4. Layihələrin ekoloji qiymətləndirilməsiınə həsr olunmuş ictimai dinləmə
Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi və bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ictimai dinləmə keçirilir.
İctimai dinləmədə layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edirlər.
İctimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunur, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetirilir, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilir.
İctimai dinləmədə iştirak etmək istəyənlər şəxslər əvvəlcədən mətbuatda verilən elan əsasında müəyyən edilmiş vaxtda müzakirələrə qoşula bilirlər.
Təqdim olunan bütün ekoloji layihələrə şəffaflığın təmin olunması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmədən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verilir.
5. Fərdi tapşırıqlar üzrə görülmüş işlərin qiymətləndirilməsi.
Praktik təlimlər zamanı tələbələrin bilik və bacarıqlarının yoxlanılması məqsədilə verilmiş tapşırıqlar üzrə onların məsələyə yanaşma tərzi müəyyənləşdirilmişdir. Ortaya cıxan sualllara dair təlimlər zamanı fikir mübadiləsi aparılmışdır.
6. Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin fəaliyyət istiqamətləri haqqında məlumat.
Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası ərazisindəki yaşıllıqların götürülməsinə dair rəylərin verilməsini həyata keçirmək;
- Azərbaycan Respublikası ərazisindəki yaşıllıqlarla bağlı daxil olan digər müraciətlərin qanunvericiliyin tələblərinə uyğun cavablandırılmasını təmin etmək;
- Qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlər üzrə fəaliyyət göstərmək.
Dostları ilə paylaş: |