Tələbə: Əlizadə Günel Qrup: 27/01 Kurs: LL Müəllim: Novruzova Zöhrə



Yüklə 58,33 Kb.
səhifə1/3
tarix11.06.2023
ölçüsü58,33 Kb.
#128378
  1   2   3
Əlizadə Günel . Sərbəst iş


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
UNEC-nəzdində Sosial-iqtisad kollec



Tələbə: Əlizadə Günel
Qrup: 27/01
Kurs: ll
Müəllim: Novruzova Zöhrə
Fənn: Sosial proqramlar və xidmətlər
Mövzu: Sosial proqramlar və xidmətlərin mahiyyəti ,məqsədi və vəzifələri

Giriş
Sosial iş bir ixtisas kimi əhalinin yoxsul, əzilmiş və problemli təbəqələrinin maraqları, mənafeləri və rifahı uğrunda vasitəçilik, vəkillik edən sferadır. Sosial iş bir ixtisas kimi fəxr etməyə haqqı çatan peşədir. Baxmayaraq ki, tarixən sosial iş sahəsində çalışan mütəxəssislər ehtiyacı olan insanlara Xidmət edirdi, hal hazırda bu ixtisasın xidmət dairəsi çox genişlənmişdir. Bu günlərdə sosial işçilər məktəblərdə, təhsil ocaqlarında, dövlət- orqanlarında, tibbi xidmət sahələrində, Ailə və uşaq rifah mərkəzlərində, ruhi sağlamlıq mərkəzlərində və özəl bölmələrdə fəaliyyət göstərir. Sosial iş elə bir ixtisasdır ki, o, fərdlərə, icmalara öz sosial funksiyalarını həyata keçirmək üçün onların bilik və bacarıqlarını artırır, onların öz məqsədlərinə çatmaları üçün belə insanlara münasib sosial şərait yaradır. Sosial iş bir ixtisas kimi insanların rifahı üçün müəyyən sosial dəyişikliklər həyata
Keçirir, onların rifahını yüksəltmək üçün daxili güclərinə, daxili potensiallarına arxalanmağa yönəlir.
Peşə daşıyıcıları olaraq sosial işçilər aşağıdakı rolları yerinə yetirirlər:
• Sosial işçilər müvəkkil kimi;
•Sosial işçilər ailə məsələləri üzrə məsləhətçilər kimi:
• Sosial işçilər pedaqoqlar kimi;
• Sosial işçilər psixi sağlamlıq üzrə mütəxəssislər kimi;
• Sosial işçilər siyasi qərarlar qəbul edənlər kimi;
• Sosial işçilər tədqiqatçılar kimi;
• Sosial işçilər xidmətlər və əhali arasında əlaqələndiricilər kimi.Sosial işçilər işsizlik, evsizlik, ağır xəstəliklər, əlillik, zərərli maddələrdən sui-istifadə, ailədaxili münaqişələr, uşaqlara və qadınlara qarşı zorakılıq, müxtəlif icmaların üzləşdiyi problemlərlə məşğul olurlar. Sosial işçilərin peşə hazırlığının ilk proqramları XIX əsrin Sonunda Amsterdamda, sonradan isə Berlində və Londonda Meydana gəlmişdir.
Sosial işçi peşəsini bir neçə ixtisas təmsil edir:
1 .Sosial pedaqoq – psixoloq;
2.Sosial işçi – etnoloq;
3.Sosial işçi – hüquqşünas;
4.Sosial işçi – ekoloq;
5.Sosial işçi – gerontoloq;
6 .Risk qrupları ilə çalışan sosial işçi;
7 .Tibb sahəsində çalışan sosial işçi;
8 .Məktəbdə çalışan sosial işçi;
9 .Hərbi hissələrdə çalışan sosial işçi;
10 .Ekstremal vəziyyətdə çalışan sosial işçi.
Sosial iş bir tədris fənni kimi bir çox elmlərin qovşağında
Yerləşərək sosial işin nəzəriyyəsini, tarixini, xarici təcrübəsini. Konkret cəmiyyətdə çətin. Həyat şəraitinə düşən insana konkret yardım göstərməyin xüsusiyyətlərini, fəlsəfə, psixologiya, pedaqogika, sosiologiya və digər ümumhumanitar və Xüsusi ictimai fənlərin əsaslarını özündə birləşdirir. Bir tədris fənni kimi sosial iş sosial-siyasi durumun təhlilini həyata keçirməyə, elmi-nəzəri biliklərə yiyələnməyə köməklik göstərir. Sosial iş üzrə mütəxəssislərin hazırlanmasında vacib elementlərdən biri tibbin, psixiatriyanın, psixoterapiyanın, hüququn, tibbi psixologiyanın və sosial işin əsaslarının mənimsənilməsi olmalıdır. Belə mütəxəssislərin hazırlanması sistemində başlıca məsələ gələcək mütəxəssislərin şəxsi psixoprofılaktikasim və təlimin aktiv xarakterini təmin edən xüsusi tədbirlər kompleksinin olmasıdır. Sosial iş sahəsində təhsilin əsas məqsədi – sosial iş üzrə Mütəxəssis hazırlığının əsas tələblərinə uyğun nəzəri biliklərin əldə edilməsi, praktiki bacarıq və vərdişlərin qazanılmasıdır. Sosial iş üzrə mütəxəssis təlimin üç istiqamətini (ümumhumanitar və sosial iqtisadi fənnlər; ümumriyazi və Təbii-elmi fənlər; sosial iş üzrə ixtisaslaşma) nəzərdə tutan baza hazırlığı əldə etmiş sosial iş ixtisası üzrə ali təhsilli mütəxəssisdir.
Sosial işçi və onun müraciətçisi (klienti) ilk dəfə müraciətçinin həyatının ən’ ağır anlarında – insan həqiqətən fəlakət qorxusu altında olanda, yaxud bədbəxtlik baş verəndə rastlaşırlar. Müraciətçinin (klientin) sosial xidmətə müraciət etməsi özü özlüyündə onun üçün bir növ sınaqdır. Bu təkcə problemin uğurlu həllinə ümidin yaranması və təzahürü deyil, həmdə insan üçün ağır bir etirafdır. Bu halda müraciətçinin özünə, öz qüvvəsinə inamsızlığın öhtəsindən gəlməsi, özünə
İnam əldə etməsi, şəxsi ləyaqət və öz əhatəsi tərəfindən hörmət hissinin qorunub saxlanması sosial işçinin mənəvi keyfiyyətlərindən asılıdır. Bu fənnin tədrisi zamanı tələbələr sosial işin əsas nəzəriyyələri və təcrübəsi ilə bağlı bir sıra məsələlərlə yaxından tanış olacaqlar. Fənnin əhatə dairəsinə cinayətkarlıq, qanun-pozuntusu, zərərli maddələrdən asılılıq, ailə və uşaq zorakılığı nəzəriyyələri, sosial işdə həvəsləndirmə nəzəriyyələri və onların real keyslər üzərində tətbiqi mövzuları daxildir. Sosial işin təcrübəsi sahəsində isə bu fənnin tədrisi sosial işin mərhələləri, davranış dəyişikliyinin mərhələləri, bir sıra sosial iş bacarıqları, o cümlədən motivasiyalı intervyu, onun əsas prinsipləri, mərhələləri və sosial iş prosesində tələlərin müəyyənləşdirilməsi kimi mövzuları ehtiva edir. Kursu başa vuran tələbələr sosial işin nəzəriyyələri və təcrübəsi sahəsində vacib olan məlumatlar əldə edərək, biliklərin keyslər üzərində tətbiqi vasitəsilə motivasiyalı intervyu, parafrazetmə, hisslərin əks olunması, aydınlaşdırma və ümumiləşdirmə və sosial işçi üçün vacib olan digər əsas bacarıqlara yiyələnərək mikro sosial iş prosesində klientdə arzuolunan davranış dəyişikliyi istiqamətində ünsiyyət yaratmaq imkanı əldə edir, sosial iş təcrübəsi zamanı klientin müqavimətinin aradan qaldırılması, onun sosial iş prosesinə uğurlu cəlb edilməsi qaydalarını mənimsəyirlər. Bütün bunlarla yanaşı, sosial iş prosesində potensial tələlər barədə maariflənmə tələbələrə gələcəkdə bu tələlərdən yayınma imkanı yaradır. Fənnin əsas məqsədi tələbələri sosial işdə tədqiqatların aparılmasına dair mövcud yanaşmalar, texnikalar və çağırışlarla tanış etmək, bu sahədə onların bacarıqlarını inkişaf etdirmək və onları sosial elm üzrə ədəbiyyatın kompetensiyalı istehlakçısı olmağa hazırlamaqdır. Fənnin əhatə dairəsinə sosial işçilərin öz fərdi təcrübələrini və sosial proqramları qiymətləndirməsi, peşə təcrübəsinə dair biliklərin təkmilləşdirilməsi üçün istifadə olunacaq tədqiqat dizaynı və metodologiyası daxildir. Bu fənn tələbələrdə elmi perspektivləri inkişaf etdirmək, təcrübənin qiymətləndirilməsi üçün müxtəlif tədqiqatların mahiyyətini anlamaq və bu perspektivləri və anlamanı sosial iş təcrübəsinin daha geniş konseptual bazasına
İnteqrasiya etmək məqsədi daşıyır. Tədqiqat metodları fənni tələbələrin cəmiyyət, insanlar və onların problemləri haqqında tənqidi düşünmək bacarıqlarını gücləndirir. Semestrin sonunda tələbələr tədqiqatın dizaynı və metodologiyası haqqında öyrəndiklərini nümayiş etdirən tədqiqat layihəsinin təqdimatını keçirirlər. Kursu başa vuran tələbələr tədqiqatda sosial işçinin yerinə yetirə biləcəyi müxtəlif rollar, sosial iş peşəsi çərçivəsində təcrübənin və proqramların qiymətləndirilməsi, buna müvafiq tədqiqatın dizaynı və metodologiyasına dair ilkin anlayışlara malik olacaqlar. Onlar sosial işin müxtəlif sahələrindən olan tədqiqat hesabatlarını tənqidi təhlil etmək, orada güclü və zəif tərəfləri müəyyənləşdirmək və həmçinin həmin hesabatlardan sosial iş təcrübəsi üçün faydalı və istifadə oluna biləcək məlumatı müəyyən etmək bacarığı, bununla yanaşı problemin müəyyən edilməsi, dizaynın hazırlanması, tədqiqat metodlarının seçimi, hesabata daxil edilən nəticələrin müəyyən olunması, tədqiqatçının nəzəri baxışları arasında olan qarşılıqlı əlaqələri anlamaq və izah etmək bacarıqlarına yiyələnəcəklər.Bu fənn tələbələrə sosial iş haqqında ümumi məlumat, onun predmeti, səviyyələri, eyni zamanda müxtəlif fəaliyyət sahələrində - uşaqlar, ahıllar, ailələr, əlilliyi olan
İnsanlar və digər hədəf qrupları ilə sosial iş qaydaları və prosesini əhatə edir. Bu fənnin tədrisi tələbələrə iş fəaliyyəti zamanı sosial işçiyə lazım olan etik dəyər və prinsiplərlə tanış olmaq imkanı yaradır. Kursu bitirən tələbələr öyrənmənin nəticəsi olaraq sosial iş peşəsinin və elminin tarixi inkişafı və sosial işin fundamental
əsaslarını təşkil edən sosial ədalət, etik prinsiplər və dəyərlər haqqında məlumat əldə edəcəklər. Tələbələrdə həmçinin sosial işin müxtəlif sahələrində işləmə,
müxtəlif vəziyyətlərdə hadisələri düzgün dəyərləndirmək və düzgün nəticə çıxarmaq bacarıqları formalaşacaqdır.

Yüklə 58,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin