Muəllim və şagirdin musahibəsi prosesində təşəbbusu novbə ilə həm (məqsədi şagirdin
biliklərindəki boşluğu muəyyənləşdirmək olan) muəllim, həm də (biliklərini dərinləşdirmək ucun sorğular formalaşdıran) şagird ələ alır. Musahibənin proqramlaşdırılması cox cətindir, ancaq bu mexaniki oyrənmədən fərqli olaraq şagirdin biliklərini dəqiq qiymətləndirməyə imkan verir. Bu cur təlim prosesində şagirdin bilikləri elə dialoqun gedişində analiz oluna bilər.
İzahedici təlimdə şagirdə məsələ həllinin coxsaylı numunələri təqdim olunur və son
nəticənin alınması prosesində biliklərin butun elementlərinin mənası izah edilir. Təlim prosesi biliklərin ardıcıl canlandırılması prosesi kimi təqdim olunur. Yeni biliklərin əldə edilməsinin vacibliyi şagird tərəfindən dərk edilməlidir və hər bir yeni bilik kvantı yeni imkanlarla muşaiyət olunmalıdır. Bu yanaşma fənn sahəsinə gorə daha sadə və ya artıq məlum olan anlayışları terminlərə gorə acmaq ucun əks fəaliyyəti də nəzərdə tutur.
Dostları ilə paylaş: |