydiyyatı, yoxlanması və modifikasiyası. Bu cür resursların reyestrinin yaradılması;

        təhsil sahəsi ilə əlaqəli elektron xidmətlərin göstərilməsi;

        məsafədən tədris sistemlərinin mərhələli şəkildə yaradılması və istifadəyə verilməsi.



Yüklə 225,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin