Tələbə: Emin Abbasov Fakültə: Təbiətşunaslıq İxtisas



Yüklə 29,16 Kb.
tarix18.05.2020
ölçüsü29,16 Kb.
#31337
Torpaqşünaslıq

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Naxçıvan Dövlət Universiteti





Tələbə: Emin Abbasov

Fakültə: Təbiətşunaslıq

İxtisas: “Coğrafiya” müəllimliyi

Fənn: Torpaqşünaslıq

Kurs: 2

Müəllim:

Mövzu: Torpaqşünaslıq və torpaq coğrafiyasının məqsəd və vəzifələri

Torpaqşünaslıq və torpaq coğrafiyasının məqsəd və vəzifələri

Torpaqşünaslıq – torpaqlar, onların əmələgəlməsi (genezisi), quruluşu, tərkibi və xassələri; torpaqların coğrafi yayılmasının qanunauyğunluqları; torpağın əsas xassəsi olan münbitliyinin formalaşması və inkişafını müəyyən edən ətraf mühitlə qarşılıqlı əlaqəsi; torpaqdan kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində səmərəli istifadənin yolları və torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyi haqqında elmdir.

Torpaqşünaslıq elmi təlim kimi XIX əsrin sonlarında tanınmış rus alimləri V.V.Dokuçayev, P.A.Kostıçyev və N.M.Sibirtsevin əməyi n əticəsində formalaşmışdır. Azərbaycanda isə H.Ə. Əliyev, V.R.Volobuyev, M.E.Salayev, K.A.Ələkbərov, M.P.Abduyev, Ş.G.Həsənov, R.H.Məmmədov və başqalarının bu elmin inkişafında əməyi danılmazdır.

Torpağa ilk elmi tərif V.V.Dokuçayev tərəfindən verilmişdir: “Dağ süxurları nın (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş“açıq” və ya xarici qatına torpaq deyilir”. O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar “yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri” nəticəsində yaranmışdır.V.V.Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral (“biokos”) dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir.

Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V.R.Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu “yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir”.

Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q.Ş.Məmmədov, 2007).

Torpaqəmələgəlmədə canlı orqanizmlərin, ilk növbədə yaşıl bitkilərin və mikroorqanizmlərin xüsusi rolu var. Onların fəaliyyətinin təsiri altında dağ süxurlarının torpağa çevrilməsi və münbitliyinin formalaşması ilə bağlı əhəmiyyətli proseslər, o cümlədən bitki qidasın ın əsasını təşkil edən küli elementlərin və azot birləşmələrinin konsentrasiyası, üzvi maddələrin sintezi və parçalanması, bitkilərin və mikroorqanizmlərin həyat fəaliyyətinin məhsulları ilə dağ süxurlarının mineral birləşmələrinin qarşılıqlı təsiri və s. baş verir. Torpaqəmələgəlmənin bioloji mahiyyətinin dərk edilməsində V.R.Vilyams və V.İ.Vernadskinin xüsusi xidmətləri olmuşdur.

İqlim şəraitinin, bitki örtüyünün, dağ süxurlarının və relyefin müxtəlifliyi və ayrı-ayr ı ərazilərin yaşındakı fərqlər torpaqların təbiətdə müxtəlifliyini şərtləndirir. Onların yayılmasının cöğrafi qanunauyğunluqları torpaqəmələgətirən amillərin ahəngi ilə müəyyən olunur. Yer kürəsi və onun ayrı-ayrı materikləri üçün bu qanunauyğunluqlar iqlim və bitki örtüyünün zonal dəyişikliyi ilə əlaqədardır. Bu cəhət torpaqların üfüqi və şaquli zonallıq qanununa uyğun inkişafında özünü göstərir. Kiçik ərazilərin torpaq örtüyünün xüsusiyyətləri ilk növbədə relyefin, ana süxurun tərkib və xassələrinin torpağın iqliminə, bitki və torpaqəmələgəlməyə təsiri ilə bağlıdır.

Özünün xüsusi keyfiyyəti sayəsində torpaq üzvi aləmin həyatında mühüm rol oynayır. Landşaftın həm məhsulu və həm də elementi – xüsusi təbiət cismi olmaqla, o, yer kürəsi təbiətinin inkişafında əhəmiyyətli mühit kimi çıxış edir.

Atmosfer, biosfer, hidrosfer və litosfer ilə fasiləsiz maddə və enerji mübadiləsi halında olan torpaq örtüyü bütün bu sferalar arasında Yerdə təşəkkül tapmış və özünün çoxçeşidli formalarında həyatın inkişaf və mövcudluğu üçün zəruri olan müvazinətin saxlanmasında əvəzsiz şərt kimi çıxış edir.

Münbitlik xassəsinə malik olmaqla torpaq kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi çıxış edir. Torpaqdan istehsal vasitəsi kimi istifadə etməklə, insan torpaqların xassələrinə, rejimlərinə və münbitliyinə, həmçinin torpaqəməl əgəlməni müəyyən edən təbii amillərə bilavasitə təsir etməklə torpaqəmələgəlməni əhəmiyyətli dərəcədə dəyişir; meşələrin salınması və qırılması, kənd təsərrüfatı bitkilərinin becərilməsi təbii bitkiliyin görkəmini, qurutma və suvarma isə ərazinin nəmlik rejimini dəyişir və s. Torpağın becərilməsi, gübrələrin tətbiqi və kimyəvi meliorasiya tədbirləri (əhəngləmə, gipsləmə və s.) d ə torpaqlara az təsir göstərmir. Nəticə etibarilə, torpaq təkcə insan əməyinin tətbiq predmeti deyil, eyni zamanda bu əməyin məhsuludur.

Beləliklə, torpaqşünaslıq torpağı xüsusi təbiət cismi kimi, istehsal vasitəsi kimi, insan əməyinin tətbiq və akkumulyasiya edildiyi predmet kimi, həmçinin müəyyən dərəcədə bu əməyin məhsulu kimi öyrənir.

Kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi torpaq aşağıdakı mühüm xüsusiyyətləri ilə səciyyələnir: torpaq əvəzedilməzdir; torpaq məhduddur, yəni onu böyütmək, çoxaltmaq, artırmaq olmaz; torpağın yerini dəyişmək olmaz; torpağa məxsus xüsusiyyət yalnız onun münbitliyidir. Bu xüsusiyyətlər torpaq resurslarına son dərəcə diqqətli yanaşmağı və daim torpaqların münbitliyinin artırılması qayğısına qalmağı tələb edir.

Torpaqşünaslıq bir çox məsələləri əhatə edən təbii-elmi təlimdir. Torpaqşünaslığın təmasda olduğu və metodlarından geniş istifadə etdiyi fundamental elmlərə fizika, kimya, riyaziyyat, daim nəzəri mübadilə halında olduğu elmlərə isə təbiət, kənd təsərrüfatı və iqtisadi elmləri aiddir. Sonunculara geoloji -coğrafi tsiklə (mineralogiya və petroqrafiya ilə birgə geologiya, hidrogeologiya, fiziki coğrafiya, geobotanika, biogeosenologiya), aqrobioloji tsiklə (biologiya, mikrobiologiya, biokimya, aqrokimya, bitki fiziologiyası, bitkiçilik, əkinçilik, çəmənçilik, meşəçilik) və nəhayət aqrar – iqtisadi tsiklə (siyasi-iqtisad, kənd təsərrüfatı iqtisadiyyatı, yerquruluşu və s.) daxil olan elmlər aid edilir.

Torpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: torpağın formalaşması və inkişafı (genezisi) haqqında təlim; torpaq örtüyünün ətraf mühitlə (torpaq coğrafiyası) qarşılıqlı əlaqədə olan bütöv məkan törəməsi olması haqqında təlim; torpaq və torpaq örtüyünün münbitliyi və onun aqrotexniki və meliorativ metodlarla tənzim edilməsinin prinsipləri haqqında təlim.

Torpaqşünaslığın tərkibində adı çəkilən əsas bölmələrlə yanaşı, onun torpaq kütləsinin xassəl əri əsasında fundamental bölmələri (torpaq fizikası, torpaq kimyası , torpaq biologiyası) və torpaq və torpaq örtüyündən istifadənin tətbiqi bölmələri (aqronomik torpaqşünaslıq, meşə torpaqşünaslığı və s.) də mövcuddur. Bu tətbiqi bölmələr torpaqşünaslığın ümumi nəzəriyyəsinin inkişafına böyük təsir göstərir, belə ki, ilkin materialların geniş mənbəyi və nəzəri konsepsiyaların yoxlanmasının bazasını təşkil edir.

Torpaqların təsnifatı xüsusi bölmə təşkil edir. O, bütün bölmələrin materiallarından istifadə edilməklə qurulur. Torpaqları n təsnifatı torpaqların kartoqrafiyası, torpaqların münbitliyinin səciyyəsi və kompleks qiymətləndirilməsi, ölkənin vahid torpaq kadastrının hazırlanmasından və riyazi analizindən ötrü torpaq məlumatlarının toplanması üçün vahid taksonomik sistem təşkil edir.

Bir halda ki, torpaq və torpaq örtüyünün başqa elmlər və cəmiyyət həyatının müxtəlif tərəfləri ilə qarşıl ıqlı əlaqəsi çox müxtəlifdir, torpaqların vahid (baza) təsnifatı ilə yanaşı torpaqların sahə və regional təsnifatı və qruplaşdırılması da zəruridir.

Torpaqların formalaşması və inkişafını, onun tərkib və xassələrini öyrənməkdən ötrü torpaqşünaslıq elmi geniş tədqiqat metodları sisteminə malikdir. Torpaqşünaslıq bu zaman kimya, fizika və başqa elmlərin nailiyyətlərindən də geniş istifadə edir.

Torpaqşünaslıqda tədqiqat metodları aşağıdakılardan ibarətdir:

Müqayisəli – coğrafi metod. Bu metodun əsasında torpaqların torpaqəmələgətirən amillərlə əlaqədə öyrənilməsi, yəni bir tərəfd ən torpaqlarla, onların xassə və tərkibləri, digər tərəfdən torpaqlarla cəm halda torpaqəmələgətirən amillər arasında korelyativ əlaqənin aşkarlanması durur. Bu metod torpaqların kartoqrafiyasında daha geniş istifadə olunur.

Müqayisəli – analitik metod. Bu metod kimyəvi, fiziki-kimyəvi, fiziki v ə başqa analiz metodları sistemlərinin tətbiqi ilə torpaq nümunələrinin tərkib və xassələri haqqında mühakimə yeritməyə imkan verir.

Stasionar metod. Bu metod çöl şəraitində torpaq prosesləri və rejimlərinin öyrənilməsinə xidmət edir. Modelləşdirmə metodu. Bu metod torpaqda baş verən proses və rejimləri modelləşdirməyə imkan verir. Bu metod əsasında ayrı-ayrı torpaqların torpaq-ekoloji göstəriciləri əsasında onların ekoloji modelləri qurulur. Relyefin plastikası metodu. Bu metod əsasında böyük və orta miqyaslı (1:100000, 1:50000) topoqrafik əsasda torpaqların ekoloji qiymət xəritələri tərtib edilir. Bu zaman xüsusi texnologiya əsasında topoqrafik xəritədən relyefin plastikası çıxarılaraq, bu yeni əsas üzərində torpaq konturları yerləşdirilir.

Müqayisəli qiymətləndirmə (bonitirovka) metodları. Bu metod torpaqşünaslıqda xüsusi elmi-praktiki istiqamət olan torpaqların bonitirovkası zamanı istifadə olunur. Bu metod əsasında torpaqların daxili diaqnostik göstəriciləri (humus, azot, fosfor, kalium, udulmuş əsasların cəmi və s.) əsasında onların müqayisəli qiymətləri - bonitet balları tapılır.

Kənd təsərrüfatının təşkili, əkin dövriyyəsinin, gübrələmə sistemlərinin tətbiqi, ərazinin qurulmasına və torpaqları n meliorasiyasına dair layihələrin işlənməsi, həmçinin kənd təsərrüfatı texnikasının, bitki növlərinin seçilməsi torpaq haqqında biliklərə istinad edir.

Azərbaycan Respublikası zəngin torpaq ehtiyatlarına malikdir. Onun ərazisində dağ-çə mən, qonur dağ-meşə, qəhvəyi dağ-meşə, qaratorpaq, sarı, şabalıdı, çəmən-boz, boz-qonur və s. torpaqlar yayılmışdır. Bu torpaqların münbitlik xassələri bir sıra qiymətli kənd t əsərrüfatı – çay, pambıq, üzüm, taxıl, sitrus, tərəvəz, meyvə və bostan bitkilərini yetişdirməkdən ötrü olduqca əlverişlidir. Yüksək aqrotexnikanın tətbiqi və intensiv suvarma şəraitində bu torpaqlardan rekord məhsul əldə etmək mümkündür. Lakin Azərbaycanın torpaq sərvətindən səmərəli istifadə etmək üçün torpağın xassə və rejimləri haqqında hərtərfli və dərin biliyə malik olmaq lazımdır. Torpaq örtüyünün müxtəlif xarakterli antropogen amillərin təsirləri altında dəyişilməsi haqqında proqnozların olması da əhəmiyyətlidir.

Araşdırmalar göstərir ki, son onilliklərdə torpaq və ekoloji qanunları nəzərə almadan insanın təbii komplekslərə geniş miqyasda müdaxiləsi planetimizin hər yerində, həmçinin Azərbaycan ın çox böyük ərazilərində torpaq örtüyünün deqradasiyasına gətirib çıxarmışdır. Belə ki, yüksək və orta dağlıq ərazilərdə, yay otlaqlarının dağ meşələri ilə sərhədində nəzarətsiz otarma bu meşələrin yuxarı sərhədinin aşağı düşməsinə, eroziya proseslərinin, sel və subasma hadisələrinin güclənməsinə gətirib çıxarmışdır. Hazırda respublika ərazisinin 40 %-dən çoxu bu və ya digər dərəcədə eroziya proseslərin ə məruz qalmışdır. Bu proses torpaq münbitliyinin əhəmiyyətli göstəricisi olan humus maddəsinin azalması ilə müşahidə olunur.

Düzən suvarılan torpaqlar üçün səciyyəvi əlamət onların şorlaşması və şorakətləş məsidir. Suvarmanın düzgün aparılmadığı şəraitdə meliorasiya olunmuş torpaqların təkrar şorlaşma təhlükəsi də yaranır.



Azərbaycan torpaqları üçün digər səciyyəvi cəhət onların ağır və radioaktiv maddələr, sənaye, xüsusən də neft və neft məhsulları və məişət tullantıları ilə çirklənməsidir. Əlbəttə, torpaq örtüyünə antropogen təsirlərin gücləndiyi şəraitdə bu əvəzsiz sərvətin qorunması , münbitliyinin bərpası və artırılması ön plana çıxır.
Yüklə 29,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin