Biliklərin təsnifatı.
Bilikləri üç əsas sistemə ayırırlar:
Tam faktiki biliklər (insana məxsus qanunlar və faktorların toplusu)
Aktual biliklər (dünyaya məxsus sistemin universal və xüsusi metodlar toplusu)
Praqmatik biliklər (axtarış istiqamətini müəyyən edən və alternativ yolların seçilməsini təmin edən)
Başqa bir təsnifata görə biliklərin belə klassifikasiyası mümkündür:
Predmet sahəsnə aid olan biliklər: konkret obyektlərin, gerçəkliyin və bunlara aid elementlərin kəmiyyət və keyfiyyət xarakterli bilikləri;
Prosedur biliklər: sistem tərəfindən həyata keçirilən müxtəlif əməliyyatlar, metodlar, alqoritmlər və proqramlar;
Konseptual biliklər:
Struktur biliklər
Ümumi şəkildə, biliyin təsviri modelini şərti olaraq konseptual və empirik modelə bölmək olar. Bəzi problemləri həll etmək üçün konseptual model evristik metodun köməyilə verilir. Çünki, konseptual yazılış bütün paktik hallar üçün tətbiqə qarant verə bilməz. Konseptual model problemi tanımaq imkanı verir və onun analizinə sərf olunan vaxtı qısaldır. Təcrübədə çox vaxt konseptual model empirik modelə çevrilir və bir qayda olaraq yazılı xarakterə malik olur.
Çox hallarda biliyi deklarativ və prosedur biliyə bölürlər. Prosedur bilik fəaliyyətin ardıcıllığı ilə yazılır və onlardan məsələnin həlli üçün istifadə edilir. Bu EHM üçün proqram, alqoritmlərin sözlə yazılması, müəyyən məhsulun yığılması üçün təlimat və s. ola bilər. Deklarativ bilik – prosedur olmayan bütün biliklərdir. Məs, ensiklopediya və ya izahlı lüğət, məqalə, fizika, kimya və başqa elmlərdə qanunların formaları və s.
Dostları ilə paylaş: |