Təşkiletmənin III mərhələsi-işin kordinasiyasıdır.Kordinasiya-münaqişələrin qarşısını almağa,onları tənzimləməyə və beləliklə də təşkilatın strukturunu (qurulu-şunu) möhkəmləndirməyə imkan verir.Kordinasiya 2 yerə ayrılır:
1)Şaquli kordinasiya;
2)Üfüqi kordinasiya.
Şaquli kordinasiya dedikdə-hesabat verən və tabeçilikdə olan işçilərə nəzarət edən menecerlər başa düşülür.Üfüqi idarəetmə isə-bir idarəetmə səviyyəsindəki əməkdaşların təmasını nəzərdə tutur.
İndi isə bir qədər “vəzifələrin bir hissəsinin könüllü olaraq işçilərə verilməsi”,
“məsuliyyət,səlahiyyət,hesabat vermə”haqqında bəhs edək. Məsuliyyətin könüllü olaraq verilməsi dedikdə-qərarlar qəbul etmək hüququnun və ya müəyyən problemləri həll etmək hüququnun tabeçilikdə olanlara verilməsi başa düşülür.
Dostları ilə paylaş: |