Tələbə: Əlizadə Günel Qrup: 27/01 Kurs: LL Müəllim: Novruzova Zöhrə


Sosial proqramlar və xidmətlər məqsədi, mahiyyəti və vəzifələri



Yüklə 58,33 Kb.
səhifə2/3
tarix11.06.2023
ölçüsü58,33 Kb.
#128378
1   2   3
Əlizadə Günel . Sərbəst iş

Sosial proqramlar və xidmətlər məqsədi, mahiyyəti və vəzifələri

Sosial iş və ya sosial xidmət bir fəaliyyət növü və tədris fənni olaraq, insanlara onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün yardım etməyə istiqamətlənmişdir. “Sosial iş” anlayışı XIX əsrin sonlarından Qərbi Avropa və Amerikada geniş vüsət alsa da, o, müstəqil ixtisas kimi II Dünya müharibəsindən sonra tədris olunmağa başlanmışdır. Bu da dövlətlərin üzərinə daha çox sosial öhdəlik götürməsindən irəli gəlirdi. Sosial xidmət göstərən şəxslərə sosial işçilər deyilir. Sosial iş ilk dövrlər yetimlər və valideyn himayəsindən məhrum olmuş uşaqları, əlilləri, ahılları, problemli ailələri əhatə etsə də, sonralar bu xidmət növünün əhatə dairəsi daha da genişlənərək yaşından, cinsindən, etnik mənşəyindən, dinindən və s. Asılı olmayaraq, dəstək və yardıma ehtiyacı olan hər kəsə aid oldu. Sosial xidmətin əsas vəzifəsi yardıma ehtiyacı olan şəxsə kömək göstərmək, onların hüquq və maraqlarını müdafiə etmək, son nəticədə şəxsin müstəqil fəaliyyət göstərmək qabiliyyətini təmin etməkdir. Odur ki, sosial işçilər sifarişçinin fərdi psixologiyasına yaxından bələd olmalıdırlar. Sosial iş tarixən işsiz və evsiz insanlara yardım məqsədilə fəaliyyət göstərmişdir. Sosial işin İnkişaf etməsində dinin də böyük rolu olmuşdur. Sosial işin inkişaf tarixini şərti olaraq dörd mərhələyə bölmək olar. I mərhələ - qədim dövrdən başlayır. Qarşılıqlı yardım və dəstək formasında sosial işin arxaik formaları yaranmışdır. Sədəqə, mərhəmət, filantropiya və xeyriyyəçilik bu dövrdə formalaşmışdır. II mərhələ - XIX əsrin sonu və XX əsrin əvvəllərini əhatə edən bu dövrdə sosial iş ayrıca peşə kimi formalaşmışdır.


III mərhələ - XX əsrin 80-ci illərində sosial işin insan hüquqlarının müdafiəsi və təminedilmə üsulu kimi dərk edilməsi formalaşır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948) və insan hüquqlarına dair digər beynəlxalq sənədlərdə əks olunmuş hüquqlar sosial işin inkişafında və tətbiq dairəsinin genişlənməsində mühüm hüquqi əsaslar yaratdı. IV mərhələ - XX əsrin 90-cı illərinin əvvəllərində sosial iş nəzəriyyəsi formalaşır və bununla dünya elminə daha bir sahə əlavə olunur.
Azərbaycanda sosial xidmət sferası sovet sosial xidmət sistemi çərçivəsində və onun prinsipləri əsasında fəaliyyət göstərmişdir. Sovet İttifaqında sosial xidmət özünəməxsus qaydada həll edilirdi. Belə ki, sosial xidmətlər əsasən uşaqlara, o cümlədən valideyn himayəsindən məhrum olmuş uşaqlara yönəldilmişdi. Kənd, qəsəbə, rayon, şəhər, şəhərdə rayon xalq deputatları sovetlərinin qəyyumluq və himayə orqanları kimi fəaliyyət göstərməsi və onlara geniş səlahiyyətlərin verilməsi, hətta bu qurumların valideynlik hüquqlarının icrasına qədər nəzarət etmək səlahiyyətlərinin olması sovet dövründə uşaqlarla bağlı işin səmərəli təşkilini təsdiq edir. Avaraçılıq və dilənçilik bir hüquq pozuntusu kimi qiymətləndirildiyindən nəinki həmin şəxslərin sosial müdafiəsi təşkil edilirdi, əksinə, onlar cəzalandırılır və ya məcburi şəkildə əmək fəaliyyətinə cəlb edilirdilər. Müstəqillik əldə edildikdən sonra sosial xidmətin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin artırılması istiqamətində müəyyən işlər həyata keçirildi. AR Ailə Məcəlləsi (28.12. 2000), “Ahıllara sosial xidmət haqqında” AR Qanunu (22.06.2001), “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”
AR Qanunu (24.05.2005) və s. Qanunların qəbulu sosial xidmətin inkişafı və bu sahədə keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. 30 dekabr 2011-ci ildə qəbul edilən “Sosial xidmət haqqında” qanun ölkədə göstərilən dövlət sosial xidmətlərinə vahid bir yanaşmanı, onların forma və növlərini, şəxsin sosial xidmətə götürülməsi və ona sosial xidmət göstərilməsi üçün mühüm təsisat
Olan sosial işçinin statusunu, hüquq və vəzifələrini müəyyən edir. Sosial xidmət insan hüquq və azadlıqlarına riayət olunması, humanizm, könüllülük, məxfilik, tolerantlıq, ünvanlılıq, ədalətlilik və əlçatanlıq, diskriminasiyaya və stiqmatizasiyaya yol verilməməsi, çətin həyat şəraitində olan şəxs və ailələrin sosial xidmətə götürülməsində bərabər imkanların təmin edilməsi, sosial inteqrasiya və əhalinin yaşayış keyfiyyətinin yaxşılaşdırılması prinsipləri əsasında həyata keçirilir.Bu gün Azərbaycan respublikası dünyəvi dövlət və Avropa Birliyinə üzv olmaq istəyindədir. Bunun üçün Azəraycan dövləti təkcə iqtisadi inkişafa yox, bütövlükdə cəmiyyətin və onun zəif təbəqəsinin rifahının yüksəldilməsinə çox ciddi əhəmiyyət verir. Hazırda böhrana məruz qalmış vətəndaşların rifahının yüksəldilməsinə yönəlmiş bir sıra dövlət proqramlarının həyata keçirilməsi bu zərurətdən irəli gəlmişdir. Uşaqlara yönəlmiş və ümumi uşaq müdafiəsi sisteminin reformasina səbəb olacaq Deinstitutionalizasiya Dövlət proqramı buna misal ola bilər.
“Sosial xidmət haqqında” AR Qanununun 17-ci maddəsinə əsasən çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun sosial xidmətin göstərilməsi məqsədilə sosial xidmət müəssisələri yaradılır və fəaliyyət göstərir. Bu sosial xidmət müəssisələrinin dairəsi kifayət qədər genişdir və buraya aşağıdakılar aid edilir:
- ahıllar, əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat evləri;
- psixonevroloji internat;
- insan alveri qurbanları üçün yardım mərkəzləri;
- penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün sosial adaptasiya
Mərkəzləri;
- günərzi qayğı mərkəzləri;
- yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri;
- sosial-psixoloji yardım mərkəzləri, müvəqqəti sığınacaqlar, peşə istiqamətləndirmə
Mərkəzləri;
- palliaktiv yardım mərkəzləri, hospislər;
- icma əsaslı reabilitasiya mərkəzləri, himayədar ailə, kiçik qrup evləri, müvəqqəti qayğı
Xidmətləri;


Yüklə 58,33 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin