Fəaliyyət planı hazırlayın .
Bunu daha yaxşı izah etmək üçün belə bir misal çəkə bilərik, təsəvvür edin daha öncə getmədiyiniz uzaqdakı bir yerə getmək üçün piyada , uzun bir yola çıxırsız .Bunu necə edə biləcəyini düşünürsüz. Öncəliklə sizə yol boyu lazım olacaq vasitələri seçib hazırlamalısız, sonra xəritədən gedəcəyiniz ən qısa və rahat yolu, eləcə də yolda dayanacağınız nöqtələri müəyyən etməlisiz. Əks halda ya vasitələriniz yetərsiz olacaq istədiyiniz yerə gedib çata bilməyəcəksiz ya uzaq yolu seçdiyiniz üçün həmin məntəqəyə çox gec çatacaqsız. Yəqin ki , misaldan da anlaşıldı bu sizin karyera yolunuzdur. Eynən yola çıxmazdan öncə hazırlaşılan kimi karyera planlaması zamanı da belə hazırlaşmaq lazımdır
Karyeranız boyu sizə lazım olacaq bacarıqlar, təhsil, şəbəkəniz, təcrübə proqramları, könüllü işlər və s. hamisi sizin üçün bir vasitə olacaqdır. Təbii olaraq, yuxarıda qeyd etdiyimiz kimi nəyin nə zaman necə edilməli olduğunu bir kağız-qələm götürüb düşünərək yazmaq qeyri mümkündür. Karyera fəaliyyət planı hazırlamaq, nəyə ehtiyac olduğunu anlamaq üçün öncəliklə iş həyatının içində özünü tanımaq və çalışacağın iş sahəsini müəyyən etmək lazımdır. Bu iki əsas məsələni həll etdikdən geriyə qalan sizə bu yolda lazım olan vasitələri müəyyən etmək olacaq. Karyera prespektivlərində qeyd etdiyimiz detalları da öyrənmək sizin üçün fəaliyyət planı hazırlamada olduqca gərəkli olacaq. Hazırda çalışdığınız müəyyən bir sahədə irəliləmək üçün gərəkli texniki və funksional bacarıqlar, təhsil , mühit kimi gərəkli detalları öncədən bilmək sizə hazırlaşmağınız üçün vaxt üstünlüyü də verəcəkdir.