TəHSİLDƏ İKT



Yüklə 225,39 Kb.
səhifə39/51
tarix24.03.2022
ölçüsü225,39 Kb.
#54132
1   ...   35   36   37   38   39   40   41   42   ...   51
Təhsildə İKT

Bilik anlayışı.

Bilik kəlməsi proqramlaşdırmada məlum olan verilənlə bağlıdır.

Biliklər məlumatlara əsaslanır, lakin insanın əqli fəaliyyət nəticəlini ümumiləşdirir, müəyyən əlamətlər üzrə sintezləşdirir, sistemləşdirir, təkrarlamanı aradan qaldırır.

Məlumatlar – predmet sahəsində obyektləri, prosesləri, hadisələri, həmçinin onların əlaqə və xassələrini əks etdirən ayrı-ayrı informasiya elementləridir.

Məlumatlar kompüterdə emal edilərkən şərti olaraq aşağıdakı mərhələləri keçərək transformasiya olunur: ölçü və müşahidə nəticələri; elektron informasiya daşıyıcılarında diaqram, qrafik, funksiya və mətnlər; cədvəllər və soraqçalar; kompüterdə təsvir dili; məlumat bazaları və s.

Biliklər– müəyyən predmet sahəsində məsələlərin həllini təmin edən faktlar, prinsiplər, metodlar, qanunlardır və s.

Biliklər məlumatlar kimi kompüterdə mərhələlərlə transformasiya olunur: insan təfəkkürü kimi sistemləşdirilmiş formada; maddi daşıyıcılar (dərslik, metodiki vəsait, elmi və istehsalat xarakterli əsərlər) formasında; biliklərin təqdimedilmə dilində (semantik şəbəkələr, freymlər və s.); bilik bazaları.

Biliklər – optimal strukturlaşdırılmış, sistemləşdirilmiş məlumatlardır (metaməlumat), verilənlər barədə verilənlərdir.

Məlumat bazaları məlumatları mühafizə etmək üçün yaradılır. Burada informasiyanın böyük həcmi və nisbətən az dəyəri xarakterikdir. Biliklər isə bilik bazalarında mühafizə olunur. Burada isə informasiya kütləsi az və mənəvi dəyərlidir. Bilik bazası istənilən tip intellektual təlim sistemləriin əsasıdır.



Yüklə 225,39 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin