Təlim mövzuları


Dövlət Ekoloji Ekspertiza Agentliyi-



Yüklə 30,06 Kb.
səhifə2/6
tarix02.05.2023
ölçüsü30,06 Kb.
#105727
1   2   3   4   5   6
1. TƏLƏBƏLƏR

Dövlət Ekoloji Ekspertiza Agentliyi- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2002-ci il 24 dekabr tarixli 2589/Ü nömrəli əmri ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanı ilə Dövlət Ekspertiza İdarəsinin əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq olunmuşdur.
Dövlət Ekoloji Ekspertiza Agentliyi “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunları, Nazirlər Kabinetinin qərarları və bu sahədə mövcud olan normativ sənədlərə uyğun olaraq, təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin dövlət ekoloji ekspertizasından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir.
Agentliyin fəaliyyətinin əsas məqsədi dövlət ekoloji ekspertizasını həyata keçirmək, bu istiqamətdə tənzimləmə sistemini təkmilləşdirmək, institusional mexanizmləri formalaşdırmaq, müvafiq sahədə səmərəliliyi artırmaq və fəaliyyət göstərməkdir.
Agentliyin fəaliyyət istiqamətlərinə müvafiq sahənin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etmək, təkliflərin işlənilib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, ekoloji tarazlığının qorunması və təhlükəsizliyin təmin edilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyətlərin zərərli təsirinin qarşısının alınması istiqamətində problemlərin həllinə yardım göstərməklə yanaşı, müvafiq sahədə innovativ ideya və layihələri dəstəkləmək daxildir.



Yüklə 30,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin