Sərbəst iş № 1 Karyera planlamasının prinsipləri Karyera planlaması Karyera – iş həyatında müəyyən nöqtəyə gəlmək üçün görülən bütün işlərin toplamıdır.Görülən bütün işlər dedikdə ali ixtisas seçimindən başlayıb iş həyatını dayandıra qədər olan bütün fəaliyyətlər nəzərdə tutulur. Təbii ki, bu qədər uzun müddətdə sərf edilən enerjinin daha yaxşı nəticəsi verməsi üçün müəyyən formada istiqamətlənməsinə ehtiyac vardır . Başqa deyişlə karyeranın planlanmasına.
Karyera planlaması iş həyatında müəyyən uğurlar əldə etmək istəyən hər kəs tərəfindən edilməlidir.Unutmamaq lazımdır ki, yaxşı karyera üçün zaman, çalışma və planlama əsas şərtlərdir.
Yanlış bir qərar ilə bir il , yanlış ixtisas seçimi ilə dörd il , yanlış karyera planlaması ilə isə 40 il itirə bilərsiz.
Ortama olaraq hesablasaq qırx illik bir periodun bir kağıza qeyd edib nələr edəcəyini yazmaq qeyri mümkündür. Məsələ budur ki, karyera planlaması hər əmək fəaliyyəti ilə məşğul olan fərdin vaxtaşırı olaraq üzərinə düşünməli olduğu bir məsələdir. Bu, bəzən iş sahəsi seçmək və ya dəyişdirmək ehtiyacından olur, bəzən isə karyerada irəliləmək üçün gərəkli işləri planlamaq ehtiyacından. Burada məqsəd, başqalarından asılı olmadan dəyişən şərtlərə uyğunlaşaraq özünü inkişaf etdirmək və gələcəyini qurmaqdır.
Karyera planması nə vaxt edilməlidir?
Sualın cavabı sadədir- həmişə, hətta pensiyaya çıxdıqdan sonra da, müəyyən işlər görmək planlaşdırılırsa buna ehtiyac yaranır. Karyera planlaması hər yaşda, istənilən dövrdə, peşəyə başladıqdan və ya illər sonra edilə bilər. Əlbəttə ki, ən yaxşı vaxt hələ ali təhsil həyatına başlamazdan əvvəl bunun üzərinə uzun-uzun düşünməkdir. Özümüzü faydalı hesab etdiyimiz və gələcəyinizi gördüyümüz ixtisasları seçmək uğurlu karyeranın başlanğıcıdır. Ancaq, istəmədiyin bir ixtisasda təhsil almaq da, yaxşı karyera qurulmayacaq demək deyil. Ətrafımıza baxsaq təhsil aldığı ixtisas üzrə çalışmayan ancaq yetərincə peşəkar karyera qurmuş yüzlərlə insan görə bilərik. Sadəcə bu zaman karyera planlaması bir az daha diqqətli aparılmalıdır.
İstər ixtisas seçimi zamanı istərsə də karyera istiqaməti seçmək və ya dəyişdirmək gərəkdikdə karyera planı qurmağa ehtiyac yaranır. Ümumiyyətlə iş həyatında dəyişiklik yaradacaq istənilən qərar verdikdə bu sizin üçün “qütb ulduzu” olmalıdır. Bu istiqamət bəlirləyəcək “alət” mümkün qədər dəqiqliklə və vaxt sərf edilərək hazırlanmalıdır. Karyera planlaması edərkən ailə fərdlərindən yaxınlarınızdan, müəllimlərinizdən eləcə də “PROGRO Mentorluq” xidmətindən yararlana bilərsiz ancaq qətiyyən bunu sizin yerinizə başqası etməməlidir . Qısa müddət üçün işinizi rahatlaşdıra bilərsiz ancaq, gələcəkdə istəmədiyi işdə çalışan, karyerada yüksəliş əldə edə bilməyən bir fərd də ola bilərsiz. Buna başlıca olaraq siz imkan verməməlisiz. O vaxt gəlir ki, insan bacarıqlarını, istəklərini, dəyərlərini qiymətləndirmədən bir işdə çalışdığını anlayır. Məhz özünün karyera planlaması etməli olduğunu dərk edir.
Karyera planlaması üçün edilməli işləri üç əsas başlıq altında toplasaq bunlara özünü tanımaq, əmək bazarını tanımaq və fəaliyyət planı hazırlamaq deyə bilərik .