Tələbə: Məmmədov Səxavət Müəllim: Aliyev Faiq İxtisas: Neft-qaz mühəndisliyi Qrup: A2221


Psixologiyada ünsiyyətin müxtəlif və çoxsaylı tipologiyası var. Bunlar aşağıdakılardan ibarətdir



Yüklə 1,53 Mb.
səhifə2/3
tarix11.04.2023
ölçüsü1,53 Mb.
#96243
1   2   3
Səxavət təqdimat A2221 psixologiya

Psixologiyada ünsiyyətin müxtəlif və çoxsaylı tipologiyası var. Bunlar aşağıdakılardan ibarətdir: 
İşgüzar ünsiyyət - qarşılıqlı əlaqələrin məqsədi hansısa aydın saziş, söhbətin həllini nəzərdə tutur. Məsələn, həmkarlar, rəis və tabeçilikdə olan şəxs və s. Burada tərəfdaşların statusu müəyyən olunur.
Tərbiyəvi ünsiyyət - tərəflərdən biri digərinə məqsədyönlü təsir göstərir. O, daha yaxşı bilir ki, öz həmsöhbətini necə inandıra bilər. Bu onda ola bilər ki, tərəflərdən biri daha böyük nüfuza və biliyə malikdir.
Diaqnostik ünsiyyət - həmsöhbət haqqında müəyyən təsəvvür formalaşdırmaq, hansısa informasiyanı almaq ən aparıcı məqsəddir ( həkimlə xəstənin ünsiyyəti). Burada da tərəflər müxtəlif mövqedə olurlar- biri soruşur, digəri cavab verir. Hərtərəfli cavab almaq üçün sual verən öz şəxsi statusunu düzgün müəyyənləşdirməlidir.
Elmi texniki tərəqqi nəticəsində meydana çıxmış mükəmməl texniki vasitələr insanlar arasında ünsiyyət tərzinin yaranmasına səbəb olmuşdur. Bələ ünsiyyət vasitəli ünsiyyət adlanır. Ünsiyyət əyni zamanda idarəetmə və ictimai nəzarətetmə funksiyasını yerinə yetirir.
İntim şəxsi ünsiyyət- həddən artıq unikal və spesifikdir, tərəflər özlərini bərabərhüquqlu hiss edir, hər ikisidərin münasibətlərin saxlanması və inkişaf etdirilməsində maraqlıdırlar, yaxın adamlar arasında olur. Vasitəli və vasitəsiz ünsiyyət növləri də var. Vasitəsiz ünsiyyət həm verbal, həm də qeyri-verbal ola bilər. Vasitəsiz ünsiyyətdə nitq mühüm rol oynayır.
Ünsiyyət informasiya mübadiləsi dedikdə, informasiyanın 2 tərəfi fərqləndirilir. Kommunikator — informasiyanı verən, resipient - informasiyanı qəbul edən. İnsanlar ünsiyyət prosesində bir- birlərinin fikirləri, ideyaları, hissləri və s. ilə tanış olurlar.
Kommunikasiya prosesi informasiya mübadiləsi kimi təhlil oluna bilər. Kommunikasiyanın iki tipini fərqləndirmək olar: verbal və qeyri-verbal kommunikasiya.
Verbal kommunikasiya. Ünsiyyət prosesində nitq mühüm rol oynayır. İnsan istər onu əhatə edən mühit, istər keçmiş və gələcək barədə hər cür məlumatı yazılı və şifahi nitq vasitəsilə alır. Nitqin əsas struktur vahidi olmaq etibarilə söz çox böyük qüvvəyə malikdir.

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin