Tələbələrin imtahan sınağı uğurla davam edir



Yüklə 12,61 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix02.01.2022
ölçüsü12,61 Mb.
#1590
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
Saşa ƏLİYEV,

Əsaslı Kitabxananın  

direktorunun  elmi işlər üzrə 

müavini

Elektronlaşdırma  kitabxanadan  

istifadəni asanlaşdırır

H

amburqer, pittsa, çips, şəkərli sulara və sağlamlığa ziyan vuran digər məhsullara 

aludə olmaq piylənməyə gətirib çıxarır. Bu xəbərdarlığı barədə BMT-nin hər kəsin 

ən  yüksək  fiziki  və  psixi  sağlamlı  hüququ  məsələsinə  dair  xüsusi  məruzəçisi  Anand 

Qrover etmişdir.

AzərTAc  BMT-nin  Xəbərlər  Mərkəzinə  istinadla  xəbər  verir  ki,  Anand  Qrover 

Cenevrədə İnsan Hüquqları Şurasının 26-cı sessiyasının nümayəndələri qarşısında 

çıxışında vurğulamışdır ki, yanlış qidalanmaya – “fastfuda” meylli olmaq piylənmə ilə 

nəticələnir. Piylənmə hər il təxminən 2,8 milyon insanın həyatına son qoyan qlobal 

epidemiyaya çevrilmişdir.

Ziyanlı məhsulların cüzi miqdarda yeyilməsi və daha sağlam yeməklərlə uyğun-

laşdırılması  sağlamlıq  üçün  bir  o  qədər  də  təhlükəli  deyildir.  Lakin  cəlbedici  dad 

keyfiyyətləri və aqressiv marketinq sayəsində tərkibində şəkər, duz, transyağ turşu-

ları və doymuş yağlar olan məhsullar daha faydalı məhsulları rasiondan sıxışdırıb 

çıxarır. “Fastfud” məhsullarının böyük əksəriyyəti əsaslı şəkildə emal olunur və hazır 

vəziyyətdə təklif olunur. Faydalı bəsləyici keyfiyyətlərdən tamamilə məhrum olan bu 

məhsullar çox artıq kalorilidir.

BMT-nin xüsusi məruzəçisi qeyd etmişdir ki, zəmanəmizdə 2.1 milyard insan artıq 

çəkidən və piylənmədən əziyyət çəkir. Bunun səbəbkarı isə qeyri-sağlam qidalardır.

Xüsusi məruzəçi dünya dövlətlərinə müraciət edərək, israrla onları əhalinin sağ-

lamlığını  təhlükə  altında  qoyan  ərzaq  sahəsində  struktur  dəyişiklikləri  ilə  bağlı 

problemlərin həlli ilə məşğul olmağa çağırmışdır. O xatırlatmışdır ki, sağlam olmaq 

hüququnu müəyyən edən əsas amillərdən biri yetərincə və dolğun qidalanmadır.


Yüklə 12,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin