TəHSİLDƏ İKT


Təhsildə istifadə olunan İKT avadanlığının didaktik xüsusiyyətləri və funksiyaları



Yüklə 225,39 Kb.
səhifə20/51
tarix24.03.2022
ölçüsü225,39 Kb.
#54132
1   ...   16   17   18   19   20   21   22   23   ...   51
Təhsildə İKT

Təhsildə istifadə olunan İKT avadanlığının didaktik xüsusiyyətləri və funksiyaları.
IKT-nin sürətli inkişafı, onun cəmiyyətin bütün fəaliyyət sahələrinə və proseslərə güclü müdaxiləsini təmin edir. Buna görə də yeni şəraitdə cəmiyyətin hərtərəfli və dinamik inkişafının təmin olunması üçün ən yaxşı vasitə kimi İKT-ı çıxış edir. Aydındır ki, ölkələrin rəqabətədavamlı iqtisadiyyatlarının təminatı, həmin ölkələrin təhsil sistemlərinin işindən birbaşa aslıdır. Odur ki, təhsil sistemində də işlərin səmərəli təşkili üçün buraya yeni texnologiyaların, innovasiyaların tətbiqinə geniş yer ayrılmalıdır. Bu baxımdan İKT avadanlığının təhsilə tətbiqi mühüm rol oynayır və bu yöndə aşağıda göstərilən perspektivləri açır:

  1. Audio-video dərsliklərdən geniş istifadə etməklə tədris materiallarının uzaq məsafələrə ötürülməsi və qəbul edilməsi imkanları;

  2. Təhsilin bütün mərhələləri üçün kompüter texnologiyalarına əsaslanan kəsilməz və fasiləsiz tədris mühitinin formalaşdırılması;

  3. Öyrənənin şəxsi yaradıcılıq imkanlarına müvafiq təlim metodikasının, onun növünün seçilməsində sərbəstliyin artırılması;

  4. Təhsil sisteminin İKT-yə əsaslanan elmi metodik bazasının yaradılması;

  5. Açiq təhsil sisteminin reallaşdırılması üçün imkanların artması.

Göstərilənlərin həyata keçirilməsi məqsədi ilə təhsil sistemində telekommunikasiya sisteminin imkanlarından da geniş istifadə olunmalı, informasiya texnologiyaları təhsil sisteminə geniş tətbiqi təmin edilməlidir.

Tədrisdə qlobal internet şəbəkəsinin imkanlarından istifadə olunmalı, vahid təhsil informasiya mühiti formalaşdırılmalı, təhsil yönümlü vahid informasiya məlumat bazası yaradılmalı, açıq təhsil sisteminin imkanlarından geniş istifadə olunmalıdır.




  1. Yüklə 225,39 Kb.

    Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin