Təlim-tərbiyədə psixoloji qüvvələrin nə kimi rolu var?



Yüklə 17,41 Kb.
tarix02.01.2022
ölçüsü17,41 Kb.
#42042
Təlim


Təlim-tərbiyədə psixoloji qüvvələrin nə kimi rolu var?

Təlim ilə psixoloji qüvvələr arasında əlaqənin olduğu elmdə çoxdan məlumdur. Təlim zamanı öyrənənlərin yaş, cinsi və fərdi xüsusiyyətlərini nəzərə almağın vacibliyi alimlər arasında mübahisə doğurmur. Əvvəlcə, bir neçə məsələni qeyd edək. Təlimin mükəmməl sistemi özündə al­qo­ritmik və evristik fəa­liyyətlərin optimal münasibətlərini ehtiva et­m­əlidir, əks halda onun mükəmməlliyindən danışmaq absurddur. Bu sistemdə alqoritmik və ev­ristik fəaliyyətlərin optimal münasibət­lə­­ri­nin əsasında aşağıdakı­lar durur:



  • şəxsiyyətin idrak proseslərinin xüsusiyyətləri, hafizə ilə tə­fək­­kürünün arasındakı əkslik və asılılıq münasibətləri;

  • şagirdin inkişafı ilə təlim prosesi arasındakı qarşılıqlı təsirin dia­­lektikası;

  • biliyin və fəaliyyət üsullarının mənimsənilməsinin me­xa­niz­mi və qanunauyğunluqları;

  • alqoritmik və evristik fəaliyətlərin təbiəti.

Məktəblilərin psixi inkişafı və bunun təlim prosesi ilə qar­şı­lıq­lı münasibəti məsələsi həm pedaqoqların, həm də psixoloqların diq­qətini hər zaman çəkmişdir. Bir çox görkəmli alimlər bu sahədə təd­qiqatlar aparmışdır. A.Bine, A.Ştern, İ.Piaje və başqaları şagird­lə­­rin təlim fəaliyyətinin yaş xüsusiyyətlərindən, inkişaf səviyyə­sin­dən asılı olduğunu isbat etməyə çalışmışdır. Psixoloq İ.Piaje V.Şter­nə uyğun mövqe tutaraq belə hesab edir ki, uşağın psixi inkişafı özü­­­nün daxili qanunlarına malikdir və bir sıra özünəməxsus mərhə­lə­lərindən keçir. Onun fikrincə, təlim inkişafa heç bir əsaslı təsir gös­­­­tərə bilməz. Ona görə də, təlim inkişafa uyğunlaşdırılmalı və onun tənzim edilməsində məhz inkişafın səviyyəsi əsas götürül­mə­li­dir.

Təlim zamanı şagirdlərin yaş xüsusiyyətlərini, inkişaf səviy­yə­­lərini nəzərə almağın zəruriliyini əsaslandıran görkəmli pe­da­qoq­lardan Y.A.Pestalotsi və başqaları yaş xüsusiyyətlərini nəzərə al­ma­ğın da vacib olduğunu göstərmişlər. Təlimin inkişafdakı rolunu həd­din­dən artıq şişirdən C.Brunerin fikrincə, hər bir uşaq inkişafın istə­ni­lən mərhələsində, əgər həmin yaş üçün optimal olan təlim me­todları tapılıbsa və əgər o, yaxşı təlim edilərsə, istənilən materialı ta­ma­milə mənimsəyə bilər. Göründüyü kimi, C.Bruner şagirdərin əq­li inkişafında təlim prosesinin həlledici rol oynadığını qəbul etsə də, uşağın yaş hüdudlarını silib atır. D.V.Elkonin, V.V.Davıdov, L.V.Zan­kov və başqaları L.S.Vıqotskinin fikrini inkişaf etdirərək eks­perimental yolla sübut etmişlər ki, təlimin məzmununu və üsul­la­rını təkmilləşdirmək yolu ilə uşaqların inkişafını şərtləndirmək olar.

Təlim prosesinin təşkili və idarə olunmasında L.S.Vıqotski “İn­kişafın yaxın zonası”na əsaslanmağı tələb kimi irəli sürür. O, gös­­tərir ki, uşağın öyrənməyə qabil olmadığı işləri öyrətməyə ça­lış­maq, onun müstəqil yerinə yetirə bilmədiyini ona öyrətmək qədər mə­­nasızdır .

Təlimin psixoloji əsaslarının interpretasiyasında determinizm prin­sipinə biganə qalmaq mümkün deyil. Determinizm prinsipinə ar­xalanaraq psixi hadisələrin qanunauyğunluqlarını müəyyən etmək olar. Bu isə təlim prosesində alqoritmik və evristik fəaliyyətlərin ası­­lılıqlarını və əksliklərini müəyyənləşdirməkdə müəllimə isti­qa­mət göstərir.

Hamı – uşaq da, yaşlı adam da öz şəxsi həyatında duyur ki, məsələn, hafizəsi möhkəm olan şəxs eşitdiyini, gördüyünü və ya oxuduğunu yadında yaxşı saxlayır; belə adam hafizəsində möhkəm qalan məlumatlardan istədiyi vaxt istifadə edə bilir və belə keyfiyyətə malik olan şəxs həyatda uğur qazanır. Hafizənin möhkəmliyi təhsil almaqda xüsusilə əhəmiyyətlidir.

Hafizəsi zəif olan şəxs başqaları ilə ünsiyyətdə, fəaliyyətdə, o cümlədən təhsildə xeyli çətinliklərlə üzləşir; nəyisə yada salmaq istəyəndə hafizənin zəifliyi başqaları yanında onun üzünü qara edir; zəif hafizə sahibi həyatda, fəaliyyətdə, xüsusən təhsildə xeyli çətinlik çəkir. Deyilənlər təxəyyül, təfəkkür, iradə, diqqət kimi psixoloji qüvvələrə də aiddir. Adamlar nəinki yaş xüsusiyyətləri, cinsi xüsusiyyətləri cəhətdən, həm də psixoloji qüvvələrin keyfiyyətləri cəhətdən fərqlənirlər. Bu səbəbdən də alimlər məsləhət görürlər ki, təlim zamanı adamların psixoloji xüsusiyyətləri nəzərə alınsın. Bu problemin digər tərəfi keçən əsrin əvvəllərindən xüsusiylə intensiv müazkirə olunur: təlim zamanı dinləyicilərin psixoloji qüvvələrini inkişaf etdirmək olarmı?

Psixoloqların və pedaqoqların apardıqları tədqiqatlar suala müsbət cavab verir: bəli, təlim-tərbiyə işi, obyektiv olaraq, müəllimin istəyindən asыlı olmayaraq, şagirdlərdə və tələbələrdə psixoloji qüvvələrin inkişafına müəyyən dərəcədə müsbət təsir göstərir. Bu həyat təcrübəsindən başqa sual yaranır: müəllimin istəyi ilə təlimi elə təşkil etmək olarmı ki, şagirdlərdə intensiv formalaşdırılan hafizə, təxəyyül, təfəkkür, iradə, diqqət və s. Psixoloji qüvvələr təlimin sonrakı mərhələsinin səmərəsini nəzərə çarpacaq dərəcədə artırsın? Etiraf edək ki, son zamanlar aparılan tədqiqatlar və qabaqcıl müəllimlərin təcrübəsi bu suala da müsbət cavab verir.

Respublikamızın bəzi müəllimləri öz dərslərində yeri gəldikcə şagirdləri fəallaşdıran müasir üsullardan, o cümlədən rollu oyunlardan, kublaşdırmadan, müzakirədən, problemli situasiyadan, əqli hücumdan, BİBO üsulundan, ziqzaq üsulundan, tədqiqat üsulundan və s-dən istifadə edirlər. Bu üsullardan istifadə edilən dərslərin müşahidəsindən görünür ki, dərsdə şagirdlərin fəallığı, şüurluluğu artdıqca, nitqləri və mühakimələri təkmilləşdikcə, iradə, diqqət, hafizə, təxəyyül, təfəkkür kimi psixoloji qüvvələri də intensiv inkişaf edir. Nəticədə növbəti məşğələlərin səmərəliliyi artır.



Nəticədə onu demək lazımdır ki, təlim –tərbiyə prosesi elə bil prosesdir ki, bu proses bilavasitə psixoloji qüvvələrin köməyi ilə gedir. Onun üçün mütləq qeyd edilməlidir ki, təlim-tərbiyədə psixoloji qüvvələrin böyük rolu vardır.

Ədəbiyyat siyahısı:

  1. Camal Zeynaloğlu: Təlim fəaliyyətinin psixoloji prosesi. Bakı, “Ünsiyyət”– 2017, 144 səh.



  2. Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmətin elmi-nəzəri əsasları”. Bakı, “ADPU”, 2009, 329 səh.

Yüklə 17,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin